Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə13/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   9   10   11   12   13   14   15   16   ...   37

 
 
58 
Amma  daha  çox  könülsüz  ərə  verilən  qızın 
ovqatına oxşadıram. Ay qız, birdən səni  verərlər, 
xəbər  eləməzsən!  …Bir  zaman  de,  zəng  vurum. 
Xəbərsiz  zəng  eləmək  istəmirəm.  Konkret  vaxt 
yaz mənə. Messencerdə də olmursan gündüzlər.  
Qadın: … 
Rəssam: Bilirəm, burdasan! Yaşıl işığın yanır. 
Qadın:  Salam!  Məni  bu  qədər  analiz  etmə-
yinə,  düzünü  desəm,  sevinirəm.  Amma  qənaətin 
yanlışdı,  bu  günədək  zorla  ərə  verməyiblərsə, 
bundan  sonra  da  çətin  alınar.  Mən  azad 
xoşbəxtlər  sırasında  yer  almışam.  Hər  şey 
yaxşıdır.  Narahat  olma!  Sadəcə,  işim  çoxdur. 
Başım çox qarışıb işə.  
Rəssam:  Əlbəttə,  mən  əminliklə  yazmadım, 
güman  elədim.  Adətən  bizim  qızların  oğlanlarla 
dostluğu ərə gedənə qədərdi. Hiss edirəm, Sən də 
zora  tabe  olan  deyilsən.  Bir  qisim  adam  var  ki, 
onlara zor elədikcə daha da sərtləşirlər… 
Qadın: İndi hardasan, nə edirsən? Bu şəklində 
çox yorğun görünürsən. 
Rəssam: Bütün günü emalatxanada olmuşam, 
bir  tablonu  tamamlamaq  üzrəyəm.  Çox  iş  qal-
mayıb,  amma  bu  günlük  bəsdi.  İndi  gəlmişəm 
bura,  oynayıram  şəkillərlə,  birini  çıxarıb  o  birini 
qoyuram. İndikində həqiqətən yorğun görünürəm. 
Qəzetdən  uşaqlar  göndərmişdilər.  “Abşeron” 
mehmanxanasında  kitab  təqdimatında,  isti  yay 
günündə  çəkilib.  Beş-altı  ilin  şəkli  olar.  Amma 


 
 
59 
sənin  son  şəklinə  vurulmuşam.  Retrovaridi, 
gözlərin  daha  aydındı.  İyirminci  illərdəki  lal 
filmlərin 
ecazkar 
aktrisası 
Lillian 
Gish-ə 
oxşayırsan.  Rejissorluq  dərslərindən  tanıyarsan 
onu bəlkə. Bir bax bu linkdəki şəklə, göndərirəm.  
Qadın:  Yəni  mən  buna  oxşayıram?  Sənin 
gözünlə  pis  görünmürəm  haa...  Amma  o,  bir  az 
yazıq görünür, mənsə zalımam. 
Rəssam:  Gizlətmək  istəsələr  də,  bütün 
aktrisalarda bir yazıqlıq var… 
Qadın: Elə aktyorlarda da!!! 
Rəssam:  Amma rejissorlar qəddar olurlar, elə 
sənin  kimi.  Yeri  gəlmişkən,  niyə  ixtisasın  üzrə 
işləmədin? 
Qadın:  Peşəni  sevmək  əsasdı,  başa  düşürəm, 
rejissorluq sevdiyim peşədi. Amma məncə, mühit 
də  vacib  şərtdir.  Burda  belə  mühit  yoxdur. 
Dostlarla  bir  studiya  yaratdıq.  Böyük  arzular, 
planlar  vardı.  Bir  neçə  reklam,  klip  çəkdik. 
Zövqsüz  şirkət  rəhbərləri,  əttökən  müğənnilərlə 
uğraşmaq  məşəqqət  idi.  Uşaqlar  davam  elədilər 
işə,  mən  çıxdım.  Kinodan  danışmaq  istəmirəm, 
teatrdan  isə  heç  danışmıram.  Nə  qədər  istedadlı 
uşaqlarımız  vardı,  hamısı  itdi,  batdı,  çəkilib 
getdilər  ayrı  işin-gücün  dalınca.  Qalanlar  da 
xaltura ilə məşğuldurlar, özləri də bilirlər bunu. 
Rəssam: Razıyam, mühit ciddi şərtdi. Parisdə 
Monparnas  deyilən  bir  məhəllə  var.  Onun  ucuz 
kafeləri,  mənzilləri  iyirminci  əsrin  əvvəllərində 


 
 
60 
dünyanın  dörd  bir  tərəfindən  istedadlı  sənət 
adamının  bura  yığılmasına  imkan  yaratmışdı. 
Özünə  güvənən,  özünü  təsdiq  eləmək  istəyən 
rəssam,  aktyor,  şair,  musiqiçiyə  Monparnasın 
kabare  və  kafelərində  meydan  vardı.  Əsl 
intellektual  yığnağı  idi.  O  dövrün  əksər  dahisi 
sənət  uğurlarına  bu  məhəllədən  yol  alıb.  Bakının 
da  bənzər dövrü olub. Bizim  gəncliyimizdə,  hələ 
bizdən  də  əvvəl  Sovetskinin  kirayəlik  evləri, 
mərkəzdə,  qədim  evlərin  zirzəmisindəki  ucuz 
cızbızxanalar,  ”Azneft”  çayxanası  sənət  adamla-
rının  yığışdığı  yerlər  idi.  İndi  belə  yerlər  yoxdu. 
Qlamur  saraylarda  əsl  sənət  yaranmır.  Kimin 
sözüdü bilmirəm, deyir əsl sənət zibillikdən çıxır. 
Səni başa düşürəm, ilk baxışda adama elə gəlir ki, 
indiki  gəncliyin  özünü  təsdiqi  üçün  geniş 
imkanlar  var,  amma  belə  deyil.  Özünü  təqdim 
eləməyə  çox  yer  ola  bilsin  indi  var,  amma  gərək 
sənin  istedadını  cilalayan,  onu  püxtələşdirən 
mühit də ola... 
Parisdən niyə söz saldım? İndi Baninin “Paris 
günləri”ni  oxuyuram.  Bu  axşam  bitirərəm  yəqin. 
Oxumamısan? 
Məsləhət 
görürəm. 
Oxşarlıq 
deməzdim, amma Sənlə xeyli paralellər var. 
Qadın:  Oxumamışam.  Amma  maraqlı  gəldi. 
Oxşarlığı nədə görürsən? 
Rəssam:  Əsər  ilk  baxışda  şux  görünsə  də, 
əslində  melanxolikdi,  pessimist  notlar  çoxdu. 
Bəlkə  də  mənə  elə  gəlir.  Qəhrəmanın  Sənə 


 
 
61 
oxşarlığı  isə  sərbəstliyi  hər  şeydən  üstün 
tutmasındadı.  Azadlığın  nə  olduğunu  bilir  və 
buna  hər  vəchlə  can  atır,  çatır,  lakin  öz 
prinsiplərini  də  qorumaq  istəyir.  Bilmirəm  o,  bu 
prinsipləri  axıradək  qoruya  biləcəkmi,  bu  axşam 
biləcəm…  Mən  Səninlə  görüşənədək,  əgər  buna 
imkan  olsa  və  əlbəttə,  Sən  istəsən,  Sənin  tam 
obrazını  yaratmaq  istəyirəm təsəvvürümdə, sonra 
bu obrazı real Sənlə tutuşduracam. 
Qadın: Mənimçün çox maraqlı olacaq. 
Rəssam: Vaxt elə, kofedən, çaydan içək. 
Qadın: İnşallah, görüşərik. 
Rəssam:  Boş  vaxtda,  istirahət  günlərində, 
tətildə  hamı  görüşür.  Məsələ  dar  macalda  vaxt 
tapmaqdadı.  Şahlardan  hansısa  deyib  ki,  Nov-
ruzda  aş  yeyəndə  ürəyimə  yatır,  çünki  bayramda 
aşı  hamı  yeyə  bilir.  Məsələ  ondadı  ki,  sən  heç 
kimin  edə  bilmədiyi  vaxt  nəsə  eləyəsən. 
Müharibədə  çoxlarının  qəhrəman  olmaq  şansı 
var.  Əsas  odu  ki,  dinc  dövrdə  qəhrəman  olasan. 
Nəysə,  bunları  elə-belə  yazıram.  Görüşü  də 
yetişdirmək lazımdı. Kal olmasın. 
Qadın:  Nənəm  Novruza  “kasıbın  qapı  satan 
ayı”  deyirdi,  yəni  Novruz  bayramında  ən  kasıb 
adam da qapısını çıxarıb satası olsa belə evində aş 
qazanı  asacaqmış...  Nəysə,  görüşərik  bir  gün. 
Mən çıxıram. Özünə yaxşı bax! Allah amanında! 
Rəssam: Hələlik, gözəlim Lillian Gish! 
 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə