Baba-zad ə Mehmanxana təsərrüfatı



Yüklə 12,63 Mb.
Pdf görüntüsü
səhifə22/98
tarix28.11.2023
ölçüsü12,63 Mb.
#137554
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   98
Mehmanxana teserrufati

Ernest Henderson
Ernest Henderson («Şeraton» şirkəti) 26 il ərzində möhtəşəm 
mehmanxana korporasiyası yaratmağa müvəffəq olmuşdur. Onun 
maliyyə hesabları, analitik zəkası, sağlam düşüncəsi, hissiyyatı, 
enerjisi, zəhmətkeşliyi adi «Şeraton» şirkətini dünya mehmanxana 
liderləri sırasına çıxarmışdı. Henderson 1967-ci ildə vəfat etmişdir. 
Həmin il onun 154 oteli var idi. Henderson uğurlu sövdələşmələr 
aparmaq ustası idi. O, sərfəli qiymətlərlə otel almağı, baha qiym ətə 
satmağı bacarırdı. Onun ağıllı hesablamaları və məqsədli işi həs­
saslığına, hissiyyatına, sentimentallığına, lirikasına üstün gəlirdi. 
Henderson mehmanxana biznesində lider kimi ad qoyub getmişdir.
S iya vu ş T eym ur 
o ğ lu Yeqanlı
Turizm müasir dövrün mühüm və daim 
inkişaf edən sosial-iqtisadi hadisə olmaqla 
bütün dünyaya öz geniş imkanlarını açır və 
ölkələrin 
müxtəlif 
sahəli 
iqtisadiyyatının 
inkişafının əsasını təşkil edir.
Bütün bu hadisələr müxtəlif xalqların 
iqtisadiyyatının, 
elm 
və 
mədəniyyətinin 
inkişafına böyük təkan vermişdir.
Turizm planetimizin xalqlarını bir-birinə 
yaxınlaşdırmış, 
onların 
bir-birinin 
tarixi, 
mədəniyyəti 
və 
adət-ənənələri 
ilə 
tanış 
olmasına şərait yaradaraq son nəticədə xalqlar
46
arasında qarşılıqlı anlaşmaya və dünyada sülhün möhkəmlənməsinə 
kömək etmişdir.
★* ** **
Туризм значительное и всевозрастающее социальное и 
экономическое явление современности, раскрыл всему миру свой 
огромный потенциал, как одним из существенных основ развития 
разносторонних отраслей экономики етих стран. Все эти явления 
оказали сильное влияние на подъём экономики, науки и культуры 
народов планеты.
Туризм сблизил народы нашей планеты, создал условия 
для ознакомления с историей, культурой, традициями друг друга и 
в 
конечном 
итоге способствовал 
взаимопониманию 
между 
народами и укрепил всеобщий мир.
*★ ** **
Tourism is the global phenomenon of the present life and it 
brought to the whole world inexhaustible potentiality of the economical 
and social growth inside and outside most of the countries influencing 
to the vast development of economy, science and culture on the 
definition of its own juridical ground and also? Tourism led to better 
understanding between the nations contributing to strengthening of the 
international peace and security in the world.
Siyavuş Teymur oğlu Yeqanlı - Azərbaycan turizm və m eh­
manxana sahəsində özünəməxsus yer tutur. Onu turizmin patriarxı da 
adlandırırlar. Bu mənsəbə və yüksəlişə Siyavuş Yeqanlı birdən 
gəlməyib. Böyük ailədə anadan olan, çətin həyat yolu keçən Siyavuş 
Yeqanlı zəhmətsevərliyi və inadkarlığı ilə öz yaşıdları arasında 
fərqlənirdi. Əmək fəaliyyətinə Qaradağ sement zavodunda fəhləlikdən 
başlayan Siyavuş Yeqanlı Pedaqoji Dillər institutunun ingilis dili 
fakültəsinə daxil olur və oranı müvəffəqiyyətlə bitirir. 1963-cü ildə 
«İnturist» sistemində tərcüməçi-bələdçi kimi işləyən Siyavuş Yeqanlı 
tezliklə Qana və Misir Ərəb Respublikasına tərcü məçi kimi ezamiyyətə 
göndərilir. Burada işlədiyi müddətdə o, yüksək peşəkarlıq nümayiş
47


etdirir. Turizm işini gözəl bilən və onu dərindən sevən Siyavuş Yeqanlı 
1969-cu ildə yenidən «İnturist» sistemində artıq turistlərə xidmət 
göstərən şöbənin müdiri kimi fəaliyyətə başlayır. Bu fəaliyyəti zamanı 
o, turizm və mehmanxana işinin incəliklərinə daha dərindən yiyələnir. 
Yüksək peşəkarlığa və liderlik xüsusiyyətlərinə malik olan S.Yeqanlı 
tez bir zamanda 1973-cü ildə respublikanın ən böyük mehmanxana 
kompleksinə - «Azərbaycan»a («İnturist» sistemi) müdir müavini təyin 
olunur. Bu vəzifədə işlədiyi zaman kollektivə rəhbərlik etmək və 
yüksək idarəçilik bacarığına malik olduğunu göstərir. Siyavuş Yeqanlı- 
nın təşəbbüskarlığı və səmərəli təklifləri turistlərə göstərilən xidmətin 
səviyyəsini və keyfiyyətini daha da artırır.
S.Yeqanlı turistlərin qəbul və xidmət şöbəsində yeni iş jurnalı 
tətbiq edir. Bu jurnalla mehmanxanaya gəlib-gedən turistlərin və 
həmçinin nömrələrin sayı dəqiq və düzgün aparılır.
Moskvada nəşr 

Yüklə 12,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə