130
yaranıb inkişaf etdiyini söyləmişdir. Bu zaman o, idealizist fəlsəfədən deyil,
t
əbii-tarixi materializm və dialektik metoddan çıxış etmişdir.
Bu is
ə göstərir ki, təbiətşünaslığın inkişafına təbiəti təhrif olunmuş
şəkildə əks etdirən idealist fəlsəfə deyil, təbii-tarixi materializm və mahiyyətcə
(
dünyanı əslində olduğu kimi, yəni hərəkət, dəyişmə, inkişaf halında əks
etdirm
ək cəhətdən ona uyğun olan dialektikcəsinə yanaşma əsasında əks
etdir
ən fəlsəfə kömək edə bilər.
T
əbiətşünaslığın və əvvəlki fəlsəfənin, xüsusilə klassik alman fəlsəfəsi-
nin Hegel
dialektikası və Feyerbax materializminin müsbət cəhətlərini tənqidi
sur
ətdə yenidən işləməklə yanaşı təbiətşünaslığın da mühüm nailiyyətlərinin
ümumil
əşdirilməsi əsasında yaradılan dialektik-materialist fəlsəfə təbiət elmlə-
rinin
inkişafına çox böyük təsir göstərmişdir. Buna ondan da görmək olar ki,
t
əbiətşünaslıqdakı bütün böyük kəşflər ən azı düşünülmədən, kortəbii, yəni
t
əbii-tarixi materializm mövqeyində duran təbiətşünaslar tərəfindən edilmişdir.
F
əlsəfi materializmin yüksək tarixi forması olan dialektik materializmin yaran-
ma
sı fəlsəfənin təbiətşünaslıqla qarşılıqlı əlaqəsində yeni vəziyyət yaratdı. O,
artıq xüsusi elmlərə onların konkret tədqiqatları zamanı mütləq rəhbər tutul-
malı olan tamamilə spekulyativ həlləri sırıyan «elmlər elmi» olmaqdan çıxaraq
başqa elmlərə münasibətində metodologiya, elmi idrakın universal metodu,
müxt
əlif elmlərdə konkret tədqiqatların verdiyi məlumatları təhlil edib
ümumilşdirməsinə yaradıcılıqla tətbiq edən F.Engels özünün «Anti-Dürinq»,
«T
əbiətin dialektikası», «Lüdviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu»
adlı əsərlərində, habelə müasirləri ilə yazışmalarında müasiri olduğu təbiətşü-
nas
lığın nailiyyətlərinin fəlsəfi mənasını və əhəmiyyətini açıb göstərmişdir.
Engelsin v
əfatından sonra materiya haqqında təlimdə əsil inqilab yarada-
raq t
əbii-elmi idrakın materiyanın dərinliyinə nüfuz etdiyini göstərən funda-
mental k
əşflər V.İ.Lenin tərəfindən dialektik materializm mövqeyindən təhlil
edilib ümumil
əşdirildi. Həmin kəşflərin, xüsusilə radioaktivlik və elektronun
k
əşfinin fəlsəfi təhlili göstərdi ki, onların mahiyyətini o zaman təbii-tarixi
materializm mövqeyind
ə duran təbiətşünasların əsas tutduqları metafizik
t
əfəkkür üsulu əsasında açmaq olmaz. Bundan ötrü adekvat metodoloji əsas
kimi
çıxış edən materialist dialektikanı tətbiq etmək lazımdır. Məhz belə
etm
əklə həmin kəşflərin mahiyyətini açmaq və təbiətşünaslığın sonrakı inkişa-
fı üçün mühüm əhəmiyyəti olan materiya, hərəkət, məkan, zaman, səbəbiyyət,
z
ərurət və s. kimi fəlsəfi kateqoriyaların təhlili verildi. Tədqiq olunan məsələ-
nin f
əlsəfi və təbii-elmi tərəflərinin fərqini anlamayaraq onların eyniləşdiril-
m
əsi əsasında materiya, onun mövcudluq formaları haqqındakı fəlsəfi anlayı-
şın idrakın inkişafı gedişində dəyişilən, aradan qalxaraq başqaları ilə əvəz
olunan t
əbii-elmi təsəvvürlərin aradan qalxmasını onların fəlsəfi anlayışının
aradan
qalxması (məsələn, materiyanın yox olması kimi) nəticəsinin
çıxarılmasının düzgün olmadığı göstərilərək materiyaya «…insana öz duyğusu
il
ə verilən, duyğularımızdan asılı olmayaraq mövcud olan və duyğularımızla
sur
əti alınan, şəkli alınan, əks olunan obyektiv reallığı göstərmək üçün fəlsəfi
131
bir kateqoriya» (15,131) kimi t
ərif verilərək göstərildi ki, fəlsəfi kateqoriya
olan materiya
anlayışı onun haqqındakı təbii-elmi təsəvvürlərlə bağlı olsa da
onlardan
əsaslı surətdə fərqlənir. Materiyanın (eynilə də onun atributları olan
h
ərəkət, məkan, zamanın) fəlsəfi anlayışı onun haqqındakı təbii-elmi təsəvvür-
l
ərdən daha geniş olub sonuncular inkişaf etdikcə daha da zənginləşib
d
ərinləşir. Lakin fəlsəfi anlayış daha geniş və ümumi olduğundan idrakın
inkişafı gedişində əsaslı dəyişikliklərə uğrayan və bəzən, hətta, aradan qalxa-
raq yenil
ərilə əvəz olunan təbii-elmi təsəvvürlərdən fərqli olaraq heç zaman
kökünd
ən dağılaraq aradan qalxır. Buna görə də fəlsəfi kateqoriya olmaqla
materiya (el
əcə də hərəkət, məkan, zaman, səbəbiyyət və s.) anlayışını onun
haqqındakı konkret təbii-elmi təsəvvürlərlə eyniləşdirmək olmaz. Çünki
bunlar f
əlsəfi və təbii-elmi kimi iki müxtəlif məsələdir və onların eyniləşdiril-
m
əsi həmin fəlsəfi anlayışlara qarşı mübarizəsində idealizmə «əsas» verir.
T
əbiətşünaslığın inkişafı üçün böyük metodoloji əhəmiyyəti olan bir çox
f
əlsəfi müddəalar içərisində materiyanın tükənməzliyi müddəasının mühüm
əhəmiyyəti olmuşdur. Elektronun kəşfi ilə əlaqədar olaraq atom kimi onun da
tük
ənməz olması haqqında söylənilən həmin müddəanı şüurlu, bəzən də
düşünmədən rəhbər tutan fiziklər materiyanın son dərəcə mürəkkəbliyini, onun
d
ərkinin tükənməzliyini aşkara çıxarmışdır.
Qeyd etm
ək lazımdır ki, təbiət elmlərinin, xüsusilə onun aparıcı sahələ-
rind
ən olan fizikanın coşğun inkişafı, yeni-yeni qanunauyğunluqlarının aşkara
çıxarılıb öyrənilməsilə əlaqədar olaraq ədəbiyyatda az-çox yaxın gələcəkdə
fiziki
idrakın başa çatacağı, təbiətin bütün fundamental qanunlarının tam və
q
əti dərk olunub tükənəcəyi və bununla da fizika elminin sonunun çatacağı
fikrini ir
əli sürüb müzakirə edirlər (18, 100; 11). Lakin materiyanın tükənməz-
liyi müdd
əası belə iddiaların əsassızlığını göstərir. Elmi idrakda böyük evristik
əhəmiyyətini aşkara çıxaran həmin prinsip alimləri materiya, onun növləri,
strukturu v
ə xassələrinin, qanunauyğunluqlarının öyrənilməsi sahəsində
qazanılan biliklərlə kifayətlənməyərək idrak obyektlərinin dərk olunmasını
daha da d
ərinləşdirməyə, onun yeni-yeni tərəflərini, əlaqə və münasibətlərini
aşkara çıxarıb öyrənməyə sövq edir. Bu da idrakı metafizik birtərəflilikdən,
donuqluqdan qoruyar, elmi t
ədqiqatın yeni-yeni aspektlərini, istiqamətlərini,
inkişaf perspektivlərini müəyyənləşdirər, idrakın hərtərəfliliyi haqqında
dialektika prinsipini t
əmin edər.
B
əhs etdiklərimiz elmin məzmununa və inkişaf məntiqinə uyğun gələn
qabaqcıl fəlsəfənin, xüsusilə onun yüksək forması olan dialektik materializmin
t
əbiətşünaslıq üçün əhəmiyyətini, rəhbər metodoloji rolunu aydın göstərir.
Bunu
başa düşən geniş dünyagörüşlü təbiətşünas alimlər təbiət elmlərinin
inkişafı üçün fəlsəfənin əhəmiyyətini dönə-dönə qeyd etmişlər. Məsələn, fizi-
ka
nın ümumiləşdirici fəlsəfəyə möhtac olduğunu qeyd edən tanınmış alman
fiziki M.Born bildirir ki, «ist
ənilən müasir təbiətşünas alim, xüsusilə hər bir
n
əzəriyyəçi fizik dərindən inanır ki, onun işi sıx surətdə fəlsəfə ilə çulğaşır və
f
əlsəfi ədəbiyyatı ciddi surətdə bilmədən onun işi boş-boşuna olacaqdır» (3,