Beynəlxalq İqtisadi Münasibətlər Kitabın təşkil edilməsində göstərdiyi köməyə görə müəllimim Rəşad Fərhad oğlu



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə5/213
tarix23.01.2018
ölçüsü5,61 Mb.
#22207
1   2   3   4   5   6   7   8   9   ...   213

 

12

 



Qəbul edilmişdir ki, feodalizmin klassik variantı Qərbi Avropa feodalizmidir. Qərbi 

Avropa feodalizmi iki  prosesin (antik cəmiyyətin süqutu və Roma imperiyasını əhatə edən 

tayfaların (germanlar, keltlər, slavyanlar və başqaları) ibtidai-icma quruluşlarının dağılması) 

qarşılıqlı təsiri nəticəsində formalaşmışdır.  

Feodalizm  istehsalın  feodal  üsuluna  əsaslanan  cəmiyyət  tipidir.  Feodal  istehsal 

üsulunun  əsasını  istehsalın  mühafizəkar  xarakteri,  həmçinin  feodalın  torpaq  və  digər 

qiymətli resurslar üzərində sahibliyi və işçi – kəndli üzərində tam olmayan mülkiyyəti təşkil 

edir.  Feodal  ictimai  iqtisadi  formasiyasının  əsas  iqtisadi  qanunu  kimi  asılı  olan  kəndlilər 

tərəfindən  feodal  renta  formasında  əlavə  məhsulun  istehsalı  çıxış  edir.  Bu  zaman  renta 

qeyri-iqtisadi yolla mənimsənilir. 

Feodalizmin  əsas  əlamətləri  kimi  natural  təsərrüfatın  üstünlüyünü,  iri  feodal  torpaq 

sahibliyinin  kiçik  kəndli  torpaq  istifadəsi  ilə  uzlaşdırılmasını,  kəndlinin  feodaldan  şəxsi 

asılılığını, əməyə  və  məhsulun bölüşdürülməsinə məcbur etmənin qeyri-iqtisadi metodları, 

texnikanın həddən artıq aşağı keyfiyyətə malik olmasını qeyd etmək olar. 

Feodal cəmiyyətin sosial-siyasi quruluşunun spesifik xüsusiyyətləri kimi cəmiyyətin 

təbəqələşmiş  xarakterini,  hökmran  feodal  təbəqəsinin  ierarxik  strukturunu,  korporativ 

təşkilatların  geniş  inkişafını,  dini  dünyagörüşün  hökmranlığını,  kilsənin  xüsusi  rolunu 

fərqləndirmək olar. 

Feodal  cəmiyyəti  dövründə  bazarın  formalaşması  keyfiyyətcə  yeni  xarakter  kəsb 

etməyə  başladı.  İctimai  əmək  bölgüsünün  inkişafı  və  dərinləşməsi  uzunmüddətli  tarixi 

proses kimi əmtəə istehsalçılarının istehsal vasitələrinin mülkiyyətçisi kimi formalaşmasına 

əhəmiyyətli təsir göstərmiş və bununla da bazarın keyfiyyətcə yeni şəkildə formalaşmasına 

gətirib çıxarmışdı.  

Yuxarıda qeyd edildiyi kimi, üçüncü iri ictimai əmək bölgüsü tacirlik və sələmçilik 

fəaliyyətinin sənətkarlıqdan ayrılmasına gətirib çıxardı. Şəhərlər sənətkarlıq mərkəzləri kimi 

inkişaf  etməyə  başladılar.  Sənətkarlığın  və  əkinçiliyin  differensasiyası  baş  verdi,  yeni 

sahələr  yarandı  ki,  bu  da  sənətkarların  və  əkinçiliklə  məşğul  olanların  təbəqələşməsi  ilə 

nəticələndi. 

Feodalizm  dövründə  əmtəə  istehsalının  və  mübadiləsinin  formalarının  inkişafından 

danışarkən  ilk  növbədə  qeyd  etmək  lazımdır  ki,  istehsal  hələ  də  əsasən  natural  təsərrüfat 

formasında  həyata  keçirilirdi.  Bu  dövrdə  əmtəə  istehsalı  mərhələ-mərhələ  inkişaf  etməyə 



 

13

 



başladı (sənətkarlar, azad kəndlilər, feodal rentasının dəyişməsi) və son nəticədə kapitalist 

istehsalının ilkin formaları (sadə kooperasiya, daha sonra isə manufaktura) meydana gəldi. 

Pul  sadə  əmtəə  istehsalına,  həmçinin  tacir  və  sələm  kapitalının  dövriyyəsinə  bütün 

funksiyalarını yerinə yetirməklə xidmət etməyə başladı. Kreditlər, əsasən də sələm kreditləri 

meydana  gəldi,  banklar  peyda  oldu.  Banklar  ilkin  olaraq  pul  saxlancı  funksiyasını  yerinə 

yetirirdi.  Dövlətlərin  inkişafı  və  onların  tələbatlarının  artması  ilə  əlaqədar  dövlət  büdcəsi 

meydana gəldi. 

 

Kapitalizm  mərhələsinə  qədər  bazarın  əsas  institutlarının  (pul,  qiymət,  kredit, 



maliyyə) inkişaf xüsusiyyətlərinə gəldikdə isə aşağıdakıları qeyd etmək olar.  

 

Pul  bütün  əmtəələrin  dəyər  forması  kimi  çıxış  edən  xüsusi  əmtəə,  ümumi 



ekvivalentdir.  Dəyərin  pul  formasının  yaranması  birinci  iri  ictimai  əmək  bölgüsü  ilə 

əlaqədardır.  Heyvandarlığın  əkinçilikdən,  köçəri  tayfaların  oturaq  əkinçi  tayfalarından 

ayrılması nəticəsində tayfalararası sporadik, qeyri-sabit mübadilə pul mübadiləsi forması ilə 

əvəz  olunur.  Ikinci  iri  ictimai  əmək  bölgüsü  –  sənətkarlığın  ayrılması  isə  pulu  mübadilə 

forması  kimi  yeganə  formaya  çevirir.  Pul  sadə  əmtəə  istehsalına,  üçüncü  iri  ictimai  əmək 

bölgüsündən  –  ticari  və  pul  vasitəçiliyi  əməyinin  sənətkarlıqdan  ayrılmasından  sonra  isə 

ticarət və sələm kapitalının hərəkətinə xidmət edir. 

Sadə  əmtəə  istehsalı  şəraitində  qiymət  əmtəənin  dəyərinin  pul  forması  kimi  çıxış 

edir.  Kapitalizm  formasiyasına  qədər  qiymət  sadə  əmtəə  istehsalına  xidmət  edir,  lokal 

bazarda bilavasitə əmtəənin dəyəri əsasında formalaşır.  

 

Qeyri-kapitalist  formasiyalarda  kredit  əsasən  sələm  kapitalının  reallaşdırılması 



forması kimi çıxış edirdi. Sələm kreditinin subyektləri kreditorlara və borclulara bölünürdü. 

Kreditorlar  kimi  tacirlər,  monastırlar,  kilsələr,  borclular  kimi  isə  dövlət,  quldarlar  və 

feodallar,  sadə  əmtəə  istehsalçıları  çıxış  edirdilər.  Kreditorlar  üçün  sələm  krediti  kapital, 

yəni  özü-özünə  qayıdan  dəyər  rolunu,  borclular  üçün  isə  istehlak  fondu  rolunu  oynayır. 

Sələm  faizi  pul  ssudasının  qeyri-istehsal  vasitəsi  ilə  müəyyən  edilir  və  çox  zaman  nəinki 

əlavə məhsulu, həm də zəruri məhsulun bir hissəsini əhatə edirdi.  

 

Kapitalist formasiyasına qədər iqtisadiyyatın natural xarakter kəsb etməsi maliyyənin 



rolu və yerini də əhəmiyyətli dərəcədə məhdudlaşdırırdı. Saray və dövlətlərin ehtiyaclarının 

əsas  hissəsi  natural  ödəmələr  –  məhsulların  natura  ilə  çatdırılması,  əməklə  ödənilirdi. 

Maliyyə  əsasən  ordunu  və  sarayın  ehtiyaclarının  müəyyən  hissəsini  (zinət  əşyaları  və  s.) 

təmin  edirdi.  Yalnız  kapitalist  quruluşunun  yaranması  və  inkişaf  etməsi  ilə  dövlətin 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə