Bazarın mahiyyəti, quruluşu və vəzifələri


Bazar sisteminin əsas cəhətləri, üstünlükləri və çatışmazlıqları



Yüklə 21,97 Kb.
səhifə2/4
tarix29.04.2022
ölçüsü21,97 Kb.
#86247
1   2   3   4
New Microsoft Word Document

Bazar sisteminin əsas cəhətləri, üstünlükləri və çatışmazlıqları



Qərbin tanınmış iqtisadçıları R. Lipsin, P. Steynerin və D. Per­vi­sin fikrincə XX əsrin 30-cu illərində əmək və maddi vəsaitlərdən sə­mərəli istifadə edilməsi, 40-cı illərdə vəsaitin iqtisadiyyatın mülki və hərbi bölmələri arasında ən əlverişli nisbətdə bölüşdürülməsi, 50-ci illərdə inflyasiyanın artmasının, 60-cı illərdə iqtisadi yüksəlişin zəifləməsinin, 70-ci illərdə istehsalın aşağı düşməsi meylinin qarşısının alınması, 80-ci illərdə dövlət büdcəsi kəsirinin aradan qaldırılması, 90-cı illərdə dövlət borclarının azaldılması ilə əlaqədar problemlərin həll edilməsində bazar münasibətləri çox böyük rol oynamışdır.
Odur ki, normal bazar sistemi yaratmaq üçün bu yeni iqtisadi sistemin əsas cəhətlərini, üstünlükləri və çatışma-zlıqlarını nəzərdən ke­çir­mək lazımdır. Yeni iqtisadi sistemin əsas cəhətləri isə aşağı­dakı­lar­dır:
– Mülkiyyətin çox böyük hissəsinin dövlətin tabeliyin-dən çıxarılması və onun müx­tə­lif formalarından istifadə olunmaqla, onların arasında optimal nis­bə­tin yaradılması;
–Inzibati-amirlik idarəetmə metodlarından imtina edil-məsi və idarəetmənin demokratikləşdirilməsi;
– Xarici iqtisadi əlaqələrdə bərabərhüquqlu əməkdaş-lığın hə­ya­ta keçirilməsi;
–Istehsalın bütün subyektlərinin bərabərhüquqlu olması;
– Dövlətin, tənzimlənən bazar iqtisadiyyatına keçilməsi və onun səmərəli fəaliyyət göstərməsini təmin edə bilən, keyfiyyətcə yeni rolunun formalaşması;
– Vətəndaşların sosial təminatı və sosial müdafiəsinə dair də­qiq sistem yaradılmaqla, işçilərin sərbəst surətdə muzdla tutulması və işdən azad edilməsi əsasında işçi qüvvəsi bazarının formalaşması;
– Sərbəst və tənzimlənən qiymətlərdən istifadə edilməsi;
– Ölkənin sosial-iqtisadi inkişafının stimullaşdırılma-sında mü­hüm rol oynayan mütərəqqi vergi sisteminin yara-dılması;
– Müxtəlif səviyyələrdə büdcənin formalaşması və isti-fadə olunmasında yeni prinsiplərin tətbiq edilməsi;
– Bank sisteminin təkmilləşdirilməsi əsasında tənzim-lənən pul tədavülü və kredit siyasəti yeridilməsi;
— Əhalinin gəlirlərinin müntəzəm olaraq indeksləş-dirilməsi və s.
Lakin inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, bazar iqtisa­diy­yatı ideal deyildir. Bütün iqtisadi proseslər kimi onun da müəyyən üstünlükləri və çatışmazlıqları vardır. Bazar sisteminin üstünlüklərinə aşağıdakılar aiddir.
Bazar:

1) Ehtiyatları, cəmiyyətə daha çox lazım olan əmtə-ələrin isteh­sa­lına yönəltdiyi üçün onların səmərəli bölüşdü-rülməsinə təsir edir:


2) Mövcud olan məhdud miqdarda ehtiyatlardan daha çox məh­sul istehsal etməklə maksimum iqtisadi səmərə əldə edilməsinə im­kan verir. Çünki məhsul istehsalında ehtiyat-ların kombinə olunmasının səmərəli üsullarından istifadə edilməsi, yeni, faydalı istehsal texno­lo­gi­yasının işlənib ha-zırlanması və istehsalata tətbiqinə şərait yaradır;
3)Informasiyaların məhdudluğu şəraitində belə, özünün səmə­rə­li fəaliyyət göstərməsini təmin edir. Bu zaman qiy-mətlər və istehsal xərcləri haqqında məlumatların olması kifayətdir.
4) Çeviklik, dəyişən şəraitə uyğunlaşma qabiliyyəti for-malaş­dı­rır. Məsələn, keçən əsrin 70-ci illərində enerji daşıyı-cılarının qiymətləri artdıqda, bazar, ona qarşı alternativ enerji mənbələrinin axtarılıb tapıl­ma­sı, ehtiyatlara qənaət-edici texnologiyanın tətbiqi və enerji resursla­rı­na qənaət rejiminin həyata keçirilməsinə səbəb olmuşdur;
5)Elmi-texniki tədqiqatların nəticələrindən optimal isti-fadə olun­masına şərait yaradır. Belə ki, əmtəə istehsalçıları daha çox mənfə­ət əldə etmək məqsədilə yeni əmtəələr yara-dır, ən yeni texnologiya­lar­dan istifadə edir, bu isə rəqiblər qarşısında müvəqqəti üstünlük əldə etməyə imkan verir;
6) Çoxsaylı müxtəlif tələbatları ödəmək qabiliyyəti, əmtəə və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, qeyri-tarazlıq hallarının da­ha tez təshih edilməsi üçün şərait yaradır.


Göründüyü kimi, bazar sistemi müəyyən üstünlüklərə malik olması ilə səciyyələnir, qıtlığın aradan qaldırılması, istehlak malları bazarının normallaşdırılması, son nəticədə istehlakçıların tələbatlarının daha yax­şı ödənilməsinə səbəb olur. Lakin bunlarla yanaşı, bazarın çatışmazlıq­la­rı da vardır. Belə ki, bazar:
1) Təkrar istehsalı mümkün olmayan ehtiyatların saxlanıl­ma­sı­nı təmin edə bilmir;
2) Ətraf mühitin qorunmasının iqtisadi mexanizminə malik de­yildir. Odur ki, sahibkarları ekoloji baxımdan müxtəlif növ «təmiz» istehsalatların yaradılmasına vəsait qoymağa yalnız qanunvericilik akt­ları məcbur edir;
3) Bütün insanlara məxsus olan – məsələn, okeanla-rın balıq sər­vəti – ehtiyatlardan istifadə olunmasını tənzim-ləmək iqtidarında de­yildir;
4) Qəbul edilən qərarların mümkün olan mənfi nəticələrini nə­zə­rə ala bilmir. Məsələn, 1948-ci ildə Isveç kimyaçısı P. Müller kənd təsərrüfatı bitkilərinin zərərve-ricilərinə qarşı mübarizə vasitəsi kimi DDT pes­di­sidinin kəşfinə görə Nobel mükafatı almış, lakin 1960-cı ildə onun tərkibində can­lı orqanizmin konstrukturlarına təsir göstərən güclü zəhər olduğu aşkar edilmişdir;
5) Insanların əmək və gəlir əldə etmək hüquqlarına təminat vermir. Bu, özünü onda göstərir ki, bazar iqtisadiy-yatı şəraitində işsizliyin «texnoloji», «struktur», «regional», «gizli» formaları meydana çıxır. Çünki bazar münasibətləri şəraitində tam məşğulluq haqqında fikirləşmək nəzəri cəhətdən mənasız, əməli cəhətdən isə qeyri-mümkündür.  Ona görə də hər bir fərd özünün maddi vəziyyətini dəyiş-dirmək üçün qərarlar qəbul etməlidir. P. Samuelsonun fik-rincə bazar sistemi qeyri-bərabərliyi təkrar istehsal edir.
6) Fundamental elmi-tədqiqatların aparılmasını təmin etmir;
7) Sosial baxımdan bazar, cəmiyyət üçün zəruri olan əmtəə­lə­rin istehsalına deyil, daha çox imkanı, pulu olan-ların tələbatının ödənilməsinə is­ti­qamətləndirilmişdir.

Bunlarla yanaşı, bazar mexanizminə daxil edilməsi mümkün olmayan bir sıra sosial-iqtisadi problemlər də vardır. Bunlardan biri ondan ibarətdir ki, bazar münasibət-lərinin subyekti olan bəzi müəssisələrin fəaliyyəti cəmiyyətin digər üzvlərinin rifahına təsir göstərə bilər. Bunlara istehsal fəaliyyəti nəticəsində ətraf mühütin çirklənməsini, təsərrüfat dövriyyəsinə daha çox təbii resurslar cəlb edildiyinə görə onların ehtiyatının tükənməsini, istehsalda meydana çıxan regional və struktur uyğunsuzluqları misal göstərmək olar. Lakin qeyd etmək lazımdır ki, bazar mexanizmi bu mənfi halları «bitərəfləşdirmək» iqtidarında deyildir. Ona görə ki, bazar mexanizmi iqtisadiyyatı daim artan tədiyə qabiliyyətli tələbə doğru istiqamətləndirir. Deməli, dövlət, bu prob-lemlərin həll edilməsini öz üzərinə götürməli, meydana çıxan mənfi halları-zərərli texnologiyaların tətbiqini, əhalinin sağlamlığı üçün təhlükəli olan əmtəə və xidmətlərin istehsa-lını və i. a. — qadağan etməklə, onların inzibati yolla aradan qaldırılmasını təmin etməlidir. Bu qadağalara məhəl        qoymayan şəxslər isə onların tətbiqi nəticəsində əldə edə biləcəkləri səmərədən qat-qat çox olan məbləğdə cərimə-lənməlidir.
Lakin qeyd etmək lazımdır ki, dövlət bu sahədə tək-başına mübarizə aparmamalıdır. Istehlakçıların hüquqlarını müdafiə edən çoxsaylı cəmiyyətlər, azad mətbuat, nüfuzlu demokratik təşkilatlar dövlətə yaxından kömək etməlidirlər.
Bazar mexanizminə daxil edilməsi mümkün olmayan problemlərdən biri də içtimai təlabatın ödənilməsidir. Müasir dövrdə belə problemlərin dairəsi olduqça genişdir. Belə ki, bütün ölkələrdə milli müdafiə və təhsil, vahid ener-getika sistemləri, dövləti  idarəetmə aparatı mövcuddur. Burada söhbət ölkənin bütün vətandaşlarının bərabər istifadə etdikləri əmtəə və xidmətlərdən getdiyinə görə onla-ra «içtimai» və ya «kollektiv» əmtəələr deyilir. Bu əmtəə və xidmətlərin istehsalını dövlət öz üzərinə götürməli, onu büdcə vəsaiti hesabına maliyyələşdirməlidir. Dövlət, həm də bu zaman «içtimai»əmtəələrin mürəkkəb quruluşa malik olduqlarını nəzərə almalıdır. Başqa sözlə, bu əmtəələrin bir hissəsi (məsələn, milli müdafiə) ölkənin bütün əhalisi tərəfindən, bir hissəsi əhalinin bir qismi (məsələn bu və ya digər regionda polis xidməti), bir hissəsi isə hər hansı bir    kiçik kollektiv tərəfindən(məsələn,hər hansı bir yaşayış məntəqəsinin bələdiyyəsi tərəfindən göstərilən kommunal xidmətləri) «istehlak» edilir. Bütün bunlara əsasən demək olar ki, «içtimai» əmtəələrə olan təlabatın ödənilməsi bazar mexanizminə daxil edilməsi mümkün olmayan problemlərə aiddir.
Beləliklə, bazar iqtisadi sisteminin alternativi olmasa da, hə­lə­lik onun bir sıra çatışmazlıqları və mənfi cəhətləri də vardır. Ona görə də inkişaf etmiş ölkələrdə dövlət, bütün bunları nəzərə almaqla, bazarın yerinə yetirə bilmədiyi vəzifələrin həyata keçirilməsini öz üzərinə gö­türür.


Yüklə 21,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə