44
Çinlə ticarət birtərəfli olmamışdır. XIV əsrin məşhur
səyyahı İbn Bəttutə bildirir ki, Kiçik Asiya və İrandan Çinə
gözəl Aksaray xalçaları gətirirdilər. Ehtimal etmək olar ki,
Azərbaycandan Çinə xalça ixrac olunmuşdur.
XIII əsrdə monqol feodal imperiyası yarandıqdan sonra
Hülakülər zamanında Azərbaycanın Uzaq Şərqlə ticarət
ilişkiləri genişlənmişdir. Əl-Umari məlumat verir ki, Bakıdan
Dərbəndə, Qızıl Orda ərazisindən Çinə karvan yolu vardı.
XIII əsrin II yarısından etibarən Təbriz Uzaq Şərqlə
ticarətdə mühüm məntəqələrdən birinə çevrilir. 1285-ci ildə
Rəşid – əd – Dinin Pulad adlandırdığı əyanın başçılığı ilə Çinə
nümayəndə heyəti gəlir. O əyan Hülakülər sarayında qalır və
Arqunun məsləhətçisi olur. O, həmçinin Qazan xanın vaxtında
görkəmli rol oynayır, Marağada tümen rəisi təyin olunur. Az
sonra ona Şirvan sərhədlərinin rəisliyi etibar olunur. Pulad
Olcaytının zamanında Şirvanda vəfat edir.
Azərbycanın Çinlə iqtisadi və mədəni əlaqələri XIII-XV
əsrlərdə daha intensiv olur.
2.3. Türk dövlətlərinin «Böyük İpək Yolu»nda
rolu və əhəmiyyəti
Qərbi Altayda və İrtış çayı sahillərində mövcud olmuş
Karluq xaqanlığının şəhərləri Çin və Orta Asiya ölkələri ilə
ticarət edirdilər. Taraz Kulan, Aşpara və Suyab şəhərlərində
müxtəlif ölkələrdən gəlmiş tacirlərə tez-tez rast gəlinirdi.
Karluqların hakimiyyəti zamanı indiki Qazaxıstan ərazisində
yaranan yeni şəhərlər - Çul, Balasaqun, Atlax, Xamukənd,
Koylık-Oğuz və b. şəhərlər ticarət və sənətkarlıq mərkəzləri kimi
təşəkkül tapırdı. Karluq xaqanlığının şəhərlərində Şərqi
Türküstandan və Çin Türküstanından olan tacir və sənətkar
ailələri köçüb yerləşirdi. Karluq tacirləri uzaq ölkələrə dəvə və
45
atlarla müxtəlif məhsullar – dəri, gön, yun və s. aparıb əvəzində
metal ləvazimatı, qızıl, gümüş, bəzək şeyləri gətirirdilər.
Orta Asiya və Qazaxıstandan Çinə bir neçə karvan yolu
vardı.
Karvan
yollarının
kənarlarında
su
quyuları,
karvansaraylar tikilmişdir. Orta Asiyanın mühüm ticarət yolları
üzərində yerləşən şəhərləri Şərqi Avropa ilə ticarət əlaqələri
saxlayırdı.
VIII –X əsrlərdə Şərqi Avropanın ən böyük, ən zəngin
dövləti Xəzər xaqanlığı idi. Xəzərlər təxminən iki əsr Cənub –
Şərqi Avropada ağalıq etmişdilər. Sarkil, Bələncər, Səmker,
Səmərqənd, Kerc kimi şəhərlər Bizans, Orta Asiya və Qərbi
Avropanın şəhərlərilə ticarət əlaqələri saxlayırdılar. Ticarət
yolları üzərində yerləşən Xəzər xaqanlığı bəhs olunan dövrdə
beynəlxalq ticarətdə mühüm rol oynayırdı. Xəzər xaqanlığına
Skandinaviyadan kürk və b. mallar, Türkmənistandan ipək və
çeşidli qumaş, Bizansdan sənət və zinət əşyaları gətirilərək Xəzər
şəhərlərində satılırdı. Bu şəhərlər ortaq bazar halında qərbdən
şərqə, şərqdən qərbə ticarət edirdilər. Bu ticarətdən Xəzər
xaqanlığı və onun əhalisi çoxlu qazanc götürürdülər. Bal, un,
kürk, ipək, mum və başqa məhsullar ticarətdə üstünlük təşkil
edirdi. Ticarətdən alınan 10% vergi ilə xəzinə kəsirləri ödənilir,
şəhərlərin, xüsusilə paytaxtların – Xan Balığın və İtilin görkəmi
dəyişirdi.
Məlumdur ki, Qızıl Ordanın parçalanması nəticəsində
Volqanın orta axınında Qazan xanlığı yarandı. Xanlığın
mərkəzi kiçik Qazan şəhəri idi. XV əsrin sonlarında Qazan
şəhərində iki böyük daimi bazar var idi. Bu bazarlarda həm
xanlığın kəndlərindən, həm də Volqaboyundan, Sibirdən və
Şərqi Avropadan gələnlər ticarət edirdilər. 1552-ci ilin
məlumatına görə, Qazanda 5 min nəfər xarici tacir var idi. Hər il
şəhərdə ticarət yarmarkası təşkil edilirdi. Yarmarkada İran,
Həştərxan, Krım, Orta Asiya və Qafqazdan gəlmiş tacirlər fəal
iştirak edirdi. Ticarət xanlığa böyük gəlir gətirirdi. Ticarətin
46
genişlənməsi, əldə olunan gəlirin artması səbəbli şəhərlərdə iri
karvansaraylar, məscidlər tikilir, planlı küçələr salınırdı.
2.4. «Böyük İpək Yolu» və оrta əsr imperiyaları
XIII-XIV əsrlərdə ticarət əlaqələri genişlənməkdə idi.
Avropa-Asiya iqtisadi əlaqələrinin həyata keçirildiyi başlıca
rayonlar olan Qara dəniz və Aralıq dənizi sahillərindəki ticarət
mərkəzlərində qızğın ticarət gedirdi. Burada avropalılar müxtəlif
Şərq ölkələrindən gəlmiş tacirlərdən növbənöv zərif ipək
parçalar, xam ipək, müxtəlif ədviyyat şeyləri, nadir daş-qaş və
başqa şərq malları alır, sonra isə həmin məhsulları qat-qat
bahasına satırdılar. Müxtəlif Şərq malları: ipək və pambıq
parçalar, bəzək şeyləri, ədviyyat və s. hələ XII-XIII əsrlərdə
Fransadakı məşhur Şampan yarmarkalarının canlanmasında
mühüm rol oynamışdı. Həmin malları Şampan yarmarkalarına
və Qərbin başqa ticarət mərkəzlərinə Avropa və Şərq ticarətində
vasitəçilik edən italyan tacirləri gətirirdilər. Ənənəvi şərq malları
ilə ticarətdə vasitəçilkdən çoxlu qazanc götürməyə alışmış
Avropa tacirləri, xüsusən italyanlar, bu məhsulların arxasınca
Qara dəniz və Aralıq dənizləri sahillərindən Asiyanın içərilərinə
doğru can atır, müxtəlif şərq ölkələrində, o cümlədən
Azərbaycanda möhkəmlənməyə çalışırdılar. Məşhur italyan
səyyahı M. Polo XIII əsrin II yarısına aid məlumatlarda
Azərbaycan şəhərlərində müxtəlif şərq ölkələrindən gəlmiş
tacirlərlə yanaşı avropalıların da qızğın ticarət etdiyini
göstərmişdi.
Müxtəlif növ Şərq malları Çindən, Hindistan və Orta
Asiyadan Həştərxan vasitəsilə Qara dəniz sahillərinə, xüsusən
Tanaya gətirilir, buradan 6-7 Venesiya gəmisində İtaliyaya
aparılır, oradan bütün Avropaya yayılırdı. Qara dəniz vasitəsilə
Avropa-Şərq ticarət əlaqələrinin həyata keçirilməsində italyan
tacirləri ilə yanaşı genuyalı və venesiyalı tacirlər fəal iştirak
Dostları ilə paylaş: |