Burun və burunətrafı ciblərin kliniki anatomiya və fiziologiyası



Yüklə 27,2 Kb.
Pdf görüntüsü
səhifə30/52
tarix21.03.2018
ölçüsü27,2 Kb.
#32983
1   ...   26   27   28   29   30   31   32   33   ...   52

 
 
B) Promontoriumda 
C) Oval pəncərə nahiyəsində 
D) Girdə pəncərə nahiyəsində   
E) Təbil pərdəsində 
 
Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» 
M.Медицина,2001,с.470    
 
500) Xroniki otitlər zamanı təbil pərdəsinin hansı perforasiyasına daha çox rast 
gəlinir? 
A) Paxlavari 
B) Kənari nöqtəli 
C) Kənari oval  
D) Total 
E) Mərkəzi 
 
Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.«Оториноларингология» 
M.Медицина,2001,с.429 
 
501) Eksudativ orta otitin mualicə metodlarından hansı daha effektlidir? 
A) Qulağa damcılarının tökülməsi 
B) Eşitmə borularının üfürülməsi 
C) Təbil boşluğundan eksudatın xaric edilməsi 
D) Dərmanların endoaural elektroforezi 
E) Təbil pərdəsinin massajı 
 
Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.  «Оториноларингология» М. Медицина,  
2001,стр.410 
 
502) Eksudativ orta otitin diaqnostika metodlarından hansı daha dürüstdür? 
A) Təbil pərdəsinin içəri dartılması 
B) Qulaqda küy və axıntı hissiyatı 
C) Mirinqotomiya zamanı eksudatın alınması 
D) Eşitmə borularının keçiriciliyinin pozulması         
E) Konduktiv zəifeşitmə 
 
Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.  «Оториноларингология» М. Медицина, 
2001,стр.410 
 
503) Hansı xəstəliklər zamanı baroterapiya göstərişdir? 
A) İrinli orta otit 
B) Xarici otit         
C) Sensonevral ağıreşitmə 
D) Menyer xəstəliyi 
E) Tubootit 
 


 
 
Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И.  «Оториноларингология» М. Медицина, 
2001,стр.457-464 
 
 
504) Qulağın hansı yaraları daha çox perixondrit və başqa ağırlaşma törədir? 
A) Əzilmiş 
B) Deşilmiş       
C) Cırılmış 
D) Burulmuş 
E) Kəsilmiş  
 
Ədəbiyyat: Пальчун В.Т. Крюков. A.И. «Оториноларингология» М. 
Медицина,2001,стр.476-479 
 
 
505) Bu xəstəliklərdən hansı qulaqda radikal operasiyaya göstəriş hesab 
olunmur? 
 
A) Xroniki irinli orta otit və məhdud labirintit 
B) Xroniki irinli orta otit və meninqit 
C) Xroniki irinli orta otit və üz sinirinin iflici 
D) Xroniki ekssudativ otit və eşitmənin zəiflməsi 
E) Xroniki orta otit və sepsis 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 səh. 435 
 
506) Bunlardan hansı otogen kəllədaxli ağırlaşma deyil? 
 
A) Labirintit 
B) Sinustromboz 
C) Beyin absesi 
D) Meningit 
E) Otogen sepsis 
 
Ədəbiyyat: Ə. M. Talışinski “Qulaq mənşəli kəllədaxili ağırlaşmalar və sepsis”., 
Bakı, Təbib, 1998 səh. 529 
 
 
Qırtlaq patologiyası
 
 
 
507) Sərbəst xəstəlik kimi kəskin kataral laringitə səbəb olan faktorlar arasında 
nə yoxdur? 
A) Travma 
B) Nikotindən sui-istifadə 


 
 
C) Soyuqlama 
D) Qışqırma 
E) Alkoqoldan sui-istifadə 
 
Ədəbiyyat: 
B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.337 
 
508) Kəskin kataral laringitə ən çox nə xarakterikdır? 
A) Səsin xırıltılı olması.Yüksək hərarət.Udqunmanın ağrılı olması 
B) Yüksək hərarət.Udqunmanın ağrılı olması.Tənəffüsün pozulması 
C) Öskürək.Yüksək hərarət.Tənəffüsün pozulması 
D) Öskürək.Səsin xırıltılı olması.Udqunmanın ağrılı olması 
E) Öskürək.Səsin xırıltılı olması.Tənəffüsün pozulması 
 
Ədəbiyyat: 
B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.337 
 
509) Kəskin kataral laringit zamanı larinqoskopiyada nə ayırd edilir? 
A) Selikli qişanın ödemi.Selikli qişanın hiperemiyası. İrinli ərp 
B) Selikli qişanın ödemi.Selikli qişanın hiperemiyası.Selikli qişanın irinləməsi 
C) Selikli qişanın ödemi .Selikli qişanın hiperemiyası.Selikli qişanın  infiltrasiyası 
D) Selikli qişanın ödemi.Geniş sahələrdə qansızmalar.Selikli qişanın irinləməsi 
E) Selikli qişanın hiperemiyası.Selikli qişanın ödemi.Geniş sahələrdə qansızmalar 
 
Ədəbiyyat: 
B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.338 
 
510) Kəskin kataral laringit nə ilə differensasiya edilir? 
A) Sifilis.Udlaqarxası abses.Qızıl yel 
B) Difteriya.Sifilis.Udlaqarxası abses 
C) Difteriya.Vərəm.Sifilis 
D) Difteriya.Vərəm.Qızıl yel 
E) Vərəm.Sifilis.Qızıl yel 
 
Ədəbiyyat: 
B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.338 
 
511) Kəskin kataral laringitlə qırtlaq difteriyası arasında əsas differensial 
diaqnostik fərq hansıdır? 
A) Səs yarığında quru qabıqların olmasıdır 
B) Səs büküşlərində ödem və infiltrasiyası 
C) Ağ irinli ərpin olması 
D) Selikli qişanın hiperemiyalı olması 
E) Çirkli-boz ərpin olması 
 


 
 
Ədəbiyyat: 
B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.338 
 
512) Kəskin kataral laringitlə qırtlaq vərəminin başlanğıc forması arasında əsas 
differensial diaqnostik fərq hansıdır? 
A) Hər 2 səs büküşlərində hiperemiya və ödem 
B) Səs büküşlərindən birində hiperemiya və ödem 
C) Çirkli-boz ərpin olması 
D) Selikli qişanın hiperemiyalı olması 
E) Ağ irinli ərpin olması 
 
Ədəbiyyat: 
B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.338 
 
513) Qırtlaq vərəminin başlanğıc mərhələsi üçün nə xarakterikdir? 
A) Hər 2 səs büküşünün hiperemiya və infiltrasiyası.Səs büküşlərindən birinin 
hiperemiya və infiltrasiyası. Mədəcik büküşlərinin hiperemiya və infiltrasiyası 
B) Çalovvari sahədə hiperemiya və infiltrasiya.Səs büküşlərindən birinin hiperemiya 
və infiltrasiyası.Mədəcik büküşlərinin hiperemiya və infiltrasiyası 
C) Çalovvari sahədə hiperemiya və infiltrasiy.Səs büküşlərindən birinin hiperemiya 
və infiltrasiyası.Çalovabənzər qığırdaqda hiperemiya və infiltrasiya 
D) Hər 2 səs büküşünün hiperemiya və infiltrasiyası.Çalovabənzər qığırdaqda 
hiperemiya və infiltrasiya.Mədəcik büküşlərinin hiperemiya və infiltrasiyası 
E) Çalovvari sahədə hiperemiya və infiltrasiya.Hər 2 səs büküşünün hiperemiya və 
infiltrasiyası.Çalovabənzər qığırdaqda hiperemiya və infiltrasiya 
 
Ədəbiyyat: 
B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.338 
 
514) Büküşaltı laringit ən çox hansı yaşlarda rast gəlinir? 
A) 2-5 yaşlarında 
B) 12-14 yaşlarında 
C) 9-11 yaşlarında 
D) 6-8 yaşlarında 
E) 0-1 yaşlarında 
 
Ədəbiyyat: 
B.T.Пальчун,А.И.Крюков«Оториноларингология»М.«Медицина»,2001,стр.347 
 
515) Büküşaltı laringitə xas olan əsas şikayətlər hansılardır? 
A) Səsin xırıltılı olması.İnspirator təngnəfəslik.Tənəffüsün çətinləşməsi 
B) Öskürək.Səsin xırıltılı olması.İnspirator təngnəfəslik 
C) Səsin xırıltılı olması.Ekspirator təngnəfəslik.Tənəffüsün çətinləşməsi 
D) Öskürək.Səsin xırıltılı olması. Ekspirator təngnəfəslik 
E) Öskürək.İnspirator təngnəfəslik.Tənəffüsün çətinləşməsi 
 


Yüklə 27,2 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə