45
məhsullarının istehsalçılarına neft məhsullarının güzəştli satışı barədə”(26 mart
1999 NK, 49 №-li qərarı) kimi normativ-hüquqi aqtlar da qəbul edilmişdir.
Aqrar sektor xarakter etibarilə əməktutumlu sahə olduğundan bazar iqtisadiyyatına
keçid şəraitində aqrar əmək münasibətlərinin tənzimlənməsi məsələləri də xüsusi
aktuallıq kəsb edir. şçi-işəgötürən münasibətlərinin tənzimlənməsi, işçilərin sosial
müdafiəsinin təmini kimi məsələləri əhatə edən bu prossesi ölkəmizdə ümumi əmək
hüququ çərçivəsində əvvəllər əsasən Əmək Qanunları Məcəlləsi tənzimləyirdisə, indi
artıq başda Konstitusiya(12 noyabr 1995) olmaqla “Əmək məcəlləsi”(1 iyul 1999)
“Məşğulluq haqqında”(2 iyul 2001), “Sosial sığorta haqqında”(18 fevral 1996)
qanunlar, 1992-ci ildən ölkəmizin qoşulduğu “Sosial-iqtisadi və mədəni hüquqlara
dair Beynəlxalq Pakt” və Beynəlxalq Əmək Təşkilatının( nternational Labour
Organization) iştirakçısı olduğumuz 50-dək konvensiyası tərəfindən tənzimlənir. Adları
çəkilən qanunvericilik aqtlarında işləmək azadlığı, sərbəst əmək müqavilələri bağlamaq
azadlığı, təhlükəsiz, sağlam iş mühitində çalışmaq hüququ, istirahət hüququ, günlük 8
saatlıq iş gününün təmini, istirahət və bayram günlərindən istifadə etmək hüququ, ildə
azı bir dəfə 21 gündən az olmayan ödənişli məzuniyyət hüququ, həmkarlar
təşkilatlarında birləşmək hüququ, tətil hüququ, işçilər arasında dini, irqi, cinsi və digər
ə
lamətlərə görə fərqlərin qoyulmasının yolverilməzliyi kimi vacib prinsiplər öz əksini
tapmışdır. Bununla yanaşı fəaliyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq hər
bir təsərrüfat subyekti işə qəbul zamanı hər bir işçi ilə özündə işçi və işə götürənlə bağlı
informasiyaları, müqavilənin müddətini, işçinin əmək funksiyalarını, işəgötürənin əmək
şə
raitinin şərtləri, əməyin mühafizəsi, iş və istirahət vaxtı və məzuniyyət üzrə
öhdəliklərini, tərəflər arasında yaranan maddi məsuliyyət şərtlərini, sosial müdafiə
məsələlərini, mülkiyyət münasibətlərini, əmək müqaviləsinin dəyişdirilməsi və xitamı
şə
rtlərini özündə əks etdirən və işçi-işəgötürən arasındakı münasibətləri tənzimləyən
ə
sas sənəd hesab olunan fərdi əmək müqaviləsi bağlayır və onun bağlanması
məcburidir
25
. şşilərin sosial müdafiəsi isə ikili maliyyələşmə qaydasında aparılır. lk
növbədə hər bir işçi aldığı əmək haqqının müəyyən hissəsini(hal-hazırda 3%-ni),
sahibkar isə əmək haqqı fondunun müəyyən hissəsini(hal-hazırda 22%-ni) məcburi
qaydada Dövlət Sosal Müdafiə Fonduna köçürür və bununla da məcburi sosial sığorta
25
Bax: AR-nin Əmək Məcəlləsinə 1-ci əlavə, “AR-nin Əmək Məcəlləsi”, Qanun-2003, səhfə: 165-172;
46
və pensiya təminatı üçün zəruri vəsait əldə edilmiş olur. Bununla yanaşı
qanunvericilikdə sosial sığorta və pensiya sisteminin könüllü formaları da nəzərdə
tutulmuşdur.
Onu da qeyd edək ki, aqrar sektorda əmək münasibətləri yuxarıda göstərdimiz
ə
mək hüququnun ümumi müddəaları ilə yanaşı kənd təsərrüfatının spesifik
xüsusiyyətlərindən irəli gələrək həmin təsərrüfatların nizmnamələrində göstərilən xüsusi
müddəalarla da tənzimlənə bilər
26
. Məsələn, deyək ki, mövcud qanunvericiliyə görə
temperatur 45˚C-dən çox -10 ̊ C-dən az olarsa, açıq havada görülən bütün işlər
dayandırılır və işçilərə sərinlənmək və ya isinmək üçün imkan yaradılmaqla fasilələr
verilir. Bu müddəa təsərrüfatın daxili qaydalarına görə qanunda göstərilən həddi
keçməməklə fərqli şəkildə də tətbiq edilə bilər.
Bazar iqtisadiyyatı şəraitində aqrar təsərrüfatların büdcə ilə münasibətləri də
yenidən qurulmaqdadır. Belə ki, təsərrüfatlar öz fəaliyyətlərində qanunla təyin edilmiş
bütün vergi və gömrük rüsumlarını ödəməyə borcludurlar və müvafiq dövlət orqanları
da bu ödənişin həyata keçirilməsinə nəzarət edirlər. Göstərilən münasibətlər əvvəllər
ayrı-ayrı vergi və gömrük qanunları ilə tənzimlənsə də hal-hazırda 25 iyul 1997-ci ildən
qüvvədə olan “Gömrük Məcəlləsi”, 1 yanvar 2001-ci ildən qüvvəyə minən “Vergilər
Məcəlləsi” və müvafiq il üçün hər il qəbul edilən “Dövlət büdcəsi haqqında”
qanunlarla tənzimlənir. “Gömrük Məcəlləsi” gömrük rejimləri, gömrük ödənişləri,
gömrük rəsmiləşdirilməsi, gömrük nəzarəti, valyuta nəzarəti, gömrük güzəştləri kimi bir
sıra məsələləri tənzimləyir və hal hazırda hər bir təsərrüfat subyekti 0-15% arası gömrük
rüsumlarını ödəyərək idxal-ixrac əməliyyatlarını həyata keçirə bilər. 2001-ci ildən
qüvvədə olan “Vergi Məcəlləsi” isə ölkədə büdcə-vergi münasibətləri ilə bağlı
qanunvericiliyin inkişafında növbəti bir mərhələ sayıla bilər. Vergi ödəyiciləri ilə dövlət
vergi orqanları arasındakı münasibətlərin kompleks şəkildə tənzimlənməsini həyata
keçirən bu məcəllə vergitutmanın formaları, vergi nəzarəti və onun formaları, vergilərin
konkret növləri və onların tutulma qaydaları, vergi ödəyiciləri, vergi orqanlarının hüquq
və vəzifələri, səlahiyyət və məsuliyyətləri konkret şəkildə öz əksini tapmışdır. Hal-
hazırda Dövlət, Muxtar Respublika və Yerli(bələdiyyə) vergilərdən ibarət olan vergi
26
Sahib Məmmədov, “Əmək hüquqları: işçilər və həmkarlar ittifaqları fəalları üçün soraq kitabı”, elektron kitab,
www.kitabxana.org
, səhfə: 29;
Dostları ilə paylaş: |