Aşağıda qeyd olunanlardan hansı mimiki pozuntuya aiddir?
A) Hipermimiya
B) Hiperbuliya
C) Anuriya
D) Hipertimiya
E) Bütün cavablar doğrudur
Hansı emosional vəziyyət zamanı düşüncə pozuntusu meydana çıxır ?
A) Fizioloji affekt
B) Patoloji affekt
C) Stenik affekt
D) Astenik affekt
E) Bütün cavablar doğrudur
Kəskin ,qısa müddətli,küclü ifadə olunmuş emosional vəziyyət necə adlanır?
A) Əhval-ruhiyyə
B) Emosinal reaksiya
C) Affekt
D) Emosional sindrom
E) Bütün cavablar doğrudur
Tipik depressiv sindrom aşağıda göstərildiyi kimidir
A) Hərəki aktivlik ,təfəkkürün sürətlənməsi ,əhvalın yüksəlməsi
B) Hərəki aktivlik ,təfəkkürün sürətlənməsi ,əhvalın enməsi
C) Hərəki ləngimə ,təfəkkürün sürətlənməsi ,əhvalın yüksəlməsi
D) Hərəki ləngimə ,təfəkkürün ləngiməsi ,əhvalın enməsi
E) Bütün cavablar doğrudur
Təşvişli depresiyyada əhvalın enməsi hansı əlamətlə müşayət olunur?
A) Hərəki ləngimə
B) Hərəki oyanma
C) Yuxusuzluq
D) İştahın artması
E) Bütün cavablar doğrudur
Bugünkü gündə posttravmatik nevrozun etiopatogenezində mühüm rol oynadığı hesab olunur:?
A) Psixososial faktorlar
B) Sadalanan faktorlardan heç biri
C) Genetik faktorlar
D) Sadalanan bütün faktorlar
E) Bətndaxili inkişafla bağlı faktorlar
Bugünkü gündə şizofreniyanın patogenezində hansı neyromediator mühüm rol oynadığı hesab olunur:?
A) Dofamin
B) Sadalanan faktorlardan heç biri
C) Qlütamin
D) Sadalanan bütün faktorlar
E) Noradrenalin
“Şizofreniya” diaqnozunun qoyulması üçün səciyyəvi simptomların qeyd olunması hansı zaman kəsiyində
aparılmalıdır
A) 1 ay və daha çox
B) Pasiyentin stasionar və ya ambulator müalicəyə qəbulundan 10 gün sonra
C) Gedişatın tipinin müəyyənləşdirilməsi üçün 1 ildən az olmayaraq
D) Onların üzə çıxdığı vaxtdan 6 aydan az olmayaraq
E) İstənilən zaman kəsiyində, əgər şizofreniya simptomları bütün xəstəlik boyu qeydə alınırsa
“Kəskin şizofreniyaya bənzər psixotik pozuntu” diaqnozu hansı halda təyin edilir?
A) Şizofreniya simptomları 1 aydan az müddətdə müşahidə olunduqda
B) Xəstədə şizofreniya simptomları ilk dəfə üzə çıxdıqda və o, yardım üçün ilk dəfə müraciət etdikdə
C) Pozuntu polimorf psixotik pozuntu meyarlarına cavab verdikdə
D) Sadalanan bütün cavablar düzgündür
E) Sadalanan bütün cavablar yanlışdır
Sadalananlardan hansı şizofreniya üçün (4 A) Blöyler meyarına aid deyil?
A) Assosiativ pozuntular
B) Amensiya
C) Apatiya
D) Autizm
E) Ambivalentlik
Psixi proseslərin vəhdətinin dağılması aşağıdakılardan hansı üçün xarakterikdir?
A) Şizofreniyanın bütün formaları
B) Paranoid şizofreniya
C) Hebefrenik şizofreniya
D) Sadə şizofreniya
E) Katatonik şizofreniya
Aşağıda qeyd olunanlardan hansı şizofreniya formalarına aid deyil?
A) Diferensasiya edilməmiş
B) Şizotipik
C) Katatonik
D) Paranoid
E) Hebefrenik
Şizofreniyanin patogenezində aşağıdakı neyromediatorlardan hansının mübadilə pozğunluğu daha səciyyəvidir?
A) Noradrenalin
B) Qlutamin turşusu
C) Asetilxolin
D) Dofamin
E) Serotonin
Şizofreniya xəstəliyinin mənası necə izah olunur ?
A) Anadangəlmə əqli zəiflik
B) Qazanılmış əqli zəiflik
C) Şəxsiyyətin reqressi
D) Şəxsiyyətin geriyə inkişafı
E) Ağlın parçalanması