Tarix dəyiĢmiĢdir. Bir zamanlar [məsələn, XI-XVII yüzillərdə Səlcuqlular (1038-1157),
Qaraxanlılar (927-1212), Monqol-Göytürklər (1206-1290), Ġlxanlılar (1256-1356), Osmanlılar
(1299-1922), Səfəvilər (1501-1736), ƏfĢarlar (1736-1749), Teymurlular (1370-1507), Böyük
Moğollar (1526-1858)] dünyaya hökm edən, ara-sıra Moskvanın, Romanın, Parisin, Vyananın
qapılarını döyən, bütün dünya müsəlmanlarının xilaskarı, xristianlığa, yəhudiliyə Tanrı dinləri
kimi hörmət edib Ģəfqət göstərən türklərin indi qapıları döyülürdü. Güclü türk
imperiyalarından əsər-əlamət qalmamıĢ, nə qalmıĢsa tarixə çökmüĢdür. Öz yerlərinə baĢqa
xalqlarda türk düĢmənçiliyi qoyub getmiĢlər. Təkcə Osmanlı imperatorluğu öz varlığını zorla
da olsa qoruyub saxlamaqda idi.
XVIII-XIX yüzillərdə Avropa və Rusiyanın iĢğal tarixlərinə diqqətlə baxsaq onun ana xəttini
türklərlə müharibələr və türk torpaqlarının iĢğalı, türklərin dünya çapında genosidi (soyqırımı)
təĢkil edir. Dünyanın hakim dövlətlərinin və qüvvələrinin bu ardıcıl siyasəti nəticəsində "böyük
türk düĢmənçiliyi" yarandı. Bu, öz təsirini Avropada yaranan yeni tarixçilikdə və ona xidmət
edən ĢərqĢünaslıqda da tapdı.
XIX yüzildə Hindistanda (Böyük Moğollar), Orta Asiyada, Qafqazda və o sıradan Azərbaycanın
quzeyində, Uyğurustanda, Türküstanda türk sülalələrinin hakimiyyətlərinə son qoyuldu,
ərəblər Osmanlı türklərinə qarĢı qızıĢdırıldı.
Bütün bunlara haqq qazandırmaq üçün bir yol vardı - turkləri vəhĢi, qaniçən, xristian
düĢməni, rus düĢməni, mədəni hind-avropalıların və samilərin düĢməni, iĢğalçı və hər yerə
gəlmə, ümumiyyətlə götürəndə insanlığın, bəĢərin düĢməni elan etmək, dünya xalqlarını
onlara qarĢı qaldırmaq, türkləri içdən bölük-bölük etmək. Bununla bağlı Yaxın və Orta ġərq
tarixi ilə məĢğul olan Avropa tarixçilərinin və onların əlaltı etdiyi ġərq tarixçilərinin,
asiyaĢünasların və ĢərqĢünasların qarĢısında hansı
məsələlər, problemlər dururdu? Əsasən:
1.
Dünya xalqlarını irqlərə bölmək. (Bəlli olduğu kimi, bunun nəticəsində insanlığa
düĢmən olan irqçilik nəzəriyyəciyi törəndi).
2.
Xalqları "mədəni", "qeyri-mədəni" və "barbarlar"a bölmək.
3.
Dünya mədəniyyətinin bütün uğurlarını hind-avropalıların ayağına yazmaq.
4.
Türkləri, yəhudiləri, monqolları və islam dinini bəĢəriyyətin düĢməni, ən azından,
antipodu kimi qələmə vermək (nəticədə yəhudi qırğınları baĢ alıb getdi, Ural-Altay
xalqları bölük-bölük edildi, XIX yüzilin ortasında Rusiya Osmanlı sultanından tələb etdi
ki, müsəlmanlıqdan əl çəkib xristianlığı qəbul etsin, Volqaboyunda və Sibirdə türklər
zorla xristianlaĢdırıldı, Azərbaycan, Mərkəz Türküstan və Doğu Türküstan bir neçə
yerə bölündü).
5.
Afrikalıları ən geridə qalmıĢ, barbarlar kimi qələmə vermək, qul alverinə və iĢğallara
bəraət qazandırmaq. (Qul alveri, iĢğallar və qətl-qarət nəticəsində Afrika yüz milyona
yaxın insan itirmiĢ, yalnız Osmanlı sultanlarının tələbi və təzyiqi nəticəsində ġimali
Afrikanın müsəlman ərəb, bədəvi və bərbərlərindən qul aparılmamıĢdır).
6.
Çinliləri sarı irqə daxil etmək, sarı irqi bəĢəriyyətin "sarı çuması" elan etmək, Çinə
qarĢı birgə yürüĢə haqq qazandırmaq.
7.
Osmanlı sultanlığını "xəstə adam" elam etmək, onun ərazisini və irsini mənimsəmək
üçün qabaqcadan cəmiyyətdə rəy yaratmaq, Avropa və Rusiyada türklərdən, türk-
monqollardan, busurman (müsəlman) və "qaralar"dan intiqam almaq vaxtının çatdığı
fikrini yaratmaq və aĢılamaq. (Hətta A.PuĢkin də yazırdı ki, tatarlardan, xakaslardan,
çuvaĢlardan intiqam almağın vaxtı çatıbdır).
8.
Türklərin sonradan yaranma və hər yerə gəlmə olduqlarını isbatlamaq, sonda isə
türklərə türk olmadıqlarını sübut etmək!
Stalin türk düĢmənçiliyində hələ gəncliyindən tanınan tacik Ģovinisti Babacan Qafurovu 36
yaĢında Moskvadakı birbaĢa mərkəzi hakimiyyətə xidmət edən ġərqĢünaslıq Ġnstitutunun
(SSRĠ Elmlər Akademiyası) direktoru təyin edərkən demiĢdi: Səni ora direktor qoyuram.
Sübut
etməlisiniz ki, SSRĠ-də türk yaĢamır!
Bu göstəriĢ Stalinin sağlığında həll edildi. Bundan sonra ġərqĢünaslıq Ġnstitutu B.Qafurovun
rəhbərliyi altında və Leninqrad ġərqĢünaslıq Ġnstitutu Güney Azərbaycanda və Ġranda
türklərin tarixən olmadığını, azərbaycanlıların isə Səlcuqlular dövründə türkləĢmiĢ irandilli xalq
olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxmağa baĢladı. Bir sıra Avropa, Azərbaycan
və Ġran institut və alimləri də onlara qoĢuldu. Bu yolda minlərlə insan ömrü və milyardlar
xərcləndi, elmdə haqqı arayanların səsi batırıldı, eĢidilməz oldu. Azərbaycan türkləri "irandilli"
edildi, irandillilər də "hind-irandilli", onlar da öz növbəsində "hind-avropalı" oldu.
Bu saxtakarlığın yönəldicilərindən olan bir qrup alim (LivĢits, Qrantovski, Ġqrar Əliyev və b.)
bir zaman onlara qarĢı çıxan bizim alimlərə (mən də iĢtirak edirdim) dedilər ki, "siz
azərbaycanlılar sevinin ki, biz sizi bu yolla ari irq edirik, dünya mədəniyyətini yaradan
xalqların sırasına qoĢuruq". Mən onlara dedim: "Tarixi saxtalaĢdırmağı boynunuza aldığınıza
və bizə açıq etiraf etdiyinizə görə çox sağ olun. Gün o gün olsun ki, bunu əsərlərinizdə də
yazasınız! Biz türklər tarixi yaratmıĢıq, ancaq onu yazmamıĢıq. Bir gün gələr - yazarıq". (Bu
sözləri o zaman deyəndə bilmirdim ki, Böyük Atatürk demiĢdir: "Tarixi yazmaq onu yaratmaq
qədər çətindir!").
Siyasət tarixində, tarix elmində və ĢərqĢünaslıqda türk düĢmənçiliyi bir neçə yüz il davam
etmiĢdir. Tarix elmi və ĢərqĢünaslıq böyük siyasətin müĢayiətçisinə, ara-sıra əlaltısına
çevrilmiĢdir.
Ġndi dünyanın siyasəti dəyiĢməkdə, türk düĢmənçiliyi (antitürkçülük) sönməkdədir. Uzun
müddət dünyada hökm sürən hakim millətçi, Ģovinist və imperialist siyasətin yerini
demokratiyaya dayanan siyasət tutmaqdadır
. Bu siyasət elmdə və ĢərqĢünaslıqda özünü
hökmən göstərəcəkdir. Azadlığa qovuĢan xalqlar öz tarixlərinə, keçmiĢ mədəniyyətlərinə
yenidən baxacaq, bir çox uydurma və qondarmalar, saxtakarlıqlar aradan qalxacaq, tarix
gerçəkliyi üzə çıxacaqdır.
Bir məsələdə daha diqqətli olmalıyıq: Avropa və Rusiyanın bir sıra tarixçi və ĢərqĢünaslarının
əsərlərində çox qiymətli cəhətlər var. Onların xidmətini heçə endirmək olmaz. Etiraf etmək
gərək ki, XVIII-XX yüzillər Avropası və Rusiyası biz türklərin tarixini, ədəbiyyat, incəsənət,
din, fəlsəfə və mədəniyyətini bizim özümüzdən çox öyrənmiĢ, yüz minlərlə əlyazmalarımızı
qoruyub saxlamıĢ, bu yolda var-dövlət, qızıl-gümüĢ, milyardlar xərcləmiĢlər. Bu baxımdan biz
Avropa elminə və mədəniyyətinə minnətdar olmalıyıq, ondan səmərəli faydalanmalıyıq.
Avropanın hegemon dövlətlərinin və Rus
iyanın türk düĢmənçiliyində ən çox istifadə etdiyi
silahlardan biri də Parsua-Ġran olmuĢdur. I Pyotr öz sələflərinə vəsiyyətində göstəriĢ verirdi ki,
Farsistanı (Persiya) axıradək əzməsinlər - o, Türkiyəyə qarĢı mübarizədə Rusiyaya lazım
olacaq.
Yaxın və Orta ġərqdə iĢğalçılıq siyasəti yürüdən hər hansı bir Avropa dövləti belə düĢünürdü.
Ancaq Pyotr (Rusiya) Osmanlı imperatorluğunu dağıdandan sonra Persiyanı da dağıtmağı,
məhv etməyi qarĢısına məqsəd qoyduğu halda, Britaniya hind-avropalılarla qohum sayılan
farsları "Ġran" adlanan inzibati dövlət birliyinə hakim yapmaq, onunla Hindistanla olduğu kimi
davranmaq niyyətində idi. Ġngiltərə, Rusiya və Fransa uzun müddət Ġran uğrunda gah gizli,
gah açıq toqquĢdular. Hər üçü də farslara xüsusi rəğbətlə yanaĢır, onlardan öz məqsədləri
üçün istifadə etməyə çalıĢırdı.