Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə15/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

 
 
66 
ludur.  Mən  keçmişdə  qalmaq  istəmirəm.  Bu 
günün  içində  olmağı  arzulayıram.  Bu,  mənim 
insan  kimi  mövcudluğumdan  xəbər  verər. 
Unudulmaq  aktual  olmamaq  deməkdir.  Aktual 
olmayan maraqlı ola bilməz. Sənin üçün maraqsız 
oldumsa,  demək,  qəbahət  mənimdir.  Amma  belə 
olmasını istəməzdim. Sənə hər şeyin ən yaxşısını 
arzulayıram. Gözlərin qəlbinin aynası deyil, orda 
çox  vaxt  səni  görmürəm.  Məncə,  sənin  qəlbinin 
aynası  əllərindir.  Bunu  bir  dəfə  də  yazmışdım. 
Onları  hər  zaman  açıqda  tutmusan.  Gizlətmə-
misən. Bax, bu şəklindəki kimi. Bravo! 
 
 
Dünənki  qəzetlərin  birində  yazılmışdı  ki,  bir 
qadın  ərini  kompüterə  qısqandığından  öldürüb. 
Əvvəllərsə futbola baxmağına mane olan arvadını 
balkondan atan  bir  ispan kişi  haqda oxumuşdum. 
Ola  bilər  Sənin  “vaxtsızlığını”  o  kompüterə, 
futbola  bənzətmişəm.  Bu  da  həmin  kompüter, 
futbol  olayları  kimi  „normal“  bir  haldı.  Bax 
görürsən, adam heç nədən qəddarlaşır...  
Mən  də  müraciət  üçün  “əzizim”dən  yaxşısını 
tapmadım. Amma onun klassik anlamında… İndi 
bu  sözün  də  üzü  sürtülüb.  Görünür,  Marina 
Svetayevanın  Rilkeyə  məktublarında  (istəsən  bu 
məktubları  verərəm,  oxuyarsan)  işlətdiyi  “doro-
qoy”  kəlməsinin  bir  başqa  ifadəsini  tapmalıyıq. 


 
 
67 
Heç  “canım”  da  mən  deyən  anlamı  tam  vermir. 
Yazıçılarımız düşünsünlər gərək.  
Əzizim!  İncə,  təbii  və  səmimi  qadın 
şıltaqlığından gözəl nə ola bilər? Belə şıltaqlıqdan 
zövq  almağı  bacarmayan  kişi  daha  niyə  yaşayır, 
nə  üçün  yaşayır?!.  Mənim  qavrayışımdakı 
“şıltaqlıq” sözü öz bətnində “istilik”, “doğmalıq”, 
“inam”  ,  “ərk”  və  “sevgi”  anlamlarını  yaşadır. 
Odu  ki,  yazdığın  kimi  deyil,  Sən  hələ  şıltaqlıq 
eləməmisən.  “Fazla  naz  erkəkləri  bıkdırar”  türk 
məsəlinin  bura  aidiyyəti  yoxdu...  Keçmiş  və  bu 
gün  haqda  mülahizələrin  də  maraqlıdı.  Səni  başa 
düşürəm, dediyin kontekstdə bununla razılaşıram. 
Amma  başqa  baxış  bucağı  da  var.  Bu  bucaqdan 
baxanda  mənim  üçün  “keçmiş”  və  “indi”  yoxdu. 
Bu  bucaqda  zaman  öz  anlamını  itirir.  O  axşam 
Sənə  məhz  bu  zamanda  (zamansızlıqda)  yazmı-
şam.  Odu  ki,  nağılları  keçmiş  kimi  qəbul  eləmə! 
Bu,  xüsusilə  başqasının  yox,  özünün  yaratdığın 
nağıldısa,  deməli,  həmişə  səninlədi...  Ötən 
Novruzda  anamı  itirdim.  O  mənim  ən  gözəl 
nağılım  idi.  Analar  öləndən  sonra  sevimli  nağıla 
çevrilirlər,  hər gün dəyişə,  əlavələr edə  biləcəyin 
nağıla, öz nağılına. “Ana nağılı”nı balalar yaradır, 
balaları  analar  doğan  kimi.  Bu  nağılı,  Sənin 
işlətdiyin  kimi,  “keçmiş”,  “unudulmuş”,  “aktual 
olmayan”,  “maraqsız”  hesab  eləmək  olarmı? 
Əlbəttə,  yox!  Hər  kəsin  beləcə  neçə-neçə  nağılı 
var.  Sözü  gedən  “nağıl”ı  isə  mən  tək  də  yaza 


 
 
68 
bilərəm,  amma  bu,  mənim  nağılım  olacaq.  Çox 
istərdim bu nağılı birlikdə yazaq. Onda bu, bizim 
nağılımız olar. Və o nağıl “biri vardı, biri yoxdu” 
sözləriylə  başlamaz...  Bazar  gününə  planım 
belədi:  saat  5-də  Nizami  küçəsindəki  türk 
kafesində  qəhvə  içək,  saat  6-da  opera  teatrında 
“Bolero”ya  baxaq,  8-də  şam  eləyək,  sonra  Səni 
evinizə  ötürüm.  Əli  həmişə  Sənə  uzanılı  “əziz 
dostun“... 
 
*** 
 
Ehhh,  Qadın!  Sən  hardan  biləsən  mənim 
həyəcanımı, mənim duyğularımı, mənim ehtirası-
mı,  həyat  eşqimi,  mənim  SEVGİmi.  Bu  anımda 
sən  TANRIMsan...  Amma  bunun  sənin  indiki 
anına,  halına  dəxli  yoxdu...  Bu,  mənim  anımdı, 
mənim halımdı. 
 
 
Anana  görə  üzüldüm.  Allah  rəhmət  eləsin! 
Mənsə  anamı  xəyal  kimi  xatırlayıram.  Hərdən 
gəlir  görüşümə,  üzünü  göstərmir,  eləcə,  tüldür, 
dumandır,  bilmirəm,  arxasından  baxır  mənə. 
Bilirsən,  analar  ölmürlər!  Sanki  yan  otağa  yer 
salmağa  keçirlər.  Yataq  açıb  balasının  gəlişini 
gözləyirlər.  Cənnət  dini  kitabların  təsvir  elədiyi 
kimi  deyil!  “Bakirə  hurilər  və  şərab  çayları”.  O 
kitabları  kişilər  yazıb,  şirnikləndirici  təsvirlərlə. 


 
 
69 
Mənimsə  təsəvvürümdə  cənnət  ana  qucağıdır! 
Analar  o  dünyada  huri-mələk  surətində  balaları 
qoynuna almağa, bu dünyanın ağrı-acısını çıxart-
mağa, ovutmağa hazır dururlar. 
 
 
Rəssam:  Salam!  Səni  burda  tutmağıma 
sevindim. 
Qadın: Elə mən də. 
Rəssam: Zəng vura bilərəm? 
Qadın:  İndi  yox.  Evdən  danışmağı  xoşlamı-
ram. Lazımsız sualların yaranmasını istəmirəm. 
Rəssam: Ona görə soruşdum. Bu gecə təkəm, 
istədiyin qədər rahat danışa bilərəm. Yazdıqlarımı 
oxudun, amma yazmadın bu nağılla neyləyim! 
Qadın:  Anaları  nağıla  bənzətməyini  anlayı-
ram. Sadəcə, qəbul edə bilmirəm. Nağıllara inan-
mıram. Nüsrət Kəsəmənli demiş: 
 
“İndi fatmalar da kəndirdə qalmır, 
Xəmrimiz küt gedir, təndirdə qalmır… 
Daha nağıllara inanmıram mən”. 
 
Mən də inanmıram. Amma dostluğumuza ina-
nıram,  bundan  şərəf  duyuram.  ...Görürsən,  əzbər 
bildiyim  şeir  də  var.  Rəhmətliklə  institutumuzda 
görüş keçirilmişdi tələbə vaxtı, dediyi bu misralar 
elə o vaxtdan yadımda qalıb. 


 
 
70 
Rəssam: Dediyimin adı nağıl olmaya bilər. Nə 
isə, bəlkə oradakı “nağıl” sözünün yerinə “dünya” 
yazsam,  daha  yaxşı  olardı.  ...Həvəsin  var 
yazışmağa?  Mənim  vaxtım  var.  Bəlkə  Səni 
işindən  eləyirəm?  Belədisə,  yaz!  ...Gəl  Sənə  bu 
gecə bir musiqi göndərim. Dinlə, bəyənəcəksən! 
Qadın:  İndi  hesabat  yazıram.  Bir  azdan 
çıxacam. Sənə xoş istirahət arzulayıram. 
Rəssam:  Öldürəcəm…  Oldu,  sağ  ol.  Yox, 
öldürməyəcəm. Nəysə, hələlik. 
Qadın: … 
Rəssam: Sonra çıxarsan də, nə olub ey? Bazar 
günü  üçün  planıma  rəy  bildirmədin.  Biletləri 
neyləyim bəs? 
Qadın: Yox, işim çoxdur. Təəssüf, bazar günü 
görüşə  bilməyəcəm.  Üzgünəm,  amma  vəziyyət 
belədir.  
Rəssam:  Mənim  də  işim  az  deyil.  Yarımçıq 
portretim,  görüləsi  min  işim  var.  Ayın  sonuna 
bitirməyi söz vermişəm... Onda bu axşam qal. 
Qadın: … 
Rəssam: 
Boynundakı 
mirvarini 
haradan 
almısan? Sənə çox yaraşır. Bir də Kubaya getsəm, 
sənə  mərcan  boyunbağı  gətirəcəm.  Orda  doludu. 
Xoşun  gəlir  mərcan  boyunbağıdan?  Puqaçova 
istədiyindən: 
 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə