Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə15/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   11   12   13   14   15   16   17   18   ...   128

58 

 

kübardır, 



alicənab və lütfkar! O, həmişə hər bir insana deməyə söz 

tapır.  Məncə,  yaxşı  zövq  örnəyi  odur!  Özləri  haqqında 

Allah  bilir,  nələr  düşünən,  hətta  ağızlarını  açmaq 

istəməyən şəxslər əbəs yerə güman edirlər ki, onlar yaxşı 

tərbiyə alıblar. 

— 

Şarlotta sizinlə nahar etdi? 



— Yox,  o,  evə  tələsirdi.  Yəqin  ki,  onun  qulluqçuya 

piroq hazırlamaqda kömək etməsi lazım idi. Bizə gəlincə 

isə, mister Binqli, mən elə qulluqçular saxlayıram ki, öz 

işlərinin öhdəsindən özləri gəlirlər. Bəli, mənim qızlarım 

başqa  cür  tərbiyə  alıblar.  Yeri  gəlmişkən,  hər  kəs 

bacardığı kimi hərəkət edir. Bununla belə, Lukas bacıları 

çox şirindirlər, sizi əmin edə bilərəm. Nə acıdır ki, onlar 

gözəl  deyillər.  Mən  demirəm  ki,  Şarlotta  tamam 

eybəcərdir — o bizim ən yaxşı rəfiqəmizdir. 

— Mənə elə gəlir ki, o, çox xoş bir gənc qadındır, — 

Binqli dedi. 

— Oh, əlbəttə! Ancaq siz inkar etməyəcəksiniz ki, o 

idbardır.  Bunu  ledi  Lukas  da  etiraf  edir  və  mənim 

Ceynimin  gözəlliyinə  həsəd  aparır.  Qızımı  tərifləmək 

istəməzdim,  ancaq  Ceyn  barədə  danışmaq  lazımdırsa, 

deyə bilərəm ki, belə gözəli 

hələm-hələm  tapa  bilməzsən.  Bu  barədə  hər  addımbaşı 

eşidə bilərsən — özüm də özümə inanmazdım. Onun 15 

yaşı  tamam  olanda  biz  Londonda  qardaşımın  yanında 

yaşayırdıq. Təsəvvür edin, orda bir  centlmen vardı,  ona 

dəlicəsinə  vurulmuşdu.  O  gözləyirdi  ki,  biz  getməzdən 

downloaded from KitabYurdu.org




59 

 

öncə  centlmen  ona  evlənmək  təklif  edəcək.  Düzdür,  bu, 



baş vermədi, ola bilər ona görə ki, Ceyn həddən artıq gənc 

idi. Əvəzində o, qıza şeirlər həsr etdi — bilirsiniz, sadəcə, 

ecazkar şeirlər idi. 

— Elə  bununla  da  macəra  bitdi,  —  Elizabet  tələsik 

sözə qarışdı. — Düşünürəm ki, bu, o cür qurtaran yeganə 

sərgüzəşt 

deyil.  Maraqlıdır,  poeziyanın  sevgini 

öldürdüyünü birinci kim kəşf edib? 

— Mən  poeziyanı  məhəbbət  üçün  bəsləyici  mühit 

saymağa adət etmişəm, — Darsi dedi. 

— Bəli, möhkəm, sağlam və ehtiraslı məhəbbət üçün 

ola  bilər.  Artıq  möhkəmlənən  sevgi  isə  nəylə  olsa, 

qidalana bilər. Ancaq yüngül meyildən danışsaq, əminəm 

ki, bir yaxşı sonetdən sonra ondan əsərəlamət qalmaz. 

Darsi  gülümsədi.  Ortaya  çökmüş  sükutda  Elizabet 

həyəcanla  anasının  necəsə  yeni  bir  nəzakətsizlik 

edəcəyini  gözləyirdi.  Missis  Bennet  gerçəkdən  də 

danışmağı  çox  istəyirdi,  ancaq  beyninə  heç  bir  şey 

gəlmədi.  Müəyyən  pauzadan  sonra  o,  Ceynin  qayğısına 

qaldığına  görə  mister  Binqliyə  yenidən  minnətdarlığını 

bildirdi  və  üstəlik,  Lizzinin  də  onlar  üçün  narahatlıq 

yaratmasına  görə  üzrxahlıq  etdi.  Binqli  cavablarında 

səmimi  olaraq  lütfkar  idi,  kiçik  bacısını  da  nəzakətli 

olmağa vadar edirdi və miss Binqli bu kimi hallara uyğun 

olan  bütün  ifadələri  işlədirdi.  O  öz  rolunu  xüsusi  səy 

göstərmədən oynasa da, missis Bennet tamamən məmnun 

qaldı  və  onlara  tezliklə  ekipaj  verilməsini  xahiş  etdi. 

Həmin vaxt siqnala bəndmiş kimi onun balaca qızı çıxış 

downloaded from KitabYurdu.org



60 

 

etdi. Kitti və Lidiya bütün ziyarət boyunca öz aralarında 



pıçıldaşırdılar.  Eyni  zamanda  onlar  razılaşmışdılar  ki, 

kiçik qız mister Binqliyə Hardfordşipdə olduğu vaxt söz 

vermiş  olduğu  Nezerfilddə  bal  təşkil  etmək  məsələsini 

xatırlatmalıdır. 

Hündürboy, qəşəng, 15 yaşlı Lidiya anasının sevimlisi 

idi. Məhz bu bağlılığın sayəsində o bu qədər gənc yaşda 

kübar 

cəmiyyətə  ayaq  açmışdı.  Onun  fitri  fərasətliliyi  və 



ünsiyyətcilliyi  əmilərinin  babat  naharlarının  cəlb  etdiyi 

zabitlərin diqqət və özünün anadangəlmə yüngülxasiyyət 

olması sayəsində təkəbbürə çevrilmişdi. Ona görə də onun 

mister Binqli ilə bal haqda danışması və onun öhdəliyini 

yadına salması, əgər sözünü tutmasa, bunun rüsvayçı səhv 

ola  biləcəyini  əlavə  etməsi  elə  də  çətinlik  törətmirdi. 

Binqlinin bu gözlənilməz həmləyə cavabı missis Bennetin 

qulağına olduqca xoş gəldi. 

— İnanın,  mən  öz  vədimi  məmnuniyyətlə  yerinə 

yetirəcəyəm.  Miss  Bennet  sağalan  kimi  xahiş  edəcəyəm 

ki, bu bayram üçün gün seçməyə məhz siz lütf edəsiniz. 

Ancaq  nə  qədər  ki  o  xəstədir,  güman  edirəm  özünüz  də 

rəqs etmək istəməzdiniz. 

Lidiya onun sözlərindən tamamilə məmnun qaldığını 

bildirdi. 

— Bəli,  ən  yaxşısı  Ceynin  sağalmasını  gözləməkdir. 

Bundan  əlavə,  o  vaxta  qədər  kapitan  Karter  Meritona 

qayıda bilər. Sizin baldan sonra, — o, əlavə etdi, — mən 

onları da bal təşkil etməyə 

downloaded from KitabYurdu.org




61 

 

vadar  edərəm.  Polkovnik  Forsterə  də  belə  deyərəm  ki, 



boyun qaçırması ayıb olar. 

Bundan  sonra  missis  Bennet  və  qızları  getdilər, 

Elizabet isə dərhal Ceynin yanma qayıdaraq, iki lediyə və 

mister Darsiyə onun və doğmalarının barəsində maneəsiz 

qeybət  etmək  imkanı  yaratdı.  Yeri  gəlmişkən,  miss 

Binqlinin  Elizabetin  “füsunkar  gözləri”  barədəki  bütün 

tikanlı atmacalanna baxmayaraq, qadınlar mister Darsini 

onun barəsində nəsə bir mühakimə yürütməyə məcbur edə 

bilmədilər. 

FƏSİL 



Günün yerdə qalan hissəsi təxminən ötən gün kimi keçdi. 

Missis  Hörst  və  miss  Binqli  günün  birinci  yarısında  bir 

neçə  saat  yavaş-yavaş  yaxşılaşmaqda  olan  xəstənin 

yanında keçirdilər. Axşam Elizabet cəmiyyətin toplaşdığı 

qonaq otağına endi. Bu dəfə kart masası  yox idi. Mister 

Darsi  məktub  yazırdı,  onunla  yanaşı  oturan  miss  Binqli 

onun  qələmini  izləyirdi  və  bacısına  çatdırmağı  xahiş 

etdiyi  müxtəlif  arzulan  ilə  daima  onun  diqqətini 

yayındınrdı.  Mister  Hörst  və  mister  Binqli  piket 

oynayırdılar, missis isə onların oyununa tamaşa edirdi. 

Elizabet tikişlə məşğul ola-ola, mister Darsi və onun 

qonşusunun  arasında  baş  verənlərə  qulaq  verərək  xeyli 

dərəcədə məmnun qaldı. Onun xətti, sətirlərin rəvanlığı və 

ya  məktubun  genişliyi  barədə  ledinin  fasiləsiz  coşqulu 

iradları  və  centlmenin  təriflərə  tam  laqeyd  cavablan 

maraqlı  dialoq  əmələ  gətirirdi  və  Elizabetdə  onun 

iştirakçılannm  xasiyyətləri  barədə  yaranmış  təsəvvürə 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə