C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə56/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
1   ...   53   54   55   56   57   58   59   60   61

204
bilindiyi qərarına gəlir və birisinə bu hadisəni danışırsınız. 
İzah etdiyiniz adam isə bunun təsadüfən ola biləcəyini, əgər 
qumarxanalara  gedən  bütün  insanların  belə  bir  təxmində 
olsalar, birinin tutuzdurma ehtimalı olduğunu söyləyir. Son-
ra bunun da ehtimal baxımından qeyri-mümkün olduğunu 
göstərdikdə əslində sonsuz planetlər ola biləcəyini, bu sonsuz 
planetlərdə  sonsuz  qumarxanalarda  belə  təxminlərdə  olan 
sonsuz insanlar ola biləcəyini, bunlardan birinin təsadüfi bir 
təxminlə belə bir nəticəni tutuzdura bilməsinin mümkün ol-
duğu üçün sizə qumarxanaların rulet oyunlarının əvvəldən 
bilindiyini söyləyən adamın yalançı olduğunu, həmin ada-
mın bunu təsadüfən bacardığını söyləsə, bu adama cavabınız 
nə olardı? Tutaq ki, sonsuz qumarxanaların varlığına inan-
dınız, minlərlə rulet masasındakı yüz minlərlə rulet oyunu-
nun nəticəsini bilməyimi yenə də təsadüflə izah etməyə cəhd 
edərdinizmi?  Biz  hələ  ki,  tək  bir  kainatı  müşahidə  edirik. 
Big  Bang  nəzəriyyəsi  bu  kainatın  bir  başlanğıcı  olduğunu, 
genişlənən sərhədləri ilə sonlu quruluşda olduğunu ortaya 
qoymuşdur. Bu tək kainatdakı kritik dəyərlər kainatın şüur-
lu bir şəkildə, üstün bir Qüdrət tərəfindən dizayn edildiyini 
çox  açıq  bir  şəkildə  ortaya  qoymaqdadır.  Sonsuz  kainatlar 
kimi heç bir sübutu olmayan bir ssenarini doğru belə qəbul 
etsəydik,  bu  nəticə  dəyişməzdi.  Lakin  bu  ssenarini  qəbul 
etməyi tələb edən şüurlu bir səbəb olmadığı kimi, bu ssenari 
ağıldan uzaq bir fantaziya olaraq görülməkdədir. 
 
Həyati əhəmiyyətli olmasa da mövcud ola 
biləcəyimiz dizaynlar
“İnsani  qanun”un  səhv  şərhində  insanın  müşahidəçi 
olaraq özünün varlığı üçün lazımi şərtləri seçməsi ilə sonsuz 
kainatlar ssenarisi birləşdirilərək insanın öz varlığını müm-


205
kün  edən  şərtlərə  heyrətlənməməsinə  səbəb  olan  şərtlərin 
reallaşmış olmasa belə var ola bilməyəcəyi deyilə bilər. Bu 
şərhin səhv olduğunu bəzi nümunələrlə bura qədər açıqladıq. 
Bəhs edilən yanaşma səhvdir, lakin əgər bu yanaşma doğru 
olsaydı belə yalnız insanın varlığını mümkün edən “həyati 
əhəmiyyətli” şərtlər üçün kifayət etmiş olardı. İnsanın var-
lığı üçün zəruri olan şərtlər “həyati əhəmiyyətli” şərtlərdir. 
Məsələn,  suyun  və  karbon  atomunun  varlığı  insan  varlığı 
üçün həyati əhəmiyyətli şərtdir. Lakin Yerdəki dizaynın var-
lığını  göstərən  bir  çox  sübut  “həyati  əhəmiyyətli”  şərtlərə 
daxil deyildir. İnsan bitkilər və heyvanlar aləminin 1%-inin 
mövcud olması ilə belə yaşaya bilər. Halbuki heyvanlar və 
bitkilər aləminin bu 1%-lik qismlərindən başqa qalan canlılar 
da dizayn sübutu üçün sübut mahiyyətindədirlər. Məsələn, 
arını götürək. Arının varlığı insanların varlığı üçün “həyati 
əhəmiyyət daşıyan” şərt deyil. Elə isə arının Yer kürəsindəki 
varlığını insanın müşahidəçi olaraq seçici xüsusiyyətilə açıq-
laya  bilmərik.  “Arı  olmasaydı,  burada  ola  bilməzdik,  ona 
görə  də  bu  ehtimallar  reallaşmışdır”  deyə  bilmərik.  Daha 
əvvəlcədən  ehtimal  olaraq  hesabını  apardığımız  hemoqlo-
bin kimi bir çox zülal arının da bədənində vardır. Bu zülal-
lardan bir dənəsini götürsək, bütün kosmosun atomlarının, 
kainatın  əvvəldən  bəri  yalnız  arının  götürəcəyimiz  tək  bir 
zülalını belə meydana gətirməyə gücü çatmadığını görərik. 
Dünya Qanunu
 Mənim təklifim “Dünya qanunu” adını verdiyim daha 
geniş  bir  qanunun  müdafiə  olunmasıdır.  Bu  qanun  “insa-
ni qanun”u da ehtiva edən bir qanundur. Lakin bu qanun 
insanın var olması üçün “həyati əhəmiyyətli” şərtlərlə ya-
naşı,  insanın  varlığı  üçün  “həyati  əhəmiyyətli”  şərtlərdən 


206
olmayan bütün canlıların “həyati əhəmiyyətli” şərtlərini və 
mükəmməlliklərini  də  əhatə  edir.  Məsələn,  az  əvvəl  bəhs 
etdiyimiz arının varlığı üçün lazım olan zülallar da bunun 
içindədir. “Dünya qanunu” ilə izah etmək istədiyim qısaca 
budur: Dünya canlılar üçün seçilmiş xüsusi bir məkandır. 
Bu  məkan  Tanrının  canlıları  yaratmaqla  sənətini,  gücünü 
sərgiləmə sahəsidir. Dünyadakı ağıllı bir varlıq olaraq insa-
nın müşahidəçi olması bu sərginin səbəblərindən biridir. Bu 
canlıların bir çoxu insanın varlığı üçün “həyati əhəmiyyətli” 
şərtlərdən  olmasalar  da,  insana  bal  kimi  qidalar  verərək 
Tanrının lütfünü göstərirlər. İnsanın yanında bu qədər çox 
müxtəlif canlının mövcud olması bir şərhə möhtacdır. Bun-
lar insanın varlığı üçün lazımlı şərtləri müşahidə etməsilə 
açıqlana  bilməz.  Çünki  bunlar  olmadan  da  insan  yarana 
bilərdi. Dünyanın içindəki meydana gəlmələr və xüsusilə də 
istər bitkilər, istər heyvanlar - bütün canlılar insanın “həyati 
əhəmiyyətli”  ehtiyaclarının  fövqündə  mükəmməlliyi,  üs-
tün bir sənəti və qüdrəti göstərməkdədirlər. “Dünya qanu-
nu” bizi “insani qanun”un yönəltdiyi “həyati əhəmiyyətli” 
şərtlərin xaricində olan geniş bir sahəyə yönəltməkdədir. Bu 
sahəyə “insani qanun”a əlavə olaraq bunlar da daxildir: 
1 - Digər canlılar 
2 - İnsanın yaşaması üçün “həyati əhəmiyyətli” şərtlər-
dən olmayan mükəmməllik göstəriciləri 
3 - Saydıqlarımızın hamısının tək bir planetdə (Yerdə) 
toplanması
 “Dünya qanunu”nun ən əhəmiyyətli xüsusiyyəti “in-
sani  qanun”un  seçici  xüsusiyyətinə  gələn  etirazlara  cavab 
verməsidir.  “Dünya  qanunu”  baxışının  yönəldiyi  dizayn-
lar  lütf  sübutu,  teleoloji  sübut  kimi  başlıqlarda  gözdən 
keçirilənlərdən fərqli deyildir. Lakin “Dünya qanunu” heç 


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə