Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə19/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

 
 
85 
 
Son  vaxtlar  çox  darıxıram.  Hər  yerdə,  hər 
kəslə  darıxıram.  Elə  harasa  tələsirəm.  Bütün 
işlərimi  yarımçıq  qoyuram,  birini  bitirmədən  o 
birinə  başlayıram.  Neçə  yarımçıq  rəsmim  qalıb. 
Bir  yerdə  qərar  tutmuram.  Danışanda  sözləri, 
yazanda hərfləri yeyirəm – sözü ikinci hecasından 
yazıram. Süfrədə ilk əl atdığım salfet kağızı olur, 
yeməyi  bitirmiş  kimi.  ...Dünən,  bu  gün  səninlə 
söhbətləşmək,  yazışmaq,  görüşmək  istəyirdim. 
Amma  harada  olduğunu,  kimlə  olduğunu  bil-
mirdim.  Ara  günlər  olsaydı,  işə  zəng  eləyərdim. 
Yəqin  yenə  işin  çoxluğunu  deyəcəkdin...  Özünə 
güvənməyindən  xoşum  gəlir.  İndi  yalnız  belə 
adamlar  uğur  qazana  bilir.  Sən  zamana  boyun 
əyməyənlərdənsən.  Elə  taleyə  də.  Özünə  fatalist 
desən  də,  Səni  taleyə  boyun  əyməyən  kimi 
tanıyıram. 
 
 
Mən taleyimə üsyan qaldırıb onu özümə tabe 
etmək  istəmişəm.  Buna  nail  olduğumu  düşün-
müşəm  də.  Əfsus  ki,  tale  məni  bizim  müxalifət 
kimi  cəbhə  xəttinədək  gətirdi,  sonda  ağ  bayraq 
qaldırıb  təslim  oldu.  Üsyan  mənim  məğlubiy-
yətimlə  bitdi.  Amma  təəssüflənmirəm.  Mənə  elə 
gəlir,  döyüşü  uduzmuşam,  müharibədə  bayraq 
yenə  əlimdə  olacaq...  “Qismət”  sözü  axırımıza 
çıxacaq.  Hətta  siyasi  mübarizəni  də  “ya  qismət” 
deyib  aparırıq.  “Tutar  –  qatıq,  tutmaz  –  ayran”. 


 
 
86 
Siyasi  mübarizənin uğuru  liderlərin keyfiyyətiylə 
düz  mütənasibdir.  Qınaq  ünvanı  xalq  yox,  onlar 
olmalıdır.  Siyasətçinin  beli  xalqı  özünə  borclu 
bilməyə  başlayanda  qırılır.  Amma  normalda 
bunun  əksi  olmalıdır!  Elə  buna  görədir  yəqin, 
siyasət  meydanımız  “beliqırıq”  siyasətçilərlə 
doludur. 
 
 
Siyasi  mübarizələrin  də  taleyi  olur.  Bəzən 
adamlara  məğlub  olanlar  taleyinə  hücum  çəkir. 
Bu  zamanda  müxalif  olmaq  da  bir  igidlikdi. 
Bizdə  müxaliflik  başqa ölkələrdən  fərqlidi. Uzun 
illər  mübarizə  aparasan,  müxalifətdə  qocalasan, 
qalibiyyətin  əlindən  alına,  işsiz  qalasan,  pulsuz 
olasan,  sənə  görə  qohum-qardaşın  da  məhrumiy-
yətlər  yaşaya,  xeyirdə-şərdə  salam  verməkdən 
çəkinələr, 
qızını 
almayalar, 
oğluna 
qız 
verməyələr... 
 
 
Taleyimi  bir  vaxtlar özüm  yazmaq  istədim, o 
üzdən  üsyan  qaldırdım.  Bu,  uduzmağı  xoşlama-
mağımdan  irəli  gəlir  bəlkə  də.  Amma  Tanrım 
buyurub:  “Sənə  yazdığım  taleyin  arxasınca  get, 
getməsən  zorla  sürükləyəcəm”.  Həqiqətən  belə-
dir.  Hər  şeyə  rəğmən  mən  fatalistəm.  Bunu  sənə 
yazmışdım. 
 


 
 
87 
 
Taledən  qaçmaq  olmaz,  amma  sənə  yardımçı 
olsun deyə ona kömək edə bilərsən. Paolo Koelyo 
“Kimyagər”ində  yazır  ki,  həyatımızın  hansısa 
anında  özümüzə  nəzarəti  itiririk,  bax  onda  bizi 
tale  idarə  eləməyə  başlayır.  Təbii,  mən  tale 
deyiləm.  Amma  məndən  də  qaçırsan.  Niyə? 
Bilirəm,  canlı  söhbətimizi  Sən  də  istəyirsən. 
Bəlkə  o  üsyan  qaldırdığın  taleyin  fəsadlarıdı 
mane olan! Bilmirəm! 
 
 
Səndən  əsla  qaçmıram.  Sadəcə  vaxt  eləyə 
bilmirəm.  Bir  də…  qəlbimdə  məsuliyyət  deyilən 
bir  yük  var,  onu  ata  bilmirəm.  Ola  bilər,  bəlkə 
məni  bu  səddən  aşıra  bilərsən,  amma  başqa  elə 
sədd  də  var  ki...  ona  bəndənin  gücü  yetməz! 
Bütün  həqiqətlər  demək,  yazmaq  üçün  deyil, 
mənim əziz dostum!  
 
 
Səni  tapmağıma  sevinirəm.  Sən  mayesən! 
Axıb  bütün  boşluqları,  çatları  dolduran,  tamam-
layan  maye.  Sənlə  ünsiyyətdən  ilahi  dinclik 
tapıram.  Amma  başa düşürəm:  iyirmi  yaş  böyük, 
özü  də  ailəli  biri  Sənə  nə  verə  bilər  ki... 
Ürəyindən  başqa  nəyi  var  ki...  Bilirsən,  ürək  nə 
vaxt  günəşdən  isti,  buzdan  soyuq,  dənizdən 
çılğın, çiçəkdən titrək olur? 
 


 
 
88 
 
Əlbəttə, insan  yanındakından  hər zaman  nəsə 
gözləyir.  Mənə  çox  şey  verə  bilərsən,  düşünmə-
diyin  qədər  verdin  belə.  Məsələn,  ən  dalğın 
vaxtında  mənimlə  söhbət  etdin,  hə,  mənimlə.  İki 
balanla  yox,  onların  anası  ilə  yox,  mənimlə. 
Demək, vaxtını mənə verdin... Tanrının insanlara 
bəxş etdiyi ən böyük hədiyyə vaxtdır, onun dəyəri 
yoxdur. Mənə sərf elədiyin vaxtda gözəl bir tablo 
yaradardın.  Muzeyləri  bəzəyəsi,  könülləri  fəth 
eləyəsi  bir  tablo.  Mən  dəyəri  ölçülməyən  qədər 
qiymətli  vaxtını  səndən  almışam,  bu,  hər  kəsə 
nəsib  deyil.  İndi  bir  də  soruş:  “Mənə  nə  verə 
bilərsən?” ...Ürəyin  hallarını  sorursan.  Bunlar 
ürək  qeyri-adi  hisslər  yaşayanda  baş  verir  – 
bunun  adı  sevgidir.  Bu  hisslər  ürəyi  günəş  kimi 
isidir. Bir fərqi var. Yandırdığını günəş külə, ürək 
isə  yaraya  çevirir.  Hər  dəfə  xəyallar  səni  bürü-
yəndə qaysağının altından qanı sızan yaraya…  
 
 
Yaran  çoxmu  dərindi?  Danış,  bilmək  istəyi-
rəm!  Danışa  biləcəyin  qədər  danış!  Sənin 
haqqında az bilirəm. Ailəli olmusan, ya sevgidən 
qalıb  bu  yara?  Açıl  mənə!  İnan,  bütün  deyəcək-
lərini dinləməyə hazıram, ən acısını belə. 
 
 
Üsyankar  olmuşam  həmişə.  Sevgim  uğrunda 
da  ailəmə  qarşı  üsyana  qalxdım.  Bütün  nəslimlə 


 
 
89 
az qala düşmən oldum ona görə. Evliliyimizi fakt 
kimi  qəbul  elədilər.  Dəli  kimi  sevirdim  onu. 
Həyatımı  onsuz  təsəvvür  edə  bilmirdim.  Ərimi 
ömrümə  gəlmiş  “ağ  atlı  şahzadə”  sanırdım.  Ən 
çox bacım  istəmirdi evlənməyimizi. Bacım  mənə 
ana  olub  bütün  ömrüm  uzunu.  Anam  mən 
uşaqkən öldü. Dumanlı xatırlayıram üzünü, amma 
səsini  min  səsin  içindən  seçərəm.  Məni  bacım 
böyütdü. Dünyada ondan doğma sirdaşım yox idi, 
bir-birimizə  salmışdıq  mehrimizi.  Nə  atam,  nə 
qardaşım onu əvəz edə bilərdi. Təsəvvür edirsən, 
sonunda  bacım  hərəkətimə  görə  məni  bağışla-
yanda  dünyanın  ən  xoşbəxt  adamı  olmuşdum. 
Sevgimi  bacımı  itirmək  bahasına  qazanmaq 
zülmündən  qurtarmışdım.  İki  il  sənin  dediyin  o 
nağılabənzər  bir  həyat  yaşadım.  Sonra,  sonra  bir 
günün  içində  həyat  cəhənnəm  oduna  döndü... 
Sənə  bunları  niyə  deyirəm,  heç  özüm  də 
bilmirəm!  Amma  sənlə  bölüşməkdən  çəkinmi-
rəm.  Ürəyimdəki  buzlar  əriyir  sənlə  söhbətdə, 
sənə açıldıqca açılmaq istəyirəm. Niyə? Özüm də 
bilmirəm! 
 
 
Əminəm,  zəngimi  eşitdin!  Cavab  verməsən 
də,  xəbərin  oldu.  Bilirəm,  indi  ağlayırsan. 
Monitordan  mənə  baxan  bu  ilahi  gözlərdən 
süzülən yaşı duyuram, görürəm. Göz yaşı necə də 
gözəlləşdirir  adamı,  İlahi?!  …Sənin  əvvəlki 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə