BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Fizika-
riyaziyyat elmləri seriyası
2015
İNFORMATİKA
UOT 004.048
OFFICE 365 VƏ ACTIVE DIRECTORY SİNXRONİZASİYASI
N.Ə.QULİYEV
*
,
F.N.KƏRİMOV
**
*
Bakı Dövlət Universiteti,
**
Dövlət Neft Fondu
natigguliyev@yahoo.com
frhd.info@gmail.com
Bu məqalə Microsoft sirkətinin proqram təminatı sahəsində son yeniliklərindən olan
Office 365-
in xüsusiyyətlərinə həsr olunmuşdur. Aydındır ki, dünyada artıq bu yeni proqram
paketindən geniş istifadə olunmağa başlanılmışdır. Bu məqalədə isə Office 365 ilə Active
Directory-
nin inteqrasiya məsələləri araşdırılmışdır. Bu nöqteyi-nəzərdən təqdim olunan
məqalə aktualdır.
Açar sözlər: Office 365 Exchange, Active Directory, AD with Cloud, Office 365 Sync
with AD, Office 365 və Active Directory sinxronizasiyası.
Son dövrlər müasir kompüterlərdə Office 365- in geniş tətbiqləri orada
bəzi əməliyyatları yeni platformada həyata keçirmək istəklərini meydana
gətirmişdir. Office 365 dünyanın məşhur Microsoft şirkətinin son nailiyyət-
lərindəndir. Office 365 artıq kompüterlərdə bir çox sahələrdə tətbiq olun-
maqdadır. Hətta kompüter şəbəkələrinin bəzi sahələrində yeni yanaşmalarda
həyata keçirmişdir.
Belə aktual məsələlərdən biri də Office 365 ilə Active Directory (AD)-
ni inteqrasiya etmək məsələsidir. Təbii ki, bu mümkündür. Amma əvvəllər bu
məsələni AD FS istifadə edərək həll etmək olurdu. Lakin belə bir sual meydana
gəlirdi ki, bunu AD FS istifadə etmədən necə etmək olar? Bir az araşdırma
apardıqdan sonra məlum oldu ki, Office 365 yenilənib və bu yenilənmə ilə
Office 365 üzərində yeni bir funksiya “Active Directory Synchronization”
var.
Başqa bir sual da ondan ibarət idi ki, ancaq bu funksiyasını istifadə edərək
inteqrasiya etmək mümkündürmü? Məhz bu sahədə araşdırma apamağı
qərarlaşdırdıq və burada praktik olaraq sınaq həyata keçirdik. Bu praktikanın
digər istifadəçilər üçün də faydalı olması üçün bu tədqiqatın nəticələrini
103
məqalə halında çap etməyi qərarlaşdırdıq, ona görə ki, digər insanlar da bundan
istifadə edə bilsin.
Yəqin ki, Office 365 haqqında eşitmisiniz. Office 365 bulud texno-
logiyasıdır, hansı ki, özündə bir neçə xidmətlər birləşdirib. Biz bu məqalədə
Office 365-
in poçt xidmətindən istifadə etmişik.
Məsələnin qoyuluşu
Tutaq ki,
Office 365 üzərində poçt xidmətimiz və eyni zamanda daxili
domain strukturumuz var. Biz istəyirik ki, daxildə olan istifadəçilər eyni
istifadəçi adı və şifrələri ilə eyni zamanda Office 365 üzərində yerləşən poçta
daxil ola bilsinlər. Yuxarıda da qeyd etdiyimiz kimi biz bunu ADFS istifadə
etmədən həyata keçirtmək istəyirik.
Həllin mərhələləri
Bu məsələni həll etmək üçün iki ədəd virtual maşın və Trial Office 365
istifadə edilir. Onların adları aşağıda göstərilmişdir.
1. VM- Domain Controller | EXAM.LOCAL
2. VM- TMG, eyni zamanda Sync Server
3. Trial Office 365- KHIRDALAN.ONMICROSOFT.COM
Bu araşdırmamıza başlamaq üçün ilk öncə “Active Directory Domain
and Trusts”
idarəetmə pəncərəsinə daxil oluruq. Bura “UPN Suffixes”ə Office
365`də istifadə etdiyimiz domain- i daxil edirik.
Bundan
sonra isə “Active Directory Domain and Trusts” adı üzərində
siçanın sağ düyməsini sıxıb, “Properties”ə daxil oluruq.
Bundan
sonra isə bizi “UPN Suffixes” pəncərəsi qarşılayır. Bizə də
məhz bu pəncərə lazımdır. Sonar isə Office 365 domain-imizi bura daxil edirik.
104
Burada n
ümunə üçün “Active Directory Users and Computers”`də
“Farhad Karimov” adlı istifadəçi açırıq və onun “Properties” bölməsinə daxil
oluruq. Bundan sonra
isə “Account” TAB bölməsinə keçirik və domain adını
dəyişirik.
105
Bundan sonra
isə Office 365- ə daxil oluruq.
Bundan sonra
isə aşağıdakı kimi bizi Office 365- in Admin mərkəzi
qarşılayır.
106
Bu zaman açılan pəncərədən isə “Users and Groups” bölməsinə daxil
oluruq
, sağ tərəfdə “Active Directory Synchronization” qarşısındakı “SET
UP”
düyməsinə sıxırıq. Bunu etdikdən sonra isə daha bir pəncərə açılacaq,
burada isə Office 365 üzərində aşağıdakı şəkildə göstərilən funksiyasını aktiv
edirik.
Bundan sonra
isə artıq Directory Sync Tool`u serverimizi yükləməliyik.
Bunun üçün yuxarıdakı pəncərədə “Download” düyməsinə sıxırıq.
Gördüyünüz kimi alət bizim təyin etdiyimiz yerə yükləndi.
Onu da qeyd ed
ək ki, Sync Tool- u ən aşağısı Windows Server 2008
SP2
və ya Windows Server 2008 R2 SP1 üzərinə yükləyə bilərsiniz. Əgər,
qeyd etdiklərimizdən aşağı olsa, aşağıdakı xətanı alacaqsınız.
Digər tələb isə ən aşağısı .Net Framework 3.5 SP1 və ya .Net
Framework 4.0
serverdə yüklənməlidir. Əks halda xüsusi xəta xəbardarlığını
alacaqsınız.
107
Digər nəzərə almalı olduğunuz bir məsələ isə ondan ibarətdir ki, siz bu
aləti Domain Controller olan server üzərinə yükləməməlisiniz. Əks halda
uyğun xüsusi xəta xəbardarlığını alacaqsınız.
Ümumiy
yətlə, Microsoft şirkəti məsləhət görür ki, Sync Tool- u ayrı bir
server üzərinə qurasınız. Onu da qeyd edək ki, sınaq mühiti olduğuna görə biz
TMG 2010 üzərinə qurmuşuq. Təbii ki, real mühitdə siz bəzi təhlükəsizlik
qaydalarına əməl etməlisiniz.
Sonra isə yüklədiyimiz alətin üzərinə vururuq və bir az gözləyirik. Bir
az gözlədikdən sonra isə aşağıdakı pəncərə ekrana gəlir.
Burada “NEXT” düyməsinə sıxaraq davam edirik.
Bundan sonra
açılan pəncərədən qaydaları oxuduqdan sonra qəbul edib,
davam edirik.
108
Yuxarıdakı pəncərədə aləti hara yazacağımızı bizə göstərir. Heç bir
dəyişiklik etmədən, davam edirik və yüklənmənin bitməsini gözləyirik.
Yüklənmə bitdikdən sonra isə bunun haqqında məlumat verən pəncərə
gəlir. Burada işarəni qaldırırıq və serveri yenidən başladırıq. İşarəni ona görə
qaldırdıq ki, özümüz sonradan bunu yenidə sazlamalı olacayıq.
Server yenidən başladıqdan sonra isə işçi masada yerləşən proqramın
işarəsinin üzərinə vururuq.
Bu zaman
sazlama pəncərəsi ekrana çıxacaqdır. Burada “NEXT”
düyməsinə sıxaraq, davam edirik.
Növbəti açılan pəncərədə isə Office 365-də istifadə etdiyimiz
Administrator hüquqlarına malik olan, Administrator istifadəçisini qeyd edirik
və “NEXT” düyməsinə sıxaraq davam edirik.
109
Bundan
sonra isə daxildə yerləşən domaində istifadə etdiyimiz
Administrator istifadəçisinin məlumatlarını qeyd edirik.
Növbəti pəncərə gördüyünüz kimi aktiv deyil. Burada “NEXT”
düyməsinə sıxaraq davam edirik.
Bundan sonar meydana
gələn pəncərədə isə mütləq “Enable Password
Sync”`
bölməsini qeyd etmək lazımdır. Ona görə ki, bizim daxildə istifadə
etdiyimiz şifrələri eyni zamanda Office 365- də də istifadə edə bilək. Sonra isə
sazlamaların bitməsini gözləyirik.
Sazlamalar bitdikdən sonra qarşımıza çıxan növbəti pəncərədə göstə-
rilən uyğun bölməni qeyd etməklə, Active Directory üzərində olan istifadəçiləri
Office 365-
ə sinxronizasiya edə bilərik. Amma bunu işarə etmirik, çünki
sonradan bunu Powershell üzərindən necə həyata keçirtmək lazımdır, onu
göstərmək istəyirik.
110
Burada
“FİNİSH” düyməsinə sıxaraq, sazlamaları tamamlayırıq.
Qəbul olunmuş qaydada Active Directory üzərində yerləşən istifadəçilər
72 saat ərzində Office 365- ə sinxronizasiya olunur. Təbii ki, bu qədər gözləyə
bilmərik. Bunun üçün bir neçə Powershell əmri icra edərək, bunu həyata
keçirdirik. İlk öncə onu nəzərinizə çatdıraq ki, artıq proqramın qovluğunun
içərisində Powershell scripti var, bu scripti istifadə edərək, əl ilə özümüz
sinxronizasiya edə bilərik.
Bunun üçün “C:\Program Files\Windows Azure Active Directory
Sync\” yoluna daxil oluruq.
Burada isə aşağıdakı scriptin üzərinə sıxırıq:
DirSyncConfigShell.psc1
Sonra açılan pəncərədə isə aşağıdakı əmri yazmaq lazımdır:
Start-OnlineCoexistenceSync
111
Sinxronizasiyanın uğurla həyata keçdiyini təsdiq etməyimiz üçün
“Event Viewer”-
ə daxil oluruq və buradakı loglara nəzər salırıq.
İndi isə yenidən Office 365 üzərinə daxil olaq və əmin olaq ki, Active
Directory daxilində açdığımız istifadəçi Office 365 üzərində də var.
Gördüyünüz kimi
burada istifadəçinin qarşısında Active Directory ilə
sinxroniza
siya olunması barədə məlumat verilir.
İndi isə bu istifadəçi ilə Office 365- ə daxil olaq. Yoxlayaq görək
həqiqətən daxil ola bilirik ya yox.
112
Yuxarıdakı şəkildə də gördüyünüz kimi uğurla Office 365 üzərinə daxil
ola bildik
. Artıq bu yolları istifadə edərək, digər istifadəçiləri də Office 365 ilə
sinxronizasiya edə bilərik. Nəticədə biz aktual bir məsələni həll etmiş olduq.
Elektron p
oçt xidməti Office 365 üzərində yerləşən insanlar üçün bu çox
əhəmiyyətli, aktual bir mövzudur.
Müasir dövrdə İnternetdə bulud texnologiyalarının geniş tətbiqləri
kompü
ter istifadəçiləri üçün xüsusən geniş imkanlar açmışdır. Dünyada idarə,
müəssisələrin, korparasiyaların və fərdi şəxslərin bulud texnologiyasından
geniş miqyaslı istifadəsi müşahidə olunmaqdadır. Son dövrlər bulud texnolo-
giyasını geniş dəstəkləyən Office 365 proqram təminatının da geniş tətbiqləri,
insanların Şəbəkədə istifadə etdiyi bir çox xidmətləri, məsələn, daha çox
istifadə olunan poçt xidmətini də bu yeni sistemə uyğunlaşdırmaq aktual
məsələlərdən birinə çevrilmişdir. Bu baxımdan bu məqalədə göstərilən və
addım- addım tətbiq olunan model Office 365 ilə Active Directory (AD)-ni
inteqrasiya etmək üçün kifayyətdir.
ƏDƏBİYYAT
1.
Таненбаум Э. Компьютерные сети. 4-е издание. СПб: Питер, 2009, 992с.
2.
Matthew Katzer, Don Crawford. Office 365: Migrating and Managing Your Business in the
Cloud. Apress 2013, s.680.
3.
Anthony Puca, Julian Soh. Microsoft Office 365 Administration Inside Out. Microsoft
Press 2013, s. 870
СИНХРОНИЗАЦИЯ OFFICE 365 И ACTIVE DIRECTORY
Н.А.ГУЛИЕВ, Ф.Н.КЕРИМОВ
РЕЗЮМЕ
Эта статья посвящена программе Office 365, являющаяся одним из последних
достижений в области программного обеспечения компании Microsoft. Ясно, что уже во
всём мире широко используется данный программный пакет. В данной статье
исследованы задачи интеграции Office 365 и Active Directory. С этой точки зрения статья
очень актуальна.
Ключевые слова: Office 365 Exchange, Active Directory, AD with Cloud, Office
365 Sync with AD,
синхронизация между Office 365 и Active Directory.
113
SYNCHRONIZATION OF OFFICE 365 AND ACTIVE DIRECTORY
N.A.GULIYEV, F.N.KARIMOV
SUMMARY
This article is devoted to the features of Microsoft Cloud Based Office 365. As we
know, cloud based systems are spreading all over the world. The paper studies integration
issues of Office 365 and Active Directory.
Key words: Office 365 Exchange, Active Directory, AD with Cloud, Office 365 Sync
with AD, Office 365 and Active Directory Synchronization.
Redaksiyaya daxil oldu: 01.12.2015-ci il
Çapa imzalandı: 12.02.2016-cı il
114
Document Outline - UOT 004.048
- OFFICE 365 VƏ ACTIVE DIRECTORY SİNXRONİZASİYASI
- N.Ə.QULİYEV*, F.N.KƏRİMOV**
- *Bakı Dövlət Universiteti, **Dövlət Neft Fondu
- natigguliyev@yahoo.com
- frhd.info@gmail.com
- Bu məqalə Microsoft sirkətinin proqram təminatı sahəsində son yeniliklərindən olan Office 365- in xüsusiyyətlərinə həsr olunmuşdur. Aydındır ki, dünyada artıq bu yeni proqram paketindən geniş istifadə olunmağa başlanılmışdır. Bu məqalədə isə Office 36...
Dostları ilə paylaş: |