Çılğınlıq,
münaqişələrə meyillilik, qəzəb dərəcəsinədək çatan qıcıqlıq ən çox hansı şəxsiyyət pozuntusu üçün
səciyyəvidir?
A) Şəxsiyyətin şizoid pozuntusu üçün
B) Şəxsiyyətin paranoid pozuntusu üçün
C) Emosional davamsız şəxsiyyət pozuntusu üçün (impulsiv tip)
D) Emosional davamsız şəxsiyyət pozuntusu üçün (sərhədi tip)
E) Şəxsiyyətin başqasından asılılığı pozuntusu üçün
Şəxsiyyət pozuntusu” diaqnozu zamanı daha çox ehtimal edilən vəziyyət hansıdır?
A) Proqredient (artan) gedişat
B) 45 yaşından sonra tam sağalma
C) Kompensasiya və dekompensasiya periodları
D) Yaş artdıqca vəziyyətin tədricən yaxşılaşması
E) Tez-tez mövsümi kəskinləşmələrlə müşahidə edilən tutmayabənzər gedişat
Münaqişəyə meyillilik hansı şəxsiyyət pozuntusu üçün səciyyəvi deyil?
A) Şəxsiyyətin başqasından asılılığı pozuntusu üçün
B) Emosional davamsız şəxsiyyət pozuntusu üçün (impulsiv tipə)
C) Şəxsiyyətin dissosial pozuntusu üçün
D) Şəxsiyyətin paranoid pozuntusu üçün
E) Emosional davamsız şəxsiyyət pozuntusu üçün (sərhədi tip)
Şəxsiyyət pozuntusu nəyə deyilir?
A) Sosial və şəxsi sferada ciddi pozuntular yaradan, sarışan fikirlər və hərəkətlərlə ifadə olunan təlaşlı
pozuntuya
B) Psixi travma nəticəsində yaranan vəziyyətə
C) Uşaqlıq və ya gənclik dövrundə formalaşan, ahıl yaşlarda da qorunub saxlanan
D) Şüurlu təcrübənin bəzi elementlərini şüurlu təcrübənin digər elementlərindən təcrid edən mudafiə
mexanizminə
E) Affekt və ya əhval-ruhiyyənin enib-qalxmasına
Aşağıdakılardan hansı şəxsiyyətin isterik pozuntusuna aid deyil?
A) Fikir axınının sürətlənməsi
B) Təlqinə qabillik
C) Xarici görkəmlə bağlı yüksək narahatlıq
D) Diqqət mərkəzində olmağa zəmin yaradan fəaliyyətlə məşğul olmağa səy göstərmə
E) Teatrallıq və emosiyaların ifrat dərəcədə intensiv ifadə olunması
Anankastik şəxsiyyət pozuntusu üçün hansı xarakterik deyil?
A) Təkrar-təkrar ağıla gələn və şəxsin müqavimət göstərdiyi stereotip ideya, obraz və meyillərin yaranması
B) Ətrafdakılara qarşı yüksək tələbkarlıq və ya hər şeyi təkbaşına yerinə yetirməyə məntiqsiz meyillilik
C) Həddindən artıq vicdanlılıq və diqqətlilik
D) İnamsızlıq hissi, şübhə və ehtiyatlılığa həddindən artıq meyillilik
E) Pedantizm və sosial şərtiliyin həddindən artıq tərəfdarı olmaq
Aşağıdakılardan hansı şəxsiyyətin təşvişli pozuntusu üçün xarakterik deyil?
A) Başqalarının pozitiv cavabına əmin olmadan onlarla ünsiyyətə girmək istəyinin olmaması
B) Tənqid hədəfinə çevrilmək və sosial vəziyyətlərdə rədd olunmaq ehtimalına dair həddindən artıq narahatlıq
C) Tənqid, bəyənilməmə və ya rədd edilmə qorxusu ilə bağlı sosial aktivlik və ya peşəkar fəaliyyətdən yayınma
D) Daimi ümumi gərginlik hissi və ağır hissiyyatlar
E) Özünü səbəbsiz yerə məzəmmət etmə və ya qeyri-adekvat təqsirkarlıq hissi
Şəxsiyyət pozuntusunun formalaşması həyatın əksərən hansı dövründə formalaşır?
A) Ahıllıq dövründə
B) İstənilən yaş dövrundə yarana bilər
C) Yetkinlik dövründə
D) Erkən uşaqlıq dövründə
E) Yeniyetməlik və gənclik dövründə
Şəxsiyyət pozuntuları (psixopatiyalar) haqqında təlim hansı alimin adı ilə bağlıdır?
A) E. Bleyler B) E. Kreçmer C) Z. Freyd D) F. Pinel E) K. Yaspers
Vaxtaşırı hədələr və özünüzədələmə aktları daha çox hansı şəxsiyyət pozuntusu üçün xarakterikdir?
A) Şəxsiyyətin şizoid pozuntusu üçün
B) Şəxsiyyətin emosional dayanıqsız pozuntusu üçün (impulsiv tip)
C) Emosional davamsız şəxsiyyət pozuntusu üçün (sərhədi tip)
D) Şəxsiyyətin dissosial pozuntusu üçün
E) Şəxsiyyətin təşvişli yayınan pozuntusu üçün
Münaqişəli davranış, qəzəb coşması və ya zorakılığa meyilliliyin ifadə olunmuş tendensiyası daha çox hansı
şəxsiyyət pozuntusu üçün xarakterikdir?
A) Emosional davamsız şəxsiyyət pozuntusu üçün (sərhədi tip)
B) Şəxsiyyətin histerik pozuntusu üçün
C) Şəxsiyyətin şizoid pozuntusu üçün
D) Şəxsiyyətin təşvişli yayınan pozuntusu üçün
E) Şəxsiyyətin emosional dayanıqsız pozuntusu üçün (impulsiv tip)
Hissiyyat sferasının pozuntularına nə aiddir ?
A) Sayıqlama
B) Hallüsinasiya
C) Depressiya
D) Hipobuliya.
E) Bütün cavablar doğrudur.
İllüziya pozuntusu nə zaman adlanır?
A) Olmayan obyektin qavranması
B) Obyektin təhrif olunmuş qavranması
C) Ətraf mühitin sanki dəyişilməsi hissi
D) Əşyaların formaca dəyişilməsi hissi.
E) Bütün cavablar doğrudur.