Birinci kitab



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə14/128
tarix15.03.2018
ölçüsü3,06 Mb.
#31892
1   ...   10   11   12   13   14   15   16   17   ...   128

54 

 

dəyərləndirməsinə  israr  edirdi.  Məktub  yubadılmadan 



göndərildi və onun məzmunundakı xahiş də tezliklə icra 

olundu.  Ailə  səhər  yeməyi  yeyəndən  az  sonra  missis 

Bennet iki qızının müşayiəti ilə Nezerfildə gəldi. 

Anası  gəlib  Ceyni  təhlükəli  vəziyyətdə  görsəydi,  o, 

şübhəsiz  ki,  bundan  dilxor  olardı.  Ancaq  o,  Ceynin 

xəstəliyinin  qorxulu  olmaması  ilə  təskinlik  taparaq, 

qızının  çox  tez  sağalmasını  arzulamadı,  çünki  bu  halda 

Ceyn Nezerfildi tezliklə tərk etməli 

olacaqdı.  Ona  görə  də  o,  Ceynin  tezliklə  öz  evlərinə 

aparılması  barədə  xahişini  hətta  eşitmək  belə  istəmədi. 

Onun ardınca gələn əczaçı da yola çıxmağı ağıllı hərəkət 

saymadı.  Missis  Bennet  bir  qədər  Ceynlə  təklikdə 

qaldıqdan sonra miss Binqli onlann yanma qalxdı, onu və 

üç qızını səhər yeməyi otağına dəvət etdi. Mister Binqli 

onlan  orada  qarşılayaraq  ümidvar  olduğunu  bildirdi  ki, 

Ceynin durumu missis Bennetin gözlədiyindən daha ağır 

olmayıb. 

— Heyhat,  ser,  məhz  elədir!  —  o,  cavab  verdi.  — 

Yazıq qız çox pis haldadır, onu bu vəziyyətdə Lonqborna 

aparmaq  mümkün  deyil.  Mister  Consun  rəyinə  görə,  bu 

barədə  düşünmək  də  olmaz.  Daha  bir  müddət  sizin 

qonaqpərvərliyinizdən istifadə etməli olacağıq. 

— Lonqborna  aparmaq!  —  Binqli  səsləndi.  —  Bu 

haqda söhbət belə ola bilməz. Əminəm ki, mənim bacım 

Ceynin getməsi barədə eşitmək belə istəməyəcək. 

— Şübhəniz  olmasın,  xanım,  —  miss  Binqli  soyuq 

lütfkarlıqla qeyd etdi. — Miss Bennet bizim evdə qalsa, 

downloaded from KitabYurdu.org




55 

 

ona lazımi diqqət ayrılacaq. 



Missis  Bennet  minnətdarlığını  çox  qaynar  şəkildə 

bildirdi. 

— Ah, əminəm ki, — o, əlavə etdi, — onun ətrafında 

bu  qədər  yaxın  dostlar  olmasaydı,  Allah  bilir,  ona  nə 

olardı. Yazıq qız gerçəkdən də pis haldadır, o, dözümlü 

olmasına  rəğmən  elə  iztirab  çəkir  ki.  Ancaq  bu,  onun 

mələk xasiyyətinin özəlliyidir, beləsi ilə çətin ki, hardasa 

rastlaşa  biləsiniz.  Qızlarıma  tez-tez  deyirəm  ki,  onlar 

Ceyn kimi olmaqdan çox uzaqdırlar. Bu otaq çox xoşuma 

gəlir,  mister  Binqli!  Parkın  baş  yoluna  necə  ecazkar 

mənzərə açılır. Bilmirəm bizim qraflıqda Nezerfild kimi 

guşə varmı. Siz onu tezliklə tərk etməyi düşünmürsünüz, 

elə  deyilmi,  hərçənd  siz  buranı  qısa  müddətə  icarəyə 

götürmüsünüz? 

— Mən  həmişə  zirəkliyimlə  fərqlənmişəm,  —  o, 

cavab verdi. — Əgər Nezerfildi tərk etməyi qərara alsam, 

ola  bilər  ki,  artıq  beş  dəqiqədən  sonra  burada  olmayım. 

Ancaq indilikdə, mənə elə gəlir ki, burada əsaslı şəkildə 

yurd salmışam. 

— 

Mən sizdən məhz bunu da gözləyirdim. — Elizabet 



dedi. 

— Siz  mənim  xasiyyətimi  çözməyə  başlayırsınız, 

doğrudurmu? — Binqli ona tərəf dönərək cavab verdi. 

— 

Bəli, mən sizi tam başa düşürəm. 



— Bunu  kompliment  saymaq  istərdim.  Ancaq  şəffaf 

görünən insan, yəqin ki, bir qədər yazıq təsir bağışlayır. 

— Bu, durumdan asılıdır. Sizinkinə bənzər təbiətlərlə 

downloaded from KitabYurdu.org




56 

 

müqayisədə  qapalı  və  mürəkkəb  xasiyyətlər  mütləq 



yüksək və ya aşağı dəyərləndirilmir. 

— Lizzi,  —  missis  Bennet  sözə  qanşdı,  —  lütfən, 

harada  olduğunu  unutma  və  evdə  etdiyin  kimi  hər  cür 

axmaqlıqları çərənləmə. 

Mister Binqli dedi: 

— Mən  şübhə  etmirdim  də  ki,  siz  insan  xislətinin 

öyrənilməsi  ilə  məşğulsunuz.  Bu,  maraqlı  predmet 

olmalıdır. 

— Mürəkkəb  xasiyyətlə  xüsusilə  maraqlıdır.  Bu 

üstünlüyü onlardan qoparmaq mümkün deyil. 

— Əyalət, — Darsi dedi, — bu cür incələmələr üçün 

az  material  verir.  Burada  ünsiyyətdə  ola  biləcəyin 

insanların dairəsi çox məhdud və dəyişməzdir. 

— Ancaq  insanları  özləri  elə  ciddi  dəyişirlər  ki,  elə 

hey hər bir insanda yeni nəsə görmək olur. 

— Bəli,  doğrudan  da,  —  əyalət  cəmiyyətindən  bəhs 

edən Darsinin danışıq ahəngindən incimiş missis Bennet 

səsləndi,  —  sizi  inandırmağa  cəsarət  edirəm  ki,  bütün 

bunlar əyalətdə şəhərdə olduğundan heç cür az deyil! 

Hər  kəs  heyrətləndi  və  Darsi  missis  Bennetə  nəzər 

salaraq  susqun  halda  kənarlaşdı.  Fəqət  həlledici  qələbə 

qazandığını  dərk  edən  qonaq  uğurunu  inkişaf  etdirmək 

istədi: 

— Mən  öz  tərəfimdən  hesab  etmirəm  ki,  Londonun 

əyalətlər  qarşısında  hansısa  ciddi  bir  üstünlüyü  var  — 

əlbəttə,  mağazalar  və  əyləncələr  nəzərə  alınmasa. 

Əyalətdə yaşamaq xoşdur, doğrudurmu, mister Binqli? 

downloaded from KitabYurdu.org




57 

 

— Mən əyalətdə olarkən, — o, cavab verdi, — oradan 



çıxıb  getmək istəmirəm. Ancaq nə vaxt  yolum paytaxta 

düşür, eyni hissləri keçirirəm. Buranın da, oranın da yaxşı 

tərəfləri var. Mən orada da, burada da eyni cür məsud ola 

bilərəm. 

— Bəli,  ancaq  bu  sizin  sağlam  düşündüyünüzə 

görədir. Bu centlmen isə, — o, Darsiyə baxdı, — əyalət 

həyatına yuxandan baxır. 

— Siz yanılırsınız, xanım, — Elizabet anasının yerinə 

qızara-qızara müdaxilə etdi. — Siz mister Darsini yanlış 

anladınız. O, yalnız onu demək istədi ki, şəhərdə olduğu 

ilə  müqayisədə  əyalətdə  müxtəlif  insanlarla  daha  az 

rastlaşırsan, bununla, əlbəttə ki, siz də razılaşarsınız. 

— Əlbəttə,  mənim  əzizim,  heç  kim  böyük 

müxtəliflikdən  bəhs  etmir.  Yeri  gəlmişkən,  tanışlı 

dairəsinə  gəlincə,  inanmıram  ki,  o  burada  başqa  yerdə 

olduğundan  azdır.  Bizi  iyirmi  dörd  evə  nahar  etməyə 

dəvət edirlər. 

Əgər  Elizabetin  hisslərinə  mərhəmət  etməyi  lazım 

bilməsəydi, çətin ki, mister Binqli bu yerdə sifətinin ciddi 

ifadəsini  qoruyub  saxlaya  bilərdi.  Onun  bacısı  bu  qədər 

incə  və  həssas  deyildi  və  mister  Darsiyə  xeyli  ifadəli 

təbəssümlə baxırdı. Anasının düşüncələrini yeni məcraya 

yönəltmək  üçün  nəsə  bir  şey  fikirləşməyə  səy  göstərən 

Elizabet  missis  Bennet  dən  soruşdu  ki,  o  olmadığı 

müddətdə Şarlotta Lukas onlara gəlməyib ki. 

— Oh, bəli, dünən o atası ilə bizdə idi. Bu ser Uilyam 

çox  əziz  bir  insandır,  doğrudurmu,  mister  Binqli?  Əsl 

downloaded from KitabYurdu.org




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə