Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə61/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   57   58   59   60   61   62   63   64   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
189 
Tusi  insanın    nitqinə,  onun  danışığına  və  bir-birilə 
ünsiyyətinə  müstəsna  əhəmiyyət    verirdi.  O  «insan  nəfəsi 
və   natiqəsi bəsit bir  maddədir» deyir. Ona  görə  ki, onda 
olan  idrak  və  cəmiyyətdə  baş  verən  bütün  hadisələrə  öz 
münasibətini  göstərməklə,  bunları  başqalarına  da 
çatdırmaqda  nəfsi-natiqədən  istifadə  edir.  «Buna  görə  də, 
səlis  rəvan,  düzgün  mənadan  xali  olmayan  əsilzadələr 
içərisində insanı  məşhur  edən və həsədlər bais olan nitqə 
malik olmaq»a çağırırdı. 
Tusi    «əql  və  idrak  çətin  məsələlərin  həllində  mühüm 
rol  oynamaqla  bir  bədəndə  fəaliyyət  göstərir  ki,  bunun 
sahibinə insan deyilir», tərifini verir. 
Tusi  təhsil,  tədris,  təlim  və  tərbiyə    prosesini  müəl-
limsiz  təsəvvür    etməmiş  və  müəllimi    bütün  təlim  
prosesinin peyğəmbəri hesab  etmişdir. 
Tusi əsərlərini nəzərdən  keçirdikcə müəllim adına  tez-
tez  rast  gəlir  və  ona  bəzən  «tələbə»,  «müəllim», 
«mütəkəllim»,  «mütəəllim»,  «alim»,  «ədib»  və  s.    adlarla 
müraciət    etdiyini  və  haqqında    ləyaqətli    hekayələr  
söyləndiyini  də    tez-tez  görürük.  Ümumiyyətlə,  bu 
terminlər  barədə  orta  əsrlərdə  çox  müxtəlif    fikirlərə  rast 
gəlmək olur. 
Hələ  müəllim  adı  meydana  çıxmamışdan  və  termin 
kimi  təkmilləşməmişdən əvvəl ona bəzən «ədib», bəzən də  
«alim» də  deyilirmiş. 
Fikrimizcə, Tusi də bu dövrdə  fəaliyyət göstərdiyindən 
qeyd  etdiyimiz  adları tez-tez işlətmiş, nəhayət, «müəllim» 
kəlməsinə daha  çox müraciət etmişdir. 
Bu  barədə  rus  şərqşünası,  akademik  Vasili  Vladimiro-
viç  Bartoldun  (1869-1930)  da  qeydləri  vardır.  Bartold  A. 
Metsə  isnad  edərək  göstərir  ki,    orta  əsrlərdə  «Alim», 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
190        
«Ədib»  kimi  istilahlar  tez-tez  işlədilir,  bəzən  müəllimə  və 
«ədibə» də «alim» deyə müraciət edilirdi. Cəngavərlik dərsi  
keçib,  sazay  tərbiyəsi  almış  ədib  öz  xüsusiyyətləri  və  
fəaliyyətinə görə, müasir  jurnalistlərə çox bənzəyirdi. 
İzahata görə ədiblə  alimin fərqi  bunda idi ki,  ədib hər 
şeydən  Ən  yaxşılarını  seçib  onları  vahid  bir  məqamda 
birləşdirirsə,  alim  hər  hansı  bir  sahəni    götürüb,  o  sahədə  
kamillik dərəcəsinədək yüksəlir. 
Tusi  yaradıcılığında  da  «xətib»,  «ədib»,  «üləma», 
«müdərris»,  «tələbə»,  «mütəkəllim»,  «müəllim»  kimi  
terminlər    tez-tez  işlədilərək,  Nəsirəddin  Tusinin  1260-
1270-ci    illərdəki  pedaqoji    yaradıcılığında  təkcə  müəllim 
sözünü  qəbul  edib işlətdiyi qabarıq şəkildə nəzərə  çarpır. 
Əlbəttə, bu  qeyd etdiklərimiz  haqqında  azacıq  təhlil  
verməyimizi ona görə  zəruri  saydıq ki, XIII əsrdə Tusini  
pedaqoji  istilahların  islahatçısı   kimi də  şöhrətləndirək. 
XII  əsrdə  pedaqoji  terminlər  Tusi    tərəfindən    islah 
edildiyi  kimi  XIX  əsrdə  məşhur  rus  yazıçısı  Lev 
Nikolayeviç Tolstoy (1828-1910) tərəfindən aparılmışdır. 
Tusi    ədib  terminini  «Tələbə»  kimi    işlədərək  buna 
«Şair» «Xətib» sözlərini də  əlavə etmişdir. Tusi müəllimi 
hər sahədən məlumatı  olan adam  kimi mədh edərək, «Heç 
bir  varidata,  dirhəmlərə  uymayıb,    dəbdəbə  və  tərəqqini 
vətənə,  xalqa  xidmət  göstərən  mütəəllim  yeritməyə  gərək 
insan» kimi tərənnüm  edirdi. 
Tusi  müəllimi  «ülvitələb,  zinətfəza  və  ülüvüdərəcat» 
hesab    edir  və  «öz  əqli    və  dəyanəti  ilə  timsalı,  əxlaqı 
cəhətincə    qüsursuz,  şirin  ləhcə,  vüqarlı,  mürüvvətli, 
heybətli və nəzafətli xatib» simasında  canlandırırdı. 
Nəsirəddin  Tusi  yazırdı  ki,  «uşağın  müəllimi  ağıllı, 
idraklı, yüksək hisslər ustadı olmalıdır. O, uşaqların həvəs, 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
191 
meyl və əhvali-ruhiyyəsinə bələd olmaqla  bərabər özü şirin 
dilli, vüqarlı, təmizkar və qabil  olmalıdır. O, ümumiyyətlə  
hər  bir  təriqət-əhli  ilə  oturub-durmaq  və  ya  danışmaq 
qaydalarından,  hər  kəsin  xüsusiyyət  və    əhvalına  görə 
onunla  müdarə  etməkdən    bixəbər  olmaqla  pis,  bəd 
əməllərdən iraq  olmalıdır». 
Tusi  qeyd  edir  ki,  valideynlər    öz    övladlarını  yalnız 
belə  müəllimlərin dərs  dedikləri məktəbə qoymalı və belə  
müəllimlərdən  istifadə  etməlidir.  
Tusi  valideynlərə  məsləhət  görürdü  ki,  uşaqlarını 
əqidəli  və  savadlı  görmək    istəyirlərsə  yalnız  yaxşı,  qabil 
müəllimlərin    gözəl    siniflərini  mənimsəmək    üçün    onun  
məktəbində  dərs  almalı və  belələrindən  tərbiyyə  qəbul  
etməlidirlər. 
Tusi müəllimi alicənab, ülvitələb  şəxs  hesab  edir. Və  
müəllimin  üzərinə    vəzifə    qoyur    ki,  kənardan    baxanlar  
onun  müəllimlərini  gördükdə    onların    biliklərinə  qibtə  
etsinlər  və    daim    öz    biliklərini  artırmağa    çalışsınlar. 
Tusinin  fikrincə  «müəllim  uşaqları    elə    öyrətməlidir    ki, 
onlar    həmişə  yaxşı    işlər    görsünlər  və  hamıya  yaxşılıq 
etməyi  bacarsınlar  və  hörmət-ehtiram    göstərməyə  tez  
alışsınlar,  qızılı, gümüşü  uşaqların gözündən  salsınlar və  
öyrətsinlər    ki,  qızıl-gümüşün    verdiyi    zərər  əfi    ilanların  
zəhərlərindən də  qorxuludur». 
Mütəfəkkir müəllimlərdən özünü  öyrənməyi, öz-özünə 
qiymət  verməyi  də    tələb    edərək  riayət  tərəfindən 
şərəfləndirilməsini,  xalq  tərəfindən  sevilərək  uca  tutul-
masını  istəyirdi. 
Nəsirəddin Tusi  müəllimlərin  qiymətini, dəyərini və-
tən  üçün,  tərəqqi üçün  nə  qədər   kamil  insan   yetişdir-
məkdə    görmək    istəyir  və  «tərəqqinin  dərəcat»ını  ondan 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə