VuruĢan, ölən, siyasəti və dövləti idarə edən türklər olduğu halda, tarixdə, Rusiya dövlət
sənədlərində, mətbuatında və arxiv sənədlərində "persidskiye dokumentı" ("fars sənədləri"),
"voyna s Persiyey" ("Persiya ilə müharibə") və s. yazılırdı. Bütün məsələlər də Azərbaycanla
bağlı idi. Məsələyə dərindən yanaĢsaq dövlət Qacarlar dövləti, Azərbaycan və Fars ona daxil
olan əyalətlər idi. Müharibələr Azərbaycanda gedirdi və əslində Rus[iya]-Azərbaycan
müharibələri idi, tarixə isə "Rossiysko-persidskiye voynı" ("Rusiya-Persiya müharibələri") adı
ilə daxil edilirdi. Bütün bunlar dünən (XIX yüzildə) baĢ vermiĢ və tarix gözümüzün qabağında
saxtalaĢdırılmıĢdır.
Bunları sadalamaqda məqsədim odur ki, hörmətli oxucu bir daha diqqətli olub, Azərbaycanın
və onun ən qədim və ilk sakini olan türklərin qədim və orta əsrlər tarixinin necə
saxtalaĢdırıldığını az da olsa təsəvvüründə canlandıra bilsin. Və təsəvvür etsin ki, Azərbaycan
tarixinin gerçəkliyini üzə çıxarmaq istəyən tarixçilər necə çətin, ağır duruma düĢmüĢ, necə
böyük axın halında olan hücumlara məruz qalmıĢ, hansı mənəvi sarsıntıları keçirmiĢlər. Son
30 ildə mən özüm bu konfrans, seminar və yığıncaqların iĢtirakçısı və tanığı olmuĢam.
Alimlərimizdən Ziya bəy Bünyadov, Süleyman bəy Əliyarov, Yusif bəy Yusifov, Mahmud bəy
Ġsmayılov, ġövkət xanım Tağıyeva, mərhum Mirəli bəy Seyidov, mərhum Xudu bəy
Məmmədov, mərhum Aydın bəy Məmmədov, mərhum Zelik Yampolski, mərhum Məmmədəli
bəy Hüseynov, Tofiq bəy Hacıyev, Kamil bəy Vəliyev, Zakir bəy Məmmədov, Ġsa bəy Qəmbər,
mərhum Malik bəy Mahmudov, mərhum Əbülfəz bəy Hüseynli, Yaqub Mahmudov, Qeybulla
bəy Qeybullayev, Məhəmməd bəy Tantəkin və b. (adlarını çəkmədiklərim məni bağıĢlasın)
hər cür hücum və təzyiqlərə məruz qalır, “millətçi”, “pantürkist”, “feodal dövrünün
tərənnümçüsü” və s. damğalarla, 37-38-ci illərin havası ilə təhdid edilirdilər (ölənlərə min
rəhmət, qalanlara Tanrı yar olsun!).
Bir daha təkrar edirik ki, birgə götürdükdə türk tarixini, ayrıca olaraq da Azərbaycan tarixini
araĢdırmağın tək bir
metodu
yoxdur, halbuki bunsuz gərəkli ölçüdə irəli getmək mümkün
olmayacaq. Alimlərimizin demək olar ki, hamısı tarixi marksist-leninçi metodologiya əsasında
araĢdırıb. Qısaca olaraq, bu, nə deməkdir: bütün tarix boyu 4 quruluĢ olub: ibtidai icma,
quldarlıq, feodalizm, kapitalizm; beĢincisi
həm də sonuncu olacaq
, onu kommunistlər
quracaq, adı da kommunizmdir, sosializm onun birinci mərhələsidir.
Tarix siniflərin mübarizəsi
tarixidir. Ġbtidai icma quruluĢunda siniflər olmayıb, dövlət olmayıb, çünki dövlət bir sinfin
baĢqa sinif üzərində ağalığını təmin edən alətdir, kommunizmdə də siniflər aradan qalxacaq,
deməli, dövlət ölüb gedəcək. Quldarlıq eradan qabaq III minillikdən baĢlayır; feodalizm indiki
eranın III yüzilindən baĢlayır; kapitalizm (yeni dövr) Ġngiltərədəki burjua inqilabından
baĢlayır; Rusiyada oktyabr inqilabından ən yeni dövr baĢlayır və baĢqa, və baĢqa hökmlər…
Tarixi saxtalaĢdırmaqda bundan eybəcər metodologiya düĢünmək və tapmaq mümkün deyil!
Tarix elmi Sovet Ġttifaqında yalan marksist ideologiyanın yalançı quluna çevrildi. Ġstər-istəməz
belə bir tezis yaranırdı: əgər III yüzildən öncə hər hansı bir dövlət olubsa, deməli, quldar
dövlət olub; bundan qırağa çıxmaq olmaz. Quldarlıq quruluĢu öz növbəsində ən mürtəce, ən
pis quruluĢ olub. Sovet tarixçiləri yeni tezis meydana atdılar: ruslar, ümumiyyətlə götürdükdə
slavyanlar, qul olmayıblar, quldarlıqdan yan keçiblər, birbaĢa feodalizmə daxil olublar. Çox
qəribə bir mənzərə yarandı - almanlar da quldarlıqdan yan keçiblər. Bunun ardınca gürcü və
erməni tarixçiləri dəridən-qabıqdan çıxıb
sübut etmək istəyirdilər ki, gürcülər də, ermənilər də
quldarlıqdan yan keçiblər. Sonra bu Sovet tarixçiləri dilemma qarĢısında, iki yol ayrıcında
qaldılar: bu ölkələrdə feodalizm IX yüzildən sonra baĢlayıb, quldarlıq da olmayıb, deməli, X
yüzilədək bu xalqların
dövləti olmayıb?
Onda iki yol seçildi: birinci, bu ölkələrdə feodalizmin
tarixini qədimə sürükləmək; ikincisi, Marksın əsərlərində bir-iki yerdə iĢlətdiyi "Asiya istehsal
üsulu" ifadəsini əsas götürmək, ona yeni Ģərhlər vermək, quldarlıq istehsal üsulundan fərqli
olan yeni bir istehsal üsulu tapmaq və oraya daxil olmaq. Nəticədə daima "Asiya feodalizmi",
"hərbi-demokratiya dövlətləri", "tayfa dövlətləri" və baĢqa təyinatlar meydana çıxdı. "Asiya
istehsal üsulu" haqqında mübahisələrə 1938-ci ildə Stalinin göstəriĢi ilə qadağa qoyuldu, 60-cı
illərdə sovet tarixçiləri bir daha bu problemi ortaya atdılar, içindən heç nə çıxmadı… Sonra
Sovet Ġttifaqı dağıldı, marksist-leninçi metodologiya da onunla birlikdə hara atıldısa bəlli deyil.
KeçmiĢ sovet tarixçiləri ideologiyasız və metodologiyasız qaldı. Bizdə bir zərbi-məsəl var: "Ara
qarıĢdı (bəzən də "qızıĢdı" deyirlər), məzhəb itdi". Bəli, ara qızıĢdı və qarıĢdı, marksist-leninçi
məzhəb itdi.
Haylı-küylü, qanlı-qadalı, dünyanı qorxuya salan, yalanı həyat kredosu edən zalım və
müstəbid sovet diktaturası tarixə düĢdü. Böyük Füzuli demiĢkən:
PadiĢahi-mülk dinarü dirəm rüĢvət verib,
Fəthi-kiĢvər qılmağa eylər mühəyya ləĢkəri.
Göstərən saətdə dövrani-fələk bir
inqilab
Həm özü fani olur, həm ləĢkəri, həm kiĢvəri.
"Sovet Ġttifaqı" adlı rus imperiyası fani oldu, yerində müstəqil dövlətlər yarandı. Azad xalqlar
keçid dövrünü yaĢayırlar, keçmiĢ sovet tarixçiləri də marksist-leninçi qandallardan qurtuldu,
yeni metodologiyaya üz tutdu. Ancaq bir həqiqət vardır ki, siyasət, iqtisadiyyat və
ictimaiyyətdə birindən obirinə keçmək, dəyiĢmək, uyğunlaĢmaq ideya, fikir və təfəkkürdə
adaptasiya olunmaqdan qat-qat asandır. Onda biz tarixçilər (əgər mən də özümü tarixçi
saysam və tarixçilər məni tarixçi saysalar) nə etməliyik?
Demokratiya biz fikir qullarını azad etdi, o cümlədən Azərbaycan sovet tarixçilərini. Azad
olmuĢ yox, azad edilmiĢ qul nə edəcəyini bilməz - ya keçmiĢ qulluğunun həsrətini çəkər, ya
da yeni ağa axtarar. Nəticəsi nə olacaq? Ya marksist-leninçi metodologiyadan əl çəkməyəcək,
ya da klassik burjua metodologiyasının - nisbətən yaxĢı ağanın qulu olacağıq. Bu isə qoyunun
ayıdan qurtulub insanın əlinə düĢməsinə oxĢayır. Hər iki halda onu ölüm gözləyir. Birincinin
adı aydındır, ikincinin adı ən yaxĢı halda qurbanlıqdır. Nəticə eynidir. ÇıxıĢ yolu? Var!
Azərbaycan tarixçiləri (Güneyli-Quzeyli) bir yerə yığıĢıb (əgər toplaĢmağa imkan versələr və
yaxud biz toplaĢmağı bacarsaq) Azərbaycan tarix və mədəniyyətinin araĢdırılmasının
metodologiyasını yazmalıyıq, sözün əsl mənasında yaratmalıyıq!
Bu gün kimə sorsan ki, hansı metodologiyaya əsasən elmi iĢ iĢləyirsən? Cavab verə bilmir.
Mən təklif edirəm ki, hələlik ilkin olaraq
tarix-məntiq metodunu
qəbul edək. Bu metod nə
üçün təqdim edilir? Birinci, ona görə ki, istər Azərbaycanın, istər türklərin, istərsə də bütün
dünyanın qədim və ən qədim tarixi ya həddən az, üzdən öyrənilib, ya da heç araĢdırılmayıb,
öyrənilməyib. Buna görə də birinci vəzifə kimi qarĢıda empirik məlumatların toplanması
gərəkdir. Sonra bu məlumatlar "empirik və xronoloji tarixliyə" toplanmalıdır.
Ġkincisi, bu empirik məlumatlar bir məntiqə dayanmalıdır. Bu da
tarixsəl məntiqdir
. Məsələn,
empirik məlumat ya mifdən, ya dildən, ya dindən gələ bilər. Bunların öz məntiqi, öz sistemi
vardır. Ümumi götürsək, min illərlə bəĢərin yararlandığı "formal məntiq" adlanan məntiq
(loqos) bunları qəbul etmir. Bəlli olduğu kimi, miflər loqosa tab gətirməyərək öz yerini
dinlərə, onlar da zaman-zaman tab gətirməyərək öz yerlərini elmə, fəlsəfəyə verməkdədir.
Hər bir dilin isə öz məntiqi vardır və onlar ümumi formal məntiqdən fərqlidir.
Üçüncüsü, tarixsəl məntiq nə üçün gərəkdir?
Bir mənanı deyə bilərik ki, tarixin fəlsəfəsini anlamaq və yaratmaq üçün. Çünki hələlik, bəlkə
də bir neçə yüzil son söz tarix fəlsəfəsinindir.