Fənn: Beynəlxalq Marketinq Müəllim: Ramil Cabbarov



Yüklə 52,22 Kb.
tarix17.09.2018
ölçüsü52,22 Kb.
#69226

Fənn: Beynəlxalq Marketinqd:\unec vizitkalar\unec logo-ag.png

Müəllim: Ramil Cabbarov

Əlaqə: r.jabbarov@unec.edu.az

+994 55 742 10 22

EV TAPŞIRIĞI 2

Qeyd: 21 dekabr saat 22:00 tarixə qədər sərbəst işləri r.jabbarov@unec.edu.az email ünvanına göndərilməlidir. Müddət bitdikdən sonra əlavə şans verilməyəcək.

Diqqət! Plaqiat və bir-birindən köçürmə halları aşkarlandıqda, hər iki magistrın nəticəsi sıfırlanacaq və əlavə güzəşt edilməyəcək.

Tapşırıq:

Aşağıda “UBER” Beynəlxalq şirkətinin Azərbaycanda həyata keçirdiyi kampaniya barədə məlumatı oxuyun. Daha sonra sözü gedən kampaniya və məlumat barədə 5 tənqid və 5 üstün cəhəti qeyd edin. Əsaslandırılmamış mülahizələr qəbul edilmir.

Şəhər üzrə avtomobil sifarişi üçün mobil tətbiq hazırlayan “Uber” beynəlxalq texnologiya şirkəti Yeni il bayramı ərəfəsində Bakıda bir günlük kampaniya keçirəcək.

Yeni il bayramına hazırlıqilin ən əyləncəli, şən və hədiyyə dolu bir dövrüdür, lakin məhz sözügedən hazırlıq işləri insanın ən çox vaxtını alır. Bu il “Uber” Yeni ilin ən vacib atributlarından olan bayram yolkasını tam pulsuz Bakıdakı istifadəçilərinə çatdıracaq. Dəyərli vaxtınızı mağazaları gəzməyə və yolka axtarmağa sərf etməyin,belə ki,“Uber” sizi düşünərək çatdırılmanı qapınızadək həyata keçirəcək. Biz qar söz verə bilmərik, amma bu qış Yeni il yolkası sizin qapınıza çatdırılacaq. Sadəcə bir toxunuşla “UberElka” sifariş edin”, - deyə şirkətin məlumatında bildirilir.

Dekabrın 15-də saat 11:00-dan 17:00-dək “Uber” Bakıdakı istifadəçilərinə pulsuz olaraq Yeni il bayramı yolkasını çatdıracaq.“UberElka” gözəl olması ilə yanaşı, həmçinin rahat daşınandır və komfortlu paketə malikdir. Süni şam ağacının hündürlüyü 1,20 metr təşkil edir.

Yolka sifariş etmək üçün dekabrın 15-də saat 11:00-17:00 arası “Uber” proqramına daxil olmaq, proqramda “UberElka” funksiyasını seçmək lazımdır ki, bundan sonra bir neçə dəqiqə ərzində Yeni il bayramı yolkası qeyd olunmuş ünvana çatdırılacaq. Hər istifadəçi sadəcə bir dəfə sifariş edə bilər. “UberElka” kampaniyası zamanı yüksək tələb gözlənilir və ilk dəfədən sifariş etmək mümkün olmasa belə, bir dəqiqədən sonra təkrarən sifariş etmək gərəkdir.

Bundan başqa, hər bir yeni “Uber” istifadəçisi də yolka sifariş verə bilər. Bunun üçün “Uber” proqramını mobil telefona yükləmək, “BakuElka” promo-kodu ilə qeydiyyatdan keçmək lazımdır. Hər yeni istifadəçi ilk 5 gediş üçün 20%-lik endirim qazanacaq.


Mənbə: facemark.az


Ad və soyad:

CAVAB
Yüklə 52,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə