Bir qadın var hardasa, Kibrit çöpündən tez sönür gülüşü…



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə35/49
tarix01.07.2018
ölçüsü0,99 Mb.
#52517
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

taleyi əvvəldən kəm gəlmişdi. Arvad öləndən sonra vağzalda qəzet, kitab satıb. Sonra 
nəşriyyatda fəhlədən icraçı direktora qədər yüksəldi. İndi Türkiyədə özünün nəşriyyatını qurub, 
yaxşı da yaşayır. Əslən Naxçıvandan olan türk qızı ilə evlənib, Mustafa adlı bir oğlu var.  
Vüqarla tanışlığımdan danışım sənə... - Leyla gözünü külqabının köksündə qaralan siqaret 
kötüklərinə zilləyib uzun-uzadı nəsə fikirləşdi. Mən dərindən nəfəs alıb yerimdə qurcalandım. 
Bədənimdən xoş bir yüngüllük keçdi.  
- Düzü, mağazada neçənci ildən işləməyim yadımdan çıxıb. Dolanışığım yox idi, anam pul 
göndərə bilmirdi. Bir gün otaq yoldaşımla iş axtarmağa yollandıq. Axır, Yasamalda bir mağaza 
sahibi insaflı çıxdı - uzun sual-cavabdan sonra məni içki, otaq yoldaşımı pal-paltar şöbəsinə 
satıcı götürdü. Üst-üstə il yarım çəkdi işləməyim. O vaxtlar Vüqar çox məşhur idi, hamının 
sevimlisinə çevrilmişdi. Tez-tez mənim işlədiyim marketə gəlib bazarlıq edirdi. Hər gün ədəb-
ərkanla salam verib hal-əhval tutur, kefinin kök vaxtında zarafatlaşmaqdan da qalmırdı. 
Mağazada görünən kimi özdöşümdən vitrinin üstünə bir şüşə viski qoyurdum. Bu jestim xoşuna 
gəlmişdi. Sənə deyim, viski içməyi sonralar ondan öyrəndim; tamını biləndən sonra, o-bu, başqa 
içkiləri meylim çəkmədi. Yanvarın ortaları - çovğunlu gün idi. Müdir tapşırmışdı, çox 
yubanmayım. O günlər Mehrabla dava-dalaşda olduğum vaxtlar idi. Havanın soyuqluğu çöl-
bayırdan əl-ayağı kəsmişdi. Büzüşüb səkidə avtobus gözləyirdim. Yanımda bir xarici maşın 
saxlayıb şüşəsini endirdi. Gördüm Vüqar sükanın arxasında gülümsəyir. Başı ilə işarə etdi ki, 
əyləşim. Neçə ilin tanışları kimi görüşdük. Hətta yadımdadır, əlimi öpdü. İçkiliydi, gözləri 
axırdı, danışanda sözləri qırıq-qırıq, rabitəsiz deyirdi. Açığı, peşman oldum - maşını yolun 
ortasında ora-bura çox oynadırdı. Qorxurdum, bir hadisə törədər. Hətta istədim yolda deyəm, 
saxla düşüm, nə isə, ürək eləmədim, çəkindim ki, içkilidir, xətrinə dəyər. O vaxt nə 
danışdığımızı unutmuşam, amma gərək ki, düşəndə mənə xeyli xoş söz dedi, gözəlliyimi 
təriflədi. Söz vermişdi axtaracam, görüşüb tanışlığımızı qeyd edərik. Razılaşmışdım. Bu mənə 
lazım idi, hətta arzulayırdım. Onunla bir yerdə olmağım qabağımda yaşıl işıq yandıra bilərdi - 
yaxşı başa düşürdüm. Sonralar nədənsə mağazaya gəlib-getmədi. Bir dəfə universitetdə gördüm. 
Yanında bir qız vardı, şirin-şirin danışıb gülürdülər. Məni görəndə gülümsəyib dilucu salam 
verdi. Sonra uzun müddət qarşılaşmadıq. Müsabiqədə qalib olandan sonra özü axtarıb tapdı. 
Klipdən sonra münasibətimiz bir az da istiləşdi. Açığı, o vaxt Ayazın işləri yaxşı getmirdi, 
deyəsən, şərik işlədiyi adam pulları götürüb qaçmışdı. Sonra özü narkotik alverinə görə ilişdi, 
nazirlikdəki qardaşı da kömək edə bilmədi, var-yoxunu əlindən aldılar. Öz evimi satıb ona 
kömək etmək istəsəm də, alınmadı.  
Həmin vaxtlar mənim qazancım yaxşı olurdu. Olimpin yanında kirələdiyimiz studiya yerini alıb 
öz adıma keçirdim. Daha doğrusu, bu, Vüqarın ideyası idi. Get-gedə bir-birimizi çox istəməyə 
başlamışdıq. Onun ailəsi, bir oğlu var idi, amma bu, görüşməyimiz, gələcək planlarımızı saf-
çürük etməyimiz üçün maneə deyildi. Hətta ad günümdə Vüqar təklif etdi ki, mənə maşın alaq. 
Xalası oğlu maşın biznesi ilə məşğul idi, bir həftəyə Almaniyadan mənim adıma “Mersedes” 
gətizdirdi. “Miraj” restoranı o vaxt təzə açılmışdı, bu gün oturduğumuz otaqda açarları mənə 
uzatdı ki, maşın sənə hədiyyədir. Bilirsən, Rəcəb, Vüqara isinişməyimdə çox şeyin təsiri oldu. 
Etiraf edirəm, gələcək işlərim üçün ondan istifadə etmək niyyətim var idi. Amma bizi birləşdirən 
başqa dəyərlər də get-gedə yarandı. Vüqar çox maraqlı, istedadlı adamdır. Bəzən saatlarla musiqi 
haqqında söhbət edirdi. Ədəbiyyatı, kinonu, rəssamlığı musiqidən az bilmirdi. Öz həyatını da 
mənə danışmışdı. Atası həbsdə idi, anası neft daşlarında işləyən fəhlələrə biş-düş edirmiş. Həmin 
vaxtlar Bayılda Afonya Bazarova adlı rus qarısı ilə rastlaşıb. Həmin arvaddan çox şey 
öyrənmişdi. Məni televiziyalarda tez-tez intellektual debatlara çağırırdılar. Verilişdən əvvəl 
Vüqar məni hazırlayırdı. Məsələn, söhbət ədəbiyyatdan olacaqdısa, yazıçıların, əsərlərin adını 
əzbərlətdirirdi. Yəqin sən tanıyarsan, həmin proqramlara bizi bəyənməyən, özlərini dartan gənc 
yazarları çağırırdılar. Vüqar həmişə deyirdi ki, belə yerdə “İtkin gəlin”dən danışanda adama 
gülürlər. Gərək Tolstoyun, Markesin, Dostoyevskinin adını çəkəsən. İki gün qabaqdan müasir 
məşhur yazarların beş-on kitabını gətizdirirdi, bir-iki saat vərəqləyib ordan-burdan oxuyurdum. 
Kinonu az-çox özüm bilirdim. Veriliş teatr, rəssamlıq barədə olurdusa, yenə Vüqar dadıma 
çatırdı. Belə olanda ciddi sənətlə məşğul olan insanların rəğbətini qazanırdım. Bu mənim imicim 
üçün lazım idi. Bir dəfə bir yazıçı-deputat zəng vurub xeyli xoş söz dedi. Hətta görüşüb söhbət 
edəndən sonra əlimi öpüb məni evinə dəvət etdi.  


Bilirdim, keçmişi ilə bağlı nələrisə məndən gizlədirdi, amma onu incitməmək üçün çox dərinə 
getmirdim. Bizim bir yerdə olmağımızı istəməyən adamlar məndən Vüqarı soruşanda: “Tayqulaq 
necədir?” - deyirdilər. Vüqar Asəf Zeynallıda oxuyanda axmaq, oğurluqla məşğul olan uşaqlara 
qoşulubmuş. (Mən Vüqarın keçmişini yaxşı bildiyim üçün Leylaya əlavə suallar vermirdim. 
Amma özümü o yerə qoymayıb diqqət kəsilmişdim). Dəstənin başçısı Qara Tərlan adlı bir 
nəfərmiş, Vüqar dəstədən uzaqlaşdığı üçün onun qulağını kəsib cəzalandırmışdı. (Əlbəttə, Vüqar 
işin nə yerdə olduğunu açıb-ağartmamışdı.) Yavaş-yavaş Vüqarı dəlicəsinə sevməyə başladım. 
Sol döşümün üstünə adını yazdırmağım həmin vaxtlardan qalıb. İçkili olub necə arzulamışdımsa, 
bu axmaq işi tutdum. İndi utanıram. Başa düşürsən, dəlicəsinə sevmək necə olur, Rəcəb? 
Bilmirəm bu nə hissdir, necə yaranır? Məktəbdə oxuyanda Mehraba qarşı da eyni sevgim 
yaranmışdı. Amma o vaxt ağlım kəsmirdi. Bu, yalançı hiss də ola bilərdi. Vüqara olan sevgim isə 
tamam başqaydı. Ailəsinin, uşağının yanına getməyinə razı olmurdum, belə şeylər üstündə dava-
dalaşımız düşürdü. Hətta onu ailəsindən soyutmaq üçün falçı yanına da getmişdim. Biri vardı, 
kərtənkələ quyruğu və tısbağa başı ilə cadu hazırlayıb satırdı. Həmin qadına on beş min dolları 
şəxsən özüm vermişdim. Sevgi gözümü necə kor etmişdisə, Vüqarın ailəsinin dağılmasının 
mənim üçün zərrə qədər ağrısı yox idi. Həmin vaxtlar anam məni danlayır, dönə-dönə “əyri 
yoldasan” deməkdən dilində tük bitmişdi. Arvad elə bil hiss eləmişdi ki, Vüqar mənə 
peşmançılıqdan başqa heç nə gətirməyəcək. Elə hey deyirdi ki, camaatı aldatmaqdan əl çək, öz 
ailən, uşağın olsun. Mənim də ürəyim rahat düşsün ki, yaxşı adamın qanadı altındasan, sabah 
səni əllərdə qoymayacaq. Bir dəfə mənim xətrimə efirdə yalan danışmağa məcbur olmuşdu: and-
aman eləmişdi ki, Vüqarı öz oğlu gözündə görür.  
Bizim bir yerdə olmağımız bütün şou əhlinin dilinə-dişinə düşmüşdü. Amma məclislərdə 
özümüzü elə aparırdıq, guya dostuq, bizi yalnız sənət birləşdirir. Heç unutmaram, bir prodüserim 
vardı, 2007-ci ildə “ATV”-yə müsahibə verib demişdi, Moskvada Leyla xanımın ayaqqabısı 
pilləkənə ilişib yerə yıxıldı, ayağında iz qalmışdı. Ondan sonra biz Gürcüstana getdik. Qarın 
üstündə Vüqar yıxıldı. Siz inanmazsınız, Leylanın ayağı hardan əzilmişdisə, onun da ayağı eyni 
yerdən zədələnmişdi. İkisinin də ayaqlarında həmin iz qalır. Bəzən Leylanın başı ağrıyır, onun 
yanında olmadığı vaxtlarda Vüqar zəng vururdu ki, özümü pis hiss edirəm, başım ağrıyır. 
Belə şey həqiqətən olub. Düzü, yadıma düşmürdü ki, bunu nə vaxtsa danışım. Verilişə baxanda 
necə xoşuma gəldisə, prodüserimi on günlük İspaniyaya istirahətə göndərdim. O vaxt çox 
adamın bostanına daş atırdım. Yəqin sən də xatırlayırsan, tez-tez aləmi bir-birinə vururdum. 
Hamıdan fərqlənmək, gündəmdə olmaq, daha çox sevilmək... uşaqlıqdan başımdan ata 
bilmədiyim eqoistliyim tüğyan edirdi. Baxıcılara ətək-ətək pul tökürdüm. O vaxt mənim nə 
qədər qazancım olduğunu ağlına gətirə bilməzsən. Bəzən günə təkcə toydan 20 min manat 
gəlirim olurdu. Romada, Londonda biznesləri olan iş adamları vardı, 50 min manatlıq brilyant 
üzüklər, qolbaqlar bağışlayırdılar. Onlarla yatdığımı Vüqar bilirdi, dava-dalaşımız olsa da, tez 
barışırdıq. Bir dəfə baxıcı-ekstrasenslərdən biri demişdi ki, “ən yazığım gələn insan Leyladır. 
Mən onun tədricən efirdən getməyini görürəm. O qızı efirdən uzaqlaşdırıb pis vəziyyətə 
salacaqlar. Demək olar, axır astanadadır. Amma Leyla çox ürəyi təmiz insandır. Onun halına çox 
acıyıram”.  
Açığı, bu sözlər məni yaman qorxutdu. Tanıdığım jurnalistlər vardı, pul verib özüm haqqında 
yazılar yazdırdım. Dilarə adlı bir qız vardı, yazmışdı, o, başına gələnlərlə “Həyat qadını” 
obrazını istəmədən “oynayan”, həyat zərbələrinin qarşısında mərd-mərdanə sinə gərən birisidir, 
o, Şərq qızıdır, o, Azərbaycanda şounu biznesə çevirən, şou-biznesin əsasını qoyanlardandır, o, 
ən cavan korifeyimizdir, o, “canlı əfsanəmiz”dir, o, sadəcə, adı gələndə hamının diqqətini 
yayındıran Leyladır. Belə şeyləri çox yazdırdım. Amma dayanmaq, gözləmək olmazdı. 
Telekanallara xəbər göndərirdim ki, filan gün internat məktəbinə, qocalar evinə yardım aparmaq 
istəyirəm. Hamısı çəkib bəh-bəhlə göstərirdilər. Adamın üstündə Allahı var, yetimlər evinə çox 
kömək etmişəm, pulsuz konsertlərim saya gəlməz. Bilirsən nəyə görə? Offf..., buna görə özümü 
bağışlaya bilmirəm. İnan, vicdanım ağrıyır.  
Xaricdən qonaqlarım gəlmişdi. Daha doğrusu, onların hesabına Parisdə səs-küylü bir layihəm ola 
bilərdi. Elə bir layihəydi ki, reallaşdıra bilsəydim, Türkiyə, Rusiya şou-biznesinə qatılmağım bir 
göz qırpımında baş tutardı. Bir uşaq evi vardı, oranın müdirəsi tanış idi. Rəcəb, istəyirsən bu 
əməlimə görə mənim üzümə tüpür, çıx get, amma danışacam, sinəm göynəyir. Nə isə, müdirə ilə 
razılaşdıq ki, on səkkiz yaşına çatan beş nəfər qızı işə düzəltmək adıyla mənim yanıma 


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə