Бялядчи-ъядвял



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə174/175
tarix26.09.2017
ölçüsü3,92 Mb.
#1949
1   ...   167   168   169   170   171   172   173   174   175

 

40



 

…və  həm də çox az adamın onlara  –  yeni ədəbi  oyunlara  inanmadan  bu səylərə 

yaxınlaşa biləcəyini öyrənmək. 

Benissimo

1

. Bəla  burasındadır ki, hələ nə qədər şey çatışmır, o 



isə oyunu bitirmədən öləcək.  

 

– İyirmi beşinci partiya, qaralar təslim olur, – Morelli dedi və başını arxaya əydi. 



Və  birdən  tamamilə  taqətsiz  göründü.  –  Təəssüf,  oyun  çox  maraqlıydı.  Görəsən,  doğrudur  ki, 

hind şahmatında hər bir tərəf altımış fiqurla oynayır? 

 

– Tamamilə mümkündür, – Oliveyra dedi. – Sonsuz partiya.  



 

–  Mərkəzi  tutan  qalib  sayılır.  Orada  bütün  imkanlar  onun  əlinə  keçir  və  rəqibin 

oyunu  davam  etdirməsinin  heç  bir  mənası  qalmır.  Ancaq  mərkəz  yan  damaların  birində,  ya  da 

ümumiyyətlə, taxtadan kənarda yerləşə bilər.  

 

– Ya da jiletin cibində. 



 

– Yenə obrazlar, – Morelli dedi. – Onlarsız keçinmək necə də çətindir, onlar çox 

gözəldirlər. Ağıllı qadınlar kimidirlər, doğru sözümdür. Çox istərdim ki, Mallarmeni daha yaxşı 

anlayım,  onda  «yoxluq»  və  «sükut»  anlayışları,  sadəcə,

 

sonuncu  vasitə  deyil,  metafizik 



impasse

2

dir.  Xeres-de-la-Fronterada  topun  məndən  iyirmi  metr  aralıda  atəş  açdığını  eşitdim  və 



sükutun  daha  bir  anlamını  kəşf  etdim.  Bizim  qulağımızın  eşitmədiyi  fiti  eşidən  itlər  isə…  Siz, 

məncə, rəssamsınız. 

 

 

Əllər  vərəqləri  yığa-yığa,  əzik  səhifələri  düzəldə-düzəldə  öz-özünə  hərəkət 



edirdilər. Arabir Morelli danışığını kəsmədən səhifənin birinə baxır və onu sancaqlanmış digər 

vərəqlərə qoşurdu. İki dəfə cibindən karandaş çıxarıb səhifəni nömrələdi. 

 

 

– Sizsə, mənə elə gəlir ki, yazırsınız. 



 

–  Yox,  –  Oliveyra  dedi.  –  Necə  yazasan,  bununçün  ən  azı  yaşadığına  əmin 

olmalısan. 

 

– Mövcud olmaq mahiyyətdən əvvəl gəlir, – Morelli gülümsəyərək dedi. 



 

– Bəlkə də. Lakin mənim durumumda qətiyyən belə deyil. 

 

– Siz yorulmusunuz, – Etyen dedi. – Gedək, Horasio, sən danışmağa başlasan… 



Mən onu tanıyıram, sinyor, o dəhşətdir. 

 

Morelli  isə  elə  hey  gülümsəyir  və  səhifələri  götürüb  baxır,  onlarda  nəsə  tapıb 



müqayisə edirdi. O, başıyla yastığa söykənmək üçün azca aşağı sürüşdü. Oliveyra ayağa qalxdı. 

 

 



– Bu, mənzilin açarıdır, – Morelli dedi. – Mən şad olardım, doğru sözümdür. 

                                                

1

 

 Эюзялдир. (ит.) 

2

 



 Далан (фран.) 


 

40



 

– Biz orada aləmi qarışdırarıq, – Oliveyra dedi. 

 

–  Yox,  bu  düşündüyünüz  qədər  çətin  deyil.  Qovluqlar  özləri  sizə  kömək 



edəcəklər,  mənim  rənglər,  rəqəmlər  və  hərflərdən  ibarət  öz  sistemim  var.  Baxan  kimi  hər  şey 

aydın olur. Bax, məsələn,  bu səhifələr göy qovluğundur, o, mənim dəniz adlandırdığım hissədə 

yerləşir, bu, nəyin necə olduğunu daha asan başa düşmək üçün özünəməxsus bir oyundur. Nömrə 

52: demək, sadəcə, onu yerinə – 51 və 53-cü nömrələrin arasına qoymaq lazımdır. Dünyada ən 

asan nömrələmə sırası ərəb rəqəmləriylədir.  

 

– Amma siz özünüz də bunu bir neçə gündən sonra edə bilərsiniz, – Etyen dedi. 



 

– Mən pis yatıram. Elə bil, qovluqdan düşmüşəm. Bir halda ki, gəlmisiniz, mənə 

kömək  edin.  Bunların  hamısını  yerinə  qoysanız,  mən    burada  özümü  yaxşı  hiss  edəcə

m. 



Xəstəxana çox gözəldir. 

 

Etyen  Oliveyraya,  Oliveyra  da  Etyenə  baxdı  və  i.a.  Gözləmədikləri  şərəfə  layiq 



görülmələri çox təəccüblüydü.  

 

–  Sonra  hamısını  çap  edib  avanqardist  ədəbiyyat  naşiri    Pakuya  göndərərsiniz. 



Arbr-Sek küçəsinə. Siz  bilirsiniz ki, Paku Hermesin akkad adıdır? Mənə  həmişə elə gəlib ki… 

Nə isə, bu barədə sonra danışarıq. 

 

– Siz qorxmursunuz ki, biz hər şeyi elə dolaşığa salarıq ki, sonra heç kəs baş aça 



bilməz?  –  Oliveyra  dedi.  –  Sizin  birinci  cildinizdə  mürəkkəb  yerlər  vardı,  biz  xeyli  mübahisə 

etdik, düşündük ki, bəlkə, mətbəədə mətnləri səhv salıblar. 

 

– Bunun heç bir əhəmiyyəti yoxdur, – Morelli dedi. – Mənim kitabımı hər kəs öz 



bildiyi  kimi  oxuya  bilər. 

Liber  Fulguralis

1

,   


mantik

38

  vərəqlər  və  ilaxıra.  Mən,  sadəcə,  onları 



oxumaq istədiyim şəkildə qoyuram. Ancaq hətta hər şey bir-birinə qarışsa belə, bəlkə də, əla bir 

kitab ortaya çıxa bilər. Bu, mahir tələ və kələk ustası Hermes-Pakunun zarafatı olacaq. Bu sözlər 

xoşunuza gəlir? 

 

– Yox, – Oliveyra dedi. – Nə mahir, nə də tələ. Kifayət qədər çeynənmiş sözlərdir. 



 

– Ehtiyatlı olun, – Morelli gözlərini yumaraq dedi. – Biz hamımız saflıq, təmizlik 

axtarışlarında əlləşib-vuruşuruq, turşumuş tuluqları boşaltmağa çalışaraq əldən düşürük. Bir dəfə 

Xose  Berqaminin  iki  səhifəsinin  içalatını  tökdüyüm  üçün  az  qala  ölmüşdü…  Ona  görə  də 

ehtiyatlı olun, dostlar, ola bilər ki, bizim saflıq adlandırdığımız şeylər… 

 

– Maleviç kvadratı, – Etyen dedi. 



 

–  Ecco.  Başqa  cür  deyək  –  Hermes  haqqında  da  düşünmək,  ona  atılıb-düşmək 

imkanı  vermək  lazımdır.  Götürün  və  hər  şeyi  qaydaya  salın,  bir  halda  ki,  gəlmisiniz.  Bir  də 

görərsiniz ki, mən  buradan çıxıb gəlmişəm və sizinlə birlikdə baxıram. 

                                                

1

 



 Шимшякля фал китабы (лат.) 

38

 



 Мантик – йухары гатланан 


Yüklə 3,92 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə