C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə9/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   5   6   7   8   9   10   11   12   ...   61

33
raq açıqladığı üçün xarici dünyada maddənin varlığı qədər 
zamana da bir həqiqət yükləyirdi. Mövzumuz baxımından 
maddənin  başlanğıcı  olması  qədər  zamanın  da  başlanğıcı 
olması Big Bang nəzəriyyəsinin hər ikisinin başlanğıc anını 
birlikdə ortaya qoyması çox əhəmiyyətlidir. 
 
Olber paradoksunun və sonsuz cazibə 
paradoksunun həll yolları
İlk  olaraq  Big  Bang-in  müşahidəvi  sübutlara  söykən-
mədən  nəzəri  bir  əsasla  ortaya  qoyulduğunu  görürük. 
Nəzəri sübutlar üzərində illərlə mübahisə edilmiş olan Olber 
Paradoksunu da həll etməkdədir. Bu paradoksda Nyutonun 
irəli sürdüyü kimi kainatın sonsuz böyüklükdə və ulduzlar-
la dolu olması vəziyyətində gecələrin də gündüzlər qədər 
aydın olmasının vacibliyi ortaya qoyulmaqdadır. O zaman 
gecə anlayışı ortadan qalxmalı və hər yer par-par parılda-
malıdır. Olber öz paradoksuna bir həll təklif etdi. Kainatda 
külli miqdarda toz olduğuna diqqət çəkərək bu maddənin 
ulduz işığının böyük hissəsini əməcəyini və səmasını qaral-
dacağı fikrini irəli sürdü. Halbuki aydın oldu ki, bu toz da 
sonunda istilənəcək və əmdiyi şüa ilə eyni sıxlıqda parla-
yacaqdı. Big Bang ilə kainatın bir başlanğıcının lazım oldu-
ğunun ortaya qoyulması ilə və kosmosun genişləndiyinin 
başa düşülməsi ilə bu paradoks həll olundu. Ulduzlar son-
suzluqdan bəri yoxdursa və kainat genişlənirsə, belə bir pa-
radoks da ortadan qalxmış olurdu. 1871-ci ildə Yohan Frid-
rix Zölnerin (
Johann Friedrich Zöllner
) ortaya qoyduğu 
sonsuz cazibə paradoksu da Big Bang-in genişlənən kainat 
modeli ilə etibarsızlaşırdı. Zölner Nyutonun nəzərdə tutdu-
ğu kimi sonsuz və sabit bir kainatda homogen şəkildə da-
ğılmış ulduzların mövcud olduğunu qəbul etdiyimiz halda 


34
kainatın hər nöqtəsinə sonsuz cazibə qüvvəsinin tətbiq olu-
nacağını iddia edirdi. Hər nöqtədə sonsuz cazibə qüvvəsini 
qəbul etmək nə sağlam düşüncə ilə, nə də müşahidə edilən 
kainatla uyğun gəlirdi. Daima genişlənən, dinamik, sonsuz 
böyüyən kainat modeli (Big Bang modeli) bu paradoksu da 
ortadan qaldırırdı.
Houkinqin Heyrəti
Kainatın  genişləndiyi  ilk  olaraq  müşahidələrlə  deyil, 
riyazi  düsturlara  söykənərək  nəzəri  əsaslarla  ortaya  qo-
yuldu. Houkinq iyirminci əsrdən əvvəl heç kimin kainatın 
genişlənməkdə  olduğunu  anlaya  bilməməsinə,  Nyutonun 
belə yanılmış olmasına bu cür rəy bildirib: “Bu gün bilirik 
ki, kütləvi cazibə qüvvəsinin hər vaxt təsirli olduğu sonsuz 
genişlikdə olan sabit bir kainat modeli qeyri-mümkündür. 
20-ci əsrin əvvəli kainatın genişlənməkdə ya da büzülməkdə 
olduğunun heç təklif edilməmiş olması o zamanın ümumi 
düşüncə  mühiti  üçün  maraqlı  bir  təyin  etmə  idi.  Ümumi 
inanışa görə, kainat ya sonsuzdan bəri heç dəyişməyən bir 
vəziyyətdə varlığını davam etdirməkdə, ya da keçmişdə bir 
andaca  təqribən  bu  gün  müşahidə  etdiyi miz  şəkildə  yara-
dılmışdı.” Başqa bir yerdə isə belə deməkdədir: “Kainatın 
genişlənməkdə olduğunun ortaya çıxarılışı 20-ci əsrin ən bö-
yük fikir inqilablarından biridir. Bu gündən keçmişə baxdıq-
da kiminsə bunun səbəbini daha əvvəlcədən düşünmədiyinə 
heyrətlənməmək  mümkün  deyil.  Nyuton  və  digərləri  sta-
tik  bir  kainatın  kütləvi  təsirlə  müəyyən  bir  vaxtdan  sonra 
büzülməyə  başlayacağını  görməli  idilər.”  Əslində  Nyuto-
nun cazibə qanunu kainatın sabit ola bilməyəcəyi nəticəsini 
ehtiva edirdi. Houkinq buna baxmayaraq Nyutonun və son-
rakı illərdə bir çox fizikaçının bunu görə bilməməsinə, ka-


35
inatın  genişləndiyinin  kəşf  edilə  bilinməməsinə  heyrətlən-
məkdədir.  Houkinqə  görə,  bu  məsələ  1920-ci  illərə  qədər 
qalmamalı, daha əvvəl həll edilməli idi. Əvvəlcə Big Bang 
Nəzəriyyəsi yalnız “nəzəri sübuta” malik idi. Müşahidə olu-
nan sübutlar daha sonra tapılmış və nəzəri sübutlar fərqli 
üsullarla  isbat  edilmişdi.  Platon  kainatın  Tanrının  qoydu-
ğu riyazi prinsiplərlə yaradıldığını müdafiə edirdi. Müasir 
dövrdə  Eynşteynin  nəzəriyyəsinə  əsasən  müşahidə  etdiyi-
miz prosesləri qiymətləndirmədiyimiz təqdirdə, hadisələrin 
başa  düşülməyəcəyini  söyləmişdir.  Nəzəriyyələrin  riyazi 
prinsiplər  ilə  açıqlandığı  nöqtə,  kainata  edilən  bu  riyazi 
baxış Platon və Eynşteynin görüşdüyü nöqtədir. Big Bang 
üçün  ilk  sübut  olaraq  təqdim  etdiyim  “nəzəri  sübut”  belə 
riyazi  sübutlardan  meydana  gəlməkdədir.  Big  Bang-in  bu 
nəzəri sübutları aşağıdakılardır: 
1 - Nyutonun cazibə qanunları ilə əlaqədar paradoksla-
rı həll edirdi. 
2  -  Eynşteynin  düsturlarına  söykənirdi.  (Bu  düsturlar 
təcrübələrlə dəstəklənir). 
3 - Zamanın da maddə ilə bərabər bir başlanğıca sahib 
olduğunu ortaya qoyurdu. 
4 - Olber paradoksunu həll edirdi. 
5 - Sonsuz cazibə paradoksunu həll edirdi. 
Beləcə,  kainat  kosmologiyasındakı  paradokslar  ayırd 
edil di, cazibə qanunları daha aydın oldu və nisbilik nəzə-
riyyəsinin  riyazi  düsturlarının  mükəmməl  bir  tətbiqi  real-
laşdı. İlk dəfə kainatın başlanğıcının elmi şəkildə ciddi bir 
izahı verildi. 


36
2 - GENIŞLƏNMƏ SÜBUTU
Teleskopa söykənən zehni inqilab
Big Bang-in ilk sübutu olan “nəzəri sübut” Eynşteynin 
düsturlarına söykənir və kainatın sabit və ya sabit bir qu-
ruluşda  ola  bilməyəcəyini,  əksinə  kainatın  genişləndiyini 
ortaya qoyurdu. Bu sübut ilk dəfə ortaya qoyulduğu zaman 
müşahidə  və  təcrübi  məlumatlar  yox,  yalnız  nəzəri  olan 
riyazi  əsaslı  prinsiplər  mövcud  idi.  Üstəlik,  bu  prinsiplər 
tətbiq edildiyi zaman Olber paradoksu, sonsuz cazibə pa-
radoksu kimi problemlər də həll edilirdi. Kainatdakı cədvəl 
riyazi olaraq ifadə edilir və Nyutonun fizikasındakı çatış-
mazlıqlar aradan qaldırılırdı. Bu şərh kainatın sabit və son-
suz olduğu fikrinin yalnış olduğunu göstərirdi. Elmi inki-
şafların  nəticəsində,  xüsusilə  teleskopun  kəşfi  ilə  səmaya 
baxmaq üçün yeni bir həyəcan başlamışdı. Getdikcə daha 
çox güclənən teleskopların köməyi ilə səma haqqında yeni 
məlumatlar  əldə  edilirdi.  Nyuton  teleskoplara  aynalar 
əlavə  edərək  Qalileyin  görə  bildiyi  hər  şeyi  daha  da  çox 
böyüdərək daha dəqiq görüntülər əldə etməyə nail olmuş-
du.  Ulduzlar  artıq  daha  böyük  görünür,  elm  adamları  da 
kainatın  və  ulduzların  xüsusiyyətlərini  kəşf  etməyə  çalı-
şırdılar. 1920-ci ildə getdikcə inkişaf edən teleskopların ən 
keyfiyyətlisi  Amerikanın  Kaliforniya  ştatında  Maunt  Vil-
sonda idi. Edvin Habl (Edwin Hubble, 1889-1953) bu teles-
kopla işləmək icazəsini almışdı. Onun bu teleskopla etdiyi 
işlər kainat haqqındakı bilgilərimizdə zehni inqilablar edə 
biləcək səviyyədə idi. Bu dəfə isə zehni inqilab müşahidə 
olunmuş sübutlara söykənəcəkdi.


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə