BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
T
əbiət elmləri seriyası
2015
UOT 911. 52
ALTIAĞAC MİLLİ PARKININ LANDŞAFTI
T.O.İBRAHİMOV, M.Ə.ZEYNALOVA
Bakı Dövlət Universiteti
maya.zeynall55@mail.ru
M
əqalə Altıağac Milli Parkının təbii landşaftlarının tədqiqinə həsr olunmuşdur. Milli
Parkın irimiqyaslı landşaft xəritəsi tərtib olunmuşdur.
Açar sözl
ər: milli park, relyef, geoloji struktur, landşaft kompleksi, torpaq-bitki örtüyü ,
kolluq, çöl v
ə meşə kompleksi.
Altıağac Milli Parkı Azərbaycan Respublikası Prezidentinin sərəncamı
il
ə 2004-cü il 31 avqust tarixində Xızı və Siyəzən rayonlarının inzibati əra-
zil
ərində yaradılmışdır. Əvvəllər Azərbaycan hökumətinin 2 mart 1990-cı il
tarixli q
ərarı ilə dövlət meşə fondu hesabına Altıağac Dövlət Təbiət Qoruğu
yaradılmışdır. Altıağac qoruğu Xızı rayonu ərazisində 4438 ha sahədə təşkil
edilmişdir. Sonralar Altıağac Milli Parkı Altıağac Dövlət Təbiət Qoruğu baza-
sında və ona qonşu olan ərazilər hesabına 11035 ha sahədə yaradılmışdır.
Milli Parkın yaradılmasında əsas məqsəd Böyük Qafqazın cənub-şərq
yamaclarının, təbii landşaft komplekslərinin qorunub saxlanılması, bərpası,
eroziya prosesl
ərinin qarşısının alınması və bu zonada bitki və heyvan növ-
l
ərinin, bir sözlə biosenozun qorunması və bərpasıdır.
Relyef formaları ilə əlaqədar yamacların baxarlığı da landşaftların for-
malaşmasında mühüm rol oynamışdır. Orta və yüksək dağlıqda bu amilllik
t
əsiri ilə yaranan müxtəliflik daha aydın nəzərə çarpır.
Landşaft xəritəsinin tərtibi zamanı başlıca olaraq N.Ş.Şirinov, M.Ə.Sü-
ley
manov (1964), M.A.Müseyibov, M.Ə.Süleymanov (1966), X.İ.Ömərova
(1966), M.A.Müseyibov (1981), M.M.Əlirzayev (1981), M.A.Müseyibov və
başqaları (1975), A.A.Mikayılov (1983), S.A.Əlibəyov (1985) və s. müəl-
lifl
ərin tədqiq olunan əraziyə dair yazdıqları əsərlərdən istifadə edilmişdir.
Ərazinin landşaft tipləri və yarımtipləri haqqında daha düzgün təsəvvür
yaratmaq üçün bir sıra səciyyəvi komplekslərin təsvirinin verilməsini vacib
hesab edirik.
160
T
ədqiqat zamanı Altıağac Milli Parkının ərazisində 4 landşaft komplek-
si (tipi) ayırmışıq. Bunlar alçaq dağlığın quru çöl və kolluqları, alçaq dağlığın
meşə kompleksi, orta dağlığın meşə kompleksi və həmçinin orta və qismən
yüks
ək dağlığın fıstıq-palıd meşələri kompleksidir.
Geoloji, geomorfoloji, relyef, torpaq-bitki örtüyünün müxt
əlifliyini nə-
z
ərə alıb, göstərilən landşaft kompleksləri daxilində bir neçə landşaft növləri
ayırmışıq.
I. Alçaq dağlığın quru çöl və kolluqları kompleksi
Bu tip landşaftlar dağarası düzənliklərdə, yaylalarda, dağətəyi düzən-
likl
ərdə və dağların yamaclarında geniş yayılmışdır.
Ərazidə çöl kompleksinin müxtəlif şəraitə malik olması burada 3 yarım
tipin ayrılmasına imkan verir: alçaq dağlığın humid çölləri, alçaq dağlığın quru
çöll
əri və alçaq dağlığın kserofit kolluğu quru çölləri.
a)
Alçaq dağlığın humid çölləri
Parçalanmış yaylada, qaramtıl və meşədən sonrakı bərkimiş tünd şaba-
lıdı torpaqlar üzərində yayılmış ağ ot, şırımtıl topal və taxıllı-müxtəlif otlu
humid çöll
ər.
Bu kompleks B
ulanlıq çayından şərqdə, Altıağac qəsəbəsi ilə Vərdağ
k
əndli arasındakı sinklinal yaylanı və Dübrar dağ massivinin nisbətən alçaq
şərq yamacınıəhatə edir. Əsasən 400-450 m hündürlüyə malik sahələrdə yayıl-
mışdır. Bulanlıq çayın sağ sahillərində isə 750-810 m yüksəkliyə çatan Yed-
dibulaq monoklinal tir
əsində də bu kompleks geniş ərazi tutur.
b)
Alçaq dağlığın kserofit kolluqlu quru çölləri
Bu landşaft yarım tipi təqdid olunan ərazidə Xələc silsiləsinin əsasən
c
ənub baxarlı yamaclarını əhatə edir. Parçalanmış yamaclarda, tam inkişaf
etmiş dağ qəhvəyi torpaqlar üzərində yayılmış qaratikan, nar kolları və seyrək
taxıl bitkilərindən ibarət quru çöllər inkişaf etmişdir.
Bu landşaft növü Xələc tirəsinin, cənub yamaclarını və qismən də dağ
yamaclarını əhatə edir. Bu kompleks dördüncü dövrün kontinental çağıldaşları,
gill
əri və konqlomeratları üzərində formalaşmışdır. Yamaclar əsasən seyrək
kserofit kolluqlarla quru çöl bitkil
ərinin qatışığından ibarət formasiyalarla
örtül
müşdür.
Bitki-torpaq müxt
əlifliyini və digər xüsusiyyətləri nəzərə alıb bu land-
şaft kompleksi daxilində 8 landşaft növü ayırmışıq (1-8).
I. Z
əif parçalanmış alçaq dağlığın yayla və çökəkliklərində şabalıdı və
tünd şabalıdı dağ torpaqlarında ağot, yovşan-ağot və daşlayan; 2. Dağlıq-tə-
p
əlik, tirə və yaylaların tünd-şabalıdı və meşədən sonrakı qəhvəyi dağ torpaq-
larında çöl bitkiləri və şivlək; 3.Parçalanmış alçaq dağ və yaylanın tünd
şabalıdı və meşədən sonrakı boz-qəhvəyi dağ torpaqlarında kolluqlar (palıdın
üstün olduğu, qaratikan və Pallas murdarçası ilə); 4. Alçaq dağ və yaylaların
q
əhvəyi meşə və meşədən sonrakı qəhvəyi dağ torpaqlarında çöl bitkiləri ilə
birlikd
ə palıd, palıd-vələs meşə və kolluqlar; 5. Parçalanmış alçaq dağlığın dik
161
yamac
larının boz-qəhvəyi, şabalıdı torpaqlarında qaratikan kolluğu və otlar; 6.
Alçaq dağlığın və parçalanmış yaylanın tünd şabalıdı dağ torpaqlarında ot,
yovşan ağ-ot; 7. Zəif parçalanmış alçaq dağlığın yayla və çökəkliklərində şa-
balıdı və tünd şabalıdı dağ torpaqlarında ağ ot, yovşan-ağot və daşdayan; 8.
Z
əif parçalanmış yaylanın meşədən sonrakı qəhvəyi və qaratorpağa bənzər
torpaqlarında ağ ot-daşlayan;
II.Alçaq dağlığın meşə kompleksi
Enliyarpaqlı meşə kompleksinin inkişafı əsasən ərazinin geomorfoloji,
oroqrafik quruluşu və iqlim şəraitindən asılıdır. Zəif parçalanmış yamaclarda
q
əhvəyi dağ-meşə və qonur meşə torpaqları üzərində yayılmış palıd, palıd də-
mirqara meşələri. Bu landşaft növü Milli Parkın 600 m-dək yüksəkdə olan
hiss
ələrini, Ata çayla Güneyqışlaq kəndi arasında, eyni ilə həmin yüksəklikdə
olan sah
ələri, kiçik yaylanın şimal-qərbini əhatə edir.
