21
ver. 1.0.4. date 27.01.17
5.1.4.2.
Əgər billinq tarixindən sonra Güzəşt müddəti
bitənədək Müştəri Cari borcu tam ödəməzsə, Cari borc
məbləğinə İllik faizlər hesablanır. Faizlərin hesablanması
güzəşt müddətinin bitdiyi gündən başlayaraq yalnız carı borc
məbləği üzrə aparılır.
Hər ayın 5-inə qədər (5-i də daxil olmaqla) hesab olunur. Əgər ayın
5-i və ya güzəşt müddətindən təkrar istifadə edə bilmək üçün
müştərinin ödəniş etdiyi tarix qeyri-iş gününə təsadüf edərsə, Güzəşt
müddəti əvvəlki iş gününə qədər qısaldılır.
Qeyri-iş günü edilmiş
ödəniş növbəti iş günü hesaba mədaxil edilir
və güzəşt müddətindən
təkrar istifadə edə bilmək üçün həmin məbləğ ən azı bir iş günü
hesabda saxlanılır.
5.1.5.
Ödəniş tarixi (Due
Date):
Güzəşt müddətinin sonuncu günüdür. Əvvəlki təqvim ayında
aparılmış bütün əməliyyatlar üçün cari növbəti təqvim ayının 10-u
kimi müəyyən edilmişdir.
5.1.6.
Əsas borc:
Kredit üzrə faizlər nəzərə alınmadan Müştərinin Bank qarşısında
olan öhdəliyi, yəni istifadə olunmuş kredit məbləği.
5.1.7.
Cari borc:
Əsas borc, ona hesablanmış illik faizlər, Xidmət haqqı və cərimə
faizləri nəzərə alınmaqla Müştəri tərəfindən Banka ödənilməli olan
məbləğ
5.1.8.
Xidmət haqqı:
Bankın qüvvədə olan tariflərinə əsasən mövcud olan xidmət
tarifləri. Bura konvertasiya, nağd pulun çıxarılması üçün
komissiyalar, Kartın dəyişdirilməsi, yenilənməsi, əlavə Kartın
verilməsi və sair aiddir
5.1.9.
Overlimit məbləği: Kredit limitini aşan məbləğdir
5.1.10.
Təminat predmeti:
Ödəniş kartları üzrə xidmətlərin göstərilməsi üçün
Ərizə
formasında göstərilən Depozit kimi yerləşdirilmiş pul
məbləği
5.2.
Kredit xəttinin miqdarı, verilməsi və qaytarılması, kredit məbləğinə hesablanan faizlərin
miqdarı və ödənilməsi qaydası
5.2.1.
Bank, Müştərinin istifadəsinə “Ödəniş kartları üzrə xidmətlərin göstərilməsi üçün Ərizə”
formasında göstərilən limit, müddət və təminat predmeti olan depozitin valyutasında Kredit xətti
açır. Bu zaman Kredit xətti Müştəriyə təyin olunmuş limit daxilində pul vəsaitindən istifadə
etmək hüququ verir. Müştəriyə Əsas borc məbləğini Banka faiz hesablanmadan geri qaytarmaq
üçün Güzəşt müddəti verilir.
5.2.2.
Əgər Ödəniş tarixi qeyri-iş gününə təsadüf edərsə, Güzəşt müddəti Ödəniş tarixindən əvvəlki iş
günü hesab olunur.
5.2.3.
Müştəri Əsas borc məbləğini Güzəşt müddəti bitənədək tam şəkildə Banka qaytararsa və ən azı
bir iş günü ərzində hesabda saxlanılarsa həmin məbləğə heç bir faiz hesablanmır.
5.2.4.
Müştəri Güzəşt müddəti bitənədək Əsas borc məbləğini Banka tam şəkildə geri qaytarmadığı
təqdirdə, həmin məbləğə 2.6. bəndində göstərilən illik faiz dərəcəsi hesablanır.
5.2.5.
Kredit xəttinin qüvvədə olduğu müddəti ərzində Cari borc Banka tam olaraq qaytarılmalıdır.
5.2.6.
Müqavilənin V.5.1.3. bəndində qeyd olunan hallarda, Cari borc Müştəri tərəfindən Banka
qaytarılmadığı təqdirdə, Əsas borc məbləğinə “Ödəniş kartları üzrə xidmətlərin göstərilməsi
üçün Ərizə” formasında göstərilən İllik cərimə faizləri hesablanır.
5.2.7.
Bank Cari borc məbləğini Müştərinin bütün bank hesablarından akseptsiz qaydada silə bilər.
5.2.8.
Müştərinin Bank qarşısında mövcud borc pul öhdəlikləri ilə bağlı Banka edilən hər hansı bir
ödəniş ilkin olaraq Overlimit məbləği, sonra Xidmət haqqı, sonra cərimə (peniya) faizlərinin,
sonra kreditin illik faizlərinin və son olaraq, Əsas borc öhdəliyinin silinməsinə yönəldilir. Kredit
22
ver. 1.0.4. date 27.01.17
xəttinin valyutası Müştərinin hesabında olan pul vəsaitinin valyutasından fərqlidirsə, həmin vəsait
Müştərinin bütün bank hesablarından silinmə günü üçün Bankın müəyyən etdiyi məzənnəyə
uyğun olaraq silinir.
5.2.9.
Kredit xəttindən istifadə üzrə nəzərdə tutulmuş faiz dərəcələri yalnız Əsas borc məbləğinə
hesablanır. Kart üzrə Bankın müəyyən etdiyi komissiyalara heç bir komissiya tətbiq olunmur.
5.2.10.
Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən Overlimitə
keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri
tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan texniki overdraft halının baş
verdiyi gündən hesablanmağa başlayır.
5.3.
Tərəflərin hüquq və vəzifələri
5.3.1.
Bankın hüquqları:
a.
Müştəri tərəfindən Müqavilənin şərtləri pozulduqda, Kartdan istifadəni dayandırmaq və ya ləğv
etmək kimi tədbirlər görmək, habelə Kartı müsadirə etmək və Kartın nömrəsini “stop-vərəqə”yə
daxil etmək;
b.
Müqavilə ilə müəyyən olunan xidmət tariflərini Müştərini qabaqcadan məlumatlandırmaq şərti
ilə birtərəfli qaydada dəyişmək;
c.
Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası
Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək;
d.
Müştəri ilə münasibətlərin tənzimlənməsində Viza və MaterCard beynəlxalq normativlərinə
əsaslanmaq;
e.
Müqavilənin V.5.4. bəndi ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımınca icra edilməsini
və onların pozulmasına yol verilməməsini “Müştəri”dən
tələb etmək;
f.
Müştəri tərəfindən Banka ödəniləcək məbləğləri Müştərinin bütün hesablarından mübahisəsiz
qaydada silmək.
g.
Kredit xətti üzrə borcların vaxtında ödənilməsini Müştəridən tələb etmək;
h.
Öz daxili qərarı ilə Kredit xətti üzrə limiti birtərəfli qaydada ləğv etmək;
i.
Öz daxili qərarlarına əsasən Müştərinin Kredit limitinin həddinə yenidən baxmaq.
j.
Öz daxili qərarlarına əsasən 15 (on beş) təqvim günü əvvəlcədən müvafiq bildirişi təqdim etməklə
Müştəriyə verilən kredit şərtlərinə yenidən baxmaq.
5.3.2.
Bankın vəzifələri:
a.
Müştəri tərəfindən daxil olmuş müraciətə əsasən Müştəriyə Kartı və müvafiq PİN-zərfi hazırlayıb
təqdim etmək;
b.
Müştərinin müraciətinə əsasən onun hesabı üzrə çıxarışlar vermək;
c.
Kartın itirilməsi barədə Müştəridən məlumat aldıqdan dərhal sonra Kartla əməliyyatları
dayandırmaq;
d.
Müştərini nağd pul vəsaitinin alınması, xidmət və malların dəyərinin Kart vasitəsilə ödənilməsi
və bu Kart üzrə təklif olunan digər xidmətlərlə təmin etmək;
e.
Müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etmək və onların
pozulmasına yol verməmək.
5.3.3.
Müştərinin hüquqları:
a.
Yazılı sorğu əsasında öz hesabından hər hansı bir dövr üçün əlavə çıxarışlar və hesabdan silinmiş
məbləğlərin düzgünlüyünü təsdiq edən sənədləri tələb etmək;
b.
Kartın itirilməsi halında, onun yenisi ilə əvəz olunması barədə Banka yazılı ərizə ilə müraciət
etmək;
c.
İstifadə etmədiyi vəsaitlər hesabından silindiyi halda, yazılı sorğu əsasında müvafiq araşdırma
aparılmasını və əsassız silinmiş məbləğin geri ödənilməsini Bankdan tələb etmək;
d.
Özünün yazılı müraciətinə əsasən Bankın qüvvədə olan tariflərinə uyğun SMS məlumatlandırma
xidmətindən istifadə etmək.
e.
Kart vasitəsi ilə kredit limitdən istifadə etmək;