30
Darsini ələ alırdı. Elizabet bu barədə heç nə bilmirdi.
Elizabet üçün mister Darsi əvvəlki kimi heç kəsin
ürəyincə olmayan və onunla rəqs edə bilməsi üçün onu
kifayət qədər gözəl saymayan insan olaraq qalırdı.
Darsidə onunla yaxından tanış olmaq arzusu yarandı
və Elizabetlə söhbət etmək üçün bəhanə axtarmaqdan ötrü
o, başqa adamlarla onun söhbətinə qulaq verməyə başladı.
Bu manevrlə qızın diqqətini ona cəlb etdi. Bu, ser Vilyam
Lukasın evində qonaq olarkən baş verdi. Həmin gün onun
evində böyük cəmiyyət toplaşmışdı.
— Mənim polkovnik Forsterlə söhbətimə qulaq asmaq
mister Darsinin nəyinə lazımdır? — O, Şarlottadan
soruşdu.
—
Bu suala yalnız mister Darsi özü cavab verə bilər.
— O bunu etməyi özünə rəva görsə, mən mütləq ona
başa salacağam ki, bu hiylələrinin fərqinə varıram. Onun
çox rişxənd saçan gözləri var və əgər mən özüm onunla
kifayət qədər cəsarətli olmasam, ondan qorxmağa
başlayacağam.
Məhz bu əsnada mister Darsi onlara yaxınlaşdı və
onlarda söhbətə girişmək həvəsi görmədi. Miss Lukas
rəfiqəsini öz niyyətini həyata keçirməyə həvəsləndirməyə
çalışdı. Çağırış təsirini göstərdi və Elizabet ona tərəf
dönərək soruşdu:
— Sizə elə görünmədi ki, mister Darsi, bayaq
polkovnik Forsteri Meritonda bal verməyə inandırarkən
mən kifayət qədər
əsaslı dəlillər gətirdim.
downloaded from KitabYurdu.org
31
— Siz böyük qızğınlıqla danışırdınız. Yeri gəlmişkən,
bu kimi mövzularda hansı ledi alovlu danışmır!
—
Ey, siz bizə qarşı çox sərtsiniz.
— Yaxşı, indi səni də inandırmağı smayaqmı, — miss
Lukas dedi. — Mən çalğı alətini açıram, Eliza, sən isə
bilirsən ki, bunun ardınca nə gəlməlidir.
— Sən qəribə rəfiqəsən, Şarlotta, həmişə məni hər
kəsin və istənilən adamın qarşısında çalmağa və oxumağa
vadar edirsən. Birdən beynimə görkəmli artist olmaq
düşsə, sən əvəzedilməz olardın. Ancaq mən axı buna can
atmıram. Doğrusu, ən yaxşısı odur ki, mən gerçəkdən
yaxşı ifaçılar tanıyan adamların qulağını narahat
etməyim.
Fəqət miss Lukas israr edincə, o:
— Yaxşı, olacağa çarə yoxdur, — dedi və mister
Darsiyə qaşqabaqlı baxaraq əlavə etdi: — Bizim diyarda
köhnə bir qaydanı hələ də xatırlayırlar: danışmaqdansa,
susmaq yaxşıdır. Görünür, mənim razılaşmağım və bu işi
bitirməyim lazımdır.
O, o qədər ustalıqla olmasa da, xoşagələn tərzdə
oxudu.
Bir, ya iki mahnıdan sonra, o, təkrar oxumasına dair xahiş
edən dinləyicilərə nəsə bir cavab verənə qədər bacısı Meri
onu fortepianonun arxasından sıxışdırdı. Meri ailədə
yeganə fəna xasiyyətli qız idi, səylə özünü təkmilləşdirirdi
və özünü göstərməyə həmişə şad idi.
Merinin nə istedadı, nə də zövqü vardı. Təşəxxüs
satmaq azarı onu bu ağır, zəhmətli işə qatlandırmışdı, eyni
downloaded from KitabYurdu.org
32
zamanda ona elə cılız, özündənrazı ədalar təlqin etmişdi
ki, onun ustalıqla ifa etməsini zədələyə bilərdi. Elizabetin
sadə və hünərsiz ifası daha az mükəmməl olsa da,
toplaşanların çox xoşuna gəldi. Ona görə də Lukas
bacıları ilə birgə iki, ya üç zabitlə otağın o biri küncündə
rəqs büsatı quran kiçik bacılarının xahişi ilə şotland və
irland mahnıları çalan Meri uzanmış konsertdən sonra
alqışlar qazanmağa şad idi.
Mister Darsi onların yaxmlığındaydı, onu ağıllı söhbət
imkanından məhrum etmiş belə vaxt keçirmə üzündən
acıqlıydı. O, çox möhkəm düşüncələrə daldığından ser
Vilyams
Lukasm ona yaxınlaşmasını sezmədi. Ser ona bu sözlərlə
xitab etdi:
— Bu, gənclər üçün necə də əla əyləncədir,
doğrudurmu, mister Darsi! Gerçəkdən də rəqslərdən xoş
nə ola bilər? Hesab edirəm ki, rəqslər mədəni cəmiyyətin
ən yüksək nailiyyətlərindən biridir.
— Tamamilə doğrudur, ser. Eyni zamanda o,
mədəniyyətin toxunmadığı cəmiyyətdə də çox geniş
yayılıb. Hər bir vəhşi dingildəməyi bacarır.
Ser Vilyam gülümsədi.
— Sənin dostun, sadəcə, əla rəqs edir, — o, müəyyən
pauzadan sonra, mister Binqlinin rəqs edənlərə
qoşulduğunu görərək davam etdi. — Şübhə etmirəm ki,
siz də, mister Darsi, bizi öz bacarığınızla heyrətləndirə
bilərsiniz.
— Siz, ehtimal ki, ser, mənim Meritonda necə rəqs
downloaded from KitabYurdu.org
33
etdiyimi görmüsünüz.
— Tapdınız, o vaxt mən bundan xeyli zövq almışdım!
Siz SentCeymsdə tez-tez rəqs etməli olursunuz?
—
Heç vaxt, ser.
— Məgər siz bunu kral ailəsinə öz hörmətinizi ifadə
etmək üçün münasib üsul saymırsınız?
— Əgər yayma bilirəmsə, heç bir ailəyə öz hörmətimi
bu üsulla ifadə etmirəm.
—
Sizin paytaxtda öz eviniz var?
Mister Darsi başı ilə təsdiqlədi.
— Bir ara mən də Londonda yerləşməyi düşündüm,
yaxşı cəmiyyəti çox sevirəm! Ancaq etiraf edim ki,
Londonun havasının ledi Lukas üçün zərər olacağından
qorxuram.
O, cavab gözləyərək susdu. Fəqət onun həmsöhbəti
danışığı davam etdirmək fikrində deyildi. Bu məqamda
Elizabet onlara yaxınlaşdı və ser Vilyamsm beyninə
zarafat nümayiş etdirmək fikri gəldi.
— Əziz miss Eliza, necə olub ki, siz rəqs etmirsiniz?
Mister Darsi, mənim tövsiyəmə uyğun olaraq bu
cazibədar ledini rəqsə dəvət etsəniz, mən çox məmnun
olaram. Qarşınızda gözəllik təcəssümü durarkən siz
rəqsdən imtina edə bilməzsiniz, elə deyilmi, mister Darsi.
— O, Elizabetin əlindən yapışaraq onu gözlənilməz halda
özünü bir qədər itirmiş, ancaq bu fürsətdən
istifadə etmək fikrində olan mister Darsinin əli ilə
birləşdirmək istədi. Gözlənilmədən Elizabet büzüldü və
üzünü ser Vilyamsa tutaraq narazı halda səsləndi:
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |