Baku Law Journal indd



Yüklə 6,81 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix31.08.2018
ölçüsü6,81 Mb.
#65557
1   2   3   4   5   6   7   8   9   10   ...   19

12

Bakы 


HUQUQ

 

Jurnalы



ki,  girov  qoyanın  (ipoteka  qoyan  və  ya  zamin) 

məsuliyyəti əsas öhdəliyin icrası ilə bağlı yaranan 

bütün  xərclər  həddində  ola  bilər  və  borcalanın 

dövlət büdcəsinə olan borcları bu həddə daxil dey-

il.  Bundan  başqa,  xüsusilə  vurğulamaq  lazımdır 

ki,  qanunvericilikdə  təminatlı  kreditorların 

tələblərinin  neçənci  növbədə  ödənilməsi  barədə 

birbaşa müddəa yoxdur.

Analogiyadan istifadə edərək, oxşar vəziyyətin 

“Müflisləşmə  və  iflas  haqqında”  AR  Qanunu  ilə 

necə  tənzimləndiyinə  nəzər  yetirək.  Qanunun 

əsas  anlayışlarında  artıq  təminatlı  və  təminatsız 

kreditorun  fərqi  qeyd  olunmuşdur.  Belə  ki,  1-ci 

maddəyə görə:

“Təminatlı kreditor  —  girovsaxlayan  kreditor;

Təminatsız kreditor — təminatlı kreditor olma-

yan, bu Qanuna müvafiq surətdə tələbləri beşinci 

növbədə ödənilən kreditor”dur.

Həmçinin  bu  Qanuna  görə,  iflas  prosesində 

olan  şirkətin  (borclu)  kreditorlar  qarşısında  olan 

öhdəliklərinin  icrası  mexanizmi  də  daha  obyek-

tiv  görünür.  Belə  ki,  təminatlı  kreditorlar  if-

las  pro sesinin  istənilən  mərhələsində  təminat 

predmetinə  qarşı  öz  tələblərini  irəli  sürə  bilərlər 

və  həmin  predmetin  satışından  və  ya  digər  for-

mada  realizəsindən  əldə  olunan  məbləğ  heç  bir 

halda borclunun digər kreditorlar qarşısında olan 

öhdəliklərinin icrasına yönəlmir.

Bu Qanuna görə, əgər təminat predmeti təminatlı 

kreditora tam kompensasiya ödənilməsinə kifayət 

etməzsə,  təminatlı  kreditor  müflisolma  zamanı 

təminatsız  kreditor  kimi  çatışmayan  məbləğdə 

tələb irəli sürə bilər (maddə 47.8.).

Yalnız bundan sonra, borclunun əmlakını təşkil 

edən  aktivlər  Qanunun  53.1.  maddəsinə  uyğun 

olaraq, müvafiq növbəlik qaydasında bölünür və 

bu halda həm dövlət büdcəsinə, həm də təminatsız 

kreditorlara  olan  borclar  dördüncü  növbədə 

ödənilir:

“ç) Dördüncü növbədə aşağıdakılar ödənilir:

-  Dövlət  və  yerli  büdcəyə  vergilər,  məcburi 

dövlət  sosial  sığortasına  ayırmalar.  Bu  tələblər 

borclu nun müflis elan olunması tarixindən əvvəlki 

bir il ərzində yaranmış öhdəlikləri əhatə edir;

-  Kredit  təşkilatlarının,  o  cümlədən  qeyri-

rezidentlərin  bu  Qanunun  qüvvəyə  mindiyi 

tarixədək  ödənilməmiş  təminatsız  borcları  və 

onların faizləri barəsində tələbləri”.

Nəzərə alsaq ki

(1) Girov qoyanın (ipoteka qoyan və ya zamin) 

iradəsi yalnız borcalanın müvafiq öhdəliyini təmin 

etməkdir;

(2)  Borcalanın  dövlət  büdcəsinə  olan  borcları 

bu öhdəliyin həcminə daxil deyil;

(3) Mülki qanunvericilikdə təminatlı kreditlərlə 

bağlı heç bir müddəa yoxdur;

(4)  Dövlət  büdcəsinə  olan  borc  digər  şəxsin 

üzərinə qoyula bilməz;

(5)  Hüququn  ədalətli  analogiyasını  tətbiq 

etdikdə,  müflisləşmə  prosesində  təminatlı 

kreditorların  tələblərinin  ödənilməsi  növbəliliyi 

dövlət büdcəsinə olan borclardan daha əvvəl gəlir.

Fikrimizcə  bu  halda,  borcalanın  dövlət 

büdcəsinə  olan  borclarını  girov  qoyanın  (ip-

oteka qoyan və ya zamin) təminatı hesabına icra 

olunmamalı və ya həmin öhdəliyin həcminə daxil 

edilməməlidir.

Həmçinin  bu  məsələ  ilə  bağlı  ziddiyyətli 

mövqelərin 

yaranmaması 

üçün 

hesab-


dan  pul  vəsaitlərinin  silinməsi  prosesində 

təminatlı  kreditorların  ayrıca  subyekt  olaraq 

təsnifləndirilməsi təklif edilir.



13

  

  №4  |  OKTYABR 



2013

Hazırkı  məqalədə  Azərbaycan  Respublikasının 

Mülki-Prosessual  Məcəlləsinin  (bundan  sonra  – 

“MPM”) 50-ci maddəsinin bir neçə (konkret olaraq, 

50.1  və  50.4-cü)  bəndini  təhlil  edir  və  onların 

təcrübədə  tətbiqi  zamanı  yaranan  bəzi  məsələləri 

araşdırırıq. 

MPM-nin “Tərəflər” adlanan 50-ci maddəsində 

deyilir:  

“50.1. Prosesdə tərəflər iddiaçı və cavabdeh hesab 

edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, 

dövlət  orqanları  və  başqa  orqanlar  iddiaçı  və  ya 

cavabdeh qismində çıxış edə bilərlər.

… 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi 

şəxslər cavabdeh hesab olunurlar.

50.4.  Qanunda  nəzərdə  tutulan  hallarda  hüquqi 

şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər.”

Beləliklə,  sözügedən  maddədə  mülki  prosesdə 

tərəf ola biləcək subyektlərin dairəsi cızılır, özü də 

kifayət qədər geniş. 

MPM-nin  50-ci  maddəsinin  mətnindən  aydın 

olur ki, mülki prosesdə tərəf ola biləcək subyektlərin 

sırasına ilk növbədə fiziki və hüquqi şəxslər aiddir. 

“Fiziki  şəxs”  və  “hüquqi  şəxs”  anlayışları  hüquq 

nəzəriyyəsində  və  qanunvericilikdə  kifayət  qədər 

ətraflı işıqlandırılıb təhlil edildiyindən, düşünürük 

ki, bu iki kateqoriyanın üzərində dayanmağa ehti-

yac yoxdur. 

Maddədən o da məlum olur ki, daha dörd kate-

qoriyadan  olan  subyektlər,  yəni  vəzifəli  şəxslər, 

dövlət  orqanları,  başqa  orqanlar  (hər  üçü  50.1-

ci  bənddə  sadalanıb)  və    hüquqi  şəxs  olmayan 

təşkilatlar (50.3-cü bənd) məhkəmədə iddiaçı və ya 

cavabdeh qismində çıxış edə bilərlər. Gəlin həmin 

subyekt kateqoriyasının hər birini ayrıca nəzərdən 

keçirək.  Təhlili  asanlaşdırmaq  məqsədilə  bundan 

sonra misallardan istifadə edəcəyik.

Birinci  misal:  A  şirkəti  ofşor  yurisdiksi-

yada  yaradılmış  xarici  şirkətdir.  Azərbaycan 

Respublikasında 

qeydiyyatdan 

keçmiş 

nümayəndəliyi (bundan sonra – “Nümayəndəlik”) 

vasitəsilə  Azərbaycan  Respublikası  ərazisində 

təsərrüfat  fəaliyyəti  həyata  keçirir,  hətta  fərdi  iş 

icazələri almaqla çoxlu sayda əcnəbi işçi qüvvəsini 

işəgötürən  qismində  cəlb  edir.  Nümayəndəliyin 

rəhbərinin  imzası  ilə  A  şirkəti  mütəmadi  olaraq, 

Azərbaycan  Respublikasının  hüquqi  şəxsləri  ilə 

mülki-hüquqi müqavilələr imzalayır. 

Belə müqavilələrin birindən mübahisə yaranmış 

(A şirkəti müqavilə üzrə ödənişləri vaxtı-vaxtında 

etməmişdir)  və  müqavilənin  digər  tərəfi  olan 

Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş 

hüquqi  şəxs  –  B  şirkəti  müqavilə  öhdəliklərinin 

pozulması nəticəsində ona dəymiş zərərin əvəzinin 

ödənilməsinə dair A şirkətinin Nümayəndəliyinə 

qarşı Azərbaycan Respublikasının məhkəməsində 

iddia  irəli  sürmüşdür.  B  şirkəti  A  şirkətinin  baş 

ofisinin  ünvanı  ona  məlum  olmadığından  bu 

halın  iddiaya  ağlabatan  müddətdə  baxılmasının 

qarşısını  alacağı  qənaətinə  gələrək  bu  addımı 

atmışdır.  Aidiyyəti  məhkəmə  əvvəlcə  ərizəni 

icraata  qəbul  etmiş,  hətta  iddianı  təmin  etmə 

tədbiri  barədə  B  şirkətinin  vəsatətinə  əsasən 

Nümayəndəliyin  Azərbaycan  Respublikasındakı 

bank  hesabına  həbs  qoymuşdur.  Lakin  son-

radan məhkəmə cavabdehin Nümayəndəlikdən A 

şirkətinə dəyişdirilməsi barədə qərardad çıxarmış, 

səbəb  kimi  də  Nümayəndliyin  hüquqi  şəxs 

olmamasını  göstərmişdir.  İddiaçı,  yəni  B  şirkəti 

MPM-nin 50.4-cü maddəsinə istinad etsə də, bu, 

bir nəticə verməmişdir.  

Sual: Nümayəndəlik cavabdeh ola bilərmi? 

Bildiyimiz  kimi,  Azərbaycan  Respublikasının 

Mülki  Məcəlləsinin  (bundan  sonra  –  “MM”)  53-

cü  maddəsinə  əsasən  “hüquqi  şəxsin  olduğu 

yerdən  kənarda  yerləşən  və  hüquqi  şəxsin 

mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi 

nümayəndəlik sayılır” və “nümayəndəliklər və fil-

iallar hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq 

etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər”.

“Hüquqi  şəxs”  termini  MM-nin  43-cü 

maddəsində bu cür açıqlanır: “Hüquqi şəxs qanunla 

azяrbaycan respublikasыnыn 

mцlki-prosessual mяcяllяsinin 

50-ci maddяsinin tяtbiqi 

zamanы yaranan mяsяlяlяr

nazlы Яhmяdova

“Apeks Advayzers” MMC-nin tяsisчisi 

University of Minnesota Law School. LLM



Yüklə 6,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə