Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə13/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   9   10   11   12   13   14   15   16   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
39 
məlumatlı bir mütəfəkkirdir. Bu mütəfəkkirin əsərlərini al-
man  şərqşünası  Karl  Brokkelman  on  qrupa  bölmüşdü. 
Onları  Fiqh,  Kəlam  (Doqma),  Fəlsəfə,  Riyaziyyat.  Astro-
nomiya,  Təbabət,  Falabaxma,  Minerologiya  və  Musiqi 
sıralayan  tusişünas  alim  hər  bir  bölmə  haqqında  qısa 
məlumat vermişdir. (48, səh.24). 
 İbn  Sina  və  Bəhmənyar  məktəbinə  mənsub  olan 
müəllimlərindən  təhsil  aldığı  üçün  elmi  yaradıcılığında 
əsası Şərqə söykənən qədim yunan idealist fələsəfəsinin və 
orta  əsrlər  Şərq  peripatetiklərinin  təsiri  açıqca  hiss 
olunmaqdadır.  Özünə  Aristotel  və  İbn  Sina  kimi  ensiklo-
pedik  elm  nəhənglərini  örnək  götürən  zəmanəsinin  bu 
məşhur alimi fəlsəfə, psixologiya, nücum, məntiq, riyaziy-
yat,  mədənşünaslıq,  tarix,  ədəbiyyat,  coğrafiya,  ilahiyyat, 
etika, estetika, iqtisadiyyat və s. çoxlu  sahələrə aid yazdığı 
mövzulara ömrünü sərf etmişdir.  
Tusi mənşəcə bir Azəri türkü olsa da öz dövrünün adət-
ənənəsinə uyğun olaraq ərəb və fars dillərində yazırdı. Hələ 
kiçik  yaşlarından  güclü  mütailə  ilə  məşğul  olan  Tusinin 
maraq dairəsi olduqca geniş idi. Bütün tədqiqatçılar bu dahi 
alimin  elmi  yaradıcılığının  ensiklopedik  bir  səciyyə  kəsb 
etdiyini  dəfələrlə  vurğulanmışlar.  Bu  alimin  hərtərəfli, 
zəngin  və  geniş  yaradıcılığı  haqqında  qısa  məlumat 
verməyi özümüzə borc bilirik. 
«Əxlaqi-Nasiri»  yəni,  «Nasirin  əxlaqı»  adı  ilə  tanınan 
və  Tusiyə  ilk  dünya  şöhrəti  gətirən  əsər  yazılış  tərzinə  və 
mövzularının  üslubuna  görə  Şərq  xalqları  arasında  ən  çox 
sevilən bir əxlaq abidəsi oldu. İslam dünyasında ilk dəfə bir 
sistematik etik kitabının  müəllifi  olan  Tusi  bu  kitabın 
yazılmasına  böyük  və  gərgin  əmək  sərf  etmiş,  bir  çox 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
40        
əsərləri  kimi  bu  əsəri  də  çox  çətin  şəraitdə,  ismaililərin 
əlində həbsdə olarkən qələmə almışdı.  
Tusinin  1232-ci  ildə Kuhistan ismaililərinin  rəhbə-
ri Nasirəddin  Möhtəşəmin  tələbi  ilə  yazdığı  bu  əsərdə  etik 
nümunələr,  əxlaqi  dəyərlər  öz  əksini  tapmışdır.  Müasir 
dövrdə «Etika» adı ilə də tanınan bu kitabda Tusi özündən 
əvvəlki məşhur filosofların da bəyənilmiş düşüncələrinə bu 
əsərdə  də  rast  gəlinir.  Bunlardan  əlvə  olaraq  Şərq 
dünyasında  tanınmış  «Kəlilə  və  Dimnə»,  «Ərdəşir  Babə-
kan»,  «Ənuşrəvanın  vəsiyyətləri»  kimi  şifahi  xalq  ədəbiy-
yatının  müdrik  və  aqilanə  məsləhətləri  də,  eyni  zamanda 
«Mərzbannamə»  («Canişinin  kitabı»)  və  «Siyasətnamə» 
(«Siyasət kitabı») kimi ictimai-siyasi mövzulara həsr olun-
muş fikirləri də Tusi bu kitaba daxil etmişdir. (32,səh.13.) 
Böyük  Səlcuqlu  dövlətinin  vəziri,    siyasətçi  və  tarixi 
şəxsiyyət  kimi  məşhur  olan  Əbu  Əli  Əl-Həsən  ət-Tusi 
Nizamülmülkün  (1018 - 1092)  müdrik  fikirlərinin  cəmləş-
diyi «Siyasətnamə» əsəri  formasında yazılan bu etik-fəlsəfi 
traktatda Tusinin fəlsəfi dünyagörüşü və psixoloji-pedaqoji 
fikirlərinə  də  rast  gəlmək  mümkündür.  Bir  sıra 
əxlaqşünaslar  Tusinin  bu  əsərini  təqlid  etmək  istəsələr  də 
hələlik ki, 800 il ərzində fars dilində «Əxlaqi-Nasiri» kimi 
ikinci bir yüksək səviyyəli əsərə təsadüf olunmadığı bir sıra 
tədqiqatçılar  tərəfindən  vurğulanmışdır.  Bu  əsər  Tusinin 
dövründə  müəyyən  səbəblər  üzündən  üç  dəfə  yenidən 
işlənmiş və hər dəfə yeni-yeni ideyaları bu əsərdə qeyd edə 
bilmişdir.  Üç  məqalə,  otuz  fəsildən  ibarət  olan  bu  tarixi 
abidə  Yaxın  və  Orta  Şərq  ölkələrində  uzun  müddət  əsas 
əxlaq dərsliyi kimi işlənmişdir. 
Bu məşhur əsərindən başqa  Tusinin digər sanballı əsəri 
«Zic-i  elxani»  («Elxani  astronomik  cədvəli»)  çoxlu 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
41 
astronomik,  riyazi  və  coğrafi  cədvəlləri  ilə  məşhurdur. 
Planetlərin geosentirik orbitinin əsas elementləri verilən bu 
əsərdə  riyaziyyat  və  nücum  elminə  dair  mükəmməl 
ümumiləşdirmələr  aparan  alimin  bu  əsərini  bəzən  «Elxani 
təqvimi»  deyə  də  tanıyırlar.  Dünyanın  bir  çox  nüfuzlu 
kitabxanalarında  bu  əsərin  nüsxələrinə  rast  gəlinir,  çünki,   
«Zic-i elxani» əsərində 1700 illik astronomiya müşahidələri 
öz  təcrübəsini  dəqiq  bir  surətdə  ortaya  çıxartmışdır. 
Planetlərin sutkalıq orta hərəkti haqqındakı məlumatlar son 
dərəcə  dəqiqliklə  hesablanmışdır  ki,  bu  da  müasir 
astronomiya  cihazlarının  köməyi  ilə  əldə  edilən  dəqiq 
məlumatlardan çox cüzi bir surətdə fərqlənmişdir. 
«Zic-i elxani» əsərində verilən cədvəllər dörd kitabdan 
ibarətdir,  bu  əsrin  birinci  kitabında  yunan,  fars,  yəhudi, 
ərəb  və  türk  təqvimləri  barədə  məlumat  verilir  və  bu 
təqvimlərin birindən digərinə  keçmək  üsulları izah  olunur. 
İkinci  kitabda  isə  ulduzların  yerdəyişməsi  və  onların 
ekliptik  koordinatlar  üzrə  yerləşməsi  barədə  söhbət  açılır.  
«Zic-i elxani» əsərinin üçüncü və dördüncü kitablarında isə 
astrologiya məsələlərinə toxunulur. 
Tusinin «Zic-i elxani» əsərində riyaziyyata, coğrafiyaya 
və  astronomiyaya  aid  verdiyi  cədvəllər  öz  dövrünün  elmi 
informasiyasına  görə  çox  qabaqcıl  bir  mövqeyə  malik  idi. 
Bu cədvəllər içərisində altımışlıq say sistemində sinusun və 
tangesin (döngənin və toxunanın) üçrəqəmli triqonometriya 
cədvəlləri verilmişdir. Bu dövrdə məşhur olan 256 şəhərin 
coğrafi  koordinatların  cədvəlinə  da  rast  gəlmək 
mümkündür.  
Məşhur  səyyah  və  kaşif  Xristofor  Kolumbun  (1451 -
 1520)    müəllimi,  tanınmış  italyan  alimi  Paolo  dal  Pozzo 
Toskanelli  (1397 – 1482)    Tusinin  «Zic-i  elxani»  əsərində 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə