11
azan versinlər və kiməsə imam olmağı həvalə edib namaza gəlməyən
kişilərin evlərini yandırım”.
24
Hafiz ibn Həcər bu hədis barədə deyir: “Bu hədisin zahiri camaat
namazının vacibliyinə dəlalət edir. Əgər camaat namazı sünnə
olsaydı onu tərk edənləri evlərinin yandırılması ilə qorxutmazdı”.
25
Əbu Hüreyra (r.a) rəvayət edir ki, Peyğəmbərin yanına kor bir
kişi gəlib: “Məni məscidə aparan bir kimsə yoxdur”– deyərək namazı
evində qılması üçün izn istədi. Peyğəmbər
ona evində namaz
qılmağa izn verdi. Dönüb getdikdə isə onu çağırıb dedi: “Azanı
eşidirsənmi?” O: “Bəli”– deyə cavab verdi. Peyğəmbər
dedi:
“Namaza gəl”.
26
Hədisdən də göründüyü kimi Peyğəmbər gözləri
kor olan və özünü də camaat namazını qılmaq üçün məscidə
aparmağa bir kimsəsinin olmadığı adama məsciddə qılınan camaat
namazını tərk etməyə icazə vermədi. Elə isə sağlam və heç bir üzrü
olmayan kimsələrin camaat namazını tərk etmələrinə heç nə ilə
bəraət qazandırmaq olmaz.
Camaatla qılınan namazlar
* Fəcr namazı.
Fəcr: dan yerinin ağarmasına deyilir. Bu namaza həmçinin sübh
namazı da deyilir. İki rükətdən ibarət olub səslə qılınan bu namaz
gün ərzində beş vaxt qılınması vacib buyurulan namazlardan biridir.
Fəcr namazını başqa namazlara nisbətən uzun qılmaq sünnədir. Bu
namazdan əvvəl daima qılınan iki rükət sünnə namazı vardır.
Fəcr namazının vaxtı dan yerinin ağarmasından günəş
çıxanadəkdir.
* Zöhr namazı.
Zöhr: günorta vaxtına deyilir. Gün ərzində vacib buyurulan beş
namazdan biridir. Bu namaz səssiz qılınan dörd rükətli namazdır.
24
Səhihu-l-Buxari 644, Səhih Muslim 651
25
Fəthul-Bəri, 1/158
26
Səhih Muslim, 653
12
Zöhr namazından əvvəl iki və ya dörd rükət, sonra isə iki rükət
sünnə namazı qılmaq olar.
Zöhr namazının vaxtı günəş zeniti keçdikdən sonra hər bir şeyin
hündürlüyü ilə kölgələrinin uzunluğunun bərabərləşdiyi anadəkdir
(əsr namazınadək).
* Əsr namazı
Əsr: axşam çağına deyilir. Bu namaza həmçinin orta namaz da
deyilir. Gün ərzində vacib buyurulan beş namazdan biridir. Bu
namaz dörd rükətdən ibarət səssiz qılınan namazdır.
Əsr namazının vaxtı əşyaların hündürlüyü ilə kölgələrinin
uzunluğunun
bərabərləşdiyi
andan
əşyaların
kölgələrinin
uzunluğunun onların hündürlüyündən iki dəfə artıq olanadək (caiz
vaxtı) və ya gün batanadəkdir (zəruri halda).
Qeyd: Zöhr və əsr namazlarının vaxtında qeyd olunan kölgələrin
uzunluğu məsələsi yalnız yer kürəsinin ekvator xətti üzərində
yerləşən ölkələr üçün keçərlidir.
* Məğrib namazı.
Məğrib: günəşin batdığı vaxta və yerə deyilir. Gün ərzində qılınan
beş namazdan biridir. Məğrib namazı üç rükətli, ilk iki rükəti səslə,
sonuncu rükəti isə səssiz qılınan namazdır. Məğrib namazından
sonra iki rükət sünnə namazı qılınır.
Məğrib namazının vaxtı günəş batan andan qaranlıq çöküb, üfüqdə
olan qızartı itənə qədərdir.
* İşa namazı.
İşa: axşam üstü mənasını daşıyır. Gün ərzində vacib buyurulan beş
namazdan biridir. İşa namazı dörd rükətli, ilk iki rükəti səslə, axır iki
rükəti isə səssiz qılınır. Bu namazdan sonra iki rükət sünnə namazı
vardır.
İşa namazının vaxtı qaranlıq çökəndən gecə yarısınadəkdir. Gecə
yarısı isə gün batan andan dan yeri sökülənədək olan vaxtın yarısıdır.
13
Qeyd etdiyimiz bu beş namazın vaxtlarına dair Peyğəmbərdən
bir çox hədislər varid olmuşdur.
Cabir ibn Abdullah (r.a) rəvayət edir ki, Peyğəmbər günəş zeniti
keçdikdə (şiddətli istidə) zöhrü, günəş saf olduqda (hələ saralmamış)
əsri, günəş batdıqda da məğribi qılardı. İşanı isə, səhabələrinin
toplandığını gördükdə tez (vaxtı girəndə), yubandıqlarını gördükdə
isə gec qılardı. Sübhü isə Peyğəmbər qaranlıqda qılardı.
27
Əbul-Minfəl rəvayət edir ki, Mən və atam, Əbu Bərzətə əl-
Əsləminin yanına getdik. Atam ona: “Danış, görək Peyğəmbər
namazları necə qılardı?” - deyə müraciət etdikdə, o dedi: “Peyğəmbər
əl-Hicri (zöhr namazı) – sizin saydığınız ilk namazı – günəş zeniti
keçdikdə qılardı. Əsri qıldıqdan sonra bizlərdən biri şəhərin
kənarında yerləşən evinə qayıdana qədər günəş hələ saralmazdı.
Məğrib
haqqında
dediyi
yadımdan
çıxıbdır.
əl-Atəmətu
adlandırdığınız işanı gecikdirməyi xoşlayar, ondan qabaq yatmağı və
ondan sonra danışmağı isə bəyənməzdi. Sübh namazını isə hər kəsin
yanındakını seçə bildiyi vaxtda ( hava bir az işıqlandıqda) bitirərdi.
Bu namazda o, altmış ayədən yüz ayəyə qədər oxuyardı”.
28
* Cümə namazı.
Cümə: hicri təqvimində həftənin yeddinci gününə, miladi
təqvimində isə həftənin beşinci gününə deyilir. Cümə namazı həftədə
bir dəfə cümə günü camaatla birgə qılınan namazdır. Cümə namazı
zöhr namazından fərqli, müstəqil yerinə yetirilən bir ibadətdir. Cümə
namazı ilə zöhr namazının vaxtı eyni olsa da, uca səslə qılınması,
rükətlərinin sayının iki olması, xütbənin oxunması və başqa şərtlərinə
görə bir-birindən fərqlənirlər. Bu namazın hökmü vacibdir. Onun
vacibliyinə Quran, sünnə və alimlərin ittifaqı dəlalət edir. Cümə
namazından sonra məsciddə dörd rükət, evdə isə iki rükət sünnə
namazı qılmaq olar.
27
Səhihu-l-Buxari 560, Səhih Muslim 1458
28
Səhihu-l-Buxari 547, Səhih Muslim 1403