Bank ifrs 06-e


ƏHƏMİYYƏTLİ MÜHASİBAT UÇOTU SİYASƏTLƏRİ



Yüklə 1,61 Mb.
səhifə3/24
tarix14.09.2018
ölçüsü1,61 Mb.
#68456
1   2   3   4   5   6   7   8   9   ...   24

2.ƏHƏMİYYƏTLİ MÜHASİBAT UÇOTU SİYASƏTLƏRİ




Uyğunluq haqqında bəyanat

Bu konsolidə edilmiş maliyyə hesabatları Mühasibat Uçotu üzrə Beynəlxalq Standartları Şurası (“MÜBSŞ”) tərəfindən buraxılmış Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) və Beynəlxalq Maliyyə Hesabatlarının Şərhi Komitəsi (“BMHŞK”) tərəfindən verilmiş şərhlərə müvafiq olaraq hazırlanmışdır.


Təqdimat meyarlarının digər əsasları

Bu konsolidə edilmiş maliyyə hesabatları Qrupun proqnozlaşdırıla bilən gələcəkdə fasiləsizlik prinsipinə uyğun olaraq fəaliyyətini davam etdirə biləcəyi haqqında fərziyyələr əsasında hazırlanmışdır.

Bu konsolidə edilmiş maliyyə hesabatları, başqa cür qeyd edilməyənə qədər, Azərbaycan Manatı (manat) ilə ifadə edilir. Maliyyə hesabatları aşağıda göstərilən mühasibat uçotu qaydalarında izah edildiyi kimi yenidən qiymətləndirmə məbləğində və ya ədalətli dəyərlə ölçülmüş binalar və bəzi maliyyə alətləri istisna olunmaqla, ilkin dəyər əsasında tərtib edilmişdir. İlkin dəyər ümumi olaraq aktivin mübadilə edilə biləcəyi ədalətli dəyərə əsaslanır.
Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş Bank və onun konsolidə edilmiş şirkətləri mühasibat uçotunu yerli mühasibat uçotu qaydalarına uyğun olaraq aparırlar. Bu konsolidə edilmiş maliyyə hesabatları məcburi mühasibat uçotu qaydalarına istinadən hazırlanmış və MHBS-na uyğunlaşdırılması üçün tərtibatında düzəlişlər edilmişdir.
Qrup maliyyə vəziyyəti haqqında hesabatını likvidlik ardıcıllığı ilə geniş şəkildə təqdim edir. Maliyyə vəziyyəti haqqında hesabatın verilməsi tarixindən sonra 12 ay ərzində (cari) və 12 aydan çox müddət (uzun-müddətli) ərzində əvəzləşdiriləcək və ya ödəniləcək məbləğlər üzrə təhlili 27 saylı Qeyddə göstərilir.
Maliyyə aktivləri və maliyyə öhdəlikləri yalnız uçotda tanınmış məbləğlərin əvəzləşdirilməsi üçün qanuni hüquq mövcud olduqda və xalis məbləğ əsasında hesablaşmalar aparılması, yaxud da eyni vaxtda aktivlərin satılması və öhdəliyin yerinə yetirilməsi nəzərdə tutulduqda bir-birinə qarşı əvəzləşdirilir, xalis məbləği isə maliyyə vəziyyəti haqqında hesabatda bildirilir. Hər hansı mühasibat uçotu standartı və ya şərhi ilə tələb olunmayınca və ya yol verilməyincə, və Qrupun mühasibat uçotu siyasıtində konkrekt açıqlanmayınca gəlir və xərclər konsolidə edilmiş mənfəət gəliri və zərəri barədə hesabatda əvəzləşdirilmir.
Əsas mühasibat uçotu qaydaları aşağıda açıqlanır.
Konsolidasiya əsasları
Konsolidə edilmiş maliyyə hesabatlarına Bankın və Bank tərəfindən nəzarət edilən müəssisələrin (onun törəmə müəssisəsi) maliyyə hesabatları daxildir. Nəzarət o zaman həyata keçirilir ki, Bank sərmayə qoyulan müəssisənin fəaliyyətlərindən mənfəət əldə etmək məqsədilə onun maliyyə və əməliyyat siyasətini tənzimləmək iqtidarında olsun.
Törəmə müəssisələrdə tətbiq edilən mühasibat uçotu qaydalarının Qrupdakı digər müəssisələr tərəfindən istifadə olunan mühasibat uçotu qaydalarına uyğunlaşdırılması üçün lazımi olduqda törəmə müəssisələrinin maliyyə hesabatlarına düzəlişlər edilir.
Qruparası bütün əməliyyatlar, qalıqlar, gəlir və xərclər konsolidə zamanı tam silinir.

Faiz gəliri və xərclərini tanınması

Faiz gəliri və xərci effektiv faiz metodundan istifadə etməklə, hesablama metodu ilə uçot əsasında tanınır. Effektiv faiz metodu maliyyə aktivi və ya maliyyə öhdəliyinin yaxud maliyyə aktivləri və ya öhdəlikləri qrupunun amortizasiya olunmuş dəyərinin hesablanması və faiz gəliri yaxud faiz xərcinin müvafiq dövr üzrə bölüşdürülməsi üsuludur.


Effektiv faiz dərəcəsi borc alətinin nəzərdə tutulan müddəti və ya (tətbiq olunarsa) daha qısa müddət ərzində hesablanmış nağd pul daxilolmalarını (o cümlədən, effektiv faiz dərəcəsinin ayrılmaz hissəsini təşkil edən məntəqələrdə ödənilmiş yaxud alınmış bütün haqqlar, əməliyyat xərcləri və digər mükafat yaxud endirimlər) ilkin tanınma anında xalis balans məbləğinədək dəqiqliklə diskontlaşdıran dərəcədir.
Gəlir borc alətləri üzrə effektiv faiz dərəcəsi əsasında uçotda tanınır.
Maliyyə aktivi yaxud bənzər maliyyə aktivləri qrupu ehtimal olunan zərərin baş verməsi nəticəsində hesabdan qismən (bir hissəsi qismən) silinərsə, faiz gəliri bundan sonra dəyərsizləşmə üzrə zərərin ölçülərini müəyyən etmək məqsədilə gələcək pul vəsaitləri hərəkətinin diskontlaşdırılması üçün tətbiq edilən faiz dərəcələrindən istifadə olunmaqla uçotda tanınır.
Ədalətli dəyərlə qeyd edilən aktivlər üzrə qazanılmış faizlər faiz gəliri daxilində təsnif edilir.

Gəlirin tanınması – digər




Haqq və komissiya gəlirinin tanınması

Kreditlərin verilməsinə görə komissiya haqqları birbaşa xərclər ilə birlikdə təxirə salınır və kredit üzrə effektiv faiz dərəcəsinə düzəliş kimi uçotda tanınır. Kreditin ayrılması xüsusi kredit razılaşmasının bağlanmasına gətirib çıxaracağı ehtimal edilən hallarda, kreditin alınmasına görə komissiya haqqı birbaşa xərclər ilə birlikdə təxirə salınır və nəticədə verilən kreditin effektiv faiz dərəcəsinə düzəliş kimi uçotda tanınır. Kreditin alınması xüsusi kredit razılaşmasının bağlanması ilə nəticələnəcəyi ehtimal edilmədiyi hallarda, kreditin alınmasına görə komissiya haqqı kredit verilişi müddətinin qalan dövrü üzrə mənfəət və zərər uçotunda tanınır. Kreditin ayrılması öhdəliyinin müddəti kredit verilmədən başa çatarsa, belə öhdəliyə görə komissiya haqqı müddət başa çatdığı anda mənfəət və zərər uçotunda tanınır. Kreditə xidmət etmə haqqı kredit üzrə ödənişlər yerinə yetirildiyi təqdirdə gəlirlər kimi uçotda tanınır.


Bütün digər haqqlar ödəniş xidməti göstərildiyi hallarda uçotda tanınır.

Divident gəlirinin tanınması

Dividend gəliri əks –dividend (“dividentdən kənar”) tarixində tanınır (bu şərtlə ki, Qrupun iqtisadi mənfəətlərdən yararlana biləcəyi mümkün olsun və mənfəətin məbləği düzgün hesablana bilsin).


Maliyyə alətləri

Qrup maliyyə aləti üzrə müqavilə öhdəliyinə tərəf olduğu halda, maliyyə aktivləri və öhdəlikləri maliyyə vəziyyəti haqqında konsolidə edilmiş hesabatda tanınır. Maliyyə aktivləri və öhdəliklərinin adi alqı – satqısı prosesləri hesablaşma tarixi üzrə uçot üsulundan istifadə etməklə tanınır.


Maliyyə aktivləri və maliyyə öhdəlikləri ilkin anda ədalətli dəyərlə ölçülürlər. Maliyyə aktivləri və maliyyə öhdəliklərinin alınması və buraxılmasına aidiyyəti olan birbaşa əməliyyat xərcləri uçotda ilkin tanınma anında maliyyə aktivləri yaxud maliyyə öhdəliklərinin müvafiq olaraq ədalətli dəyərinə əlavə edilir və ya bu dəyərdən çıxılır.
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri kassadakı qalıq vəsaitlərdən, məcburi ehtiyatlar istisna olmaqla, ARMB-nın alınacaq vəsaitlərdən və ilkin ödəniş müddəti 90 gündən artıq olmayan və müqavilə borclarından azad olan digər banklar və digər kredit institutlarından alınacaq vəsaitlərdən ibarətdir.


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə