17
Belə olduğunu gördüyünüz zaman Allaha zikr və dua etməyə, ondan
bağışlanma diləməyə tələsin!”
35
Bu namazların hər rükətində olan birinci rüku rukn, ikincisi isə
sünnədir. Deməli hər rukətdə olan birinci rükuya çatan şəxs o rükətə
çatmış, ikinci rükuya çatan isə o rükətə çatmamış hesab olunur. Bu
namaza gecikən şəxs o namazı qəza eləmir.
Kusuf namazının vaxtı günəş və ya ay tutulan andan açılanadəkdir.
Bu namazları qılmaq vacibdir. (fardu-l-kifayədir
36
)
37
* İstisqa namazı
Camaatla qılınan sünnə namazlarından biri də istisqa namazıdır.
İstisqa: dua edib Allahdan yağış yağdırmasını istəmək deməkdir.
İstisqa namazı, xüsusən quraqlıq olduqda, ümumən isə istənilən vaxt
dua edib Allahdan yağış yağdırmasını istədikdə iki rükətli səslə
qılınan sünnə namazıdır. Bu namazdan sonra və ya əvvəl bir xütbə
vermək sünnədir. Bu namazlardan nə sonra nə də əvvəl sünnə
namazı qılınmır.
Abdullah ibn Zeyd ibn Asim əl-Mazini (r.a) rəvayət edir ki,
Peyğəmbər yağışın nazil olmasını Allahdan istəmək üçün əbasını
tərsinə çevirib (geyindi), qibləyə tərəf döndü və dua etdi. Sonra iki
rükət səslə namaz qıldı.
38
Ənəs ibn Malik (r.a) rəvayət edir ki, cümə günü bir kişi məscidə
Ömərin evinin istiqamətində olan qapıdan daxil oldu və ayaq üstə
xütbə verən Peyğəmbərə yaxınlaşıb dedi: “Ey Allahın elçisi! Mal-
qara həlak olur, səfərlər də dayandırılıb (quraqlıq olduğu üçün
dəvələrlə səfərə çıxmaq olmur.) Allahın bizə yağış nazil etməsi üçün
dua et! Peyğəmbər əllərini qaldırıb üç dəfə “Allahummə-sqinə”
(başqa rəvayətdə Allahummə əğisnə) Allahım, bizə yağış endir! -
35
Səhihu-l-Buxari 1059, Səhih Muslim 2114
36
Bir və ya daha çox müsəlmanın yerinə yetirilməsi ilə digərləri üçün vacib olmayan əmələ
fardu-l-kifayə deyilir.
37
Təmamu-l-Minnə 261-262, əş-Şəhru-l-Mumti alə zadu-l-Mustəqnəi 5. 240; 4-8
38
Səhihu-l-Buxari1024; Səhih Müslim 2086
18
deyə dua etdi”
39
Ənəs (r.a) deyir ki, Allaha and olsun ki, göydə nəinki
bulud, heç bulud parçası da yox idi. Bizimlə Səlin (Mədinə şəhərində
dağ adıdır) arasında nə bir ev nə də bir koma var idi. Birdən Səlin
arasından qalxana bənzər bir bulud göründü. Bulud gəlib səmanın
ortasına çatdıqda yayıldı və yağış yağdı. Allaha and olsun ki, bir
həftə gün üzü görmədik. Cümə günü bir kişi yenə məscidə Ömərin
(r.a) evinin istiqamətindən olan qapıdan daxil oldu və ayaq üstə
xütbə verən Peyğəmbərə yaxınlaşıb dedi: “Ey Allahın elçisi! Mal
qara həlak olur, səfərlərə dayandırılıb (yolları su basdığı üçün
dəvələrlə səfərə çıxmaq olmur). Allaha, yağışı dayandırmaq üçün
dua et!” Peyğəmbər əllərini qaldırıb dua etdi. Bu duadan sonra
buludlar çəkildi və biz qızmar günəşin altında gəzişməyə başladıq.
Şureyk deyir ki, mən Ənəsdən (r.a): “O (ikinci dəfə gələn kişi) həmin
kişi (birinci dəfə gələn) idi?”- deyə soruşduqda o: “Bilmirəm”- deyə
cavab verdi.
40
İstisqa namazının qılınması: imam birinci rükətdə ihram təkbirin-
dən və namaza giriş (istiftah) duasını oxuduqdan sonra altı dəfə
təkbir etməli və adi sünnə namazının qılındığı qaydada həmin rükəti
tamamlamalıdır. İkinci rükətə qalxdıqdan sonra isə beş dəfə təkbir
etməli və adi sünnə namazının qılındığı qaydada həmin rükəti
tamamlamalıdır. Birinci rükətdə “əl-Əla” ikinci rukətdə isə “əl-
Ğaşiyə” surələrini oxumaq sünnədir. Camaat da imama tabe olaraq
bu hərəkətləri yerinə yetirməlidirlər. İmam Allaha həmd səna
etməklə, Ondan bağışlanma diləməklə xütbəni başlamalı, sonra
möminləri Cənnətlə müjdələməli, Cəhənnəm əzabından çəkindirməli,
günaha görə tövbə etmələrini biri-birinə nifrət etməməklərini və s.
lazımı nəsihətləri etməlidir. Sonra qibləyə tərəf çönüb ridasını və
yaxud əynindəki ridaya oxşar paltarı çıxarıb tərsinə, sağı sol, solu da
sağ tərəfinə geyinmək sünnədir. Daha sonra əllərini göyə tərəf
qaldırıb Allahdan yağış yağdırması üçün dua etməlidir.
39
Səhihu-l-Buxari1014
40
Səhihu-l-Buxari1013, Səhih Muslim 2075
19
* Təravih namazı.
Təravih namazı camaatla birlikdə qılınan sünnə namazlarından
biridir. Təravih: istirahət, dincəlmək deməkdir. Bu namaz uzun
qılındığı üçün müsəlmanlar hər dörd rükətdən sonra dincəldiklərinə
görə belə adlanır. Bu namaz səslə oxunan və on bir rükətdən ibarət
olan namazdır. Bu namazı məsciddə, camaatla bir yerdə qılmaq
əfzəldir.
Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər məsciddə gecələrin birində
(Ramazan ayında) namaz qıldı və camaat da onunla bərabər namaz
qıldı. Ertəsi gün yenə namaz qıldı və əvvəlkindən də çox camaat
onunla bərabər namazı qıldılar. Üçüncü (və ya dördüncü) gün yenə
bu hal təkrar oldu və ondan sonra Peyğəmbər camaatla namaz
qılmağa gəlmədi. O gecənin səhəri Peyğəmbər dedi: “Sizin bu
namazı qılmaq üçün belə çox sayda cəm olduğunuzu gördüm və
onun sizə fərz buyurulacağından qorxduğum üçün camaat namazına
gəlmədim”.
41
Peyğəmbərin vəfatından sonra Ömərin (r.a) vaxtında səhabələr
bu namazı camaatla birgə qılmağa başladılar. Bu namazı imamla
birlikdə başlayıb və onunla bitirən şəxsə böyük savab vardır.
Peyğəmbər demişdir: “Kim imamla birlikdə namaza başlayar və
onunla birlikdə bitirərsə həmin şəxsə gecəni oyaq qalıb namazda
keçirməyin savabı yazılar”.
42
Təvavih namazının vaxtı işa namazından sonra sübh namazınadək-
dir.
* Cənazə namazı.
Cənazə namazını qılmağın böyük fəziləti vardır.
Əbu Hüreyra (r.a) rəvayət edir ki, Peyğəmbər
buyurdu:
“Cənazədə iştirak edib namazını qılana bir, (ondan sonra) dəfn
olunana qədər onu təqib edənə isə iki qirat qədər savab yazılır”.
Səhabələr: “İki qirat nə qədərdir?”- deyə soruşduqda, Peyğəmbər :
41
Səhihu-l-Buxari 1129, Səhih Muslim 1780
42
Sunənu Əbu Davud 1375, Sunənu-t-Tirmizi 805, Sunənu-n-Nəsəi 1363
Dostları ilə paylaş: |