49
başqaları ilə ünsiyyət prosesində görmək zəruridir. Məsələn, Robinzon Kruzo
nə qədər ki, adada tək idi, onun mənəvi keyfiyyətlərinin olubolmamasının heç
bir əhəmiyyəti yox idi. Məhz Pyatnitsa peyda olan dan sonra bu xüsusiyyətlərin
üzə çıxmasına imkan yarandı.
Əxlaq normaları hər yerdə, müxtəlif şəraitlərdə təzahür edərək universal,
bəşəri xarakter daşıyır. Onlar həm cəmiyyətin, həm də ayrıayrı şəxslərin
rə yinə əsaslanır. Əxlaq normaları kifayət qədərdir. Bunlara ətrafdakılarla nəza
kətli rəftar tələb edən sadə normalardan tutmuş, “öldürmə!”, “oğurluq etmə!”,
“böyüklərə hörmət et!”, “yalan danışma!” kimi mürəkkəb, insanın həyat prin
sipinə çevrilmiş normalaradək aid etmək olar. Lakin əxlaqı normalar məc musu
kimi təsəvvür etmək o qədər də düz deyil. Çünki, əvvəla, bu normaların özləri
əsaslandırılmalıdır, məsələn, “nəyə görə oğurluq etmək olmaz?”, “öldürmək
olmaz?”; ikincisi, konkret situasiyalarda bu normalar birbirini inkar da edə
bilər. Məsələn, bir cani qadının ardınca qaçır və yol dakılardan onun hansı tərəfə
getdiyini soruşur, məgər bu zaman adamlar caniyə sözün düzü nü deməlidir lərmi?
Və yaxud həkim öz xəstəsinə həmişə diaqnozu olduğu kimi deməlidirmi?
Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, yaranmış situasiyalar elə rəngarəng
ola
bilər ki, onların hərəsi üçün ayrıca norma fikirləşmək heç mümkün də deyil.
İnsan əxlaqi şüurla birgə doğulmur. O, əxlaq normalarını və davranış qayda
larını tədricən mənimsəyir. Bu normalar və qaydalar müəyyən vaxtdan sonra
onun fərdi şüurunda özünə yer tapır ki, bu da “yaxşını pisdən”, “əxlaqı əxlaq sız
lıqdan” ayırmağa kömək edir. İnsan çox vaxt hətta öz istəyinin əksinə gedərək,
ictimai rəyi nəzərə alıb, hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına və
əxlaq normalarına uyğun hərəkət etməli olur. Çünki cəmiyyətdə yaşayan insan
ondan təcrid oluna bilməz. O, bu və ya digər mənada cəmiyyət qaydalarına
tabe olmaq məcbu riyyətində qalır. Çox vaxt, əsasən, “öz ürəyinin hökmü ilə”
hərəkət edən insan cəmiyyət və ya ayrıayrı şəxslər qarşısındakı borc və vicdan
hislərinin təhriki ilə hər hansı addımı atır və bu zaman özü də hiss etmədən icti
mai mənafe şəxsi mənafedən üstün tutulur. Belə olmasaydı, nə maddi və
mənəvi
nemətlər istehsal oluna bilər, nə də insan cəmiyyəti mövcud ola bilərdi.
Hər hansı addımın, hərəkətin hansı cəmiyyətdə baş verməsindən asılı olma
yaraq, o həmişə “xeyir və şər”, “ədalət və ədalətsizlik” mövqeyindən qiymət
ləndirilibdir.
Əxlaqın mahiyyətini daha yaxşı başa düşmək üçün onun əsas funksiyalarını
da nəzərdən keçirmək lazımdır. Əxlaqın formalaşması və mədəniyyətin müstə
qil sahəsinə çevrilməsi prose sində müəyyən əxlaq funksiyaları yaranıb ki, onlar
bu gün də aktualdır. Əxlaqın funksiyaları içə risində ən əsasları bunlardır:
1)
qiymətləndirici; 2)
idraki; 3)
dünyagörüş; 4)
tərbiyəvi; 5)
tənzimləyici.
Qiymətləndirici funksiya əsas funksiya olub, onu yalnız əxlaqa deyil, digər
ictimai şüur for malarına – incəsənətə, dinə, hüquqa, siyasətə və s. də aid etmək