BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Təbiət elmləri seriyası 2009
ŞAMAXI-İSMAYILLI ZONASININ GEOLOJİ-TEKTONİK
QURULUŞUNUN GEOFİZİKİ ƏSASLARINA DAİR
V.G.RAMAZANOV, E.E.QULİYEV
Bakı Dövlət Universiteti
vramazanov@rambler.ru
Məqalədə geofiziki məlumatlar əsasında Şamaxı-İsmayıllı zonasının geoloji-tektonik
quruluşunun bəzi xüsusiyyətlərinə aydınlıq gətirilmişdir. O cümlədən regionda aşkarlanmış
tektonik örtüklərin blok quruluşuna malik olmaları və onların formalaşmasında müxtəlif
tərtibli və müxtəlif istiqamətli qırılma strukturlarının rolu müəyyənləşdirilmiş və əldə edilmiş
nəticələrdən xalq təsərrüfatının müxtəlif sahələrində istifadə mümkünlüyü əsaslandırılmışdır.
Şamaxı-İsmayıllı seysmoaktiv zonası Böyük Qafqaz meqantiklinalının cənub
yamacında Dəmiraparançay və Mərəzə meridianları arasında (şəkil 1) yerləşib, zona-
da müxtəlif dövrlərdə V.Veber, S.Satskiy, F.Mirçin, A.Mişurin, A.Məlikov, Ə.Əli-
zadə (1930-40), E.Xain (1939), Ə.Şıxəlibəyli (1940-45), İ.Tsimelzon (1953), N.Ya-
kovenko (1962), R. Hacıyev (1965), T.Kəngərli (1981-1995), Ə.Əliyev (1981-2007),
E.Quliyev və E.İsayev (2002-2007) tərəfindən müxtəlif miqyaslı geoloji-geofiziki
tədqiqatlar həyata keçirilmişdir. Bu tədqiqatlardan biz yalnız son 30 (otuz) il ərzində
və xüsusən də müəllifin iştrakı ilə aparılan bir neçə geofiziki üsulların ZMDÜ
(Zəlzələlərdən Mübadilə olunan Dalğa üsulu)-seysmik və MTZ (Maqnit Tellurik
Zondlaması)-elektrik kəşfiyyatlarının nəticələri barədə məlumat verəcəyik.
Son illər Şamaxı-İsmayıllı seysmoaktiv zonasının öyrənilməsində aparılmış
tədqiqatların əsas mahiyyəti bölgənin dərinlik-tektonik quruluşu, seysmogen zona və
strukturların, aktiv tektonik pozulma zonaları və onların kəsişmə həlqələrinin,
episentral zona və hiposentral səviyyələrin öyrənilməsindən ibarət olmuşdur.
ZMDÜ seysmik kəşfiyyatı və MTZ elektrik kəşfiyyatı nəticələrinə görə bölgə-
nin qeyd olunmuş əsas dərinlik geoloji-tektonik xüsusiyyətləri aşağıdakı kimi müəy-
yənləşdirilmişdir.
Şamaxı-İsmayıllı seysmoaktiv zonasında Göylərçöl-Xilmilli, Ağsu-Qozluçay,
Ruşan-(Mehdiabad) - Qalacıq və Vəndam-Mərəzə istiqamətləri üzrə aparılmış geoloji
planalma işləri nəticəsində yer səthində dərinlik qırılmalarının izlənilməsi, zəlzələlə-
rin pleystoseyst sahələrinin dizyunktiv yarımzonasında olması da buna dəlalət edir.
Burada geoloji kəsilişin təkrarlanması tektonik dislokasiyaya uğrama dərəcələri
müəyyənləşdirilərək 1:200000 miqyaslı kəsilişlər tərtib edilmişdir. Bir çox sahələrdə,
xüsusilə Basqal-Pirəküşkül örtüyünün əhatə etdiyi zonalarda zəlzələ hiposentrlərinin
dayaz olması onların episentrlərinin coğrafi paylanması qanunauyğunluğundan və
ərazidə çökmə qat daxilində müəyyən edilmiş səthi qırılmaların, üstəgəlmə və sürüş-
mə güzgülərinin xarakterindən aslıdır. Tektonik örtüyün əsas hissəsinin Şamaxı
örtüklərin şimaldan cənuba doğru hərəkətini təsdiq edir. Kəsilişlərdəki bu tip mürək-
kəblik bilavasitə zonanın şərq kəsimində daha çox müşahidə edilir. Qeyd olunan bu
112
kəsilişlər üzrə yer qabığının dərinlik quruluşu seysmik və elektrik kəşfiyyatı üsulları
ilə müəyyən edilmişdir. Seysmik kəsilişlərdəki elastiki dalğaların sürət xüsusiyyətləri
çökmə qat daxilində stratiqrafik və litofasial müxtəliflikdən asılı olaraq ümumi
tendensiyadan fərqlidir. Belə ki, alloxton örtüklərin altında bəzi sahələrdə V
lay
qiy-
mətinin təkrarlanmaları məhz böyük amplitudlu üstəgəlmələrlə bağlıdır.
Seysmik kəşfiyyat məlumatlarına görə Mehdiabad (Ruşan) – Qalacıq, Gir-
dimançay, Sabir-Xilmilli və Vəndam-Mərəzə profillərinin hər birində yer qabığının
kəsilişi 60 km-ə çatan (sərhəd sürəti 2,2-6,1 km/san, lay sürəti 2,2÷4,1km/san) müx-
təlif yaşlı Alpaqədər təməldən (lay sürəti 6,0÷6,6 km/san, sərhəd sürəti
6,1÷7,1km/san, orta sürət 4,0÷4,3 km/san) və kristallik qatdan (orta sürət 4,3÷6,6
km/san, lay sürəti 6,4÷8,2 km/san) ibarətdir. Kəsilişin aşağı hissələrində (25-40 km
intervalda) bəzi sahələrdə sürətin kəskin düşdüyü (10-20%) inversiya (aşağı sürətlər
zonası) zonaları qeyd edilmişdir. Moxoroviçiç sərhədi də profillərin hamısında
V
lay
=7,8-8,4 km/san sürətlə H=47-56 km intervallarda təsbit edilmişdir. MTZ mə-
lumatlarına əsasən hər bir profildə 3 qatlı kəsilişlər müəyyən edilmişdir.
- 1-ci qat nisbətən aşağı müqavimətli olub 1,5-dən 230 om. m xüsusi elektrik
müqavimətlidir.
-2-ci qat çökmə süxurlara uyğun gəlib 90 – 800 om. m xüsusi elektrik müqa-
vimətlidir.
-3-cü qat Alpaqədər təməl səthinə müvafiq olan yüksək və sonsuz xüsusi
müqavimətlidir.
Bəzi sahələrdə bəzən 4 və 5-ci qatlara da təsadüf olunur ki, bu qatlarda əsasən
kəsilişin daha dərin hissələrinə aid edilmişdir. ZMDÜ və MTZ materiallarının
əvvəllər aparılmış işlərin nəticələri ilə kompleks interpretasiyası həyata keçirilməklə
profillərin hər biri üzrə seysmogeoloji kəsilişlər tərtib edilmişdir. Tərtib edilmiş seys-
mogeoloji modellər kəsilişdəki sərhədlərin morfologiyasını, əsas dərinlik qırılmaları
zonalarını, dərinlik üzrə hiposentrlərin paylanmasını, yer qabığının ümumi qalınlığı-
nı, bütövlükdə Böyük Qafqazın cənub-şərq yamacında yer qabığının tektonik
quruluşunun əsas xüsusiyyətlərini öyrənməyə imkan vermişdir.
Aşağıda kompleks tədqiqat aparılmış profillərin analizi və şərhi verilmişdir.
Girdimançay (Ağsu-Qonaqkənd) profili 35 p.km uzunluqda olub Şamaxı-İs-
mayıllı seysmoaktiv zonasının əsas struktur elementlərini enlik istiqamətində kəsir.
Kəsiliş boyu 60 km dərinliyə qədər yer qabığının quruluşu müəyyən edilmiş 3, 7, 9,
10, 11 və 13-cü məntəqələrdə yarılma dislokasiya xətləri qeyd edilmişdir. 9,10 və 11
№-li məntəqələrdə ayrılmış tektonik pozulma 5-7 km enində bir zona kimi daha çox
ortoqonal, subenlik və enlik istiqamətli pozulmaların düyün nöqtəsi olaraq interpreta-
siya edilmişdir. Məhz bu zonada orta güclü zəlzələ ocaqlarına təsadüf edilir. Kəsilişdə
lay sürəti 2,35 km/san, 3,9 km/san, 6,5 km/san, 6,7km/san, 7,2 km/san, 7,7 km/san və
8,2 km/san olmaqla yer səthindən 1 km-dən 60 km-ə qədər dərinliyi əhatə edən
əksetdirici sərhədlər təsbit edilmişdir. Kəsilişdə 5 əsas seysmik sərhəd öz davamlılığı
ilə seçilir və onun bütün uzunluğu boyunca müxtəlif lay sürətləri ilə ayrılır. Çökmə
qat daxilində ayrılmış V
lay
=3,9 km/san sürəti daha çox Təbaşirin dabanı, Alt Yuranın
tavanına uyğun gəlir. Lakin çökmə qatın tektonik örtüklərlə mürəkkəbləşməsi zaman-
zaman sürət xüsusiyyətlərində dərinliyə doğru artma qanunauyğunluğunu pozur.
Gəraybəyli-Lahıc xətti boyunca Yuraya qədər təməl səthi V
lay
=6,0-6,4 km/san sürətlə
ayrılır. Bu seysmik sərhəd üzrə cənubdan şimala doğru pilləli qalxma qeyd olunur və
qalxmanın təməl üzrə maksimal amplitudu 2,5-3,5 km təşkil edir. Növbəti alt qat
V
lay
=7,1-7,2 km/san sürətlə xarakterizə olunur. Bu qat cənubdan şimala doğru əhə-
113
miyyətli dərəcədə qalınlığını azaldaraq Girdimançayın orta axarında V
lay
=7,0 km/san
sürətlə xarakterizə olunan intruziv kütlə ilə yarılmaya məruz qalmışdır. Girdimançay
kəsilişinin ən mühüm xüsusiyyəti burada 30-47 km dərinlik intervalında aşağı sürətlər
zonasının (riolit qatının) olmasıdır. Kür depressiyasına keçiddə bu qatın qalınlığı 17 km,
Lahıc-Burovdal kəsimində isə daha az, 7-8 km təşkil edir. Məhz bu qatın mövcudluğu
İsmayıllı yarımzonasında zəlzələlərin intensivliyini artırır. Belə ki, daha az sıxlıqlı və
özüllülüyü az olan bu qat bir növ zəlzələ generatoru rolunu oynayır. Moxoroviçiç
səthi profilin cənub hissəsində 50 km dərinlikdə, mərkəzi hissədə isə 58 km dərinlik-
də ayrılmışdır. Qısa bir məsafədə amplitudun belə böyük qiymətdə (8 km) düşməsini
Kür depressiyasından Böyük Qafqaza keçid zonasının olması ilə əlaqələndirmək olar.
Əsas zəlzələlərin hiposentrləri 10-20 km intervalda müşahidə olunur ki, bu da
daha çox Alpaqədər təməl səthinə və 15-24 km dərinlikdə ayrılmış «Konrad» səthinə
uyğun gəlir. Demək olar ki, bütün zəlzələlər az və ya çox dərəcədə tektonik
pozulmalar və onların düyün nöqtələrinə təsadüf edir. Yalnız bir sıra zəif zəlzələ
ocaqlarına blok daxili 3-cü dərəcəli qırılma zonalarında, qismən isə tektonik örtükdə
(0-10 km) rast gəlmək mümkündür. Ruşan (Mehdiabad)-Qalacıq profili əvvəllər
tədqiqat aparılmış Qalacıq-Xınalıq profilinin cənub kəsimidir.
Strukturları en istiqamətində kəsən bu profil faktik olaraq Druca, Daşağıl-Lahıc,
Basqal-Pirəküşkül, Alazan-Əyriçay pillələrində kəsmişdir. Kəsilişdə 6,4 km/san lay sürəti
ilə xarakterizə olunan Alpaqədər təməl səthi, 7,0 km/san sürətlə aralıq qat (qranit qat),
ondan altda isə 6,8 km/san sürətli aşağı sürətlər zonası müəyyən edilmişdir. Alpa-
qədər təməl səthi Acınohur və Alazan-Əyriçay pilləsində 9-10 km (bəzən 11 km),
Daşağıl-Lahıcda 8 km, Druca və Zəngi-Qozluçayda 6-8 km intervalda təsbit
edilmişdir. Qranit qat 15-25 km intervalda, aşağı sürətlər zonası isə cənubda 30-33
km, şimalda isə 35-37 km dərinliklərdə müəyyən olunur. Yer qabığının kəsilişi
Məlkamud, Zəngi-Qozluçay, Vəndam, Daşağıl-Müdrəsə və Alazan-Əyriçay ümum-
qafqaz istiqamətli dərinlik tektonik pozulmaları ilə çox güclü mürəkkəbləşməyə
məruz qalmışdır. Strukturları en istiqamətdə və ortoqonal istiqamətində kəsən tekto-
nik pozulmalar üzrə əhəmiyyətli amplitud yerdəyişmələri qərbdən şərqə və şimaldan
cənuba doğru pilləli-bloklu quruluşu formalaşdırmışlar. Seysmotektonik cəhətdən ən
təhlükəli sahə Təzəkənd və Lahıc zonaları qəbul edilir. Əsas zəlzələ ocaqları məhz bu
zonalarda qeyd olunmuşdur. Kəsiliş üzrə yer qabığının qalınlığı 51-57 km təşkil edir.
Moxoroviçiç səthində lay sürəti 7,8 km-dən 8,2 km-ə qədər dəyişilir.
Sabir-Xilmilli profili faktik olaraq Şamaxı-İsmayıllı seysmoaktiv zonasının
şərq kənarında olmaqla strukturları en istiqamətində kəsib keçmişdir. Bu profil yalnız
Zəngi-Qozluçay, Basqal-Pirəküşkül və Şamaxı-Ceyrankeçməz tektonik pillələrini
kəsdiyindən digər kəsilişlərə nisbətən daha sadədir. Cənubdan profil Acıçay-Ələt,
Daşağıl-Müdrəsə, Zəngi-Qozluçay 1-ci tərtibli dərinlik qırılmalarını kəsmiş, onların
çoxsaylı şaxələrini və pozulma zonalarını təsbit etməyə imkan vermişdir. Kəsilişin üst
hissəsi (çökmə qat) daha çox cənub istiqamətdə çevrilmiş üstəgəlmələrlə (örtük)
mürəkkəbləşdiyindən burada səlis və davamlı seysmik əksetdirici sərhədlər ayırmaq
mümkün olmamışdır. Yalnız 5-7 km dərinlikli intervallarda (Təbaşirin dabanı) 120-
600 om.m xüsusi elektrik müqavimətli sərhəd ayırmaq mümkün olmuşdur. Basqal-
Pirəküşkül tektonik örtüyü içində bir sıra sahələrdə V
lay
=3,0 km/san və V
lay
=3,5÷4,0
km/san sürətli diskret seysmik sərhədlərə təsadüf edilir. Yer qabığının dərinlik quru-
luşunu mürəkkəbləşdirən Acıçay-Ələt, Zəngi və Müdrəsə qırılmaları şimal yatımlı
olub intensiv amplitud dəyişmələrinin yaranmasına səbəb olur. Göründüyü kimi, bu
qat Şamaxı-İsmayıllı seysmoaktiv zonasının bütün ərazisində müşahidə edilir və
114
şimaldan-cənuba onun qalınlığı artır, qərbdən-şərqə isə azalır. Alpaqədər təməl səthi
kəsilişin cənubunda 12-14 km, mərkəzində 9-11 km, Xilmillidə isə 9-10 km
dərinlikdə yatmışdır. Təməl səthində müşahidə olunan kəskin amplitud yerdəyişməsi
uzununa istiqamətli dərinlik tektonik pozulmalar boyunca baş vermişdir.
Zəlzələ hiposentrləri əsas etibarilə Göylərdağ, Acıdərə və Sündü kəndləri
zonasında müşahidə edilir. Bu zonalar isə daha çox dərinlik qırılmalarının kəsişmə
düyünləri və blokların sərhədləri ilə əlaqədardır. Hiposentrlərin dərinliyi isə 0-15 km
intervalda (daha çox Alp təməlinin səthi üzrə) cəmləşmişdir. Sabir-Xilmilli zonasının
özəlliklərindən biri isə burada tektonik örtükdaxili horizontal sürüşmə xarakterli orta
güclü zəlzələ ocaqlarının olmasıdır.
Vəndam-Mərəzə profili 100 km uzunluğunda olub Böyük Qafqazın dağətəyi
zonasına paralel keçərək, Ruşan (Mehdiabad) - Qalacıq, Girdimançay və Sabir-
Xilmilli profillərini uyğun olaraq 7, 6 və 3 №-li məntəqələrdə kəsmişdir. Kəsilişin üst
hissəsinin tərtib edilməsi zamanı geoloji planalma və dərin buruq qazma materialla-
rından istifadə edilmişdir. Kəsilişdə lay sürətləri 4,1 km/san, 5,6 km/san, 6,2 km/san,
6,5 km/san, 6,8 km/san, 7,4 km/san, 7,8 km/san və 8,4 km/san olan seysmik əksetdiri-
ci səthlər və müqaviməti ρ=2-60 om.m, ρ =80-600 om.m və ρ =∞ olan bir sıra sərhəd-
lər müəyyən edilmişdir. Alpaqədər təməl səthinə müvafiq olan 6,0 - 6,4 km/san sürətli
seysmik sərhəd Qəbələ zonasında (qərbdə) 6 km dərinliyə aid edilmiş, şərqə doğru
getdikcə bu sərhəd en istiqamətli, xüsusilə də Şəki-Qəbələ, Ax-oxçay, Şahsoltanlı-Di-
yallı, Girdimançay, Ağsu-Dəvəçi, Günəşli-Dibrar, Sabir-Xilmilli və Ləngəbiz -Nabur
dərinlik qırılmaları ilə kəskin düşməyə məruz qalaraq şərqdə Mərəzə meridianında
(Acıdərə sahəsi) 13-14 km dərinlik intervalında yatmışdır. Sumağallı-Qurbanəfəndi
zonasında (mərkəzi Topçu kəndi) Alpaqədər təməl səthi Buynuz intruziyası ilə yarıla-
raq onun fasiləsiz izlənməsinə imkan vermir. Məhz Topçu kəndindən 2-3 km cənubda
mövcud olan intensiv zəlzələ ocağı Buynuz intruziyasının cənub cəbhəsi ilə əlaqədar-
dır. Yer qabığının dabanını ifadə edən Moxoroviçiç sərhədi 47-52 km dərinlik hüdud-
larında dəyişir. Kəsilişdə aşağı sürətlər zonasının şərti qalınlıqları müəyyənləş-
dirilmişdir. Bu qatın böyük qalınlıqlı sahələri daha çox seysmik proseslər generasiya
etmək qabilliyyətinə malikdir. Zəlzələ hiposentrləri qərbdən şərqə doğru yer səthinə
daha yaxın yerələşir. Belə ki, əgər Vəndam-İsmayıllı zonasında hiposentrlər 20-30
km intervala, İsmayıllı-Girdiman blokunda 15-20 km intervala təsadüf edirsə, şərqdə
Şamaxı yarımzonasında hiposentrlər nisbətən dayazda (0-12 km) qeyd olunur. Bu isə
onunla bağlıdır ki, Şamaxı yarımzonasının zəlzələləri daha çox Basqal-Pirəküşkül
tektonik örtüyünün tektonik plandakı vəziyyətindən və Şamaxı-Ceyrankeçməz
paraavtoxtonunun enlik istiqamətli pozulmalarla mürəkkəbləşməsindən asılıdır.
Tektonik inkişafın və struktur zonallığın xüsusiyyətləri nəzərə alınaraq aparıl-
mış geoloji-geofiziki tədqiqatlara əsasən Şamaxı-İsmayıllı seysmoaktiv zonası hüdud-
larında 4 istiqamətli (ümumqafqaz, enlik, ortoqonal və suben) dərinlik qırılmaları və
paraavtoxton, allaxtonlar ayrılmışdır (şəkil 2).
Yuxarıda ayrı-ayrılıqda şərhi verilən geofiziki işlərin ümumi analizindən belə
nəticəyə gəlmək olar ki, zonada tektonik örtüklər ümumqafqaz istiqamətli dərinlik
qırılmaları ilə sərhədlənir və enlik istiqamətli qırılmalarla zonanın bloklu quruluşu
müəyyənləşir. Ortoqonal istiqamətli dərinlik qırılmaları hər iki istiqamətli qırılmalarla
kəsişərək zonada geoloji-tektonik quruluşu olduqca mürəkkəbləşdirir. Regenerasiya
olunmuş suben istiqamətli qırılmalar isə qədim dərinlik qırılmaları olub yalnız Alp
təməlində əks olunurlar.
115
Mövcud texnoloji vasitələrlə Şamaxı-İsmayıllı seysmoaktiv zonasının geoloji-
tektonik quruluşunun, tektonik pozulma zonalarının müasir geoloji aktivliyinin və s.
geoloji-geofiziki xüsusiyyətlərin öyrənilməsi bu gün zamanın tələbinə cavab verir. Bu
istiqamətdə aparılmış tədqiqatlar ölkənin iqtisadi inkişafında mühüm yeri olan yeni
filiz və qeyri-filiz faydalı-qazıntı yataqlarının yerinin müəyyənləşdirilməsində,
həmçinin yeni şəhərsalma işlərində informativ baza rolunu oynayır.
116
ƏDƏBİYYAT
1.
Геология Азербайджана. Тектоника. Баку: Nafta-Press, т. 4, 2005.
2.
Quliyev E.E. «Şamaxı-İsmayıllı seysmoaktiv zonasının seysmikliyi və onun dərinlik qu-
ruluşu ilə əlaqəsi» mövzusuna dair magistr dissertasiya işi. Bakı: Bakı Universiteti, 2007,
96 s.
3.
Əliyev Ə.M, Qaralov B.Ə., Xəlilov V.Ə., Quliyev E.E. Şamaxı-İsmayıllı seysmoaktiv
zonası «Seysmogeodinamik atlas», Eko və TSN, Bakı: 2006.
4.
Шихалибейли Э.Ш. Некоторые проблемные вопросы геологического строения и
тектоники Азербайджана. Баку: Элм, 1996, 215 с.
К ГЕОФИЗИЧЕСКИМ ОСНОВАМ ГЕОЛОГО-ТЕКТОНИЧЕСКОГО
СТРОЕНИЯ ШЕМАХИ-ИСМАИЛЛИНСКОЙ ЗОНЫ
В.Г.РАМАЗАНОВ, Э.Э.ГУЛИЕВ
РЕЗЮМЕ
В статье, на основании геофизических данных, выяснен ряд особенности геолого-
тектонического строения Шемахи-Исмаиллинской зоны, в частности, установлено бло-
ковое строение выявленных в регионе тектонических покровов, определена роль раз-
ного порядка и направления разрывных структур в их формировании и обоснованы
возможности использования полученных данных в различных отраслях народного
хозяйства.
ABOUT GEOPHYSICAL BASES OF THE GEOLOGICAL-TECTONIC STRUCTURE
OF SHEMAKHA-ISMAYILLI ZONE
V.G.RAMAZANOV, E.E.GULIYEV
SUMMARY
The authors elucidate a number of features of the geological-tectonic structure of
Shemakha-Ismayilli zone on the basis of geophysical data, in particular, establish the block
structure of the tectonic covers revealed in the region, determine the role of the different order
and the direction of explosive structures in their formation and ground opportunities of using
the received data in various branches of national economy.
117
Dostları ilə paylaş: |