Burada
əsasən alçaq boylu (4-5 m) palıd və palıd-dəmirqara meşələri
üstünlük t
əşkil edir. Başlıca ağac növləri gürcü palıdı, dəmirqara, ağcaqayın,
dovşan alması, sarağan, armud və s.-dən ibarətdir. Yamacların aşağı hissə-
l
ərində meşə tədricən qaratikan, itburnu, böyürtkən kolları ilə əvəz olunur. Ot
örtüyü kifay
ət qədər sıx və müxtəlif olub, qarayonca, çiyələk, çoban toxmağı,
qatır otu və s. təşkil olunmuşdur.
Meşə və ot örtüyü altında dağqəhvəyi torpaqlar formalaşmışdır (humu-
sun miqdarı 3-5%). Yamacların aşağı hissələrindəki meşələr yaşayış məntə-
q
ələrinə yaxın olduğundan intensiv surətdə qırılmış və onların yerini hazırda
sıx kolluqlar tutmuşdur.
Bu landşaft kompleksi daxilində 8 landşaft növü ayırmışıq. (9-16). 9.
Orta parçalanmış qərb yamaclarda, qonur-dağ meşə torpaqlarda vələs, palıd,
qism
ən fıstıq; 10.Orta dərəcədə parçalanmış cənub, cənub-şərq yamaclarda
qonur dağ-meşə torpaqlarda vələs, zoğal, palıd; 11. İntensiv parçalanmış cənub
yamaclarda qonu
r dağ-meşə torpaqları üzərində vələs, palıd. 12. Zəif parçalan-
mış terraslarda allüvial meşə torpaqlarda qovax, vələs, söyüd, palıd; 13. Orta
parçalanmış cənub, cənub-şərq yamaclarda qonur – dağ-meşə torpaqlarda qa-
ratikan, yemi
şan, palıd; 14. İntensiv parçalanmış cənub yamaclarda qonur dağ-
meşə torpaqlarda palıd, vələs, qovax; 15. İntensiv parçalanmış şərq yamacların
qayalıqlarında vələs, palıd; 16. İntensiv parçalanmış cənub yamaclarda yuyul-
muş qonur –dağ-meşə torpaqlarda palıd, toz-ağacı
III. Orta d
ağlığın meşə kompleksi
Orta dağlığın palıdlı-fıstıqlı meşələri 1100-1200 m-ə qədər olan sahə-
l
ərdə yayılır. Bundan yüksəkdə palıd meşələri fıstıqla, fıstıq-vələs qarışığı olan
meşələrlə əvəz olunur. Tədqiq olunan ərazinin fıstıqlı, fıstıqlı-vələsli orta dağ
meşələri müxtəlif dərəcədə podzollaşmış dağ-meşə qonur, dağ-meşə qəhvəyi-
qonur torpaqlarında təxminən 1000-1800 m yüksəkliklərdə ifrat rütubətlənmə
şəraitində formalaşmışdır. Bu meşələr Altıağac MP-da geniş sahələr tutur.
Geoloji strukturu, geomorfoloji torpaq v
ə bitki örtüyünün müxtəlifliyini
n
əzərə alıb bu landşaft kompleksi daxilində aşağıdakı landşaft növlərini ayır-
162
mışıq. 17. Zəif parçalanmış yastı çökəklərdə meşədən sonrakı dağ qara torpaq-
larda yonca, çiy
ələk otu və seyrək vələs; 18. Orta parçalanmış qərb yamaclarda
qonur-
dağ-meşə torpaqlarında seyrək vələs, fıstıq; 19. Zəif parçalanmış terras-
lar üz
ərində allüvial meşə torpaqlarında qovax, qarağac, vələs; 20. İntensiv par-
çalanmış qərb yamaclarda, qonur dağ-meşə torpaqlarda vələs-fıstıq; 21. Orta
par
çalanmış cənub qərb yamacda qonur-meşə torpaqlarda vələs, ağcaqayın,
fıstıq; 22. Orta parçalanmış qərb yamaclarda qonur dağ-meşə torpaqlarda vələs,
palıd, fıstıq; 23. Zəif parçalanmış yamacların allüvial çəmən meşə torpaq-
larında vələs, söyüd; 24.İntensiv parçalanmış şimal-qərb yamaclarda qonur
meşə torpaqlarda vələs, fıstıq; 25. Orta parçalanmış şimal yamaclarda qonur
meşə torpaqlarda vələs, tozağacı; 26. Orta parçalanmış şimal-qərb yamaclarda,
qonur meşə torpaqlarda vələs, fıstıq.
IV. Orta v
ə qismən yüksək dağlığın fıstıq-palıd meşə kompleksi
Bu landşaft kompleksi Altıağac Milli Parkının daha yüksək ərazilərində
geniş yayılmışdır. Əsasən orta qurşağı və qismən də yüksək dağlığı əhatə edən
bu
ərazinin mütləq yüksəkliyi dəniz səviyyəsindən 1000-1600 m-ə qədər
hündürlükd
ə olan sahələri əhatə edir. Bu qurşaqda palıd və palıd-vələs meşələri
il
ə yanaşı fıstıq meşələri də yayılmışdır. Fıstığın üstünlük təşkil etdiyi meşələr
ən çox dəniz səviyyəsindən 1400-1600 m hündürlüklər arasında yerləşir.
Altıağac MP ərazisinin orta meşə qurşağında şimal yamaclar təmiz fıstıq, şərq
v
ə qərb yamaclar fıstıq-vələs, palıd vələs meşələri ilə örtülüdür.
B
əzi tədqiqatçılar tərəfindən (Prilipko, 1954; B.Ə.Budaqov, 1961;
N.K.K
ərəmov, 1966) meşə zonasının yuxarı sərhəddi 2300 m yüksəklikdən ke-
çirilm
əsi qəbul olunmuşdur. Bu sərhəd özü də iqlimin və insanın təsiri nəti-
c
əsində tez-tez dəyişir. Aşağı və orta dağlığın relyefi güclü və orta dərəcədə
parçalanmış düzəlmə səthlərindən və gətirmə konuslardan ibarətdir. Bu ərazi
yura dövrünün qum,
əhəng daşı və gilli şistlərindən təşkil olunmuşdur. İllik
yağıntının miqdarı 750-1300 mmdir. Meşə landşaftı böyük sahə tutur, ancaq
meşə hər yerdə bütöv areala malik deyil. Meşəarası sahələr yüksək dağ xüsu-
siyy
ətli kolluqlara tutulub. Şimal yamaclarda subalp meşələri tez-tez yüksək
otlu meşədən sonrakı çəmənliklərə növbələşir. Yamacların ekspozisiyasından
asılı olaraq Böyük Qafqazın meşələrində bir neçə meşə formasiyaları ayrıl-
mışdır: Qonaqkənd dağ massivində fıstıq meşələri yuxarıdan subalp çəmən-
likl
əri ilə əhatələnir. Əlçatmaz və dik yamaclarda bu meşələr az qırılmışdır.
Buna V
əlvələçaydan şərqdə yerləşən meşəni misal göstərmək olar. Fıstıq me-
şələri burada vələs, ağcaqayın, palıd, tozağacı və başqa ağac qarışıqlarına
malikdir (Prilipko, 1954).
Bu landşaft kompleksi daxilində torpaq-bitki örtüyünün müxtəlifliyini
n
əzərə alıb aşağıdakı landşaft növlərini ayırmışıq (27-33): 27. İntensiv parça-
lanmış qərb yamaclarda qonur dağ-meşə torpaqlarda fıstıq; 28.İntensiv parça-
lanmış, şimal-şərq yamaclarda qonur meşə torpaqlarda fıstıq, qismən vələs; 29.
İntensiv parçalanmış, cənub-şərq yamaclarda qonur meşə torpaqlarda fıstıq,
palıd ; 30. İntensiv parçalanmış, şərq və şimal səmtli yamaclarda qonur meşə
163
torpaqlarda fıstıq, qismən vələs; 32.Orta parçalanmış qərb yamaclarda qonur-
q
əhvəyi meşə torpaqlarda fıstıq-palıd; 33. İntensiv parçalanmış şimal qərb
yamaclarda qonur meşə torpaqlarda fıstıq, qismən palıd.
Alt
ıağac milli parkının landşaft xəritə-sxemi
Altıağac Milli Parkının landşaft xəritəsinin legendası
Dağlıq landşaft sinfi
I. Alçaq dağlığın quru çöl və kolluqları kompleksi
1.
Z
əif parçalanmış alçaq dağlığın yayla və çökəkliklərində şabalıdı və
tünd şabalıdı dağ torpaqlarında ağot, yovşan-ağot və daşlayan; 2.Dağlıq-
t
əpəlik, tirə və yaylaların tünd-şabalıdı və meşədən sonrakı qəhvəyi dağ
torpaqlarında çöl və şivlək; 3.Parçalanmış alçaq dağ və yaylanın tünd şabalıdı
v
ə meşədən sonrakı boz- qəhvəyi dağ torpaqlarında kolluqlar (palıdın üstün
olduğu, qaratikan və Pallas murdarçası ilə); 4.Alçaq dağ və yaylaların qəhvəyi
meşə və meşədən sonrakı qəhvəyi dağ torpaqlarında çöl bitkiləri ilə birlikdə
palıd, palıd-vələs meşə və kolluqları; 5.Parçalanmış alçaq dağlığın dik
yamaclarının boz-qəhvəyi, şabalıdı torpaqlarında qaratikan kolluğu və otlar;
6.Alçaq da
ğlığın və parçalanmış yaylanın tünd şabalıdı dağ torpaqlarında ot,
yovşan ağot; 7.Zəif parçalanmış alçaq dağlığın yayla və çökəkliklərində
şabalıdı və tünd şabalıdı dağ torpaqlarında ağ ot, yovşan-ağot və daşdayan;
8.Z
əif parçalanmış yaylanın meşədən sonrakı qəhvəyi və qara torpağa bənzər
torpaqlarında ağ ot-daşlayan.
II. Alçaq dağlığın meşə kompleksi
1.Orta parçalanmış qərb yamaclarda qonur-dağ meşə torpaqlarda vələs,
palıd, qismən fıstıq; 2.Orta dərəcədə parçalanmış cənub, şimal-şərq
164
yamaclarda qonur-
dağ-meşə torpaqlarda vələs, zoğal, palıd; 3.İntensiv par-
çalanmış cənub yamaclarda qonur dağ-meşə torpaqları üzərində vələs, palıd;
4.Z
əif parçalanmış terraslarda allüvial meşə torpaqlarda qovax, vələs, söyüd,
palıd; 5.Orta parçalanmış cənub, cənub-şərq yamaclarda qonur-dağ-meşə
torpaqlarda qaratikan, yemi
şan, palıd; 6.İntensiv parçalanmış cənub
yamaclarda qonur-
dağ-meşə torpaqlarda palıd, vələs, qovaq; 7.İntensiv par-
çalanmış şərq yamacların qayalıqlarında vələs, palıd; 8.İntensiv parçalanmış
c
ənub yamaclarda yuyulmuş qonur-dağ-meşə torpaqlarda palıd, tozağacı.
III.Orta dağlığın meşə kompleksi
1.Z
əif parçalanmış yastı çökəklərdə meşədən sonrakı dağ qara tor-
paqlarda yonca, çiy
ələk otu, və seyrək vələs; 2.Orta parçalanmış qərb ya-
maclarda qonur-
dağ-meşə torpaqlardan seyrək vələs, fıstıq; 3.Zəif parça-
lanmış terrasları üzərində allüvial meşə torpaqlarında qovax, qaraağac, vələs;
4.
İntensiv parçalanmış qərb yamaclarda, qonur-dağ-meşə torpaqlarda vələs-
fıstıq; 5.Orta parçalanmış cənub-qərb yamacda qonur-meşə torpaqlarda vələs,
ağcaqaym, fıstıq; 6.Orta parçalanmış qərb yamaclarda qonur dağ-meşə
torpaqlarda v
ələs, palıd, fıstıq; 7.Zəif parçalanmış yamacların allüvial çəmən
meşə torpaqlarında vələs, söyüd; 8. İntensiv parçalanmış şimal-qərb ya-
maclarda qonur meşə torpaqlarda vələs, fıstıq; 9. orta parçalanmış şimal
yamaclarda qonur meşə torpaqlarda vələs, tozağacı; 10.Orta parçalanmış
şimal-qərb yamaclarda, qonur meşə torpaqlarda vələs, fıstıq.
IV. Orta v
ə qismən yüksək dağlığın fıstıq-palıd meşələri
1.İntensiv parçalanmış qərb yamaclarda qonur-dağ-meşə torpaqlarda
fıstıq; 2.İntensiv parçalanmış, şimal-şərq yamaclarda qonur meşə torpaqlarda
fıstıq qismən vələs; 3.İntensiv parçalanmış, cənub-şərq yamaclarda qonur
meşə torpaqlarda fıstıq, palıd; 4.İntensiv parçalanmış, şərq və şimal səmtli
yamac
larda qonur meşə torpaqlarda fıstıq, qismən vələs; 5.Orta parçalanmış,
sü
rüşməli, uçqunlu cənub-şərq yamaclarda qonur meşə torpaqlarda fıstıq,
qism
ən vələs; 6.Orta parçalanmış qərb yamaclarda qonur-qəhvəyi meşə
torpaqlarda fıstıq- palıd; 7.İntensiv parçalanmış şimal-qərb yamaclarda qonur
meşə torpaqlarda fıstıq, qismən palıd
ƏDƏBİYYAT
1.Budaqov B.Ə. Azərbaycanın müasir və qədim buzlaşması. Bakı, 1965, 168 s
2.Əliyev H.Ə., Həsənov X.H. Təbiətin keşiyində. Bakı: Maarif, 1993, 311 s.
3
.İbrahimov T.O. Azərbaycanın Milli Parkları. Bakı, 2015, 380 s.
4.İbrahimov T.O. Azərbaycanın qoruqları. Bakı, 2015, 180 s.
5.Müseyibov M. v
ə başqaları “Azərbaycan SSR-in landşaft xəritəsi (1:600000) SSRİ Nazirlər
Soveti
yanında Baş geodeziya və kartoqrafiya idarəsi. M., 1975
6.
Алиев Г.А. Почвы Большого Кавказа ( в пределах Азeрб, ССР). Баку: Элм, 1978, 208 с.
7. Труды заповедников Азербайджана. Вып. 3, 1967, 280 с.
8. Заповедники Кавказа. М.: Мысль, 1990, 365 с.
165
ЛАНДШАФТЫ АЛТЫАГАЧСКОГО НАЦИОНАЛЬНОГО ПАРКА
Т.О.ИБРАГИМОВ, М.А.ЗЕЙНАЛОВ
РЕЗЮМЕ
Статья посвящается исследованию природных ландшафтов Алтыагачского На-
ционального Парка. Была составлена крупная ландшафтная карта Национального Парка.
Ключевые слова: национальный парк, рельеф, геологическая структура, ланд-
шафтный комплекс, почвенно-растительный покров, степной и лесной комплекс
LANDSCAPE OF ALTIAGAJ NATIONAL PARK
T.O.IBRAHIMOV, M.A.ZEYNALOVA
SUMMARY
This article deals with the study of the natural landscape of Altiagaj National Park. As
a result of the investigation, the landscape map of Altiagaj National Park was prepared.
Key words: national park, geological feature, landscape complex, soil vegetation,
prairie and forest complex
Redaksiyaya daxil oldu: 08.10.2015-ci il
Çapa imzalandı: 04.12.2015-ci il
166
Document Outline - Dağlıq landşaft sinfi
- I. Alçaq dağlığın quru çöl və kolluqları kompleksi
- II. Alçaq dağlığın meşə kompleksi
- IV. Orta və qismən yüksək dağlığın fıstıq-palıd meşələri
Dostları ilə paylaş: |