BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə30/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   26   27   28   29   30   31   32   33   ...   120

1934-
 
cü  il  avqustun  2-də  86  yaşlı  prezident  Hindenburq 
vəfat etdi. Bundan sonra bütün hakimiyyəti əlində cəmləşdirən Hitler 
ömürlük fürer (rəhbər) oldu. 
Hökumət 1935-ci ildə sosial proqramları genişləndirdi. Məcburi 
əmək  mükəlləfiyyəti  tətbiq  etdi.  Buna  görə  yerlərdə  əhalinin  milli 
ruhunu qaldırmaq və işsizliyin səviyyəsini aşağı  salmaqdan ötrü 18 
yaşdan 25 yaşadək olan qızlar bir il müddətinə kənddə işləməli idi. 
Almaniyanın  başqa  Ölkələrdən  gətirilən  xammal  və  əmtəə 
asılılığına  son  qoymaq  məqsədi  ilə  1934-cü  ildə  xarici  ticarət  və 
valyuta  əməliyyatlarını  tənzimləyən  sistem  tətbiq  edildi.  Ölkədə 
kredit sistemi təkmilləşdirildi. 
Milli  bank  sisteminin  sağlamlaşdırılmasma  başlandı.  Banklar 
yəhudi  kapitalından  təmizləndi.  Ölkədəki  bankların  sayı  1725-dən 
477-ə endirildi. 1936-cı ilin yanvar ayında kapitalı 100 min markadan 
aşağı  olan  səhmdar  cəmiyyətlər  ləğv  edildi.  500  min  markadan  az 
kapitalı olanlar səhmdar cəmiyyət yarada bilməzdilər. 
1936-ci  ildə  dördillik  plan  tətbiq  edildi.  Həmin  ilin  avqust 
ayında Hitler bu planın məqsədini belə müəyyənləşdirdi: dörd ildən 
sonra  alman  ordusu  hərəkətə,  alman  iqtisadiyyatı  isə  müharibəyə 
hazır olmalıdır. İş günü 12-14 saata qaldırıldı. İqtisadi)^at hərbi relsə 
keçirildi. Bütün sənaye, maliyyə, ticarət və nəqliyyat kompaniyaları 
birləşdirildi. 1937-ci ilin əvvəllərində artıq ölkədə 300 yeni zavod, 0 
cümlədən  70  kimya,  60  aviasiya,  40  avtomobil,  15  gəmi  zavodu 
tikilmiş,  yollar  çəkilmiş,  hava  limanları  qurulmuşdu.  1938-  ci  ildə 
Almaniya  ümumi  iqtisadi  potensialı  baxımından  Avropada  ikinci, 
dəmir, polad və alüminium əridilməsinə görə isə dünyada birinci yerə 
çıxdı. 
Nasional-sosialistlərin  yaratdığı  iqtisadi  sistem  digər  faşist 
dövlətlərin  iqtisadi  sistemindən  köklü  şəkildə  fərqlənirdi. 
Almaniyada  dövlət  istehsalçı  və  istehlakçı  ilə  birlikdə  bazar 
münasibətlərinin  bərabərhüquqlu  iştirakçısı  deyildi.  Onlara 
qarışmırdı.  İqtisadiyyatın  dövlət  tənzimlənməsi  mövcud  deyildi. 
Dövlət 
92 


tənzimlənməsi əsasən əmək münaqişələrini yumşaltmağa, iri və xırda 
biznes  arasında  kompromis  yol  tapmağa  yönəlmişdi.  Xüsusi 
mülkiyyət hüququ toxunulmaz idi. 
Nasional-sosialistlərin  sosial  siyasəti  cəmiyyət  həyatında 
vətəndaşın rolunun artırılmasına xidmət edirdi. Qısa müddətdə ölkədə 
həyat  şəraiti  yaxşılaşdırıldı.  Əmək  haqqı  artırıldı.  Əmək  kitabçası 
sistemi tətbiq edildi. Müəssisə sahibləri ilə işçilərin bərabərliyi elan 
olundu.  Sosial  şərəf  məhkəmələri  yaradıldı.  Həmin  məhkəmələrdə 
müəssisə  sahiblərinin  və  işçilərin  daxili  qaydaları  pozması 
məsələlərinə  baxılırdı.  Məhkəmələr  müəssisə  sahiblərini  fürer 
rütbəsindən  məhrum  edə  bilərdilər.  Qiymətlərin  artırılması  qadağan 
edildi.  Xeyriyyəçilik  sistemi genişləndirildi.  Ehtiyacı  olan  adamlara 
yardım göstərmək məqsədilə Qış fondu yaradıldı. Bu fondun xətti ilə 
1937-ci ildə təxminən 10 mln. nəfər ərzaq və nağd pul almışdı. Fond 
eyni zamanda imkansız ailələrə pulsuz yeməklər də paylayırdı. 
Dövlət analara xüsusi diqqət yetirirdi. Uşaq və gənclərə dövlət 
qayğısı sistemi tətbiq olundu. 
Nasional-sosialistlərin hakimiyyətindən əzab çəkən ziyalılar idi. 
Yaradıcılıq  azadlıqlarını  itirən  çoxlu  ziyalı  ölkəni  tərk  etmək 
məcburiyyətində  qalmışdı.  Bununla  belə,  ziyalılann  əksəriyyəti 
nasional-sosialistlərin siyasətini müdafiə edirdi. 
Muzdlu  fəhlələr  həmkarlar  ittifaqlarını  yaratmaq,  kollektiv 
müqavilələr  bağlamaq  və  əmək  haqqını  artırmağı  tələb  etmək 
hüququndan  məhrum  olunmuşdular.  Bu  tədbir  ölkədə  işsizliyin 
azaldılmasına kömək etdi. Əgər 1932-ci ildə Almaniyada 6 mln. nəfər 
işsiz var idisə, 1937-ci ildə 900 min, 1939-cu ildə isə 120 min oldu. 
Sosial-iqtisadi  yüksəlişin  fonunda  alman  xalqı  ölkədə  gedən 
proseslərə loyal münasibət bəsləyirdi. 
Nasional-sosialistlər  hərbi  sahədə  bir  sıra  tədbirlər  həyata 
keçirdilər.  Hitler  1933-cü  il  fevralın  3-də  generalitetlə  görüşərək 
silahlanma sahəsində görüləcək işlər barəsində fikir mübadiləsi etdi. 
1933-34-cü illərdə hərbi dəniz donanmasının tikintisinə 
93 


başlanıldı.  Avianosların  (təyyarə  gəmisi,  təyyarələrin  qalxması  və 
enməsi  üçün  geniş  meydançası  olan  hərbi  gəmi)  gizli  şəkildə 
tikintisinə  Gerinq,  hərbi  dəniz  donanması  işlərinə  isə  Ribbentrop 
məsul idi. Versal sülh müqaviləsinin alman hərbi hava qüvvələrinin 
yaradılmasını  qadağan  etməsinə  baxmayaraq,  hökumət  bu  sahəyə 
çəkilən  xərcləri  78  mln.  markadan  210  mln.  markaya  çatdırdı. 
Təyyarə və tank istehsalı artdı. Hərbi xərclər 
1933-
 
1939-cu  illərdə  10  dəfə  artırıldı.  1933-1937-ci  illərdə 
silahlanmaya  46  mlrd,  marka  xərcləndi.  Hökumət  Versal  sülh 
müqaviləsinin  şərtlərinin  əleyhinə  gedərək  1935-ci  il  martın  16-da 
ümumi  hərbi  mükəlləfiyyət  keçirdi.  1935-1939-cu  illərdə  alman 
ordusunun sayı 5 mln. nəfərə çatdı. 1938-ci ildə alman ordusu fransız 
ordusunun  sayını  iki  dəfə  ötüb  keçdi.  1935-ci  il  iyunun  18-də 
imzalanan ingilis - alman dəniz sazişinə görə Almaniya İngiltərə ilə 
müqayisədə  sualtı  qayıqlarda  bərabərlik  olmaqla  35%  hərbi  dəniz 
donanması yarada bilərdi. 
Gestapo, SA hücum, SS mühafizə və SD təhlükəsizlik xidməti 
dəstələri  gücləndirildi.  H.HimmIerin  başçılıq  etdiyi  SS  Hitlerin 
mühafizəsini  həyata  keçirməklə  əslində  dövlət  daxilində  dövlətə 
çevrilmişdi. Bu qurumun əsasında 30-cu illərin sonunda İmperiya Baş 
Təhlükəsizlik  İdarəsi  yaradıldıqdan  sonra  ona  R.Heydrix  rəhbərlik 
etməyə başladı. İdarənin tərkibinə Gestapo, SD təhlükəsizlik xidməti, 
xarici kəşfiyyat və b. strukturlar daxil edildi. 
Vətəndaşları  SS-in  nəzarəti  altında  tərbiyələndirmək  məqsədi 
ilə əmək mükəlləfiyyəti daşımağı nəzərdə tutan düşərgələr yaradıldı. 
Rejimə qarşı müxalifətdə olan alman zadəganları, katoliklər və digər 
vətəndaşlar bu düşərgələrə salınırdılar. 
SS-də  həmçinin  demoqrafiya  siyasəti  də  ciddiləşdirildi.  SS 
əməkdaşlarından  övladının  olmasını  istəyən  qızlar  üçün  12  xüsusi 
doğum evi açıldı. 
Beləliklə,  1934-1935-ci  illərdə  Almaniyada  sağ  ideoloji 
yönümlü totalitar dövlətçiliyin fonnalaşması başa çatdı. 
94 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə