Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı


 Layihənin qısa texniki müddəaları



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   2   3   4   5   6   7   8   9   10   ...   81

2.5.1. Layihənin qısa texniki müddəaları 
Zavod  hər  birinin  yandırma  gücü  250  min  ton  olan  2  texnoloji  xətdən  və  elektrik 
enerjisi istehsal edən turbindən ibarət  olacaqdır.  
Təqdim edilən ERF zavodunun quruluşu 4 əsas hissədən ibarətdir: 
  Zavoda zibildaşıyan maşınlarla gətirilən bərk məişət tullantıları qəbul şöbəsində 
qreyfer kranının köməyi ilə qəbuledici bunkerə verilir; 
  Bunkerdən bərk məişət tullantıları yükləmə bunkerinə, oradan isə hidravlik itələyici 
ilə yandırma qəfəsinə verilir. Qəfəsdə yaranan kül şlakayırma sistemində ayrılır.  
  Ayrılan istilik utilizator qazanda emal olunur və elektrik enerjisi istehsal edən 
turbinlərdə elektrik enerjisi alınır.  
  Ayrılan qazlar mərhələli təmizləmə sisteminə verilir 
 
Zavod kütləvi yandırma texnologiyasından istifadə edəcək və hər biri 8. 500 kJ kg
1
 
iki  axın  vasitəsilə,  hər  biri  saatda  33  ton  olmaqla  şəhər  tullantılarını  emal  etmək 
potensialına malik olacaqdır.  
Layihəyə  əsasən,  tullantının  yandırılması  sayəsində  yaranan  istilik  sobanın  bir 
hissəsi  olan  su  buxarı  qaynadıcısınıa  bərpa  olunur.  Qaynadıcıda  yaranan  yüksək 
temperaturlu  buxar  hava  ilə  sərinlənən  kondensatorla  əlaqəsi  olan  turbo-generator 
kondensatorunu  qidalandırır.  Proses  zamanı  təxminən  37 meqavat  elektrik  yaranır  ki, 
bunun  5  meqavatını  ERFzavod  özü  istehlak  edəcəkdir,  qalan  -  təxminən  32  MW  isə 
11KV/110 kV artıran transformator vasitəsilə yerli elektrik şəbəkəsinə ötürüləcəkdir.   
Sahədə  emal  edilməsi  mümkün  olmayan  tullantıların  avadanlığa  gətirilməsini 
minimuma  endirmək  üçün  bütün  cəhdlər  göstəriləcəkdir.  Buraya  hansı  növ  tullantının 
məqbul  olması  ilə  bağlı  tullantı  daşıyıcılarını  məlumatlandırmaq,  eləcə  də  bəzi  hallarda 
tullantı  təminatçısının  prosedurlarının  auditini  aparmaq  daxildir.  Bundan  əlavə  Operator 
İdarəetmə  Sisteminin  bir  parçası  kimi  tullantıların  icazə  verilənlərə  uyğunluğunu  təmin 
etmək  üçün  mütəmadi  olaraq  rast  gələn  seçim  əsasında  tullantı  yoxlamaları  həyata 
keçiriləcək.  Uyğun  olmayan  tullantı  müvafiq  lizensiyalı  yerə  atılma  üçün  saxlanmaqla 
müvəqqəti karantinə alınacaqdır. 
Texnologiyaya  əsasən,  bərk  məişət  tullantıları  kran/qreyferlə  bunkerdən  çıxarılıb 
ötürülmə  mexanizminə  boşaldılır.  Tullantılar  ötürücü  novun  aşağı  hissəsində  odluğun 
girişindən  keçir  və  şəbəkəyə  ötürülür.  Ötürücü  lövhənin  sonluğundakı  pilləli  xüsusiyyət 
tullantının  şəbəkəyə  tökülməsinə  səbəb  olur  və  bununla  da  yığılmış  materialı  paylayır. 
Yüklənmə sistemi elə işlənib hazırlanır ki, əməliyyatın hermetik aparılması və ventilyator 
nəzarət sisteminin  yüklənmə zamanı odluğun təzyiqindəki dəyişikliklərə reaksiya verməsi 


təmin edilsin və ya odluq daxilində tüstünün yaxud artıq hava axının çıxmasının qarşısını 
alan mənfi təzyiqi saxlaya bilsin. 
Zavodda  MARTİN  soba  sistemindən  istifadə  olunacaq.  Soba  aşağıdakı  mühüm 
xüsusiyyətləri özündə əks etdirir: 
  Yaxşı  qarışma,  yanma  və  alovun  yerləşməsi  nəzarətini  təmin  etmək  üçün  səyyar  soba 
çərçivələri “əks istiqamətdə” hərəkət edəcək. 
  Yüksək  dərəcəli  tökmə  material  ilə  yayınmaların  qarşısını  almaq  üçün  soba  çərçivələri 
hazırlanıb. 
  Soba  çərçivələri  şlakların  yaranması  miqdarını  azaltmaq  üçün  tərtib  olunub  və  şlak 
yaranmasının qarşısını almaq üçün xüsusi hərəkət sisteminə malikdir. 
  Soba çərçivəsini dəstəkləmək üçün uzantı qurğuları da əlavə edilib. 
Sobanın  hərəkəti  əlavə  isti  nöqtələrin  və  artıq  şlak  yaranmasının  qarşısını  alır  və 
sistemdə  yüksək  keyfiyyətli  yanmanı  təmin  edir.  Yanmanın  əsas  hissəsinə  nəzarət 
olunması ilə, sobanın dibi yekun yanma üçün kifayət qədər əraziyə və sıx materialın daha 
yaxşı yanması üçün yaranan  ara boşluqlara malik olur. 
Yanan  şəhər  tullantısı  layına  ilkin  hava  axını  yanaşı  çərçivələrin  arasındakı 
təxminən  2  mm  ölçüsündə  boşluqlar  vasitəsilə  verilir.  Bu  balaca  hava  boşluqları  yüksək 
müqavimət  yaradır  və  sobanın  hər  bir  zonasının  səthi  üzərində  eyni  bərabərdə  hava 
paylanmasına  səbəb  olur.  Bu  dizayn  xüsusiyyətləri  nəticəsində,  tullantı  yatağında 
“kraterlər” və ya soyuq nöqtələr yaranır və beləliklə, zəif yanmanın qarşısı alınır. Soba 26° 
bucaq  altında  quraşdırılaraq,  şəhər  tullantısının  qarışmasını  və  sobanın  dibinə  doğru 
hərəkətini artırmaq üçün müxtəlif mərhələlərə bölünən bir neçə işləmə bölməsindən ibarət 
olur. 
Tam  genişlikdə  tənzimlənə  bilən  kül  boşaldıcı  sobadakı  şəhər  tullantısının 
qalınlığını tənzimləmək üçün və qalıq boşaltmanın səviyyəsinə nəzarət etmək üçün sobanın 
sonuna yerləşdirilib. Kül boşaldıcı əsasən iki əsas hissə, struktur polad gövdə və mexaniki 
sürüngəcdən ibarətdir.  
Yanma  havası  sistemi  stabil  hava  təzyiqi  vəziyyəti  altında  tənzimlənir  və  idarə 
edilir.  Daimi  yanacaq  qatı  altından  ötürülən  hava  təzyiqi  yanma  havası  ventilyatorunun 
axınına nəzarətlə şəbəkənin girişində avtomatik saxlanılır.  
Yanma  havasının  ventilyatorları  məişət  tullantılarının  saxlanma  bunkerinin 
yuxarısındakı havanı çəkir, beləliklə, qoxu və hava ilə qarışan toz boşaltma məntəqəsindən 
və/və  ya  boylerdən  yanma  xəttinə  aparılır.  Qazanxanadan  hava  istiqamətləndirici  kanalla 
da çıxarıla bilər. Bunkerin üzərində hava qəbuledici şəbəkə quraşdırılmışdır. 


Hər  yanma  kamerası/qazanı  2  səbəbdən  iki  yardımçı  qaz  odluğu  ilə  təmin 
edilmişdir: 
  Soyuq vəziyyətdə işə salınmazdan əvvəl və qurğunun söndürülməsi  zamanı yanma 
kamerasında temperaturu yüksəltmək məqsədilə. 
  İşlənmiş qazın emissiyaları üzrə AŞ Direktivi (2000/76/AŞ) ilə uyğunluğunu təmin 
etmək  məqsədilə  (temperatur  850°C-dən  aşağı  düşərsə,  şəbəkədə  bərk  məişət 
tullantıları  olduğu  müddətdə  temperaturu  saxlamaq  üçün  yardımçı  odluğun 
avtomatik işləməsini  tələb edir). 
 
İstilik enerjisi su boru boyleri vasitəsilə dəm qazlarından təmizlənir.  Hər bir boyler 
bərk  məişət  tullantılarının  yandırılması  üçün  spesifik  olaraq  tərtib  edilib  və  bu  dizayn 
podratçının bu sahədəki uzun müddətli təcrübəsinin nəticəsidir. CNİM boyleri korroziyaya 
davamlı  material  və  müxtəlif  istilik  mübadiləsi  səthlərinin  yeri  baxımından  müxtəlif  cür 
yanaşma tələb edə bilər, bununla belə istənilən halda 850C/2 saniyə tənzimləyici şəraiti və 
yandırma  nəzarəti  saxlanılmalıdır.  İnconel-in  təklif  olunan  dizaynı  T=  850°C/2san 
tələbinin yanma diaqramı sahəsində qarşılanması ilə müəyyənləşdirilir. Bu müddəa CNİM 
şirkətinin ətraf mühit tələblərinə  uyğun şəkildə tərtib edilmə ilə bağlı CNİM öhdəliklərinə 
uyğundur.  
Havanın və yanacağın yaxşı paylanmasını təmin etmək üçün temperaturun bərabər 
paylanmasının təmin edilməsi və qaynar nöqtələrin yaranmasına imkan verilməsi zəruridir.   
Səmərəli  yanma  üçün  yüksək  dəm  qazı  temperaturları  çox  zəruridir.  Tələb  olunur 
ki, son hava iynəsi 6% oksigen ilə birlikdə ən azı iki saniyə müddətində  veriləndən sonra 
temperatur 850°C-ni keçməlidir.  
Soba  qəfəsinin  daimi  hərəkətdə  olması,  qırmızı  közərmiş  yanan  kütləni  fasiləsiz 
qarışdırır,  bununla  da  eyni  cinsli  yatağın  formalaşmasına  və  sobanın  başlığında  uçucu 
alovun  artmasına  səbəb  olur.  Üstəlik,  əks  fırlanan  qəfəs  qaynar  nöqtələrin  və  artıq  şlak 
yaranmasının  qarşısını  alır.  Sobanın  belə  fəaliyyəti  özünü  doğrultmuş  yanma  nəzarəti 
sistemi ilə birlikdə tullantının yüksək keyfiyyətlə yanmasını təmin edir. 
Tələb  olunan  qaydalara  uyğunluğu  təmin  etmək  üçün,  tullantıların  emissiyasını 
azaltmaq  və  külün  yanmasının  optimallaşdırılması  üçün,  yanma  prosesinin,  sobanın 
qarışmasının və çalxantısının yaxşılaşdırılması məqsədilə boylerin və sobanın dizaynında, 
podratçı  yanma daxili CFD  modelləşdirmə proqram təminatından (infra-qırmızı pirometr) 
istifadə edəcəkdir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə