Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar



Yüklə 7,81 Mb.
Pdf görüntüsü
səhifə312/320
tarix26.08.2018
ölçüsü7,81 Mb.
#64433
1   ...   308   309   310   311   312   313   314   315   ...   320

 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

636 


Səs-küylü, həyəcanlı bir aləmə düşdüm. Küçələr avtomobillə dolu idi. Bəziləri də zirehlənmişdi 

və piyadaları ovlayır, onları xurd-xəşil eləyib evlərin divarlarına yapışdırırdı. O dəqiqə başa 

düşdüm: insanlarla maşınlar arasında mübarizə gedir! Çoxdan hazırlanan, çoxdan gözlənilən, 

çoxdan hamını qorxuya salan döyüş, nəhayət, başlamışdı. Hər tərəf meyitlə, xurd-xəşil olmuş 

adamlarla,  əzilmiş, əyilmiş, yanmış avtomobillərlə dolu idi. Bu dəhşətli səhnənin üzündə dövrə 

vuran təyyarələr də evlərin damından, pəncərələrindən atəşə tutulmuşdu. Divarlara vurulmuş 

nəhəng, alovlu plakatların məşəl kimi yanan iri hərfləri bütün milləti maşınlara qarşı mübarizə 

aparan insanların tərəfinə keçməyə, maşınların köməyi ilə camaatın qanını sora-sora piylənmiş 

geyimli-kecimli,  ətirli varlıları öz nəhəng, hıqqıltılı, nəriltili, uğultulu avtomobilləri ilə birlikdə 

məhv etməyə, fabrikləri yandıraraq təhqir olunmuş torpağı bir az təmizləməyə, yükünü 

yüngülləşdirməyə çağırırdılar ki, ot bitsin, üzünə sement pərdə çəkilmiş aləmdə meşə, çəmən, 

təpə, çay, bataqlıq yaransın. Başqa plakatlar isə – bunlar daha yaxşı tərtib olunmuş və çox aydın, 

çox ağıllı, çox təsirli yazılmışdı, çox da sadə rənglərdən istifadə edilmişdi  – bunun  əksinə 

olaraq bütün varlıları, ağıllı adamları həyəcanla anarxiya təhlükəsindən xəbərdar edir, sözün əsl 

mənasında adamı ovsunlayan ifadələrlə qayda-qanunun əməyin, mülkiyyətin, mədəniyyətin, 

hüququn nə olduğunu başa salır, maşınları insanın ən böyük, ən yeni kəşfi kimi tərifləyir və 

deyirdilər ki, yalnız onların köməyi ilə hamı tanrıya çevrilə bilər. Fikirli-fikirli, heyran-heyran o 

qırmızı, yaşıl rəngli plakatları oxudum, hamısının da odlu natiqlik məharəti, möhkəm məntiqi 

məni ovsunladı.  

Hamısı haqlı idi. Getdikcə qızışan atışma nə qədər mane olsa da, gah bunun, gah da o birinin 

qarşısında dayanır və oxuduqlarımın hamısına da inanırdım. Əsas məsələ aydın idi: müharibə 

başlamışdı. Özü də çox gözəl, çox mənalı müharibəydi. Bu müharibə imperatorluq, respublika, 

sərhəd, bayraq, məslək və bunlara bənzər zahiri, saxta ideyalar, mənasız şeylər uğrunda getmirdi. 

Sadəcə olaraq, bu həyatdan bezənlər, havası çatmayanlar öz narazılıqlarını belə kəskin şəkildə 

ifadə edir, metala dönmüş sivilizasiya dünyasını biryolluq məhv etməyin binasını qoyurdular. 

Gördüm ki, hamının gözü vurubdağıtmaq, öldürmək ehtirası ilə alışıb-yanır və o vəhşi güllər 

mənim də içimdə baş qaldırıb pardaxlandı, qəhqəhə çəkib güldü. Sevinə-sevinə mübarizəyə 

qoşuldum. 

Hər şeydən ləzzətlisi də məktəb dostum Qustavın birdən-birə yanımda görünməsi oldu. Uşaqlıq 

çağlarımdakı dostlarımın  ən çılğını,  ən güclüsü,  ən həyatsevəri Qustavı çoxdan unutmuşdum. 

Onun mavi gözlərini görəndə, ürəyim yerindən oynadı. Mənə əl elədi və sevinə-sevinə ardınca 

getdim. 


– İlahi, sənə də rast gəlmək olarmış, Qustav! Nə sənətin sahibi oldun? – deyə sevinc içərisində 

qışqırdım. 

Uşaqlıq çağlarında olduğu kimi acı-acı güldü. 

– Ay heyvan, məgər indi sual vermək, laqqırtı vurmaq yeridir? İlahiyyat professoru oldum. Hə, 

axır ki, kim olduğumu bildin. Ancaq, xoşbəxtlikdən, indi ilahiyyat vaxtı deyil, cavan oğlan, 

müharibədir. Getdik. Tırıldaya-tırıldaya bizə tərəf gələn minik avtomobilinin sürücüsünü güllə 

ilə vurub aşırdı, meymun cəldliyilə içəri tullandı, maşını saxlayıb məni də götürdü, üstümüzə 

yağan güllələrin, böyrü üstə çevrilmiş avtomobillərin arası ilə irəli şığıdı, şəhərdən aralandı. 

– Fabrikantların tərəfindəsən? – deyə dostumdan soruşdum.  

– Eh, nə bilim, hər kəsin öz zövqü var, ora çatanda baxarıq.  

– Yox, dayan, elə bir fərqi olmasa da, mən başqa partiyanı seçməyin tərəfdarıyam. Mən  

ilahiyyatçıyam, ulu babam Lüter öz dövründə kəndlilərə qarşı mübarizə aparan knyazlara, 

varlılara kömək durub, indi gəl onun səhvini bir az düzəldək. Nə pis maşındır, ancaq çox güman 

ki, bir neçə kilometr də aparacaq! 




 

“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

637 


Külək kimi, səma övladları kimi uğuldaya-uğuldaya şəhərdən çıxdıq, sakit, yaşıl mənzərənin 

qoynu ilə xeyli getdik, böyük bir düzənlikdən keçdik, sonra yavaş-yavaş nəhəng bir dağa 

dırmaşdıq.  

Axırda dümdüz, sürüşkən bir yolda dayandıq. Bu yol sıldırım qayaların, alçaq sipərlərin 

arasından keçib sərt dolaylarla qalxır, lap uzaqlarda parıldayan mavi bir gölə tərəf gedirdi. 

– Nə gözəl yerlərdir! – dedim. 

– Çox gözəldi. Adına Ox yolu da demək olar. Harri, görərsən, burada hələ çox oxlar sınacaq. 

Yolun kənarında bir piniya ağacı vardı və onun da başında taxtadan talvara oxşar şey  

quraşdırılmışdı: müşahidə məntəqəsi idi. Qustav mənə bic-bic göz vurub şaqqanaq çəkdi. Tez 

maşından düşüb ağaca dırmaşdıq, tövşüyə-tövşüyə köşkdə gizləndik. Yaxşı yer idi, hətta tüfəng, 

tapanca, gülləqutuları da vardı. Heç nəfəsimizi dərib pusquda durmağa macal tapmamış 

yaxınlıqdakı döngədən iri, cah-cəlallı bir maşının boğuq, qəzəbli uğultusu eşidildi. Nərildəyə-

nərildəyə hamar dağ yolu ilə bizə tərəf gəlirdi. Əlimizdə tüfəng hazır dayanmışdıq. Çox maraqlı 

idi. 


– Sürücünü nişan al!  – Qustav tez  əmr elədi və ağır maşın bizə çatdı. Sürücünün göy rəngli 

papağını nişan alıb tətiyi çəkdim. Kişinin başı sinəsinə endi, maşın irəli şığıyıb qayaya dəydi, 

geri atıldı, iri eşşəkarısı kimi qəzəblə yaxındakı alçaq daş-divara çırpıldı, arxası üstə çevrildi, ani, 

sakit bir şaqqıltı ilə qayanı aşıb uçuruma yuvarlandı. 

– Vəssalam, – deyə Qustav güldü, – o biri də mənim boynuma. 

Artıq ikinci maşın yaxınlaşırdı. İçində üç-dörd sərnişin qısılıb oturmuşdu. Biri qadın idi və onun 

başındakı yaylığın ucu üfüqi vəziyyətdə yellənirdi. Açıq mavi rəngli bir yaylıqdı və ona yazığım 

gəldi: kim bilir, bəlkə də, arxasında ən gözəl qadının üzü gülürdü. Aman Allah, əgər biz, 

doğrudan da, qaçaqqaçaq oynayırdıqsa, görkəmli sələflərimiz kimi hərəkət eləmək daha düzgün, 

daha gözəl olardı: yəni, o şərəfli qan hərisliyini gözəl xanımlara aid etməzdik. Ancaq Qustav 

artıq nişan alıb atmışdı. Sürücü diksinib yana yıxıldı, maşınsa dik qayaya çırpılıb göyə qalxdı, 

arxası üstə düşəndə, təkərləri göydə 

fırlandı. Dayanıb bir az gözlədik: tərpəniş yox idi. İçəridəkilər, sanki, tələyə düşmüşdülər, heç 

qımıldanmırdılar. Təkərləri də qəribə tərzdə fırlanırdı. Ancaq qəflətən bir gurultu qopdu, alov 

dilimləndi. 

– «Ford»dur, –Qustav dedi. – Gərək düşüb yolu təmizləyək. 

Aşağı enib alışmış maşına baxdıq. Çox tez yanıb qurtardı. Cavan ağaclardan ling düzəldib onu 

itələyə-itələyə yolun kənarındakı uçuruma yuvarlatdıq, kol-kos xeyli şıqqıldadı. Maşını 

döndərəndə, meyitlərdən ikisi yerə düşüb qalmışdı. 

Paltarlarının yarısı yanmışdı. Birinin pencəyi yaxşı qalmışdı və onun ciblərini axtardım ki, bəlkə, 

kim olduğunu öyrənək. Dəri pulqabı çıxdı. İçində vizit kağızları vardı. Birini götürüb, üstündəki 

yazını oxudum: «Jat tcam asi» 

– Çox incə məsələdir,  –Qustav dedi.  – Doğrudan da, indi öldürdüyümüz adamların kim  

olmasının fərqi yoxdur. Onlar da bizim kimi bədbəxt bəndələrdir, adın heç bir mənası yoxdur.  

Bu dünya dağılmalıdır – biz də onun içində! Onca dəqiqə suyun altında qalmaq ən rahat 

ölümdür! Haydı, iş başına! 




Yüklə 7,81 Mb.

Dostları ilə paylaş:
1   ...   308   309   310   311   312   313   314   315   ...   320




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə