Başlıq Mündəricat


Ikincisi Proqramçı üçün AD-in öyrənilməsi məqsəd deyil, yalnız hər hansı bir proqram sistemin yaradılması üçün vasitədir, üçüncüsü



Yüklə 56,5 Kb.
səhifə2/2
tarix16.01.2022
ölçüsü56,5 Kb.
#82907
1   2
Proqramlaşdırmanın tədrisində ideal Alqoritmik Dilin seçilməsi

Ikincisi Proqramçı üçün AD-in öyrənilməsi məqsəd deyil, yalnız hər hansı bir proqram sistemin yaradılması üçün vasitədir, üçüncüsü İxtiyari AD-in imkanlarından tam istifadə edərək heç olmazsa bir Proqram Sistemi yaratmış şəxs proqramçı adlana bilər və ən nəhayət"Texniki Tapşırıq", "Texniki Layihə", "Proqramlaşdırma", "Ekspremental Tətbiq" mərhələlərini tam keçməmiş TPS, istismara yaramır və deməli proqram sistem hesab oluna bilməz.

Excel&VBA-nın proqramlaşdırma vasitəsi kimi seçilməsinin əsas səbəbləri aşağıdakılardır:



  1. BASIC-in ( Beginer`s All Purpose Symbolic Instruction Code - təzə başlayanlap üçün çoxməqsədli simvolik əmpləp kodu/dili) sintaksisi digər AD-ə nisbətən çox sadə və anlaqlıdır. Bu üstünlük ən müasir tələbləri ödəyən VB.NET də saxlanılır.

  2. Excel&VBA Visual Basic AD-nin altçoxluğu olub, demək olar ki, onun bütün funksional imkanlarını özündə cəmləyir.

  3. Excel-in Kitab və Səhifələri, VBA-da məlumatların saxlanılması, emal olunması, mühafizəsi və praktik olaraq istənilən praktik məsələni həll etməyə imkan verir.

  4. Proqram kodlarla, Excel-in Kitab və Səhifələri bir faylda saxlanması imkanı proqramçıya əlavə imkanlar yaradır.

  5. Excel&VBA “Edit and continue”, “Intelli Sense”, “Auto Complate” texnologiyalarından istifadə edir. Bu isə proqram kodunun tez və səhvsiz yığılması işinə yardım edir.

  6. Excel&VBA sistemi tam həcmli Texniki Yardım Sənədinə - HELP sisteminə malikdir.

  7. Müasir sistemlərdə geniş istifadə olunan Windows FORM sinifi tam realizə olunub.

  8. Proqram kodunun sazlanması üçün geniş imkanlar mövcuddur (Immediate Window, Locals Window, Watch Window, Call Stack)

  9. Excel&VBA proqram kodunu prosedur və ya sətr şəkilində addım-addım yerinə yetirilməsinə, çıxış nöqtələrinin qoyulmasına imkan verir (Debuger: Compile, Step Into, Step Over, Step Out, Run to Cursor, Add Watch, Edit Watch, Quick Watch, Toggle Breakpoint, Clear All Breakpoint, Set Next Statement, Show Next Statement imkanları)

  10. OLE texnologiyasının dəstəklənməsi. Excel&VBA müxtəlif sistemlərə aid DLL fayllardan istifadə etmək imkanına malikdir.

  11. Excel&VBA obyektləri encapsulation(inkapsulyasiya), polymorphism(polimorfizm) xüsusiyyətlərinə malikdirlər. NET texnologiyasının inkişafı yaxın gələcəkdə inheritance (vərəsəlik) xüsusiyyətinin VBA-da realizasiyasına imkan verəcək.

  12. Excel&VBA-dan Visual Basic6 və Visual Basic.NET AD-nə keçid az zəhmət hesabına başa gəlir.

  13. Excel-də realizasiya olunmuş MACROS sistemi Excel-in bütün obyektləri2 üçün VBA kodunu yaratmağa imkan verir. Bu isə yaradılacaq kompleks sistemlərdə proqramlaşdırma mərhələsini daha sürətlə realizə etməyə imkan verməklə yanaşı, effektiv proqram kodlarının yazılmasına imkan verir.

14. Excel&VBA-dan istifadə ebərək və TPS-in yaradılma mərhələlərindən istifadə edərək real proqram sistemləri hazırlamaq mümkündür. Mövcud digər alqoritmik dillər vasitəsilə göstərilən imkanları realizə etmək çox çətin, bəzən isə qeyri-mümkündür. Bu səbəbdən biz hesab edirik ki, proqramlaşdırmanın tədrisində Excel&VBA ən optimal variantdır.

Dunyada heç bir ölkə peşəkar proqramçılara olan təlabatı 100% ödəyə bilməyib. Bu ölkələr digər ölkələrdən (əsasən iqtisadi dövlətcilik və digər sahələrdə zəif olan) peşəkar proqramçıları və müəyyən fitri istedadı olan şəxsləri öz ölkələrinə dəvət etməklə proqramçılara olan tələbatlarını ödəməyə çalışırlar. Peşəkar proqramçıların xariçi ölkələrə getməsinin əsas səbəbi onlarin zəhmətinin ölkəmizdə laziminca qiymətləndirilməməsidir.

Ölkədəki iqtisadi inkişaf professional proqramçilara ciddi təlabatın əmələ gəlməsinə səbəb olmuşdur. Məhz buna görə də, gənclərdə proqramçılıq peşəsinə maraq artmışdır. Amma Azərbaycan Proqramçı Məktəbinin olmaması (daha doğrusu baxımsızlıq ucbatından iflasa uğraması), mütəxəsislərin sayının azlığı, bu peşənin öyrənilməsi gənclərimimz ücün ciddi problemə çevrilmlşdir.

Ölkəmizdəki bu problemlerin aradan qaldırılmasına cüzi də olsa kömək etmək məqsədi ilə ADPU-nin Riyaziyyat fakultəsinin, İnformatika ixtisası üzrə 2009-cu ildən seçmə fənn - "Müasir proqramlaşdırmanın əsasları: “Excel&VBA” tədris olunur. Tədrisdə “Excel&VBA” seçilməsinin əsas səbəbi yuxarida sadaladığım əsas bəndlərdir. Tədris zamanı biz tələbələrimiz arasinda fitri istedada malik, riyazi təfəkkürü güclü olan tələbər ücün əlavə məşğələlər təşkil edirik. Tədris zamani fakultəsindən və kursundan asılı olmayaraq, intelekt səviyyəsi yuksək olan tələbələri bu məşğələlərə cəlb edirik. Lakin bunu da qeyd etmək lazimdir ki, proqramcı olmaq çox zəhmət və dərin düşüncə tələb edən bir prosessdir.Yəni bu yolda çoxları dözmürlər.

Hal-hazirda bizim qruplarımızdan biri qarşılarına böyük bir məqsəd qoyub. Qrupun rəhbəri olaraq məlumat verirəm ki, məqsədimiz ibtidai sinif şagirdlərinin riyazi biliklərinin kompüter vastəsilə yoxlanilması üçün “Baby Tests” proqram sistemini hazirlamaqdir. Qrupumuzda riyaziyyat fakultəsinin, informatika ixtisasının iki tələbəsi, Biologiya fakultəsinin, biologiya-gigiyena ixlisasının bir tələbəsi və bir mağistrı çalışır. Böyuk zəhmət tələb edən bu layihənin demək olar ki, əsas mərhələləri proqramlaşdırılıb.

Birinci və ikinci hissə proqramlaşdırmanın başlanğıc (( Beginer) səviyyəsində olub ki, buraya hesab əməlləri (toplama,cıxma,vurma,bölmə) və tənliklər daxildir. Üçüncu və dördünçü hissə orta proqramçı səviyəsində tərtib olunmuş proqram kodlarindan istifadə olunmuşdur ki, buraya da müqayisələr (böyükdir, kiçikdir, bərabərdir) və çevirmələr (uzunluq, kütlə, sahə, həcm və zaman əmsalları arasında) daxildir. Və nəhayyət ən böyük işimiz beşinci hissədə peşəkar proqrqmçı səviyyəsində olub, klaviatur giriş qurğusunda “kor yığımı” öyrədən sistemin proqramını tərtib etməkdir.

Proqramada minimal biliyinə malik olmayan tələbələrimiz fitri istedadları və zəhmətləri hesablarına Excel&VBA-nı öyrənməklə cəmi 32 fakultətiv məşğələ hesabına bu çətin və məsuliyyətli işin öhdəsindən gəlməyə çalışırlar. Ümüd edirik ki, proqramlaşdırma sahəsində ilk addımlarını atan bu gənc qızlarımızin kicik yaşlı balalarımıza hədiyyə olaraq hazırladıqları proqram sistemi onların peşəkar proqramçı olmalarının təməlini qoyacaq.

Sistem proqramimizdən gələcək məqalələrimizdə daha ətraflı məlumat verəcəyik.



Mənbələr

  1. Etibar Axundov. Müasir proqramlaşdırmanın əsasları: Excel&VBA

  2. Уокенбах Джон Профессиональное программирование на VBA в Excel 2002

  3. А.Васильев, А.Андреев. VBA в Office 2000. Учебный курс.

  4. Камминг С. VBA для чайников.



1 VB6/VBA-da OYP-nın encapsulation, polymorphism xüsusiyyətləri tam realizə olunsa da, inheritance xüsusiyyəti realizə olunmayıb.

2 Microsoft Excel Obyekt Modeli

Yüklə 56,5 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə