Mübahisələrin həlli
1. İştirakçı dövlətlər bu Konvensiyanın tətbiqi və şərhi ilə bağlı yaranan mübahisələri danışıqlar
vasitəsi ilə həll etməyə çalışır.
2. Bu Konvensiyanın tətbiqinə və şərhinə dair İştirakçı dövlətlər arasında yaranan hər bir
mübahisə ağlabatan müddət ərzində danışıqlar vasitəsi ilə həll oluna bilmədikdə, həmin
mübahisə İştirakçı dövlətlərdən birinin xahişi ilə arbitraj araşdırma sına təqdim edilir. Arbitraj
haqqında müraciət edildiyi gündən etibarən altı ay ərzində həmin İştirakçı dövlətlər arbitrajın
təşkil edilməsi barədə razılığa gələ bilmədikdə, İştirakçı dövlətlərdən biri Beynəlxalq
Məhkəmənin Nizamnaməsinə uyğun olaraq müraciət etməklə, mübahisəni həmin məhkəməyə
göndərə bilər.
3. Hər bir İştirakçı dövlət bu Konvensiyanı imzalayarkən, ratifikasiya, qəbul və ya təsdiq
edərkən və ya ona qoşularkən bəyan edə bilər ki, o özünü bu maddənin 2-ci bəndinin
müddəalarına bağlı hesab etmir. Digər İştirakçı dövlətlər, bu cür qeyd-şərt etmiş istənilən
İştirakçı dövlətə münasibətdə bu maddənin 2-ci bəndinin müddəalarına bağlı deyildir.
4. Bu maddənin 3-cü bəndinə uyğun olaraq bu cür qeyd-şərt etmiş hər hansı bir İştirakçı dövlət
Birləşmiş Millətlər Təşkilatının Baş katibinə bildiriş göndərməklə istənilən zaman həmin qeyd-
şərti geri götürə bilər.
Maddə 36
İmzalama, ratifikasiya, qəbuletmə, təsdiqetmə və qoşulma
1. Bu Konvensiya, 2000-ci il dekabr ayının 12-den 15-ne qədər İtaliyanın Palermo şəhərində,
sonradan isə 2002-ci il dekabr ayının 12-ne qədər Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı
Mərkəzi təşkilatlarında bütün dövlətlər tərəfindən imzalanmaq üçün açıqdır.
2. Bu Konvensiya həmçinin regional iqtisadi inteqrasiya təşkilatları tərəfindən de imzalanmaq
üçün açıqdır, bir şərtlə ki, bu cür təşkilatın en azı bir üzv dövləti bu maddənin 1 -ci bəndinə
uyğun olaraq həmin Konvensiyanı imzalamış olsun,
3. Bu Konvensiya ratifikasiya olunmalı, qəbul və ya təsdiq edilməlidir. Ratifikasiya fərmanları
və ya qəbuletmə və ya təsdiqetmə haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının Baş
katibinə saxlanca verilir. Regional iqtisadi inteqrasiya təşkilatları da, eger ən azı onun üzvü olan
dövlətlərdən biri bu cür qaydada hərəkət etmişdirsə, öz ratifikasiya fərmanlarını və ya qəbuletmə
və ya təsdiqetmə haqqında sənədlərini saxlanca verə bilərlər. Bu cür təşkilat, həmin ratifikasiya
fərmanlarında və ya qəbuletmə və ya təsdiqetmə haqqında sənədlərində, bu Konvensiya ilə
tənzimlənən məsələlərə dair öz səlahiyyət çərçivəsi haqqında bildirir. Bu cür
təşkilat həmçinin öz
səlahiyyət çərçivəsində olan hər bir müvafiq dəyişiklik haqqında depozitariyə məlumat verir.
4. Bu Konvensiya, istənilən dövlətin və ya istənilən regional iqtisadi inteqrasiya təşkilatının
hemin Konvensiyaya qoşulması üçün açıqdır, bir şərtlə ki, həmin təşkilatın ən azı bir üzv dövləti
bu Konvensiyanın İştirakçısı olsun. Qoşulma haqqında sənədlər Birləşmiş Millətlər Təşkilatının
Baş katibinə saxlanca verilir. Regional iqtisadi inteqrasiya təşkilatı qoşularkən bu Konvensiya ilə
tənzimlənən məsələlərə dair öz səlahiyyət çərçivəsi haqqında bildirir. Bu cür təşkilat həmçinin öz
səlahiyyət çərçivəsində olan hər bir müvafiq dəyişiklik haqqında depozitariyə məlumat verir.
Maddə 37
Protokollarla əlaqə
1. Bu Konvensiyaya bir və ya bir neçə protokolla əlavələr edilə bilər.
2. Protokolun İştirakçısı olmaq üçün dövlət və ya regional iqtisadi inteqrasiya təşkilatı eyni
zamanda bu Konvensiyanın da İştirakçısı olmalıdır.
3. Bu Konvensiyanın İştirakçı dövləti, eger ancaq o, protokolun müddəalarına uyğun olaraq
hemin protokolun İştirakçısı deyilsə, protokolla bağlı hesab edilmir.
4. Bu Konvensiyaya əlavə edilən istənilən protokol, həmin protokolun məqsədi nəzərə
alınmaqla, Konvensiya ilə birgə şərh edilir.
Maddə 38
Qüvvəyə minmə
1. Bu Konvensiya qırxıncı ratifikasiya fərmanının və ya qəbuletmə, təsdiqetmə və ya qoşulma
haqqında sənədin saxlanca təqdim edildiyi tarixdən sonra gələn doxsanıncı gün qüvvəyə minir.
Bu bəndin məqsədləri üçün regional iqtisadi inteqrasiya təşkilatı tərəfindən saxlanca verilən hər
hansı bir bu cür fərman və ya sənəd həmin təşkilatın üzvü olan dövlətlər tərəfindən təqdim edilən
fərmanlara və ya sənədlərə əlavə kimi hesab edilmir.
2. Bu Konvensiyanı ratifikasiya, qəbul və ya təsdiq edən və ya qırxıncı ratifikasiya fərmanının və
ya bu cür qüvvəyə malik olan sənədin saxlanca verilməsindən sonra ona qoşulan hər bir dövlət
və ya regional iqtisadi inteqrasiya təşkilatı üçün bu Konvensiya bu cür dövlət və ya təşkilat
tərəfindən müvafiq fərmanın və ya sənədin saxlanca verilməsindən sonra gələn otuzuncu gün
qüvvəyə minir.
Maddə 39
Düzəlişlər
1. Bu Konvensiyanın qüvvəyə minməsindən beş il sonra Konvensiyanın İştirakçı dövləti ona
düzəliş təklif edə bilər və həmin düzəlişi Birləşmiş Millətlər Təşkilatının Baş katibinə göndərə
bilər, o da öz növbəsində müzakirə etmək və ona dair qərar qəbul etmək məqsədi ilə təklif edilən
düzəlişi İştirakçı dövlətlərə və Konvensiya İştirakçılarının Konfransına ötürür. İştirakçıların
Konfransı hər bir düzəlişə dair konsensusa nail olmaq üçün öz səylərini göstərir. Əgər
konsensusa nail olunmasına bütün cəhdlər sərf edilibsə və heç bir razılaşma əldə edilməyibsə,
onda düzəlişin qəbul edilməsi üçün son vasitə kimi İştirakçıların Konfransının iclasında və
səsvermədə iştirak edən bu Konvensiyanın İştirakçı dövlətlərinin üçdə iki səs çoxluğu tələb
olunur.
2. Öz səlahiyyətinə daxil olan məsələlərlə bağlı regional iqtisadi inteqrasiya təşkilatları öz səs
hüququnu bu Konvensiyanın İştirakçısı olan öz üzv dövlətlərinin sayına bərabər səsə malik
olmaqla, bu maddəyə uyğun olaraq həyata keçirirlər. Bu cür təşkilatlar, əgər onların üzvü olan
dövlətlər öz səs hüququnu həyata keçirirlərsə, öz səs hüququnu həyata keçirmirlər və yaxud
əksinə.
3. Bu maddənin 1-ci bəndinə uyğun olaraq qəbul edilmiş düzəliş İştirakçı dövlətlər tərəfindən
ratifikasiya, qəbul və ya təsdiq edilməlidir.
4. İştirakçı dövlətə münasibətdə, bu maddənin 1-ci bəndinə uyğun olaraq qəbul edilmiş düzəliş
bu cür düzəlişin qəbul və ya təsdiq edilməsi haqqında sənədin və ya ratifikasiya fərmanının
Birləşmiş Millətlər Təşkilatının Baş katibinə saxlanca verildiyi tarixdən doxsan gün sonra
qüvvəyə minir.
5. Düzəliş qüvvəyə mindiyi zaman həmin düzəlişə bağlı olması haqqında öz razılıqlarını ifadə
edən İştirakçı dövlətlər üçün məcburi olur. Digər İştirakçı dövlətlərin bu Konvensiyanın
müddəalarına və onun əvvəl ratifikasiya, qəbul və ya təsdiq etdiyi istənilən düzəlişlərə bağlılığı
davam edir.
Maddə 40
Ləğvetmə