Bazarın mahiyyəti, quruluşu və vəzifələri


Inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sosial, ekoloji, de­moq­rafik vəziyyəti yaxşılaşdırmadan iqtisadiyya-tın tarazlı inkişafın­dan danışmaq olmaz



Yüklə 21,97 Kb.
səhifə4/4
tarix29.04.2022
ölçüsü21,97 Kb.
#86247
1   2   3   4
New Microsoft Word Document

Inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sosial, ekoloji, de­moq­rafik vəziyyəti yaxşılaşdırmadan iqtisadiyya-tın tarazlı inkişafın­dan danışmaq olmaz. Odur ki, sosial vəziyyətin normallaşdırılması sahə­sin­də elmi cəhətdən əsas-landırılmış tədbirlər hazırlanır və həyata keçirilir. Həm də qeyd etmək lazımdır ki, bu zaman ölkənin malik olduğu ehti­yat, istehsal-texnoloji imkanlar, əhalinin gəlirləri ilə yaşayış vasitələ­ri­nin dəyəri arasındakı nisbətin gözlənilməsi nəzərə alınır. Bu deyilən­lər­dən aydın olur ki, bazar iqtisa-diyyatının formalaşması ilə əlaqədar iqti­sa­di və sosial vəzi-fələr vəhdət halında yerinə yetirilir.
Indiyədək görülən tədbirlərin nəzərdən keçirilməsi və aparılan müşahidələrə əsasən belə bir nəticə çıxarmaq olar ki, bazar iqtisadiy­ya­tı­nın Azərbaycan modeli yaradılarkən zəngin tarixi keçmişə malik olan Azərbaycan xalqının əməksevərliyi, Vətənə bağlılığı, xeyriyyəçilik ənə­nə­lərinə sədaqətliliyi, ölkəmizin əlverişli coğrafi-iqtisadi mövqeyi və zən­gin təbii sərvətlərə malik olması, sahibkarlıq üçün sağ-lam mühitin yaradılması, əhalinin aztəminatlı hissəsinin mü-dafiəsi, kəskin əmlak bə­rabərsizliyinə yol verilməməsi, milli gəlirin vergi mexanizmi vasitəsilə ye­nidən bölgüsü və beləliklə də sosiallaşdırmanın həyata keçirilməsi, xır­da və orta müəssisələrə, fermer təsərrüfatlarına qayğı göstərilməsi, mil­li mənlik şüurunun bərqərar olması, millətin mənafeyi-nin cəmiyyətin hər bir üzvünün mənafeyindən üstün tutul-ması, perspektivli sahələ­rin inkişaf etdirilməsi imkanları nəzərə alınır.
Beləliklə, bütün bunları, habelə tarixi keçmişimizi, adət-ənənə­lə­rimizi, iqtisadi və təbii imkanlarımızı nəzərə almaqla bazar iqtisadi sistemində təsərrüfat təşkilinin Azər-baycan modelini aşağıdakı kimi sə­ciy­yələndirmək olar: “Azər­baycan Respublikasının bazar iqtisadiyya­tı­na keçid şəraitində formalaşmaqda olan milli təsərrüfat modeli sosial­laş­dırma və demokratikləşdirmə tədbirləri əsasında sahib-karlığı stimul­laş­dırmaqla, ölkənin malik olduğu təbii-iqtisadi potensialdan səmərəli istifadə olunmasına, çevik vergi siyasəti yeritməklə əmlak bərabər­sizil­yi­nin azaldılmasına, xüsusi güzəştlər və yardımlar hesabına əhalinin aztəminatlı hissəsinə qayğı göstərilməsinə, milli şüurun yüksək inkişaf səviyyəsinə, millətin mənafeyinin üstün tütülmasına yönəldilmiş güclü sosial siyasətə əsaslanmaqla yaradılır və onu sosial yönümlü bazar iqtisadiyyatı adlandırmaq olar”.
Yüklə 21,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə