və kütləvi informasiya vasitələrində rəsmi məlumat dərc etdirməlidir. Bank lisenziyasının
və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğvi haqqında qərar, onda başqa
müddət nəzərdə tutulmayıbsa, dərc edildiyi günün ertəsi günü qüvvəyə minir.
18.2.
Bank lisenziyasının və ya xarici bankın yerli nümayəndəliyinin icazəsinin ləğvi
haqqında qərarın qüvvəyə mindiyi gündən etibarən müvafiq bankın, filialın və
nümayəndəliyin adında "ləğv prosesində olan" sözləri əlavə edilir və ona bank lisenziyasına
və ya icazəyə əsasən müvafiq fəaliyyət növlərinin həyata keçirilməsi qadağan edilir. Bundan
sonra bank, filial və ya nümayəndəlik qanunvericiliyə müvafiq surətdə bankın və ya xarici
bankın yerli filialının iflası proseduruna başlanıldığı hallar istisna olmaqla, bu Qanunun
tələbləri nəzərə alınmaqla qanunvericiliyə uyğun olaraq ləğv olunmalıdır.
18.3. Yerli və xarici banklar bank lisenziyasının və ya icazənin ləğv edilməsi haqqında
Mərkəzi Bank
ın qərarından qanunvericilikdə müəyyən edilmiş qayda-da məhkəməyə şikayət
verə bilərlər. Şikayətin verilməsi
Mərkəzi Bank
ın müvafiq qərarının icrasını dayandırmır.
III fəsil
BANKLARIN YARADILMASI, İDARƏ EDİLMƏSİ VƏ DAXİLİ AUDİT
M a d d ə 19. Bankların təşkili
19.1.
Bank ən azı üç hüquqi və/və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti
formasında yaradılır.
19.2.
Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatlan
bankın səhmdarı ola bilməzlər.
19.3.
Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna
malik ola bilməzlər.
19.4.
Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı
əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər.
M a d d ə 2 0. Bankın nizamnaməsi və reqlamenti
20.1.
Bankın təsisçiləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq
nizamnaməsini tərtib edir və təsdiq edir. Bankın nizamnaməsində dəyişikliklər
Mərkəzi
Bank
ın qabaqcadan yazılı icazəsi ilə edilir.
20.2.
Hər bir bank onun nizamnaməsinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş
qaydada təsdiq edilən və aşağıdakıları müəyyən edən daxili reqlament əsasında fəaliyyət
göstərir:
20.2.1.
bankın təşkilati və idarəetmə strukturu, o cümlədən onun əməliyyat və inzibati
şöbələri, onların bölmələri və funksiyaları, tabeliyi və hesabat verməsi qaydası;
20.2.2.
bankın idarəetməsi və nəzarəti altında olan şöbələrin və bölmələrin rəhbərlərinin
vəzifələri;
20.2.3.
daxili audit xidmətinin, digər daimi daxili komissiya və komitələrin funksiyaları;
20.2.4.
bankın inzibatçılarının və struktur bölmələrinin rəhbərlərinin bank fəaliyyətinin
həyata keçirilməsi üzrə səlahiyyətləri;
20.2.5.
filial və şöbələrin inzibatçılarının vəzifəyə təyin və azad edilməsi qaydaları, habelə
onların bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri.
20.3. Bankın nizamnaməsinin notariat qaydada təsdiqlənmiş surəti, bank tərəfindən
təsdiqlənmiş daxili reqlamenti, habelə bankın bank fəaliyyəti ilə əlaqədar müqavilələri
imzalamaq səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı
bank tərəfindən
Mərkəzi Bank
a bir
nüsxədə təqdim edilir və
Mərkəzi Bank
da saxlanılır.
20.4. Bankın nizamnaməsində edilən dəyişikliklər Azərbaycan Respublikasının Mülki
Məcəlləsində
müəyyən
edilmiş
qaydada
dövlət
qeydiyyatına
alınır.
Bankın
nizamnaməsində və reqlamentində edilən dəyişikliklər beş təqvim günü müddətində
Mərkəzi Bank
a təqdim edilir.
M a d d ə 2 1. Bankların və xarici bankların yerli filiallarının kapitalına tələblər
21.1.
Bank məcmu kapitalmı, xarici bankın yerli filialı isə məcmu kapitala bərabər
tutulmuş vəsaitini daimi olaraq
Mərkəzi Bank
ın banklar üçün müəyyən etdiyi məcmu
kapitalın minimum miqdarından aşağı olmayan səviyyədə saxlamalıdır. Bankın məcmu
kapitalının, xarici bankın yerli filialı üçün isə məcmu kapitala bərabər tutulmuş vəsaitin
strukturu, komponentləri və hesablanması qaydası
Mərkəzi Bank
tərəfindən müəyyən edilir.
21.2.
Heç bir bank
Mərkəzi Bank
ın qabaqcadan yazılı icazəsi olmadan səhmlərinin satın
alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi
yolu ilə məcmu kapitalını azalda bilməz.
21.3.
Heç bir xarici bank
Mərkəzi Bank
ın qabaqcadan yazılı icazəsi olmadan nizamnamə
kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu
kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz.
21.4.
Bankın nizamnamə kapitalı və xarici bankın yerli filialının nizamnamə kapitalına
bərabər tutulan vəsaiti səhmdarların və ya xarici bankın yalnız Azərbaycan Respublikasının
milli valyutasında ödədiyi pul vəsaiti ilə formalaşdırılmalıdır.
21.5.
Bankın və ya xarici bankın yerli filialının inzibatçıları məcmu kapitalın və ya məcmu
kapitala bərabər tutulmuş vəsaitin miqdarının
Mərkəzi Bank
ın banklar üçün müəyyən etdiyi
məcmu kapitalın (məcmu kapitala bərabər tutulmuş vəsaitin) minimum miqdarının 25
faizinə və ya onun adekvatlıq əmsalının 3 faizə çatdığını müəyyən etdikləri bütün hallarda
dərhal bu barədə
Mərkəzi Bank
a bildiriş göndərməlidirlər.
M a d d ə
22. Bankın nizamnamə kapitalında mühüm iştirak paylarının
məhdudlaşdırılması
22.1.
Hər hansı bir şəxs bankın nizamnamə kapitalında mühüm iştirak payını, o
cümlədən nizamnamə kapitalındakı mövcud payını mühüm iştirak payına çatdıran əlavə
payı, habelə mühüm iştirak payını artıraraq səsvermə hüququ olan səhmlərin və ya
nizamnamə kapitalının 20 faizinə, 33 faizinə, 50 faizinə çatmasına və ya bu miqdarı
keçməsinə, yaxud bankın həmin şəxsin törəmə strukturuna çevrilməsinə gətirib çıxaran
iştirak payını bu Qanunla müəyyən edilmiş qaydada əldə edə bilər.
22.2.
Bank, kapitalına mühüm iştirak payı olan şəxsin başqa hüquqi şəxsin kapitalında
mühüm iştirak paymı əldə etməsindən və ya artırmasından xəbər tutan kimi bu barədə
Mərkəzi Bank
a yazılı bildiriş göndərməlidir.
22.3.
Bank, kapitalında mühüm iştirak payı olan hüquqi şəxsin kapitalında hər hansı
şəxsin mühüm iştirak payını əldə etməsindən və ya artırmasından xəbər tutan kimi bu
barədə
Mərkəzi Bank
a yazılı bildiriş göndərməlidir.
22.4.
Bu Qanunun 22.1-ci maddəsində nəzərdə tutulan iştirak payının alınması üçün
bankın səlahiyyətli idarəetmə orqanı müraciəti və qərarı ilə birlikdə aşağıdakı sənədləri
Mərkəzi Bank
a təqdim edir:
22.4.1. həmin sahib hüquqi şəxs olduqda:
22.4.1.1.
hüquqi şəxsin adı, ünvanı, kommersiya fəaliyyətinin növü haqqında məlumatlar,