Baba-zad ə Mehmanxana təsərrüfatı


Turizm iqtisadiyyatın əsas istiqamətidir



Yüklə 12,63 Mb.
Pdf görüntüsü
səhifə4/98
tarix28.11.2023
ölçüsü12,63 Mb.
#137554
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   98
Mehmanxana teserrufati

Turizm iqtisadiyyatın əsas istiqamətidir.
Heydər Əliyev
MÜƏLLİFLƏRDƏN
Mehmanxana və restoran biznesi turizm sənayesinin aparıcı 
amili və bazasıdır.
Mehmanxana biznesi turizm sənayenin digər sahələrindən fərqli 
olaraq müxtəlif və geniş təşkilati strukturlara malikdir (Məsələn, 
mehmanxanada yaşamaq, yemək, xidmətlərdən istifadə etmək, 
əylənmək və s.).
Respublikamız turizm sahəsində çox böyük potensiala malikdir. 
Turizmin inkişaf etdirilməsi ilə əlaqədar çox mühüm qərarlar veril­
mişdir. Bu qərarları əsas tutaraq və respublikamızda turizmin inkişafı 
amillərini qiymətləndirərək böyük işlər görülmüş və görülməkdədir. 
Buna baxmayaraq, Azərbaycanda turizmin müasir durumu və inkişaf 
səviyyəsi arzu edilən vəziyyətdə deyildir. Bunun bir çox səbəbləri 
vardır. Onlardan biri yerləşmə vasitələrində müasir vəziyyət və 
xidmətin səviyyəsidir.
Hal-hazırda 
iri 
şəhərlərlə 
müqayisədə 
Bakı 
şəhərində 
mehmanxana bazasının məhdudluğu (nömrə fondunun az olması), 
xüsusən iki və üç ulduzlu (Əlavə 1) mehmanxanaların, demək olar ki
yoxluğu («Abşeron» mehmanxanası istisna olmaqla), regionlardakı 
mehmanxanalann texniki səviyyəsi, acınacaqlı vəziyyəti, köhnəliyi, 
xidmətlərin məhdudluğu və aşağı səviyyəsi, enerjinin mütəmadi verilmə­
məsi, texniki təchizatı və s. turizmin inkişafına mane olur.
Turistlərin Azərbaycana gəlişini 
fəallaşdırmaq məqsədilə 
dünyanın müasir mehmanxana təsərrüfatı bazarını öyrənmək və 
qabaqcıl mehmanxanaların iş təcrübəsini nümunə kimi qəbul etmək 
vacibdir. «Ümumdünya Turizm Təşkilatının (ÜTT) məlumatlarında qeyd
6
edilmişdir ki, dünyada 15-17 iş yerindən biri turizm sahəsinə və 
mehmanxana təsərrüfatına aiddir».*
Respublika Nazirlər Kabinetinin 16 iyul 2004-cü il tarixli qərarı ilə 
təsdiq olunmuş «Turist ekskursiya xidmətlərinin sertifikatlaşdırılması» 
qəbul olunmuşdur. Bu hüquqi normativ sənədlərdə, mehmanxana 
təsnifatının aparılması qaydalannın tətbiq edilməsi təqdirə layiqdir.
Öz evindən kənarda olan insanlara kompleks xidmətlər göstərən
xüsusən yaşamaq və yeməklə təmin edən müəssisə 

Yüklə 12,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə