Bismillahir-Rahmənir-Rahim Allahın salam və salavatı olsun Peyğəmbər və onun Əhli-Beytinə



Yüklə 459,52 Kb.
Pdf görüntüsü
səhifə8/15
tarix14.06.2018
ölçüsü459,52 Kb.
#48872
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

34

  



“Nəsr” surəsinin təsfiri. 

 ُﺢْﺘَﻔْﻟاَو ِﻪﱠﻠﻟا ُﺮْﺼَﻧ ءﺎَﺟ اَذِإ

  

Allah-Təala  bu  surədə  Həzrət  Peyğəmbər  (s)-ə



 

müjdə  ünvanında  xəbərlər  verir;  Ey  mənim  əziz 

peyğəmbərim,  tezliklə  qələbəyə  nail  olacaqsan,  fateh 

olacaqsan.  Tez  bir  zamanda  arzuna  çatacaqsan, 

tezliklə  əziz  vətənini  fəth  edərək  doğma  yerlərini 

görəcəksən. 

 

 َسﺎﱠﻨﻟا َﺖْﻳَأَرَو



 

ﺎًﺟاَﻮْـﻓَأ ِﻪﱠﻠﻟا ِﻦﻳِد  ِﰲ َنﻮُﻠُﺧْﺪَﻳ

  

“camaatı  dəstə-dəstə  Allah  dininə  daxil  olan 



görəcəksən”.  O,  gün  böyük  gün  olacaq.  Görəcəksən 

ki,  insanlar  dəstə-dəstə  sənin  yanına  gələrək  beyət 

əllərini  sənə  uzadacaqlar.  Tovhid  dinini  qəbul  edib, 

müsəlman olacaqlar.  

 ُﻩْﺮِﻔْﻐَـﺘْﺳاَو َﻚﱢﺑَر ِﺪْﻤَِﲝ ْﺢﱢﺒَﺴَﻓ

 

“Allahına  təsbeh  de,  zikr  et,  ondan  bağışlanmaq 



tələb et”.  

Bu  xəbər  verilən  qələbə  böyük  bir  qələbə  idi. 

Allahın  lütfü  və  çox  qiymətli  nemətlərindən  idi.  Ona 

görə  də  Allah-Təala  Peyğəmbər  (s)-ə  zikr  etməyi, 

istiğfar  etməyi  tövsiyyə  etdir.  Buyururdu:  sən  belə  et 

ki, qoy sənə tabe olub insanlara Allah qarşısında sənin 

rəftarını  görüb  səndən  əxlaq  və  insaniyyət  dərsi 

öyrənsinlər.  

Bu  tövsiyyə  bəlkə  də  ondan  ötrü  idi  ki,  qoy  biz 

insanlar bu qələbənin adi bir iş olmadığını başa düşək. 




www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

35

Bilək ki, bu ilahi olan böyük bir nemətdir və gərək biz 



də  həm  onun  şükrünü  yerinə  yetirək,  həm  də  qədrini 

bilək, bu qələbəni - böyük neməti qoruyub saxlayaq.  

ﺎًﺑاﱠﻮَـﺗ َنﺎَﻛ ُﻪﱠﻧِإ

 

“О,  çox  tövbə  qəbul  edəndir”.  Allah-Təala 



surənin  bu  hissəsində  Peyğəmbər (s)-ə  istifğar etməyi 

tövsiyyə  edib  və  ardınca  buyurur:  “Allah  çox  tövbə 

qəbul  edəndir”  “Tövbə”  sözünün  mənası  “qayıtmaq” 

deməkdir.  Allahın  qayıtması  (tövbəsi)  rəhmətinin 

kimə  tərəfsə  gəlməsi  mənasındadır.  Bəndə  günah 

edəndə Allah rəhmətini ondan döndərir. O, tövbə edən 

zaman  yenidən  Allah-Təala  rəhmətini  ona  tərəf 

yönəldir.  Rəhmətini  ona  qaytarır.  Günahkar  olmayan 

bəndə  əgər  ibadətini  çoxaldırsa  Allahın  rəhməti  daha 

çox ona nazil olub. Peyğəmbər (s) məsum idi. Istiğfar 

etməklə  Allah  yanında  daha  yüksəlir,  məqamı 

böyüyürdü.  

Bu  ayə  ümumi  insanlar  üçündə  bir  mesajdır. 

Yəni:  ey  günahkarlar,  Allahın  rəhmətindən  məyus  

olmayın.  O,  tövbələri  qəbul  edəndir.  Onun  rəhmətinə 

ümidinizi artırın və onun yoluna qayıdın.  

 

 “Nəsr”  surəsinin  hədəfi  və  bu  surədə 



vurğulanan məqamlar. 

1.  Bu  surədə  müxtəlif  məqamlar  vurğulanır. 

Onlardan  biri  də  əvvəlcədən  Məkkənin  fəthindən 

xəbər vermək idi.  




www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

36

Təqribən  bir  ildən  sonra  Məkkə  fəth  olundu  və 



müsəlmanlar böyük qələbəyə çatdılar. 

2.  Bu  surədə  Allah-Təala  öz  peyğəmbərinə 

təsbeh, şükr etmək əmrini verir. Bu əmrdən belə aydın 

olur  ki,  insan  gərək  Allahın  bütün  nemətlərinin 

müqabilində şükr etsin və yaxşı əməllər ələ gətirsin.  

3. Bu surə Allah-Təalanın çox mehriban və tövbə 

qəbul  edən  bir  varlıq  kimi  göstərir,  bununla  da 

bədbəxtçiliyin  əsasını  təşkil  edən  ümidsizliyə  son 

qoyur.  

4.  Bu  surədən  Peyğəmbər  (s)-in  ömrünün  sonu 

olduğu  da  məlum  olur.  Abbas  (Peyğəmbər  (s)-in 

əmisi)  dedi:  Bu  surədən  Peyğəmbərin  ömrünün  sonu 

olduğunu  hiss edirəm. Elə bil  Allah-Təala bu sözlərlə 

Peyğəmbər  (s)-ə  hazırlıq  göstərişini  verir.  Bu  sözü 

Peyğəmbər  (s)-ə  dedilər.  Həzrət  buyurdu:  Əhsən 

əmimin  elminə  və  düşüncəsinə.  Buna  görə  də  bu 

surəni “Tovdii” (vida) surəsi də adlandırıblar.

 

 



 

“Nəsr” surəsinin xüsusiyyətləri.  

1.  Bu  surənin  fəziləti  barədə  Həzrət  Peyğəmbər 

(s) buyurub:  

ﺔﱠﻜَﻣ َﺢْﺘَـﻓ (ص)ﷲا ِلﻮُﺳَر َﻊَﻣ ﺪِﻬَﺷ ﺎﱠﳕَﺄَﻜَﻓ ﺎﻫَءﺮَﻗ ْﻦَﻣ

  

“Kim  bu  surəni  oxusa,  elə  bilsin  ki,  Məkkənin 



fəthində Peyğəmbər (s) ilə birlikdə olub”.   

İmam  Sadiq  (ə)  buyurub:  “Kim  bu  surəni  vacib 

ya müstəhəb namazında oxusa, Allah-Təala onu bütün 



www.ehlibeyt-aka.com/kitabxana

             SonUmidTV      

 

37

düşmənlərinə 



qalib 

edər. 


Qiyamətdə 

əlində 


cəhənnəmdən bəraət məktubu olar”.  

2.  İslamda  çox  qələbələr  olub.  Amma  bu  qələbə 

hamısından  fərqlidir.  Bəzi  ərəblər  deyirlər:  əgər 

Peyğəmbər  (s)  Məkkəni  fəth  etsə  onda  o,  həqiqətən 

Allahın  rəsuludur.  Buna  görə  də,  bu  qələbədən  sonra 

müşriklər dəstə-dəstə islamı qəbul etdilər.  

3.  Bu  surəni  “Nəsr”,  “Fəth”  və  “Tovdii” 

adlandırıblar.  “Nəsr”  və  “Fəth”  kəlmələri  bu  surədə 

işləndiyinə görə ona bu adları veriblər. Amma surənin 

zahirindən  Peyğəmbər  (s)-in  ömrünün  sonu  olması 

məlum olduğuna görə ona “Tovdii” (vidalaşma) surəsi 

deyiblər. 

4.  Bu  surə  mədinədə  nazil  olub.  Bəzilərinin 

fikrinə  əsasən,  bu  surə  Həzrət  Peyğəmbər  (s)-ə 

Hüdeybiyyə Sülhündən sonra, Məkkənin fəthindən 

iki il qabaq, hicrətin 6-cı ilində nazil olubdur.  

 

 

 



 

Suallar və tapşırıqlar. 

1. Bu surənin adları hansılardır?  

2. Bu adları nə üçün bu surəyə veriblər?  

3.  “Nəsr”  surəsi  nə  vaxt  və  hansı  mövzuda  nazil 

olub?  

4.  Bu  surənin  nazil  olması  ilə  qələbənin  baş 



verməsi arasında nə qədər vaxt keçdi?  


Yüklə 459,52 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə