Bazar seraitinde aqrar sektorun huquqi tenzimlenmesi meseleleri



Yüklə 7,85 Kb.
Pdf görüntüsü
səhifə41/48
tarix27.10.2017
ölçüsü7,85 Kb.
#6955
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

 
110 
1978-i  il  Çin  Komunist  Partiyasının  XI  Qurultayının  III  Pleniumunda  qəbul 
olunan  və  aşağıdakı  istiqamətləri  əhatə  edən  iqtisadi  strategiya  isə  yeni  bir  dövrü, 
iqtisadiyatda bazar iqtisadi prinsipərinə keçid dövrünü başlatmışdır
55

 
Daxili 
cəbhədə: 
a)Aqrar 
istehsalın 
desentralizasiyası; 
b)Fiskal 
sistemin 
desentralizasiyası; c)Qiymətlərin derequlyasiyası; 
 
Xarici cəbhədə Açıq Qapı Siyasəti (Open Door Policy); 
slahatların  başladığı  dövrəqədər  Çində  torpaqlar  xüsusi(ziliu  di)  və  kollektiv 
nəzarətdə(jiti di) olan torpaqlara bölünürdü. Əkilən ərazilərin 6,2%-ni əhatə edən xüsusi 
istifadədə  olan  torpaqlar  əsasən  qədim  ailələrə        mənsub  olmaqla  onlar  üzərindəki 
istehsal qərarları demək olar ki, sərbəst şəkildə verilirdi.   
lkin  olaraq  Çin  iş  qüvvəsinin  70%-ni  özündə  birləşdirən  aqrar  sektorda  aparılan 
isahatlar  isə  iki  mühüm  elementi,  Ailəvi  Cavabdehlik  Sistemi  (Household 
Responsibility  System  -  HRS)  və  kili  Qiymət  Sistemini  (Dual  Track  Price  System) 
özündə birləşdirirdi. 
Ailəvi Cavabdehlik Sistemi kollektiv təsərrüfatların fərdi ev təsərrüfatlarına doğru 
transformasiyası  ilə  yanaşı  əkilən  torpaqların  kollektiv  nəzarətdə  olan  yerdə  qalan 
93,8%-nin  üç  müxtəlif  formalı  istifadə  hüququ  əsasında  aqrar  ev  təsərrüfatlarına 
paylanmasını nəzərdə tuturdu
56

 
Pay  torpağı(ration  land-kouliang  tian)  adlanan  və  ev  təsərrüfatlarının  ehtiyaclarını  
təmin etmək məqsədilə verilən istifadə hüququ; 
 
Cavabdehli torpaqlar (responsibility land-zeren tian) adlanan və təsərrüfatçıya təyin 
edilmiş  məbləğdə  və  aşağı  qiymətlərlə  taxıl  və  ya  pambıq  məhsullarını  dövlətə 
satmaq öhdəliyi yükləyən istifadə hüququ; 
 
Müqavilə  torpağı(contract  land-chengao  tian)  adlanan  və  auksionlar  və  ya  kənd 
rəhbərləri  tərəfindən  müəyyən  pul  məbləği  müqabilində  paylanan  istifadə  hüquqlu 
torpaqlar; 
                                                 
55
Sylvie Demurger, Jeffrey D. Sachs, Wing Thye Woo, Shuming Bao, Gene Chang and Andrew Mellinger, “Geography, 
Economic  Policy  and  Regional  Development  in  China”,  Harvard  University  Cambridge,  Massachusetts,    Institute  of 
Economic Research, 
http://post.economics.harvard.edu/hier/2002papers/2002list.html
, March 2002, səhfə: 15; 
56
Guo  Li,  Scott  D.  Rozelle  and  Jikun  Huang,    “Land  Rights,  Farmer  Investment  Incentives,  and  Agricultural 
Production  in  China”,  Department  of  Agricultural  &Resource  Economics,  UCD  ARE  Working  Papers  (University  of 
California, Davis), Paper 00-024, 2000, səhfə: 5-6;
 
 


 
111 
kili Qiymət Sisteminə əsasən isə dövlət təsərrüfat subyektləri üzərində istehsal 
etdikləri məhsulun müəyyən hissəsini təsbit edilmiş qiymətlərlə əvvəlcə dövlətə satmaq 
öhdəliyi  qoyur,  qalan  məhsulu  isə  azad  bazarda  formalaşan  azad  qiymətləri  vasitəsilə 
reallaşdımaq  azadlığını  verir.  Yəni  təsərrüfat  subyekti  bazarakı  nisbətən  yüksək 
qiymətlərlə məhsulunu reallaşdırmaq üçün dövlətin qoyduğu kvotadan daha çox istehsal 
etməkdə  maraqlı  olur,  bazarda  qiymətlər  aşağı  olduqda  isə  sadəcə  dövlətə  satmalı 
olduğu həddə məhsul istehsalı ilə kifayətlənməyə çalışır. Bu baxımdan əgər 1978-ci ildə 
Çin  fermerləri  istehsal  etdikləri  məhsulun  yalnız  8%-i  azad  bazar  qiymətləri  ilə 
reallaşdırırdılarsa, 1990-cı illərdə bu rəqəm artıq 80%-ə qalxmışdır
57
.  
Beləliklə,  digər  islahatlarla  yanaşı  aqrar  sektorda  həyata  keçirilən  yuxarıdakı 
tədbirər  Çin  aqrar  təərrüfatlarında  güclü  stimul  yaradaraq  istehsalın  kəskin  artımında 
böyük rol oynamış və ölkənin ümumiqtisadi inkişafına öz həlledici təsirini göstərmişdir. 
Nəhayət,  EOÖ-in  aqrar  siyasət  təcrübəsini  nəzərə  alaraq  ölkəmiz  üçün  aşağıdakı 
nəticələri çıxarmaq olar: 
 
EOÖ-in təcrübəsi göstərir ki, aqrar sektorda həyata keçirilən islahat və tənzimləmə 
xarakterli tədbirlərin daha effektli nəticələr əldə etməsi üçün hökmən düzgün şəkildə 
qurulmuş  və  valyuta  kursları,  faiz  dərəcələri,  inflyasiya,  məşğulluq  və  tədiyyə 
balansı  kimi  sahələrdə  dövlət  siyasətini  özündə  birləşdirən  əlverişli  makroiqtisadi 
mühit təmin edilməlidir; 
 
Bu  ölkələr  arasında  dövlət  investisiyaları  şəklində  regional  infrastruktur,  sosial 
xidmətlər  və  aqrar  sektorun  digər  ictimai  xarakterli  sahələrini  maliyyələşdirənləri 
aqrar istehsalın sürətlə artmasına nail olmuşlar; 
 
EOÖ-in  təcrübəsində  geniş  istifadə  olunan  və  kifayət  qədər  müsbət  nəticələrə 
gətirib  çıxarmış  idxalı  əvəz  edən  aqrar  məhsulların  və  ixracı  genişləndirən  aqrar 
məhsulların dəstəklənməsi siyasətindən ölkəmizdə də istifadə edilə bilər; 
 
EOÖ-də  maliyyə-kredit  resursları  kifayət  qədər  məhdud  olduğundan  və  daha  az 
risqli  olması  baxımından  əsasən  sənaye  sahələrinə  yönəlməsi  aqrar  sektorda  ciddi 
kredit  çatışmazlığı  ilə  müşahidə  olunur  və  bu  sahədə  dövlət  tərəfindən  kredit 
                                                 
57
Campell  R.  Mcconnell,  and  Stenley  L.  Brue,  “Economics:  principles,  problems,  and  policies”,  14’th  edition,  Irwin 
McGraw-Hill Companies, International Edition, 1999, səhfə: 843;  
  


 
112 
resursları  təmin  edilən  ölkələrdə  müsbət  nəticələr  ortaya  çıxmışdır.  Bu  problem 
bizim ölkə üçün də aktualdır; 
 
EOÖ-in 
bir 
çoxunda 
ə
lverişli 
siyasi 
və 
hüquqi-instutsional 
mühüt 
formalaşmadığından  bütün  sahələrdə  olduğu  kimi  aqrar  sektora  yönəldilən  dövlət 
dəstəkləmə  siyasətindən  də  əsasən  qeyri-məhsuldar,  lakin  siyasi  gücü  olan  aqrar 
subyektlər  yararlanmışlar  ki,  bu  da  yürüdülən  aqrar  siyasətin  effektivliyinin  xeyli 
aşağı düşməsinə səbəb olmuşdur; 
 
Nəhayət,  EOÖ  arasında  Çin  təcrübəsindən,  xüsusilə  onun  ikili  qiymət  mexanizmi 
siysətindən bir sıra məhsular üzrə ölkəmizdə də geniş istifadə edilə bilər; 
Keçid  iqtisadiyyatı  ölkələri  keçmiş  Sovetlər  Birliyinə  daxil  olan  ölkələr  və 
Varşava  Paktına  qoşulmuş  Mərkəzi  və  Şərqi  Avropa  ölkələrindən  ibarətdir.  Sosialist 
sistemi dağıldıqdan sonra bu ölkələrin hamısı bazar iqtisadiyyatına keçid yolunu tutmuş 
və öz iqtisadiyyatlarında bazar prinsiplərinə əsaslanan aktiv islahatlar mərhələsinə daxil 
olmuşlar.  Bu  mərhələdə  Sovetlər  Birliyinə  daxil  olan  ölkələr  və  Mərkəzi  və  Şərqi 
Avropa ölkələrinin aqrar siyasət təcrübələrində fərqliliklər müşahidə edilməkdədir. 
Mərkəzi və Şərqi Avropanın Keçid  qtisadiyyatı Ölkələri 
Mərkəzi  və  Şərqi  Avropa  ölkələrində  sosializm  II  Dünya  müharibəsindən  sonra 
qurulduğundan  bu  ölkələrdə  sosialist  ənənələri  elə  də  dərin  kök  salmamış  və  torpaq 
üzərində  mülkiyyət  və  təsərrüfatçılıq  dövlət  və  kollektiv  olmaqla  yanaşı  xüsusi(fərdi) 
formalarda da həyata keçirilirdi. Bu ölkələrdə islahatlar nəticəsində qiymətlər və ticarət 
tam  liberallaşdırılmış,  özəlləşdirmə  və  torpaq  islahatı  həyata  keçirilmiş  və  aqrar 
təsərrüfatlar  restrukturizasiya  olunmuşdur
58
.  Bu  ölkələrin  qanunvericiliyində  bütün 
torpaqlar  potensial  xüsusi  mülkiyyətli  torpaqlar  kimi  qəbul  olunmuş,  torpaq  üzərində 
alqı-satqı,  icarə  kimi  bütün  hüquqların  transfert  edilə  bilməsinə  sərbəstlik  verilmiş, 
onların  bölgüsündə  isə  fiziki  bölgü(physical  plots)  strategiyası  seçilmişdir.  Həmin 
ölkələrdə  torpaqların  özəlləşdirilməsində  isə  fərqliliklər  müşahidə  edilməkdədir.  Belə 
ki,  onların  əksəriyyəti  özəlləşdirməni  kollektivləşdirmə  nəticəsində  öz  torpağından 
məhrum  olmuş  şəxslər  və  onların  varislərinə  təzminat  şəklində,  Rumuniya  və 
Macarıstan  həm  təzminat(restitution),  həm  də  aqrar  işçilər  və  kənd  əhalisi  arasında 
                                                 
58
Daha  ətraflı  bax:   William  Liefert  and  John  Swinnen,  “Changes  in Agricultural Markets  in  Transition  Economies”, 
Economic  Research  Service  United  State  Department  of  Agriulture  (ERS),  Agricultural  Economic  Report  No.  AER806, 
March 2002; 


Yüklə 7,85 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə