Bu günkü gündə şizofreniyanın etiopatogenezində mühüm rol oynadığı hesab olunur: a psixososial



Yüklə 290,03 Kb.
Pdf görüntüsü
səhifə3/27
tarix23.09.2018
ölçüsü290,03 Kb.
#70341
1   2   3   4   5   6   7   8   9   ...   27

Psixogen xəstəliklər qrupu üçün aşağıdakılardan hansı xarakterik deyil?

A) Xəstəliyin başlanğıcı psixotravma ilə əlaqədardır

B) Psixotravmatik şəraiti həll etməklə sağalmağa nail olmaq olar

C) Sayıqlama və hallüsinasiyaların olmaması

D) MSS-in üzvi zədələnməsinin olmaması

E) Xəstəlik psixotravma ilə ifadə olunur

Affektiv-şok reaksiyasının hipokinetik variantı aşağıdakı simptomların hansı ilə xarakterizə olunmur?

A) Qeyri-iradi sidik ifrazı B) Mutizm  C) Affektiv təcridolmaD) Hərəki ləngimə   E) Psiximotor oyanma

Nevrasteniyalı xəstələrdə göstərilən əlamətlərdən hansı müşahidə olunmur?

A) Yüksək əsəbilik  B) Baş ağrısı  C) Ümumi əzginlik   D) İpoxondrik sayıqlama   E) Sensomotor pozuntu

Trixotillomaniya nədir?

A) Zöhrəvi xəstəliyinə tutulma qorxusu (AİDS də daxil olmaqla)

B) Saçları yolmağa sarışan meyil

C) Kompulsiv hərəkətlər

D) Səfilliyə meyil

E) Zorakı (impulsiv) hərəkətlər

Nevrotik pozuntular hansı simptomlarla təzahür olunmur?

A) Vegetativ təzahürlər B) Alaqaranlıq düşüncə C) Əksər hallarda öz vəziyyətinə tənqidi yanaşma

D) Somatik təzahürlər   E) Həyəcanlılıq

Aşağıdakılardan hansı isterik ürəkkeçməni  epileptikdən fərqləndirən cəhət deyil?

A) Başvermənin qəfilliyi B) Psixogen faktorun olması

C) Ətrafda baş verənləri qəbul etmək və dəyərləndirmək bacarığının qorunub saxlanması

D) Göz bəbəklərinin işığa reaksiyasını qoruyub saxlaması E) Nümayişkarlıq

Yüksək yorğunluqla müşayiət edilən əsəbi zəiflik və vegetativ pozuntuların uzlaşması necə adlanır?

A) İsteriya  B) Obsessiya   C) Həyəcan  D) Asteniya    E) Fobiya

İsterik ürəkkeçmələr üçün aşağıdakılardan hansı xarakterikdir ?

A) Ürəkkeçmədən sonrakı keyləşmə B) Tonik qıcolmaların mövcudluğu C) Zədələnmə olmadan düşüncənin 

daralması  və nəticədə zəifləməsi  D) Klonik qıcolmaların mövcudluğu   E) Ürəkkeçmənin tam amneziyası

İntihar hədələri və ya özünə zərəryetirmə aktları ilə müşahidə edilən təkrarlanan emosional böhranlara gətirən 

xroniki daxili boşluq hissi və gərgin münasibətlərə daxil olmağa meyillilik hansı şəxsiyyət pozuntusuna aiddir?

A) Şəxsiyyətin isterik pozuntusu

B) Emosional davamsız şəxsiyyət pozuntusu

C) Şəxsiyyətin dissosial pozuntusu

D) Şəxsiyyətin təşvişli pozuntusu

E) Bütün cavablar doğrudur



Daimi ümumi gərginlik hissi və ağır hissiyyatlar, şəxsi cazibəsizliyi və başqaları ilə müqayisədə məzlumluğu 

barədə təsəvvürlər, öz ünvanına olan tənqidlə bağlı yüksək narahatlıq, fiziki təhlükəsizliyə tələbat zəminində 

həyat şəraitinin məhdudluğu nəyin xarakterik əlamətləridir?

A) Emosional davamsız şəxsiyyət pozuntusu (sərhədi tip)

B) Şəxsiyyətin isterik pozuntusu

C) Şəxsiyyətin başqasından asılılığı pozuntusu

D) Şəxsiyyətin anankastik (obsessiv-kompulsiv) pozuntusu

E) Şəxsiyyətin təşvişli pozuntusu

Emosional soyuqluq, təcrid olmuş və ya sönük affektivlik, başqa adamlara qarşı səmimi və zərif münasibət 

göstərmək bacarıqsızlığı, tərif və tənqidə zəif cavab reaksiyası, fantaziyalar və introspeksiyalarla bağlı yüksək 

narahatlıq hansı şəxsiyyət pozuntusuna aiddir? A) Şəxsiyyətin paranoid pozuntusu B) Şəxsiyyətin dissosial 

pozuntusu

C) Şəxsiyyətin başqasından asılılığı pozuntusu D) Şəxsiyyətin şizoid pozuntusu E) Emosional davamsız 

şəxsiyyət pozuntusu (sərhədi tip)

Uğursuzluq və rədd cavablarına həddindən artıq həssaslıq, kimdənsə daim narazı olmaq tendensiyası, təhqir və 

təkəbbürlü münasibəti bağışlamağı bacarmamaq, şübhəlilik, başqa adamların neytral hərəkətlərini qərəzli 

münasibət kimi şərh etmək hansı şəxsiyyət pozuntusuna aiddir?

A) Emosional davamsız şəxsiyyət pozuntusuna (sərhədi tip) B) Şəxsiyyətin şizoid pozuntusuna

C) Şəxsiyyətin dissosial pozuntusuna D) Şəxsiyyətin paranoid pozuntusuna                                                                   

E) Şəxsiyyətin başqasından asılılığı pozuntusuna

Fiziki təhlükəsizliyə tələbat zəminində həyat şəraitinin məhdudlaşması hansı şəxsiyyət pozuntusuna aiddir?

A) Şəxsiyyətin şizoid pozuntusuna

B) Şəxsiyyət başqasından asılılığı  pozuntusuna

C) Şəxsiyyətin paranoid pozuntusuna

D) Şəxsiyyətin təşvişli yayınan pozuntusuna

E) Şəxsiyyətin anankastik pozuntusuna

Produktivliyi daha üstün tutmaq üçün zövqə və şəxslərarası münasibətlərə zərər yetirmək hansı şəxsiyyət 

pozuntusuna aiddir?

A) Şəxsiyyətin paranoid pozuntusu B) Şəxsiyyətin təşvişli yayınan pozuntusu C) Şəxsiyyətin şizoid pozuntusu

D) Şəxsiyyətin başqasından asılılığı pozuntusu  E) Şəxsiyyətin anankastik pozuntusu

Pedantlıq, dəqiqlik, yüksək məsuliyyət hansı şəxsiyyət pozuntusuna aiddir?

A) Şəxsiyyətin şizoid pozuntusuna  B) Anankastik şəxsiyyət  pozuntusuna  C) Şəxsiyyətin paranoid 

pozuntusuna

D) Şəxsiyyətin başqasından asılılığı pozuntusuna   E) Şəxsiyyətin təşvişli yayınan pozuntusuna

Öz həyatındakı vacib qərarları aktiv və ya passiv şəkildə başqalarının məsuliyyəti üzərinə atmaq hansı şəxsiyyət 

pozuntusuna aiddir?

A) Şəxsiyyətin paranoid pozuntusuna

B) Anankastik şəxsiyyət  pozuntusuna

C) Şəxsiyyətin şizoid pozuntusuna

D) Şəxsiyyətin təşvişli yayınan pozuntusuna

E) Şəxsiyyətin başqasından asılılığı pozuntusuna



Qapalılıq və ətrafdakılarla ünsiyyətə girmək çətinliyi hansı şəxsiyyət pozuntusuna aiddir?

A) Şəxsiyyətin başqasından asılılığı pozuntusuna

B) Şəxsiyyətin təşvişli yayınan pozuntusuna

C) Şəxsiyyətin paranoid pozuntusuna

D) Şəxsiyyətin şizoid pozuntusuna

E) Anankastik şəxsiyyət  pozuntusuna

Başqalarının hisslərinə qarşı qəddar soyuqqanlılıq, məsuliyyətsizlik və sosial norma, qayda və vəzifələrə 

biganəlik hansı şəxsiyyət pozuntusuna aiddir?

A) Emosional davamsız şəxsiyyət pozuntusuna

B) Şəxsiyyətin təşvişli yayınan pozuntusuna

C) Şəxsiyyətin başqasından asılılığı pozuntusuna

D) Şəxsiyyətin isterik pozuntusuna

E) Dissosial şəxsiyyət pozuntusuna

Yüksək qiymətli ideyaların yaradılmasına meyillilik və ətrafdakılara qarşı şübhəlilik hansı şəxsiyyət 

pozuntusuna aiddir?

A) Şəxsiyyətin başqasından asılılığı  pozuntusuna

B) Şəxsiyyətin paranoid pozuntusuna

C) Şəxsiyyətin təşvişli yayınan pozuntusuna

D) Şəxsiyyətin isterik pozuntusuna

E) Emosional davamsız şəxsiyyət pozuntusuna

Nəticəni nəzərə almadan qəfildən hərəkət etmənin ifadə olunmuş tendensiyası hansı şəxsiyyət pozuntusuna 

aiddir?


A) Şəxsiyyətin təşvişli yayınan pozuntusuna

B) Şəxsiyyət pozuntularına xarakterik deyil

C) Emosional davamsız şəxsiyyət pozuntusuna

D) Bütün şəxsiyyət pozuntularına

E) Şəxsiyyətin başqasından asılılığı pozuntusuna

Hansı şəxsiyyət pozuntusunda hallüsinator paranoid sindromu qeydə alınır?

A) Şəxsiyyətin paranoid pozuntusunda

B) Emosional davamsız şəxsiyyət pozuntusu

C) Şəxsiyyətin başqasından asılılığı pozuntusunda

D) Şəxsiyyət pozuntularında rast gəlinmir

E) Şəxsiyyətin şizoid pozuntusunda

Sirr verməməzlik, qapalılıq, qəribə düşüncə tərzi, emosional reaksiyaların paradoksallığı ən çox hansı şəxsiyyət 

pozuntusu üçün səciyyəvidir?

A) Emosional davamsız şəxsiyyət pozuntusu üçün (sərhədi tip)

B) Şəxsiyyətin paranoid pozuntusu üçün

C) Şəxsiyyətin dissosial pozuntusu üçün

D) Emosional davamsız şəxsiyyət pozuntusu üçün (impulsiv tip)

E) Şəxsiyyətin şizoid pozuntusu üçün




Yüklə 290,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə