keçmişdə cinayət məsuliyyətinə cəlb olunub-olunmadıqları haqqında maliyyə, vergi və hüquq-
mühafizə orqanlarından məlumat ala bilər. Bu tələb sonradan bankda mühüm iştirak payını əldə
etmək istəyən şəxslərə (hüquqi şəxs olduqda onların icra orqanlarının rəhbərlərinə), yeni təyin
olunan inzibatçılara və bankın törəmə strukturuna çevrilən hüquqi şəxsin icra orqanlarının
rəhbərlərinə də şamil edilir. Bu məqsədlə maliyyə, vergi və hüquq-mühafizə orqanları maliyyə
bazarlarına nəzarət orqanına onun tələb edə biləcəyi məlumatı verir.
7.3. İlkin müraciətə baxılması və bank lisenziyasının verilməsi üçün «Dövlət rüsumu
haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş miqdarda və qaydada dövlət
rüsumu ödənilir.
Maddə 8. Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması qaydaları
8.1. Bank lisenziyasının alınması üçün müraciətlərə baxılması iki mərhələdən ibarətdir:
8.1.1. bankın təsisçiləri və ya qanunvericiliyə müvafiq qaydada vəkil edilmiş şəxs (şəxslər)
tərəfindən bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması (birinci
mərhələ) və
8.1.2. bank dövlət qeydiyyatına alındıqdan sonra bank lisenziyası almaq üçün yekun
müraciətin edilməsi və ona baxılması (ikinci mərhələ).
8.2. İlkin müraciətə aşağıdakı sənədlər əlavə olunur:
8.2.1. Bankın səsvermə hüququ olan səhmlərini əldə edəcək hər bir sahibi üçün:
8.2.1.1. həmin sahib hüquqi şəxs olduqda - onun adını, ünvanını, kommersiya fəaliyyətinin
növünü, azı son üç maliyyə ilini (hüquqi şəxs üç ildən az müddətdə yaradıldıqda isə son maliyyə
illəri və ya ili) əhatə edən və auditor yoxlamasından keçmiş maliyyə hesabatlarını və auditor
rəyini göstərən məlumat və sənədlər, habelə həmin şəxsin nəzərdə tutulan iştirak payının əldə
edilməsi barədə səlahiyyətli idarəetmə orqanının qərarının surəti;
8.2.1.2. həmin sahib xarici hüquqi şəxs olduqda, bu Qanunun 8.2.1.1-ci maddəsində
sadalanan sənədlərdən başqa qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış, onların
yerləşdiyi ölkədə qeydiyyatdan keçdiyini təsdiq edən sənəd, nizamnamə (əsasnamə), ən azı son
üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı və auditor rəyi;
8.2.1.3. həmin sahib fiziki şəxs olduqda, onun soyadını, adını, atasının adını və vətəndaşlığını,
şəxsiyyət vəsiqəsinin və ya şəxsiyyətini təsdiq edən digər sənədin məlumatlarını, daimi yaşayış
yerini, məşğuliyyət növünü göstərən məlumat və sənədlər;
8.2.1.4. həmin sahib əcnəbi olduqda - bu Qanunun 8.2.1.3-cü maddəsində sadalanan
sənədlərdən başqa rezidenti olduğu ölkənin bir və ya bir neçə maliyyə təşkilatlarının müsbət
tövsiyyələri və/və ya bank hesablarından çıxarışlar;
8.2.2. Bankın təklif edilən nizamnamə kapitalının miqdarı, bankın nizamnamə kapitalında
təklif edilən hər bir sahibin (səhmdarın) payı, onların digər təşkilatlarda mühüm iştirak payları,
habelə hər bir hüquqi şəxs üçün bu hüquqi şəxsin kapitalında digər şəxslərin mühüm iştirak
payları haqqında məlumatlar;
8.2.3. Bankda mühüm iştirak payının təklif edilən sahibi hüquqi şəxs olduqda, onun icra
orqanlarının rəhbərlərinin siyahısı. Hər bir rəhbər tərəfindən imzalanmış və imzası notariat
qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;
Rəhbər əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən
onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə
müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
8.2.4. Əgər mühüm iştirak payının sahibi olan hüquqi şəxs şirkətlər qrupuna daxildirsə bu
qrup haqqında məlumatlar, o cümlədən qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına
malik şəxslər, bu şəxslərin inzibatçıları haqda məlumatlar;
8.2.5. Bankda mühüm iştirak payının təklif edilən sahibi fiziki şəxs olduqda, onun tərəfindən
imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;
Mühüm iştirak payının sahibi əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət
orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və
qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
8.2.6. Bankın yaradılması, onun nizamnaməsinin qəbul edilməsi və idarəetmə orqanlarının
formalaşdırılması haqqında protokol da daxil olmaqla, bankın təsis sənədlərinin surəti və bankın
nizamnaməsi;
8.2.7. Bankın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati
strukturunu, o cümlədən daxili nəzarət sistemini və ilk üç il üçün maliyyə proqnozlarını (balans,
mənfəət və zərər haqqında hesabatı) müəyyənləşdirən biznes-planı;
8.2.8. Bankın təklif edilən inzibatçılarının siyahısı, habelə onların hər biri üçün peşə ixtisası
və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və əmək fəaliyyəti haqqında)
notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər tərəfindən doldurulmuş anket, bankda
və digər hüquqi şəxslərdə onların mühüm iştirak paylarının miqdarı və siyahısı, tərəflərindən
imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;
İnzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən
onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə
müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış;
8.2.9. Xarici bankın və ya xarici bank holdinq şirkətinin yerli törəmə bankı üçün bu Qanunun
13.2-ci maddəsində göstərilmiş sənədlər;
8.2.10. İlkin müraciətə baxılması üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən bank
sənədi.
8.3. Maliyyə bazarlarına nəzarət orqanı baxılmaq üçün ona təqdim edilmiş ilkin müraciətdə
və ya müraciətə əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, bu
barədə müraciət edənlərə 15 təqvim günü müddətində bildiriş göndərir və onlara bu səhvləri və
ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Həmin müddətdə maliyyə bazarlarına nəzarət
orqanı müraciət edənlərə yazılı bildiriş göndərməzsə sənədlər baxılmaq üçün qəbul edilmiş
hesab edilir.
8.4. Maliyyə bazarlarına nəzarət orqanı ilkin müraciətə bu Qanunun 8.3-cü maddəsində
göstərilən bildirişin göndərildiyi gündən ən geci 90 təqvim günü müddətində, xarici təsisçilərin
iştirakı olduğu halda isə ən geci 180 təqvim günü müddətində baxır və müvafiq qərar qəbul edir.
Hər bir halda maliyyə bazarlarına nəzarət orqanı qəbul etdiyi qərarı müraciət edənlərə göndərir.
8.5. Maliyyə bazarlarına nəzarət orqanının ilkin müraciətə müsbət baxılması haqqında
qərarında aşağıdakılar göstərilir:
8.5.1. bankın biznes-planı və təqdim edilmiş sənədlərdə göstərilən bank fəaliyyəti növlərini
nəzərə almaqla ödənilməli olan ilkin nizamnamə kapitalının minimum miqdarı.
8.5.2. bank lisenziyasına daxil edilən bütün məhdudiyyətlər və bunun əsaslandırılması;
8.5.3. ərizəçilərin bank lisenziyası verilənədək yerinə yetirməli olduqları şərtlər və onlara dair
tədbirlər;
8.6. Maliyyə bazarlarına nəzarət orqanı bank lisenziyası almaq üçün ilkin müraciəti rədd
etdikdə, öz qərarında bunun səbəblərini göstərməlidir.
8.7. İlkin müraciət rədd edildikdə bank lisenziyasının alınması üçün müraciət maliyyə
bazarlarına nəzarət orqanına təkrarən təqdim edildikdə, ona yeni müraciət kimi baxılır.
8.8. Maliyyə bazarlarına nəzarət orqanı bank lisenziyası alınması üçün ilkin müraciətə
müsbət baxdıqda, ilkin nizamnamə kapitalının minimum miqdarının köçürülməsi üçün öz
balansında həmin bankın müraciəti ilə onun adına hesab açır.
8.9. Təsis edilən bank ilkin müraciətinin müsbət baxılması haqqında qərarın qəbul olunduğu
gündən 180 təqvim günü müddətində ilkin nizamnamə kapitalının minimum miqdarını ödəməli
və Azərbaycan Respublikasının Mülki Məcəlləsi və ona müvafiq olaraq, qəbul edilmiş digər
qanunvericilik aktlarına uyğun dövlət qeydiyyatından keçməlidir. Bu müddət ərzində təsis edilən
bank korporativ idarəetmə sistemlərini təşkil etməli (bu Qanunun tələblərinə uyğun idarəetmə
orqanlarını yaratmalı, təşkilati strukturu formalaşdırmalı, informasiya texnologiya sistemini
tətbiq etməyə hazır olmalı, mühasibat uçotu və hesabatı siyasətini müəyyən etməli, reqlament
hazırlamalı, müvafiq rəhbər və minimum işçi heyəti müəyyən etməli), texniki-təchizat və
təhlükəsizlik tədbirlərini tamamlamalıdır.
8.10. Bank lisenziyası almaq üçün yekun müraciətə aşağıdakı sənədlər əlavə edilir: