B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə13/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   9   10   11   12   13   14   15   16   ...   131

 

38 


5.Həmin  tədbirlərin  təhsil,  tərbiyə  və  inkişaf  etdirici  təsirini 

öyrənmək  üçün  onu  təhlil  etməyi;  araşdırmağı  ümumiləşdirilməyi 

bacarmaq. 

    Sinifdənxaric  və  məktəbdənkənar  işlərin  lazımi  səviyyədə 

keçirilməsi  də  nəzarətin  düzgün  qurulmasından  mühüm  dərəcədə 

asılıdır.    Məktəb  rəhbərliyi  tərəfindən  aparılan  nəzarətdə  bunları  əsas 

götürməlidir:  Müəllimlərin  öyrənilməsinə  diqqəti  artırmalı,  onların 

fəaliyyətindəki  müsbət  və  zəif  cəhətləri  aşkara  çıxarmalı,  eləcə  də 

çatışmamazlığın  aradan  qaldırılması  yollarını  bilməli  və  onu  həyata 

keçirməlidir. 

Yuxarıda 

söylənilənlərə 

istinad 

edərək 


ümumtəhsil 

məktəblərində  fiziki  tərbiyə  təliminin  təşkili  zamanı  öyrədən  və 

öyrənənlərin  fəaliyyətinin  tənzimlənməsində,  təlim  prosesinin 

stimullaşdırılmasında  aşağıda  göstərilən  pedaqoji-psixoloji  amillərlə 

sıx əlaqədar olduğu qənaətinə gəlir və onların tədris prosesində nəzərə 

alınmasını məqsədəuyğun və reallaşdırılmasını məğbul hesab edirik:  

1.Bədən tərbiyəsi müəllimlərinin fiziki tərbiyə üzrə hərtərəfli və 

dərin bilik, bacarıq və vərdişlərə yiyələnməsi. 

2.Tədris  prosesi  üçün  səmərəli  variantların  seçilməsi  onları 

müqayisə edərək tətbiqinə nail olunması. 

3.Ayrı-ayrı  mövzuların  mənimsədilməsində  müxtəlif  növ  uyğun 

üsulların,  metodların,  prinsiplərin,  vasitələrin  seçilməsi  və  onların 

kompleks  şəklində  planlaşdırılaraq  həyata  keçirilməsinin  tənzim 

edilməsi.  

4.Müxtəlif  növ  hərəkət  və  oyunların  öyrədilməsi  üçün  ayrılmış 

vaxtın  düzgün  və  optimal  bölgüsünün  aparılması,  vaxta  qənaət 

edilməsi, bütün bunların diqqətdə saxlanılması. 

5.Qabaqcıl təcrübəyə istinad edilməsi, əvvəllər qazanılmış bilik, 

bacarıq  və  vərdişlərin  əsasında  yeni  bilik,  bacarıq  və  vərdişlərin 

aşılanması, möhkəmləndirilməsi və dərinləşdirilməsi. 

6.Bədən  tərbiyəsi  müəllimi  və  şagirdlərin  fəaliyyətinin 

gücləndirilməsi,  tənzimlənməsi  və  stimullaşdırılması.  Bu  zaman 

şagirdlərin əsas diqqətinin başlıca məqsədə və vəzifələrə yönəldilməsi.  

      Təlimin  məzmununa,  məqsədinə  və  vəzifələrinə  uyğun 

stimul  yaradan,  tənzimləyən  tələb  və  prinsiplərdən  məqsədyönlü  

istifadə  edilməsi.  Tədris  prosesində  şagirdlərin  təlim    imkanlarının 

nəzərə  alınması,  tədris  şəraitinin  yaradılması,    idman    zalının,    oyun  



 

39 


meydançasının,    atletika  qaçış  cığırlarının,  atma  və  tullanma 

sahələrinin alət, avadanlıq, ləvazimatlarla təmin olunması. 

 

 

1.4. Fiziki tərbiyənin tədrisində fəal (interaktiv) təlimin 



tətbiqi mexanizmləri 

 

Müstəqil  Azərbaycanın  yeni  təhsil  sistemi  qlobal  dünyanın 



müvəffəqiyyətlərini  qəbul  edir.  Şəxsiyyətyönümlü  milli  təhsil 

sisteminə doğru istiqamətlənməklə yanaşı, həm də zəruri islahatları da 

həyata keçirir. Təhsil sahəsində aparılan islahatlar ümumtəhsil fənləri, 

o  cümlədən  fiziki  tərbiyə  təliminin  qarşısında  interaktiv  məzmun 

standartlarını,  müasir  təlim  strategiyalarını,  təlim  nailiyyətlərinin 

qiymətləndirmə 

mexanizmlərini, 

saglamlığın 

qorunması 

və 


reabilitasiyasını,  təlimin  pedaqoji  təşkilini  və  digər  parametrlərin 

uyğun tələbatlarını özündə əks etdirir. Buna görə də ənənəvi və müasir 

ümumbəşəri  texnologiyaların  tətbiqinə  səy  göstərməklə  yeni 

resursların hazırlanmasından ötrü məqsədyönlü iş aparılır. İlk növbədə 

təhsilin  Azərbaycan  Respublikasının  müstəqilliyinin  qorunub 

saxlanması  və  inkişaf  etdirilməsi  üçün  təlim-tərbiyənin  məzmununun 

zənginləşdirilməsinə,  müdafiə  qüdrətinin  artırılmasına  yönəldilmiş 

tədbirlər görülür. Belə ki, dövlət təhsil standartlarına əsaslanaraq ayrı-

ayrı idman fənləri üzrə tədris proqramı, dərslik, dərs vəsaiti və metodik 

tövsiyələrin  hazırlanması  tələbatını  irəli  sürür.  Xüsusən,  fiziki 

mədəniyyət  vasitələrinin  səmərəli  təşkili  məqsədilə  ənənəvi  təlimlə 

bərabər,  fəal-interaktiv  təlimində  mexanizmlərinin  hazırlanması  və 

tətbiqi  nəzərdə  tutulur.  Çünki,  gələcək  nəslin  sağlamlığının 

möhkəmləndirilməsi  milli  vətənpərvərlik  ruhunda  boya-başa 

çatdırılması və şəxsiyyət kimi formalaşdırılmasını onların hərtərəfli və 

harmonik  inkişafını  təmin  edən  idraki,  informatik-kommunikativ, 

psixomotor 

bacarıqlara  dünya  texnologiyalarını  yaradıcılıqla 

mənimsəyib tətbiqi zamanı yiyələnmək mümkündür. 

Müxtəlif  idman  növləri  üzrə  keçirilən  bədən  tərbiyəsi  dərsləri 

pedaqoji  prosesin  mühüm  formalarından  olduğu  üçün,  onların 

təşkilində  fəal  (interaktiv)  təlim  metodundan  istifadə  maraqlı,  önəmli 

və həmdə zəruri pedaqoji prosesdir.  



 

40 


Müşahidələrdən  və  ədəbiyyatın  təhlilindən  məlum  olmuşdur  ki, 

bu vaxta qədər fiziki tərbiyənin təlimi prosesində müəllim (öyrədən) və 

şagirdlərin (öyrənənin) qarşılıqlı təsirinin üç forması mövcuddur: 

1)  Əsrlərdən  bəri  təlim  prosesində  daha  çox  işlənən  passiv-

ənənəvi metod. 

2) Pedaqoqların diqqət mərkəzində olsada kifayət qədər  istifadə 

olunmayan fəal metod. 

3) Texnologiyanın inkişafı dövründə təlimdə tətbiqinə çox böyük 

ehtiyac duyulan interaktiv metod . 

Müşahidələrdən  aydın  olur  ki,  hazırki  dövrdə  fiziki  tərbiyənin 

təlimində  şagirdlərə  nəzəri  biliklərin  mənimsədilməsi  prosesində  və 

istərsə də ayrı-ayrı fiziki hərəkətlərin texnikasının öyrədilməsində hər 

üç  təlim  metodlarından  istifadə  edən  müəllimlər  vardır.  Bunlardan 

bəziləri  1-ci,  bəziləri  2-ci,  bəziləri  də  3-cü  formaya  istinad  edərək 

bədən  tərbiyəsi  dərslərini,  sinifdənxaric  və  məktəbdənkənar  kütləvi 

idman  sağlamlıq  tədbirlərini  təşkil  edirlər.  Həmin  təcrübələrə 

əsaslanaraq  göstərilən  təlim  metodlarının  səciyyəvi  xüsusiyyətlərini 

açıqlamağı  öyrədən  və  öyrənənlərin  fəaliyyətində  nəzərə  alınmasını 

faydalı hesab edir və bunların qısa olsada şərhini veririk.  

Passiv  metoda  əsaslanaraq  təlim  prosesini  təşkil  edən  bədən 

tərbiyəsi  müəllimləri  başlıca  olaraq  bir  tərəfli  fəaliyyət,  təsir,  yəni 

müəllimin  fəaliyyəti  aparıcı  rolunu  oynayır  və  bu  tədris  prosesində 

qabarıq  şəkildə  özünü  biruzə  verir.  Bu  yanaşmada  istifadə  olunan 

müxtəlif  üsul  və  münasibətlər  də  təlim  metodlarını  müəyyənləşdirir. 

Burada müəllim və şagirdlərin fəaliyyətində bir tərəflilik höküm sürür. 

Konkret  desək,  öyrənənin  fəaliyyəti  əsas  götürülür,  praktik  və  nəzəri 

məşğələlərin gedişi idarə olunur, həddən artıq nəzarətdə saxlanılır. Bu 

prosesdə  demokratik  yanaşmaq  mövcud  deyil,  öyrənən  öyrədənin 

göstərişlərinə  tabe  olmalı,  onu  danışıqsız  icra  etməlidir.  Eləcə  də 

sərbəst  və  müstəqil  fəaliyyət  göstərmək  səmimi  sayılmır,  idraki 

fəaliyyətin yüksək səviyyədə təşkili diqqət mərkəzində olmur, «hafizə» 

məktəbinə–əzbərçiliyə daha üstünlük verilməsinə səy göstərir. 

Fəal  metoda  əsəslanaraq  bədən  tərbiyəsi  məşğələlərini  təşkil 

edən  müəllimlər  isə  əksinə  onu  təlimin  mühüm  təşkili  forması  sayır. 

Fəal təlimdə tələbə passiv dinləyici kimi çıxış etmir, fəaliyyət göstərən 

şəxs  rolunu  oynayır,  öyrənən  artıq  passiv  deyil,  bərabər  və  qarşılıqlı 

fəaliyyət  göstərir,  öyrədənlə  eyni  hüquqa  malikdir.  Bu  cür  qarşılıqlı 



Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə