Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə2/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   2   3   4   5   6   7   8   9   ...   74

Bəhmən Əliyev-Ayvazalı
6
distan kökənli dinlər,  o cümlədən brahmanizm, hinduizm, cay-
nizm, buddizm və siqhizm də bu təlim əsasında formalaşmışdır. 
Veda ayini ilk dövrlərdə ailə, tayfa inancı idi. Onun ən geniş 
yayılmış ritualı günəş çıxanda və batarkən icra olunan “aqnihut-
ra”dır. Bu rituala uyğun olaraq ailənin başçısı gün çıxmazdan qa-
baq yuxudan oyanır və su ilə yuyunub özünü paklaşdırırdı. Daha 
sonra müqəddəs ifadələri təkrarlayaraq od tanrısı Aqninin adına 
od  qalayır,  üzünü  şərqə  tutaraq  əllərini  yenicə  doğmaqda  olan 
günəşə doğru qaldırır, ailə üzvləri ilə birlikdə məhsul və bərəkət 
tanrısı Savityara kömək üçün yalvarırdı. Bu ayin eyni şəkildə ax-
şamlar günəş qürub edən zaman, bəzən də günorta keçirilirdir.
 Vedalarda ilahi nəğmələr, dualar dini kitabların mühüm tər-
kib hissəsidir. Bu təlimin ardıcılları təbiətdəki bütün varlıqların 
hər  birinin  öz  tanrısının  olduğuna  inanırlar.  Veda  təlimindəki 
çoxtanrıçılığın xüsusiyyətlərindən biri bəzi tanrıların digərlərinə 
nisbətən üstünlüklərə malik olmasıdır. Müxtəlif dövrlərdə tanrı-
lardan  bəziləri  önə  çıxmış,  digərləri  öz  əhəmiyyətini  itirmişlər. 
Çoxtanrılığın bir xüsusiyyəti də budur ki, tanrılardan bəziləri kol-
lektiv şəkildə tanrı rolunu  ifa  edirlər.  Vedalarda  tanrıları ümu-
mi şəkildə iki dəstəyə - fərdi və kollektiv hissəyə, fərdi tanrılar 
da öz növbəsində səmavi tanrılar (Diaus Pitar, Parcanya, Uşas, 
Varuna, Mitra, Aşvin, Yama, Brihaspati, Vişnu, Suriya, Sarasvati 
və s.), səma ilə yer arasında olan tanrılar (İndra, Rudra və s.), 
yer tanrılarına (Pritvi, Aqni, Soma və s.) bölünürlər. İnanca görə, 
insanların himayədarı olan tanrılar müxtəlif xasiyyətlərə malik 
idilər,  onlar  insanlar  kimi  işləyir,  söhbətləşir,  gülür,  rəqs  edir, 
dostluq-düşmənçilik  edirdilər.  Kollektiv  tanrılar  da  üç  dəstəyə- 
“adityalar”,  “marutlar”,  “vasulara”  ayrılırlar.
Veda  nəğmələrində  baş  tanrı  digər  tanrıları  himayəsi  altı-
na alan, vahid və müstəqil şəkildə təzahür edən şəkildə təqdim 
olunur, dünyanı xəlq etmək kimi xüsusiyyətlər ona aid edilir. Bu 
tanrı “Vişvakarma”, yaxud “Puruşa” adlandırılır. “Vişva”- hər 


Hindistan etnoqrafiyası
7
şey, “karma”- bütün dünyanı yaradan mənasını ifadə edir. “Viş-
vakarma” hər bir şeyi görən, yeri-göyü və ayı yaradan, dünyanı 
nizamlayan, bütün canlı varlıqları və insan qövmlərini idarə edən 
sayılır.
Göründüyü kimi, Veda təlimi çoxtanrılıq və təktanrılıq üzə-
rində qurulmuşdur. Riq Vedanın bir nəğməsində deyilir:
“Bəxş edənin həyat və qüvvəsi əbədidir...
 O kəs ki, ucqar dağlar, dənizlər və çayların varlığı ondandır.
O kəs ki, səma onun qüdrət nahiyəsidir.
Öz qurbanlarımızla ona hörmət etdiyimiz o Tanrı kimdir?
O kəs ki, yeganə və bütün tanrıların fövqündə olan Tanrıdır...
Əql sahibləri vahid Tanrıya müxtəlif adlar qoyurlar.
Onu Aqni, Mitra və Varuna adlandırırlar.
Bu təlimin ardıcılları tərəfindən tək tanrıya aid edilən çoxsay-
lı simvol və atributlarda hədsiz mübaliğəyə yol verilmişdir.
Müxtəlif inkişaf mərhələlərindən keçən hinduizm dini təlim-
lərin ən qədimi sayılır. O, heç bir peyğəmbər tərəfındən yaradıl-
mamış, təlimləri konkret bir dövrdə müəyyən bir qrup insan tərə-
fındən sistemləşdirilməmişdir. 
Hinduizmin  qaynaqları  müqəddəs  mətnlərdir.  Hinduist 
müqəddəs  mətnləri  6  başlıq  altında  toplanır:  1.  “Şruti”lər;  2. 
“Smiriti”lər; 3. “İtihasa”lar;4.“Purana”lar; 5. “Aqama”lar; 6. 
“Darşana”lar.
1. “Şruti”, hərfən “eşidilən” deməkdir. İnanca görə, Vedalar 
yüksək ruhi varlıqlar, müdriklər olan rişilərə vəyh yolu ilə gəl-
mişdir. Rişilər vəyhlər nəticəsində əzəli, əbədi gerçəkliyi görmüş, 
eşitmişlər,  təcrübədən  keçirmişlər  və  təcrübələrini  insanlığın 
faydası  üçün  yazıya  almışlar.  Dörd  Veda  (“Riq  Veda”,  “Yacur 
Veda”, “Sama Veda” və “Atharva Veda”), hər biri təkrarən üç 
təbəqəyə (“Veda Mantralar”, “Upanişadlar”, “Brahmanalar”) 
ayrılır.  Hinduizmə  görə,  Vedaların  həqiqiliyi  vəhylərlə  təsbit 
edilmişdir, onlar dinin ən əsas qaynağıdır. 


Bəhmən Əliyev-Ayvazalı
8
2. “Smiriti”, hərfən təkrarlanan, xatırlanan deməkdir. Önəm-
lərinə görə, “Şruti”dən sonra gəlirlər. “Smiriti”lər Vedaların təlimi 
üzərinə qurulmuşlar, dini vəzifələri açıqlayır, izah edirlər. Burada 
insan, ailə, cəmiyyətin gündəlik hal, rəftar, davranış və ənənələ-
rinə  aid  qanunlar  əksini  tapır.  “Brahmanalar”,  “Upanişadlar” 
və “Aranyakalar” “Şruti”yə aiddir. “Smriti”yə isə “Aqamalar” 
(mantra, tantra və yantra fəlsəfəsi), “Dharma Şastra” (qayda-
lar,  qanunlar),  “Dyasanalar”  (vedanta  fəlsəfəsi),  “Mahakav-
yalar” (dastanlar; “Mahabarata” və “Ramayana” dastanları), 
“Puranalar”  (nağıllar  və  hekayələr),  “Sutralar”  (Atalar  sözü 
və məsəllər, aforizmlər) daxildir. Bundan başqa, 18 əsas “Smri-
ti” vardır: “Apastamba smriti”, “Atri smriti”, “Dakşa smriti”, 
“Devala  smriti”,  “Qautama  smriti”,  “Harita  smriti”,  “Manu 
smriti”, “Parasara smriti”, “Samvarta smriti”, “Sankha-Likhita 
smriti”, “Satatapa smriti”, “Saunaka smriti”, “Usana smriti”, 
“Vişnu smriti”, “Yacavalkya smriti”, “Yama smriti”, “Vaşishtha 
smriti”, “Vyasa smriti”.
3. “İtihasalar” (dastanlar) “Ramayana” və “Mahabharata” 
dastanlarıdır. Hinduizm təliminin xalqın düşüncəsinə, idrakına tə-
sir göstərən prinsiplərinə, ehkamlarına həsr olunmuş hekayələrini 
əhatə edir. Dini təlim dini-fəlsəfi əsaslar qarşılaşdırmalar və ibrət 
alınacaq əhvalatlar, rəvayətlər yolu ilə xalqa çatdırılır.
4. “Puranalar” isə “İtihasalar” ilə eyni qrupa aiddirlər, ve-
daları yaymaq üçün yazılmışdır. “Puranalar”da (“Aqni”, “Bha-
vaqata”, “Brahma”, “Brahmanda”, “Brahmavaivaita”, “Qaru-
da”, “Kurma”, “Linqa”, “Markandeya”, “Narada”, “Padma”, 
“Şiva”,  “Skanda”,  “Vamana”,  “Varaha”,  “Vayu”,  “Vişnu”) 
miflər, hekayələr, əfsanələr, müqəddəslər və hökmdarların həyat-
larına  aid  alleqorik  nağıllar  yoluyla  veda  təlimi  təqdim  olunur. 
Yəni, dini-fəlsəfi ehkamlar konkret şəkildə əks edilir. On səkkiz 
“Purana” var, ən populyarları “Bhaqavata” və “Vişnu Purana”dır.


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə