8.3.
Mərkəzi Bank
baxılmaq üçün ona təqdim edilmiş ilkin müraciətdə və ya müraciətə
əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, bu barədə müraciət
edənlərə 15 təqvim günü müddətində bildiriş göndərir və onlara bu səhvləri və ya
çatışmazlıqları aradan qaldırmağı təklif edir. Həmin müddətdə
Mərkəzi Bank
müraciət
edənlərə yazılı bildiriş göndərməzsə, sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir.
8.4.
Mərkəzi Bank
ilkin müraciəti bu Qanunun 8.3-cü maddəsində göstərilən bildirişin
göndərildiyi gündən ən geci 90 təqvim günü müddətində, xarici təsisçilərin iştirakı olduğu
halda isə ən geci 180 təqvim günü müddətində baxır və müvafiq qərar qəbul edir. Hər bir
halda
Mərkəzi Bank
qəbul etdiyi qərarı müraciət edənlərə göndərir.
8.5.
Mərkəzi Bank
ın ilkin müraciətə müsbət baxılması haqqında qərarında aşağıdakılar
göstərilir:
8.5.1.
bankın biznes-planı və təqdim edilmiş sənədlərdə göstərilən bank fəaliyyəti
növlərini nəzərə almaqla ödənilməli olan ilkin nizamnamə kapitalının minimum miqdarı.
8.5.2.
bank lisenziyasına daxil edilən bütün məhdudiyyətlər və bunun əsaslandırılması;
8.5.3. ərizəçilərin bank lisenziyası verilənədək yerinə yetirməli olduqları şərtlər və onlara
dair tədbirlər;
8.6.
Mərkəzi Bank
bank lisenziyası almaq üçün ilkin müraciəti rədd etdikdə, öz qərarında
bunun səbəblərini göstərməlidir.
8.7.
İlkin müraciət rədd edildikdə bank lisenziyasının alınması üçün müraciət
Mərkəzi
Bank
a təkrarən təqdim edildikdə, ona yeni müraciət kimi baxılır.
8.8.
Mərkəzi Bank
bank lisenziyası alınması üçün ilkin müraciətə müsbət baxdıqda, ilkin
nizamnamə kapitalının minimum miqdarının köçürülməsi üçün öz balansında həmin
bankın müraciəti ilə onun adına hesab açır.
8.9.
Təsis edilən bank ilkin müraciətinin müsbət baxılması haqqında qərarın qəbul
olunduğu gündən 180 təqvim günü müddətində ilkin nizamnamə kapitalının minimum
miqdarını ödəməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsi və ona müvafiq olaraq
qəbul edilmiş digər qanunvericilik aktlarına uyğun dövlət qeydiyyatından keçməlidir. Bu
müddət ərzində təsis edilən bank korporativ idarəetmə sistemlərini təşkil etməli (bu
Qanunun tələblərinə uyğun idarəetmə orqanlarını yaratmalı, təşkilati strukturu
formalaşdırmalı, informasiya texnologiya sistemini tətbiq etməyə hazır olmalı, mühasibat
uçotu və hesabatı siyasətini müəyyən etməli, reqlament hazırlamalı, müvafiq rəhbər və
minimum işçi heyəti müəyyən etməli), texniki-təchizat və təhlükəsizlik tədbirlərini
tamamlamalıdır.
8.10. Bank lisenziyası almaq üçün yekun müraciətə aşağıdakı sənədlər əlavə edilir:
8.10.1.
dövlət qeydiyyatı haqqında sənədin və nizamnamənin surəti, habelə bankın
reqlamenti;
8.10.2.
bankın yaradılması və inzibatçıların təyin edilməsi haqqında səhmdarların
ümumi yığıncağının qərarının surəti;
8.10.3.
bank lisenziyasının alınması üçün ilkin müraciətə müsbət baxılması haqqında
Mərkəzi Bank
ın qərarı ilə müəyyən edilmiş şərtlər qoyulduqda, həmin şərtlərin yerinə
yetirildiyini təsdiqləyən sənəd (sənədlər);
8.10.4.
ilkin müraciətlə təqdim edilmiş məlumatlarda əhəmiyyətli dəyişikliklər olduqda
həmin dəyişikliklərin müfəssəl şərh edildiyi yazılı məlumat;
8.10.5.
bankın korporativ idarəetmə sistemlərinin, 0 cümlədən idarəetmə orqanlarının
formalaşdırılması, texniki-təchizat və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini
təsdiqləyən sənədlər;
8.10.6.
bank lisenziyasının verilməsi üçün dövlət rüsumunun ödənildiyini təsdiqləyən
bank sənədi.
8.11. Bankın yekun müraciətinə və ona əlavə edilmiş sənədlərə ən geci 30 təqvim günü
müddətində baxılır. Yekun müraciətdə və/və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya
çatışmazlıqlar müəyyən edildikdə, onların aradan qaldırılması üçün
Mərkəzi Bank
müraciət
edən banka müvafiq bildiriş göndərir. Yenidən təqdim olunmuş sənədlərə
Mərkəzi Bank
ən
geci 15 təqvim günü müddətində baxmalıdır.
Mərkəzi Bank
sənədlərin bu Qanunun 8.10-cu
maddəsinin tələblərinə cavab verdiyini, ilkin nizamnamə kapitalının minimum miqdarı
üzrə ödənişlərin
Mərkəzi Bank
a daxil olduğunu müəyyən etdikdə bank lisenziyasının
verilməsi haqqında qərar qəbul edir və bu barədə müraciət edənlərə 5 təqvim günü
müddətində yazılı bildiriş göndərir.
M a d d ə 9 . Xarici bankların yerli filiallarının lisenziyalaşdırılması
9.1.
Mərkəzi Bank
ın verdiyi bank lisenziyası olmadan heç bir xarici bank Azərbaycan
Respublikasında filiallar aça bilməz.
9.2.
Xarici bankın yerli filialının açılmasına bank lisenziyasının alınması üçün
müraciətlərə baxılması iki mərhələdən ibarətdir:
9.2.1.
bank lisenziyası almaq üçün ilkin müraciətin edilməsi və ona baxılması (birinci
mərhələ) və
9.2.2.
dövlət qeydiyyatına alındıqdan sonra bank lisenziyası almaq üçün yekun
müraciətin edilməsi və ona baxılması (ikinci mərhələ).
9.3. Xarici bank tərəfindən Azərbaycan Respublikasında filial açılmasına dair ilkin
müraciətə qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış aşağıdakı sənədlər
əlavə edilir:
9.3.1.
bankın nizamnaməsi və filialın yaradılması barədə səlahiyyətli idarəetmə
orqanının qərarının surəti;
9.3.2.
bankın mühüm iştirak paylarına malik olan sahiblərinin payı göstərilməklə
siyahısı;
9.3.3.
əgər bank şirkətlər qrupuna daxildirsə, həmin qrup haqqında məlumat, o
cümlədən qrupa daxil olan digər təşkilatlarda mühüm iştirak payına malik şəxslər, bu
şəxslərin inzibatçıları haqda məlumatlar;
9.3.4.
təsisçi bank tərəfindən filiala ayrılmış, kapitala bərabər tutulmuş vəsaitin miqdarı
haqqında məlumat;
9.3.5.
bankın ən azı son üç maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə
hesabatı və auditor rəyi;
9.3.6.
filialın əsasnaməsi. Əsasnamədə filialın fəaliyyəti ilə bağlı digər məlumatlarla
yanaşı bank fəaliyyəti növləri, bank tərəfindən filial üzərində nəzarətin həyata keçirilməsi
və ləğv edilməsi qaydası göstərilməlidir;
9.3.7.
filialın kommersiya strategiyasını, nəzərdə tutduğu fəaliyyət növlərini, təşkilati
strukturunu, o cümlədən daxili nəzarət sistemini, habelə filialın işinin ilk üç ili üçün maliyyə
proqnozlarmı (balans, mənfəət və zərər haqqında hesabat) müəyyənləşdirən biznes-planı;
9.3.8.
bu Qanunun 13.2.1-ci maddəsində göstərilmiş sənədlər;
9.3.9.
filialın öhdəlikləri üçün bankın məsuliyyət götürməsini təsdiq edən sənəd;
9.3.10.
filiala təyin edilməsi təklif edilən inzibatçıların siyahısı, habelə onların hər
biri üçün peşə ixtisası və təcrübəsi haqqında məlumatın göstərildiyi sənədlərin (təhsil və
əmək fəaliyyəti haqqında) notariat qaydasında təsdiqlənmiş surətləri, həmin şəxslər
tərəfindən doldurulmuş anket, bankda və digər hüquqi şəxslərdə onların mühüm iştirak
paylarının miqdarı və siyahısı, tərəflərindən imzalanmış və imzası notariat qaydasında