BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
34
kimi öz hərbi borclarının yerinə yetirilməsi naminə “erməni qoşunları-
nın döyüş ruhunu” yüksəltməyə çalışsa da, son nəticədə qoşunlarını Ba-
kıdan çıxarmaq haqqında öz qərarını verdi. Lakin bundan əvvəl, “diktator-
lara və cürbəcür komitələrə”, yəni yerli hakimiyyətə aşağıdakıları bildirdi:
“Mən imkan verə bilmərəm ki, mənim adamlarımın həyatı faydasız yerə
qurban verilsin. Biz buraya türklərə qarşı vuruşmaqda sizə kömək etmək
üçün gəlmişdik, sizin vətəndaşlarınızın əylənməsi üçün müharibə apar-
mağa yox.” (72)
1918-ci il sentyabrın 14-də bir neçə saatlıq ağır döyüşlərdən sonra in-
gilis qoşunları cəbhədən çıxdılar və gəmilərə yüklənərək Bakı buxtasını
tərk etdilər. İngilislər getdikdən sonra “xristian” Bakısı heç iyirmi dörd
saat da davam gətirə bilmədi.
Beləliklə, faciəli mart hadisələrindən beş ay sonra, çox ağır və mürək-
kəb siyasi şəraitdə, inanılmaz səy və böyük iradə sayəsində, öz siyasi, təş-
kilati, diplomatik istedadlarının bütün gücünü tətbiq edərək, Azərbay-
canın milli elitasının görkəmli nümayəndələri, “Müsavat” partiyasının
rəhbərləri, Azərbaycanın silahlı qüvvələri ilə birlikdə və türk qoşunlarının
– türk hərbi komandanlarının rəhbərlik etdikləri Qafqaz İslam Ordusu-
nun qətiyyətli dəstəyi ilə 15 sentyabr 1918-ci il tarixdə Bakını “Sentrokas-
pi Diktaturasının” qüvvələrindən azad etdilər.
Şəhər uğrunda sonuncu şiddətli döyüşlərin getdiyi günlərdə, S.Şaum-
yan, Caparidze, Korqanov və digərləri başda olmaqla, mart faciələrinin
səbəbkarları olan bolşevik komissarları iki dəfə şəhəri tərk etməyə cəhd
göstərərkən “Sentrokaspi Diktaturası” hökumətinin əmri ilə həbs edil-
dilər, sonra isə gəmidə Krasnovodska aparılaraq orada eserlərdən ibarət
yerli Zakaspi hökuməti tərəfindən güllələndilər. Tarixə “26 Bakı Komissar-
ları” adı ilə düşmüş bu dəstənin içində tanınmış daşnak, Bakıda və Şa-
maxıda azərbaycanlı əhalisinin kütləvi qırğınlarına bilavasitə rəhbərlik
etmiş Tatevos Əmirov da var idi.
* * *
Bakının azad edilməsi istər şəhərin tarixində, istərsə də ümumilikdə
Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə olmaqla
müstəqil Azərbaycan dövlətçiliyinin qurulması uğrunda milli qüvvələrin
mübarizəsində bütöv bir dövrün qalibiyyətlə başa çatdığının və yeni bir
35
BAKIDA 1918-ci il MART HADİSƏLƏRİ: İLKİN ŞƏRTLƏRİ, XÜSUSİYYƏTLƏRİ, NƏTİCƏLƏRİ
dövrün başlanğıcının tərənnümü oldu. Bu, həqiqətən böyük tarixi hadisə-
nin birinci ildönümündə “Azərbaycan” qəzeti yazırdı: “Əgər 28 may ta-
rixini biz müstəqilliyimizin rəsmi elan edilməsi günü hesab ediriksə, 15
sentyabr gününü, Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin
Bakıya daxil olduğu günü dövlət quruluşunun bünövrəsinin və əsasları-
nın qoyulması günü kimi hesab etmək olar”. (73)
Bununla belə, həmin tarixi günlərin tam mənzərəsini yaratmaq üçün,
əlbəttə ki, həmin günlər baş verən digər hadisələri də xatırlatmaq zəruri-
dir. Aydındır ki, Bakının alınması, erməni əhalisi də daxil olmaqla, qurban-
lar verilmədən başa gəlməmişdi. Qanlı mart hadisələrinin vurduğu yaralar
azərbaycanlıların qəlbindən və yaddaşından hələ silinməmişdi. Şəhər özü,
xüsusilə də onun ətraf kəndləri, qaçmağa macal tapmamış erməni əsgərlə-
ri ilə dolu idi və onlar, can verən yaralı vəhşi heyvan kimi qarşısına çıxan
hər kəsi öldürür və hər şeyi talan edirdilər. Bakının azad edildiyi ilk günlər-
də şəhərdə hökm sürən tam sərbəstlik şəraitində mart faciələrini yaşamış,
sonrakı aylarda daima əzilmiş və təhqir edilmiş yerli müsəlman əhalisinin
bir hissəsi şəhərdə olan az saylı türk əsgərləri ilə birlikdə öz intiqam və qi-
sas yanğısını söndürmək üçün şəhərin erməni məhəllələrinə hücum et-
dilər. Yenidən qan töküldü, bu dəfə əsasən erməni əhalisinin qanı.
Lakin üç gündən sonra Bakıya daxil olan Azərbaycan hökuməti kütləvi
qırğına son qoydu. Sonralar, Azərbaycan Parlamentinin açılışı zamanı na-
zirlər kabinetinin başçısı F.X.Xoyski hökumətin məruzəsi ilə öz çıxışında
bu məsələyə də toxundu. Lakin “çoxlu sayda kasıb və evsiz-eşiksiz müsəl-
manların zərər çəkdiyi” mart hadisələrinə görə “heç də məyus olmayan”
və “qələbənin böyüklüyü” ilə qürrələnən Bakı Sovetinin rəhbəri S.Şaum-
yandan fərqli olaraq, Azərbaycan hökumətinin rəhbəri həmin hadisəyə
belə münasibət bildirdi: “Doğrudur, şəhər alınarkən yalnız məyusluq və
təəssüf doğuran bəzi hadisələr baş verirdi. Hökumət bunu gizlətmir və bu
kədərləndirici faktların üstündən keçməyi ləyaqətsizlik hesab edir. Bu da
doğrudur ki, bir çoxları ağır əzablara düçar olmuşlar… Lakin hökumətin
bu hadisələrin qarşısını tam surətdə alması mümkün idimi? Düşünürəm
ki, bu hadisələrə ədalətli gözlə baxanlar təsdiq edərlər ki, dünyada heç bir
hökumət onların qarşısını ala bilməzdi. Axı burada müsəlmanlar qırıl-
mışdı, onların insani hüquqları tapdanmışdı. Şəhər üç ay çəkən döyüşlər-
dən sonra alınmışdı və əhalinin qəzəbi ən yüksək həddə çatmışdı. Burada
əsgər, təəssüf ki, heç nə edə bilmədi. Həm də hökumət şəhərə yalnız üç
BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ
36
gündən sonra daxil oldu. Buna qədər olanlar bundan sonra artıq baş ver-
mədi. Hökumət şəhərə daxil olan kimi qəti qərarlar qəbul etdi və nəticədə
əmin-amanlıq və təhlükəsizlik təmin edildi”. (74)
Həqiqətən də, Azərbaycan hökuməti şəhərdəki vəziyyətlə tanış olaraq,
Bakı şəhərinə gəldiyinin elə ertəsi günü aşağıdakı məzmunda hökumət
bəyanatı elan etdi: “Respublikanın paytaxtı Bakı şəhərinə daxil olmuş
Azərbaycan hökuməti şəhərin və onun ətraf kəndlərinin əhalisini xəbər-
dar edir ki, Azərbaycanda yaşayan bütün vətəndaşlar, millətindən və dini
etiqadından asılı olmayaraq, eyni hüquqlara malikdirlər. Hökumət bütün
vətəndaşların həyatını, əmlakını və hüquqlarını eyni səviyyədə qoruya-
caqdır. Qarətçilər, qatillər və ümumiyyətlə nizam-intizamı, ictimai qayda-
ları pozan şəxslər, ölüm hökmü də daxil olmaqla, hərbi dövrün bütün sərt
qanunları üzrə cəzalandırılacaqlar”. (75)
F.X.Xoyski tərəfindən imzalanmış və əməldə yerinə yetirilmiş bu bə-
yanat, uzun müddət anarxiya və qarışıqlığın hökm sürdüyü şəhərdə qay-
da-qanunun bərpa edilməsi istiqamətində vacib addım idi. Cinayətkar-
ların cəzalandırıldığının əyani olması üçün şəhərin müxtəlif yerlərində
– Quba meydanında (Füzuli meydanı), Quru bağda (Parapet-Fəvvarələr
meydanı), dəmir yol vağzalının qarşısındakı meydanda, dənizkənarı bul-
varda, Qaraşəhər körpüsünün yanında dar ağacları quruldu. Onların hər
birində yellənən meyitlərin sinəsində onun törətdiyi cinayətdən xəbər
verən taxta lövhəcik asılmışdı. Dar ağacından asılanların bəzilərinin qar-
şısında onun qarət etdiyi əşyalar qoyulmuşdu. Asılanların arasında türk
ordusunun qanunu pozmuş əsgərləri də var idi. (76)
Lakin, hökumətin tez bir zaman ərzində şəhərdə qarət və soyğunçu-
luğun qarşısını almaq üçün gördüyü təsirli tədbirlərə baxmayaraq, er-
mənilər, “yeni türk-tatar vəhşiliklərini dünyaya” bəyan etməklə, növbəti
təbliğat kampaniyasına başlamaq üçün təbii ki, sentyabr hadisələrindən
istifadə etdilər.
Erməni Milli Şurası bu hadisə ilə əlaqədar olaraq xüsusi Anket ko-
missiyası təsis etdi və bu komissiya şəhərin erməni əhalisi arasında sor-
ğu keçirərək belə bir nəticəyə gəldi ki, Bakı alınan günlərdə şəxsiyyətlə-
ri müəyyən edilmiş “5248 nəfərədək” erməni öldürülmüşdür. Bu cərgəyə
“ən azı, 1500-dək Bakıda sığınacaq tapmış Şamaxı və Göyçay qaçqınları”
da əlavə edildi. Komissiya bu rəqəmlərə daha “2240 nəfəri” - “naməlum
şəkildə öldürülmüş, ... subay və ya burada doğmaları olmayan əsgər və ya
Dostları ilə paylaş: |