AMERİKA İQTİSADİYYATININ ƏSAS CƏHƏTLƏRİ
köçmüşdür, burada isə birlik ən’ənələri Şimalda və Şərqdə olduğundan
zəifdir.
Əmək hərəkatının əsas tənqid hədəfi o idi ki, bu hərəkatın hətta
inflyasiya dövründə daha yüksək maaşlar verilməsi və daha yaxşı iş
şəraiti yaradılması haqqında ən’ənəvi tələbi inflyasiyanin daha da
artmasına səbəb olur və Amerika sənayesinin məhsuldarlığına zərər
verir. 1980-ci illərin əvvəllərində sənaye istehsalında tələbatın aşağı
düşməsinə baxmayaraq, maaşların artmlması haqqında tələbdən imtina
etməyə hazır olan birliklərin sayının artması hallarına təsadüf edilirdi.
Bütün bunlar işsizlik təhlükəsini aradan qaldırmaq və şirkət
rəqabətlərini gücləndirmək naminə edilirdi. Əlavə olaraq, əməyi
müdafiə edənlər təsdiq edir və inandırmağa çalışırdılar ki, son
zamanlarda maaşlar bir çox hallarda mövcud yaşayış şəraitinə yardım
üçün artırılıb, real həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmək
üçün artırılmayıb.
Əməyi idarəetmə mübahisələri də öz fikrini bu məsələyə
yönəltmişdi: fəhlələr hansı xüsusi mənfəətləri əldə etmək hüququna
nail olurlar? Yaşa görə təqaüd, iş qabiliyyətini itirdiyi üçün təqaüd və
səhiyyə sığortası, eyni zamanda bir çox iri birliklərin işlə ömürlük
tə’minolunma təhlükəsizliyi ilə bağlı bir qədər əvvəlki tələbi 20-ci əsrin
sonlarında sövdələşmənin ön xəttində dayanır. Gözlənilmədən baş verə
biləcək təqaüd problemləri analıqdan və atalıqdan imtina və uşaq
qayğısına qalma məsələlərini ehtiva edirdi.
Sahibkarlar və icarədarlar isə, öz növbəsində, ağzına su alaraq heç
də sakitcə oturub və işləri başlı-başına buraxanlara oxşamırdılar.
İdarəetmə öz işçilərindən məhsuldarlığın artırılmasım tələb edir və
nəticədə buna zərər verə biləcəyinə inandığı hər cür qayda-qanuna və
mənfəətə qarşı mübarizəyə hazır olduğunu nümayiş etdirir.
Həmkarlar birliyi hərəkatı Birləşmiş Ştatlar iqtisadiyyatının vacib
ünsürüdür, çünki o, fəhlələrin menecerlər və hökumət qarşısında
mənafelərini və ehtiyaclanm təmsil edir. Birliklər öz işlərində ilkin
zəruri amil kimi rəhbərliklə daha yüksək maaşlar haqqında danışıqları
götürsələr də, iqtisadiyyatçılar birliklərin fəhlələrin maaşlarının
artmasına əhəmiyyətli dərəcədə tə’sir edib- etməməsi fikri ilə
razılaşmırlar və əsasən göstərirlər ki, birliklər maaşların artırılmasında
əsas amil olan məhsuldarlığın artmasına can atır. Lakin analitiklərin
çoxu eyni zamanda razılaşırlar ki, birliklər işlə tə’min olunmaq
təhlükəsizliyi, şikayətlərə baxılması və iş şəraiti ilə bağlı başqa
məsələlərə nəzarəti tənzimləmək
M
IX HİSSƏ: ƏMƏK BİRLİKLƏRİNİN ROLU
sahəsində olan uyğunsuzluqlann aradan qaldırılmasına can atırdılar.
Birlik vasitəsilə fəhlə öz işinin, demək olar ki, bütün sahələrində öz
sözünü demək hüququ qazana bilər. Əlavə olaraq, bə’zi
mütəxəssislər inandırmağa çalışırlar ki, birliklər doğma bir təşkilat
kimi bir sıra qiymətli ictimai və psixoloji vəzifələr nümayiş
etdirmişlər və, çox güman, daha vacibi də budur ki, fəhlələrə qürur
mənbəyi olmuş və xeyriyyəçilik hissi aşılamışlar.
ƏMƏK irləşmiş Ştatlar fəhlələrinin müdafiəsi üçün məs’uliyyəti
STANDARTLARI Jj federal hökumət və 50 ayn-ayn ştat bölüşdürür. Federal
hökumət ştatlar arasında əlaqələri tənzimləmək üçün hərəkət edə
bilər, ştatlar isə öz sərhədləri daxilində istifadəsi mümkün olan
əlaqələr üçün müvafiq şərait yarada bilər. Ştatlann çoxu əmək
standartları ilə bağlı qanunlar qəbul ediblər. Federal qanunlar
arasında ən vacib olanlarından bə’ziləri aşağıdakılardır;
•
1938-ci il Müvafiq Əmək Standartları Aktı (düzəlişlərlə) dövlət
minimum əmək haqqı, əlavə iş üçün ödəniş, bərabər məvacib və
uşaq əməyindən sui-istifadədən müdafiə üçün standartlar müəyyən
edir. Minimum əmək haqları məbləğini Konqres müəyyən edir və
Əmək Departamenti həyata keçirir. 1991-ci ildə minimum əmək
haqqı saatına 4,25 dollara qədər qalxdı, lakin təzəcə işə başlayan
yeniyetmələr üçün daha az «tədris əmək haqqı» da var idi.
•
1967-ci il Məşğuliyyətdə Yaş və Fərqqoyma Aktı 70 yaşa qədər
olan yaşlı fəhlələrin işlərini müdafiə edir.
•
1970-ci il Peşə Sağlamlığı və Təhlükəsizliyi Aktı sahibkarlardan
və icarədarlardan təhlükəsiz və sağlam iş şəraiti tə’min etməyi tələb
edir. Peşə Təhlükəsizliyi və Sağlamlığı Administrasiyası peşə
təhlükəsizliyi və sağlamliğı standartlarını inkişaf etdirir, qayda-
qanunlar yaradır və inkişaf etdirir, bu standartlara və qayda-
qanunlara əməl olunub- olunmaması haqqinda tədqiqatlar və
nəzarət aparır, standartlara əməl olunmadıqda müvafiq
xəbərdarlıqlar verir və cəza tədbirləri təklif edir.
•
1974-cü il Peşə Aktı (düzəlişlərlə) xarici rəqabət nəticəsində
zərər çəkmiş məşğuliyyət sahələrinə, kompaniyalara və
cəmiyyətlərə tənzimləmə yardımı tə’min edir. Peşə Tənzimləmə
Yardımı İdarəsi ayrı-ayrı ştatlarda razılaşma yolu ilə bu qanuna
əsaslanan proqrama rəhbərlik edir. Proqram peşə hazırlığı,
işaxtarma, iş yerini dəyişməyə icazə kimi məşğuliyyət xidmətləri və
xarici idxal malları ilə bağlı olaraq, işindən ayrılmağa məcbur olmuş
Birləşmiş Ştatlar fəhlələrinə həftəlik nağd pul ödənilməsini tə’min
edir.
182
AMERİKA İQTİSADİYYATININ OSAS CƏHƏTLƏRİ
TƏQAÜDLƏR
'T) İTİəşmiş Ştatlarda xüsusi işlə məşğul olanların yarıya qədəri və
JDhökumət işçilərinin əksəri təqaüd planının bə’zi növləri ilə müdafiə
olunur. Təqaüdlər elə gəlir formasıdır ki, fəhlələr yaşlarına görə işdən
çıxdıqdan sonra və ya əmək qabilliyyətini itirdikdən sonra, yaxud
onların saxladıqları uşaqlar onlar öldükdən sonra alırlar. Sahibkarlar və
icarədarlarla əksər birlik müqavilələrinə yaşa görə verilməli təqaüdlər
də daxildir.
Əksər xüsusi təqaüd planları yaşa görə təqaüdə çıxanları işçinin
yaşı, işlədiyi illərin sayı və illik gəlirinin nisbəti əsasında tə’ınin olunur.
Federal qanuna əsasən, bütün təqaüd planları müəyyən olunmuş illərin
sayı qədər xidmət etmiş fəhlələrə «təqaüd hüquqları verilmiş» adı təklif
edir. Bu işçilərə onlar hətta fınnanı təqaüdə çıxmazdan əvvəl tərk
etsələr belə, təqaüdə çıxdıqdan sonra təqaüd almaq imtiyazı verilir.
1974-cü ildə Konqres İşçi Təqaüd Gəliri Tə’minatı Aktı qanununu
qəbul etdi. Bu qanun xüsusi təqaüd planlan üçün standartlar müəyyən
etdi: federal agentlik, Təqaüd Mənfəəti Zəmanət Korporasiyası isə ona
idarə etməkdə kömək edir. Xüsusi təqaüd planları korporasiyadan
tə’minat almalıdır, və əgər kompaniya təqaüdü ödəyə bilmirsə, onda
onu korporasiya ödəyir.
Birləşmiş Ştatlar hökuməti bir neçə növ təqaüd planını idarə edir,
bunlardan ən vacibi İctimai Tə’minatdır ki, bu da ölkədə ən böyük
təqaüd gəliri proqramıdır. İctimai Tə’minat proqramı 1935-ci ildə
Prezident Franklin D. Ruzvelt indi İctimai Tə’minat Aktı adı ilə tanınan
bir sənədə qol çəkərkən yaradılıb. Bu proqram işləyən adamlar 65 yaşa
çatdıqdan sonra iste’fa verirlərsə, onları tamnormalı qocalıq təqaüdü ilə
tə’min edir; 62 ilə 65 yaş arasında işdən çıxanlar isə ixtisanıormalı
təqaüdlə tə’min olunur. Proqramı İctimai Tə’minat Administrasiyası
federal agentliyi idarə etdiyinə baxmayaraq, o, federal fondlardan
istifadə etmir. İşçilər təqaüd planına onların maaşlarından tutulan
müəyyən faiz təqaüd vergiləri ilə kömək edir; sahibkarlar və icarədarlar
da bərabər məbləğdə kömək edirlər. Sərbəst işləyən fəhlələr də bu
proqrama gəlirlərinin bir hissəsi ilə yardım edirlər.
1980-ci illərdə qəbul olunmuş qanunvericiliyə əsasən yeni federal
işçilərin əksərini təqaüdlə İctimai Tə’minat idarəsi tə’min etməli
olduğuna baxmayaraq, federal hökumət ən’ənəvi şəkildə əksər federal
fəhlələrə verdiyi kimi, hərbi təqaüdləri də özü verir. İnqilabi
Müharibədən (1775-1783) bu yana əmək qabiliyyətini itirmiş müharibə
veteranları bə’zi növ təqaüd alırdılar. Bütün hərbi təqaüdlər federal
dövlət gəlirləri hesabına fondlaşdırılırdı. Bunun
m
Dostları ilə paylaş: |